Uşaqların gec danışması nədən irəli gəlir?

 
Uşaqların gec danışması nədən irəli gəlir?

Danışmaq, ünsiyyət qurmaq insanın sosial həyatında önəmli proseslərdəndir. Səlist danışıq, aydın dil hər kəs tərəfindən xoş qarşılandığı halda kəkələmək, fikrini izah edə bilməmək, ən pis halda isə danışa bilməmək insanlar arasında elə də xoş qarşılanmır. Belə insanlar hər zaman ətrafdakılar tərəfindən "yazıq", "bəxti gətirməyən" adlandırılırlar.

Elə buna görə də körpənin dil açması valideynləri tərəfindən böyük bir sevinclə qarşılanır. Əksər ailələr isə uşaqlarının danışmaq ərəfəsində onların sadəcə susub baxmasını izləyirlər. Lakin hər susan uşaq sonuna kimi danışmayacaq, yaxud dilində qüsuru olacaq demək deyil. Vaxtında nəzarət olunan və aşkarlanan problemləri aradan qaldırılan uşaqlar gələcək həyatlarında da maneələrlə üzləşmirlər.

Nevroloji səbəblər, uşaqlarda anadan gəlmə spastik xəstəliklər, autizm uşaqların gec dil açmasına səbəb olur. Əsasında isə sinir sistemindəki pozğunluqlar durur. Menengit, zədə, damar mənşəli xəstəliklər, əzələ xəstəlikləri, beyinə təsir edən infeksiyalar da uşaqlarda dil və danışma pozuqluğuna səbəb olur.

Loqoped Fəxriyyə Babaşovanın sözlərinə görə, əgər uşaqda baş-beyinlə əlaqəli heç bir xəstəlik yoxdursa, onda uşağın gec danışması elə də qorxulu sayılmır: "Dəqiq olaraq bir yaş deyə bilmərik ki, bu yaşda uşaq mütləq danışacaq. Danışma yaşı uşaqdan-uşağa dəyişən bir prosesdir. Elə uşaq var ki, onlar 4-5 yaşlarında dil açır və heç bir dil problemi olmadan rahat fikrini izah edə bilir. Bəzi uşaqlar çox gec, bəziləri isə çox tez danışa bilərlər. Gec danışmaq o demək deyil ki, uşağın ya beynində, ya da hər hansı bir orqanında problem var. Sadəcə, müəyyən faktorlara diqqət yetirmək lazımdır. Müşahidə əsnasında uşaqda başqa problemlərin olub-olmamasını valideynlər özləri aşkar edə bilərlər. Bəzən gec danışan uşaqlarda bunun səbəbi onların sinir sistemlərində olan hər hansı bir pozuntu ilə bağlı olur. Belə uşaqlar da bir müddət sonra dil açır və yaşıdları ilə müqayisədə çox yaxşı danışırlar".

Uşaqlar ilk 6 ayından etibarən səslər çıxarmağa, bir növ danışmağa çalışırlar. 12-ci ayına gələndə isə artıq sadə və deyilməsi rahat olan sözləri deməyə cəhd edirlər. 18-ci ayından sonra sərbəst cümlə qurmağa başlayan körpələr bundan sonrakı digər aylarda danışıqlarını hər ay bir az daha inkişaf etdirirlər. Mütəxəssislər bildirir ki, uşaqların vaxtında dil açması onlar üçün faydalıdır. Çünki vaxtında dil açan uşaqların zəka və öyrənmə prosesləri daha sürətli inkişaf edir. Gecikən danışıq uşaqların zəka və sosial inkişafını da zədələyir.

Loqoped bildirir ki, 12-ci ayından sonra hələ də səs çıxarmayan, danışmağa cəhd etməyən uşaqları valideynlər ciddi nəzarətə götürməlidir. Uşaq başa düşülməyən səslər çıxarırsa, istədiklərini aqressiv formada izah etməyə çalışırsa, yeni mühitə alışmaq onlar üçün çox çətin olursa, ona göstərilən əşyalara qarşı biganədirsə, gələn səslərə qarşılıq vermirsə, artıq həkimə müraciət etmək lazımdır. Müayinə və laboratoloji testlərdən sonra səbəblər aşkarlanır və bu istiqamətdə tədbirlər görülməyə başlanılır:

