Allaha edilən zəng (olmuş hadisə)(2)

 
Allaha edilən zəng (olmuş hadisə)(2)


SİZLƏRDƏN RİCAM, SONUNA QƏDƏR OXUYUN.NETDƏ MİNLƏRLƏ MƏQALƏ, YAZILAR OXUYURUQ.BİR NEÇƏ DƏQİQƏNİZİ AYIRIN VƏ YAŞANMIŞ HADİSƏDƏN XƏBƏRDAR OLUN.SONDA SİZ DƏ MƏNİM KİMİ HEYRƏTDƏN DONACAQSIZIN.

Baxışlarım bir müddət telefona zillənib qaldı, telefon elə bil məni səsləyirdi. Bilmirəm, birdən-birə ağlıma haradan gəldi, amma içərimdə qəribə bir səs mənə deyirdi ki, dəstəyi qaldır, bir-iki kəlmə ilə Allahla dərdləş.
Dəstəyi qaldırdım; gözlərimi yumub ardıcıl bir-neçə nömrə yığdım. Dəstəyi yenicə qulağıma söykəmişdim ki, o tərəfdən bir səs dilləndi: Alo, buyurun! Alo, eşidirəm, niyə danışmırsınız? Alo, alo...
Tutduğum işdən peşman oldum. Dəstəyi yerinə qoymaq istəyirdim ki, telefondakı naməlum səs yalvarıcı bir tonla dedi: Səni and verirəm inandığına, dəstəyi yerə qoyma. Biz səhərdən sizin zənginizi gözləyirdik, sizin köməyinizə ehtiyacımız var. Lütfən, öz adresinizi deyin, bizi bu intizardan qurtarın. Məgər Allahla dərdləşmək istəmirdin?
Bir anlığa duruxub dükanın adresini söylədim, amma tutduğum işdən yaman peşman oldum. Yerimdə qərar tuta bilməyib çölə çıxdım.
Dükanın kəndarında oturub qardaşımın gəlməyini gözləyirdim. Öz-özümə dedim: Bu nə iş idi açdın başına, oturduğun yerdə özünü niyə işə saldın? Deyəsən yavaş-yavaş ağlımı itirirəm; indi gəl cavabını ver... Axı hansı ağıllı adam indiyə qədər telefon vasitəsilə Allaha dərdini deyib? Bu nə işdi bu gün mənim başıma gəldi, ruhani olan bir şəxs də belə iş görərmi?!

Özümü bir xeyli məzəmmət edəndən sonra dedim:–Yaxşı, bütün bunlar bir tərəfə,– telefona cavab verən şəxs haradan bildi ki, mən Allahla dərdləşmək istəyirdim? İkincisi, niyə yalvarıb deyirdi dəstəyi yerə qoymayın, mənim köməyimə ehtiyacları var? Mən ki, öz başıma əlac edə bilmirəm, onlara necə kömək edəcəkdim? Hamısından da maraqlısı, onlar məni haradan tanıyırdılar?
Bu fikirlərdə dolaşıb nə qədər çək-çevir etdiyimi deyə bilmərəm, onu bilirəm dükanın qarşısında ani tormoz verib dayanan mersedes maşının təkərlərinin səsinə fikirdən ayıldım.


Əynində zabitlərin libasına oxşar xüsusi forma geyinmiş sürücü tez maşından sıçrayıb ehtiyatla arxa qapını açdı və çəkilib əmrə müntəzir halda bir kənarda dayandı. Bir az sonra arxa qapıdan 60-65 yaşlarında bir qoca aşağı endi. Əyninə üçlük takım libas geyinmiş bu qocanın aristokrat təbəqədən olduğu o saat gözə çarpırdı. Başına silindir papaq qoymuş, əlində sümükdən düzəldilmiş əsa tutmuşdu.
Sürücü tez irəli gəlib qocaya yol göstərdi və əli ilə dükanın üstündəki tabloya işarə edərək qocanı adresi düz gəldiklərinə əmin etdi.
Qoca qabaqda, sürücü də arxasınca təmkinli addımlarla dükana sarı gəlməyə başladılar.
Həmin anlarda başımı lap itirmişdim, nə edəcəyimi bilmirdim. Dedim bəlkə müştəridir, xalça almağa gəlib, daha özümü bu qədər boş yerə çək-çevirə salmayım.
Onlar dükana daxil oldular.