"Azərbaycanda 2-5 yaş arası danışmağı bacarmayan uşaqlar elə də az deyil. Bəzi ailələr uşaqları gec danışanda "nəslimizdə olan şeydir" deyib vaxtında həkimə müraciət etmirlər. Bu isə uşaqların normal inkişafı ilə yanaşı, onların psixologiyasını da zədələyir. Elə uşaqlar var ki, onlarda beyində zədə, yaxud eşitmə problemləri olur ki, gec danışmasının səbəbi məhz bu patologiyalardır. Lakin tibbi baxımdan heç bir problemi olmayan və 2 yaşı keçməsinə baxmayaraq danışmaqda çətinlik çəkən uşaqlar da var. Bu uşaqlar ən sadə sözləri deməkdə belə çətinlik çəkirlər. 2 yaşına qədər uşaqların çıxardığı səslərin onları zəkası ilə bir bağlılığı olmur. Lakin 2 yaşdan sonra danışıq bir baş beyinlə əlaqələnir. Özünü ifadə edə bilməmək, ünsiyyət qura bilməmək gələcəkdə uşaqlarda zəka geriliyinin yaranmasına da səbəb ola bilər. Qeyd edim ki, bu gün uşaqların gec danışmasına səbəb olan amillərdən biri də televizor, səssiz, sözsüz, cizgi filmləridir".

Uşaqların gec danışması, nitqində qüsurların olmasının əsas səbəblərindən biri də ailədə uşaqlarla ünsiyyətin qurulmamasıdır. Mütəxəssislər məsləhət görür ki, uşaqlar danışdıqda onu diqqətlə dinləmək lazımdır, danışdığı önəmsiz olsa belə. Çünki uşaq ona ciddi yanaşıldığını görəndə danışma həvəsi yaranır ki, bu da nitqin inkişafına müsbət təsir edir.

F.Babaşova qeyd edir ki, körpələrdə eşitmə testləri normal olsa belə daha sonrakı dövrlərdə keçirilən qızdırmalı xəstəliklər və orta qulaq iltihabları eşitmə zəifliyinə səbəb ola bilir. Uşaq tamamilə kar olmasa belə bəzi tezlikdəki səsləri eşitməməsi danışma pozuqluğuna şərait yaradır. Belə hallarda uşağa edilən testlər ilə hansı tezlikləri eşidib-eşitmədiyi təyin olunub, ona görə müalicə yazılır. Şəxsi cihazlar istifadə olunur: "Eşitmə pozuqluğunu erkən müəyyən edib müalicəyə erkən başlamaq lazımdır. 3-4 yaşından sonra başlanan müalicələrdə müvəffəqiyyət şansı azalır. 2 yaşında olan uşaq təxminən 50 söz deməlidir. 3-4 yaş aralığında isə danışılan kəlmələrin yarısı səlist, aydın olmalıdır. 5 yaşı keçdikdən sonra artıq müalicə və müayinələr lazımdır".


Geri dön

★Angelocka★

  • 1 avqust 2013 05:19
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
Məsləhətə göre saqol

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

WITH_YOU

  • 23 iyul 2013 08:38
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
TƏŞƏKKURLƏR

sevgi yolunda

  • 18 iyul 2013 21:06
  • Məqalə: 0
  • Şərh: 389
  • Bal:
{awards}
tewekurlerrr

★Angelocka★

  • 11 iyul 2013 12:41
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
TeWeKKuRLeR

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

^^KuKuLKa^^

  • 9 iyul 2013 23:52
  • Məqalə: 771
  • Şərh: 11386
  • Bal:
{awards}
Uşaqların gec danışması, nitqində qüsurların olmasının əsas səbəblərindən biri də ailədə uşaqlarla ünsiyyətin qurulmamasıdır. Mütəxəssislər məsləhət görür ki, uşaqlar danışdıqda onu diqqətlə dinləmək lazımdır, danışdığı önəmsiz olsa belə. Çünki uşaq ona ciddi yanaşıldığını görəndə danışma həvəsi yaranır ki, bu da nitqin inkişafına müsbət təsir edir.

--------------------

sebnem98

  • 8 iyul 2013 19:51
  • Məqalə: 0
  • Şərh: 6592
  • Bal:
{awards}
Eşitmə pozuqluğunu erkən müəyyən edib müalicəyə erkən başlamaq lazımdır. 3-4 yaşından sonra başlanan müalicələrdə müvəffəqiyyət şansı azalır. 2 yaşında olan uşaq təxminən 50 söz deməlidir. 3-4 yaş aralığında isə danışılan kəlmələrin yarısı səlist, aydın olmalıdır. 5 yaşı keçdikdən sonra artıq müalicə və müayinələr lazımdır".

--------------------

PSIXOPATKA

  • 8 iyul 2013 14:22
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
TEWEKKUUUR

--------------------

Roya_____

  • 8 iyul 2013 11:05
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
twklerrrrrr

classic_guiter_girl

  • 8 iyul 2013 10:34
  • Məqalə: 37
  • Şərh: 5440
  • Bal:
{awards}
TeWeKKuRLeR

Nəmişka

  • 8 iyul 2013 01:10
  • Məqalə: 13
  • Şərh: 316
  • Bal:
{awards}
buda gelecekde lazim olacaq

lady anna

  • 8 iyul 2013 01:06
  • Məqalə: 26
  • Şərh: 2910
  • Bal:
{awards}
...................

--------------------

★Love Pearl★

  • 8 iyul 2013 00:18
  • Məqalə: 335
  • Şərh: 4258
  • Bal:
{awards}
TəŞəKKüRLəR

lady anna

  • 7 iyul 2013 23:52
  • Məqalə: 26
  • Şərh: 2910
  • Bal:
{awards}
cox sag olun melumatlandirdiginiz(vayyy) ucun

--------------------

^^Nazli^^

  • 7 iyul 2013 23:48
  • Məqalə: 134
  • Şərh: 7629
  • Bal:
{awards}
hmmm cox uzunduyeeeeee men ama tez danismisam onu bilirem

--------------------

tinker bell

  • 7 iyul 2013 23:35
  • Məqalə: 0
  • Şərh: 3806
  • Bal:
{awards}
Loqoped bildirir ki, 12-ci ayından sonra hələ də səs çıxarmayan, danışmağa cəhd etməyən uşaqları valideynlər ciddi nəzarətə götürməlidir. Uşaq başa düşülməyən səslər çıxarırsa, istədiklərini aqressiv formada izah etməyə çalışırsa, yeni mühitə alışmaq onlar üçün çox çətin olursa, ona göstərilən əşyalara qarşı biganədirsə, gələn səslərə qarşılıq vermirsə, artıq həkimə müraciət etmək lazımdır. Müayinə və laboratoloji testlərdən sonra səbəblər aşkarlanır və bu istiqamətdə tədbirlər görülməyə başlanılır:

--------------------

Gözlüklü

  • 7 iyul 2013 22:56
  • Məqalə: 216
  • Şərh: 9220
  • Bal:
{awards}
Tewekkurler

★KaRaMeLKa★

  • 7 iyul 2013 21:40
  • Məqalə: 166
  • Şərh: 6629
  • Bal:
{awards}
TeWeKKuRLeR XeBeR UcUn

evil_angel

  • 7 iyul 2013 21:40
  • Məqalə: 56
  • Şərh: 1162
  • Bal:
{awards}
Oooyy nə uzunduu... no

--------------------

-chanel-

  • 7 iyul 2013 21:13
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
tewekkurler

Adsiz yazici

  • 7 iyul 2013 21:10
  • Məqalə: 15
  • Şərh: 2961
  • Bal:
{awards}
cox uzuldum bu xeberi oxuyunca ALLAH butun gec daniwan uwaqlara daniwmagi nesib etsin ici menim dayim oglu qariwiq AMIN

Roya_____

  • 7 iyul 2013 20:44
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
teşekkurler xeber ucun

MADİNKA MPİ

  • 7 iyul 2013 20:44
  • Məqalə: 0
  • Şərh: 838
  • Bal:
{awards}
cox uzuldum bu xeberi oxuyunca ALLAH butun gec daniwan uwaqlara daniwmagi nesib etsin ici menim dayim oglu qariwiq AMIN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 61
Cəmi: 88

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 146
 
The Shield
Xəbərləri: 41
Cəmi: 302
 
Darling
Xəbərləri: 39
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 76
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 16
Cəmi: 58
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}