Mən qapının ağzında dayanmışdım, həyəcanım get-gedə artırdı.
Qoca gözünü dolandırıb ətrafı nəzərdən keçirdi, baxışlarını mənim üstümdə saxlayıb yaxına gəldi, dedi: Sizin dükanınızdır?
–Yox, bir az gözləsəniz dükanın sahibi indilərdə gəlməlidir.
Qocanın səsinin tonundan anladım ki, mənimlə bir az bundan qabaq telefonda danışan şəxsdir. Həmin anda Allaha yalvarırdım ki, qardaşım gəlib bu macəradan xəbər tutmasın. Çünki, qardaşım belə bir iş tutduğumu bilsəydi məni təhqir etmək üçün əlinə yeni bəhanə düşəcəkdi.
Qoca mənim həyəcanlandığımı duyub işin nə yerdə olduğunu anladı. Bunun üçün də mehribanlıqla soruşdu: Yarım saat bundan qabaq bizim evə zəng edən sən deyildinmi? Səsiniz mənə tanış gəlir.


İstədim üzr istəyib onları narahat etdiyim üçün dil-ağız edim, amma qoca duruxduğumu görüb məsələdən duyuq düşdü. Qarşıya gəlib məni qucaqladı və əlini astaca kürəyimə vurub dedi: Allaha şükür et ki, Banu xatunun axtardığını tapmışam!
Sonra üzünü sürücüsünə tutub acıqlı bir ifadə ilə dedi: Niyə durub tamaşa edirsən? Ağaya yolu göstər gedək! Özümüzü tez Banu xatuna çatdırmalıyıq!
Mən nə qədər getməkdən boyun qaçırırdımsa qoca daha çox israr edirdi. Bu əsnada qardaşım gəlib çıxdı. Bir kənarda durub təəccüblə aristokrat bir qocanın məni qonaq aparmaq üçün necə israr etdiyinə tamaşa edirdi.
Axırı özümü qəzanın hökmünə tapşırıb razılaşdım. Qardaşım məsələdən xəbər tutmamış tez qoca ilə çıxıb getmək istəyirdim.
Heç yadımdan çıxmaz,–maşına oturmaq istəyəndə vücudundan qürur yağan qoca şəxsən qabağa keçib qapını mənim üçün açdı və hörmətlə mənə yer göstərdi. Qardaşımın heç yuxusuna da girməzdi ki, onun tələbə qardaşına belə hörmət göstərsinlər. Xudafizləşəndə əlimdən tutub astaca qulağıma dedi: İndi başa düşdüm bizi niyə saymırmışsan. Ey kaş Allah mənim bütün var-dövlətimi əlimdən alardı, əvəzində bu qoca kimi karlı aristokrat bir mürid mənə nəsib edərdi.
Qardaş, olmaya pul çap edirsən bizim xəbərimiz yoxdur, hə? Nolar, gəl bizim də qanadımızdan yapış, hər necə olsa da biz qardaşıq axı!
Amma deyəsən yaddan çıxarmışdı ki, mənimlə görüşmək istəməyən, mənim ruhani olmağımı bağışlanılmaz günah hesab edən o özü idi. Hətta bu gün pulları dəyişməyə gedəndə acı sözləri ilə yarama duz səpdi, malını, dövlətini üzümə çəkib mənə rişxənd elədi.
Abrımı qoruyan Allah oldu: Məni qardaşımın gözündə o qədər böyütdü ki, qardaşım indi mənim yerimdə olmağın həsrətini çəkirdi; mənə deyirdi gəl mənə də əl tut.
Əgər mən bütün həyatım boyu təkcə həmin unudulmaz anın şükrünü yerinə yetirmək istəsəm, yəqin ki, yenə də bu haqqı ödəməmiş olaram.
Allah həqiqətən də kərim və çarə edən, biz bəndələr isə nankoruq.

Maşın sür`ətlə xiyabanları bir-birinin ardınca şütüyüb keçirdi. Ömrümdə belə bir maşına oturmadığım üçün mənə elə gəlirdi ki, gəmidə oturmuşam və dalğaların qoynunda hərəkət edirəm. Səhərki xırıltı-gurultu ilə gələn avtobus hara, indi getdiyim maşın hara?! Doğrudan da insan Allahın işlərinə heyran qalır, Onun əzəməti qarşısında özünü bütün vücudu ilə kiçik hiss edir.
Maşın Tehranın şimal hissəsinə çatıb villalar olan səmtə üz tutdu. Bir-iki döngəni keçəndən sonra böyük bir bağ evinin qarşısında dayandı. Bağın giriş qapısının ağzında xüsusi forma geyinmiş iki gözətçi durmuşdu. Maşını görər-görməz tez özlərini yığışdırıb darvazanın taylarını açdılar. Qoca əlinin işarəsi ilə onlara salam verib əsasını astaca sürücünün çiyninə toxundurmaqla, dayanmayıb hərəkət etməsinə göstəriş verdi.Maşından enib evin şimal qapısından içəri daxil olduq. Zala boya-boy döşənmiş qədim xalçalara, tavandan asılmış iri çilçıraqlara, zərbaft tirmələrə, künclərdə yerləşdirilmiş əntiq əşyalara baxanda bir anlığa özümü muzeydə hiss etdim. Birdən-birə belə cah-cəlalı görmək, təbii ki, mənim kimi adamları heyrətləndirməyə bilməzdi. Ürəyimdə dedim, ilahi, insan xisləti niyə bu qədər doyumsuzdur. Niyə insan Allahdan uzaq düşəndə dünya malına daha çox həris olur və axırda da nakam, əliboş o dünyaya köç edir? İnsan yığdığı dövlətdən o biri dünyaya bir şey apara bilirmi? Heç nə aparmamağı bir tərəfə, bu qədər dövlətin hesabını necə verir?


Yadımdadır, o anda heyrətdən ağzımı açıb söz deyəcək halda deyildim. Arzu edirdim bu tamaşa mümkün qədər tez qurtarsın. Bu elə bir tamaşa idi ki, mən orada ancaq tamaşaçı rolunu ifa edirdim. Oyunun baş qəhrəmanını isə hələ ki görməmişdim.
İntizarım çox çəkmədi. Bir neçə dəqiqədən sonra qoca, xanımı ilə birlikdə pillələrin başında görsəndi. Banu xatun xüsusi xidmətçisinin köməyi ilə başına atdığı çarşabın yan-yörəsini düzəldədüzəldə çətinliklə pillələri aşağı endi.
Tamaşa özünün həssas yerinə çatmışdı. Mən özümü bu tamaşanın son səhnəsini görməyə hazırlayırdım.
Xanım bir-iki addımlığıma çatanda, məni görməyilə qışqırıb özündən getdi. Xidmətçilərdən biri tez qaçıb gülab şərbəti gətirdi, o biri, xanımı yaxındakı kresloya oturdub əllərini ovuşdurmağa başladı.Atamın ruhuna and olsun, bu oğlanı dünən elə bu qiyafədə, bu şəkildə yuxuda mənə göstərmişdilər. Həyatımın açılmaz düyününü açacaq adam budur!
Üzümü qocaya tutub dedim: Bu sirrin üstünü açmağın vaxtı çatmayıbmı? Mənim artıq səbrim tükəndi....


BU 2-Cİ HİSSƏ İDİ.3CÜ HİSSƏDƏ TAMAM BİTİR HEKAYƏ.HEKAYƏNİ BÖLDÜYÜM ÜÇÜN ÜZÜRLÜ SAYIN.TƏNBƏLLİK EDİB OXUMAYAN USERLƏR ÇOXDU.BUNU OXUSAQ BİR AZ DAHA ALLAHI DƏRK ETMİŞ OLACAĞIQ.


Geri dön

..:Crystal:..

  • 3 avqust 2013 02:07
  • Məqalə: 61
  • Şərh: 7144
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------

★Angelocka★

  • 3 avqust 2013 01:33
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

sebnem98

  • 17 iyul 2013 10:18
  • Məqalə: 0
  • Şərh: 6592
  • Bal:
{awards}
oxudum ardini gozleyirem

--------------------

Roya_____

  • 10 iyul 2013 07:56
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun

^^KuKuLKa^^

  • 9 iyul 2013 15:47
  • Məqalə: 771
  • Şərh: 11386
  • Bal:
{awards}
SİZLƏRDƏN RİCAM, SONUNA QƏDƏR OXUYUN.NETDƏ MİNLƏRLƏ MƏQALƏ, YAZILAR OXUYURUQ.BİR NEÇƏ DƏQİQƏNİZİ AYIRIN VƏ YAŞANMIŞ HADİSƏDƏN XƏBƏRDAR OLUN.SONDA SİZ DƏ MƏNİM KİMİ HEYRƏTDƏN DONACAQSIZIN.

--------------------

elvin rahimov

  • 9 iyul 2013 15:29
  • Məqalə: 1
  • Şərh: 398
  • Bal:
{awards}
^Cox gözeldi Allah razi olsun ama ardi sabah gelsin bir zehmet her kesin Ramazan bayrami mübarek

--------------------
Acizlik göstərməyin və kədərlənməyin.
Möminsinizə üstün olacaqsiniz!

Bash Belası

  • 9 iyul 2013 09:37
  • Məqalə: 158
  • Şərh: 4873
  • Bal:
{awards}
Allah razı olsun dini məqaləyə görə...!

^^Nazli^^

  • 9 iyul 2013 08:29
  • Məqalə: 134
  • Şərh: 7629
  • Bal:
{awards}
ALLAH razi olsun ardini da gozleyiremm

--------------------

★Love Pearl★

  • 9 iyul 2013 02:54
  • Məqalə: 335
  • Şərh: 4258
  • Bal:
{awards}
ay çox maraqlı idi çox sağol bacı...

lady anna

  • 9 iyul 2013 00:35
  • Məqalə: 26
  • Şərh: 2910
  • Bal:
{awards}
oxudum maraqli idi ardini tezlikle gozleyirem

--------------------

MADİNKA MPİ

  • 8 iyul 2013 23:50
  • Məqalə: 0
  • Şərh: 838
  • Bal:
{awards}
ardini gozleyirem

Priya

  • 8 iyul 2013 21:55
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
{awards}
İnşəAllh ardını yəni sonun dərc edəcəyik.Allah cümləmizdən razı olsun.

--------------------




-chanel-

  • 8 iyul 2013 21:52
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
TeWeKKuRlEr...

Lonely_Alone

  • 8 iyul 2013 21:49
  • Məqalə: 5
  • Şərh: 424
  • Bal:
{awards}
Allah razi olsun,twk

--------------------
Mən bu həyatda ALLAHdan başqa heç kimdən qorxmuram!..

Aysel_

  • 8 iyul 2013 21:48
  • Məqalə: 15
  • Şərh: 1612
  • Bal:
{awards}
Tewekkurler

★KaRaMeLKa★

  • 8 iyul 2013 21:34
  • Məqalə: 166
  • Şərh: 6629
  • Bal:
{awards}
Oxumadimm twkk

Adsiz yazici

  • 8 iyul 2013 21:05
  • Məqalə: 15
  • Şərh: 2961
  • Bal:
{awards}
Allah razı olsun

Roya_____

  • 8 iyul 2013 21:02
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun

Masan

  • 8 iyul 2013 21:01
  • Məqalə: 0
  • Şərh: 1017
  • Bal:
{awards}
MARAGLIYDI HAMISINI OXUDUM ARDINI GOZLEYIREM,TWKLER

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 34
Cəmi: 69

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 36
Cəmi: 140
 
The Shield
Xəbərləri: 31
Cəmi: 296
 
Darling
Xəbərləri: 31
Cəmi: 916
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 17
Cəmi: 577
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 12
Cəmi: 72
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 11
Cəmi: 51
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}