Ruzi, bərəkət

 
Ruzi, bərəkət

Bir gün Musa əleyhissalam bir kənddə var-dövləti və səxavəti ilə ad çıxarmış bir adama rast gəlir. Həmin şəxs də onu evinə dəvət edir. Oturub şirin söhbət edirlər. Söhbət əsnasında o deyir:
- Malım-dövlətim başımdan aşır. Özüm çox can atmasam da Allah-Təala var-dövləti başımdan yağdırır. Qorxuram ki, bu nemətlərin şükrünü edə bilməyim. Həm də mal-dövlət o qədər çoxdur ki, bunlarla məşğul olduğuna görə qorxuram ibadətə vaxtım çatmaya. Yəni bu var-dövlət mənim Allah-Təalaya olan şükrümü, ibadətimi azalda bilər. Mənə bir məsləhət verin, neyləyim ki, dövlətim getdikcə azalsın?
Həzrəti Musa deyir:
- Sən belə elə. Yavan çörəyi əlinə al, küçədə gəzə-gəzə ye.
Adam Həzrəti Musanın bu təklifini qəbul edir.
Aradan bir xeyli keçir, yenə Həzrəti Musanın yolu həmin kənddən düşür. Gəlib həmin adamı tapır. Vəziyyəti soruşur. Adam nə desə yaxşıdır:
- Siz mənə məsləhət verib getdiniz. Mən də siz deyən kimi elədim. Amma siz gələnə qədər Allah-Təala mənə birə-beş verirdisə, siz gedəndən sonra birə-on verdi. Sizin məsləhətiniz mənim mal-dövlətimi azaltmadı, daha da artırdı. Həzrəti Musa deyir:
- Hələ bir göstər görüm, sən necə gəzib, necə yeyirsən?
Adam gedib bir ətəklik gətirir, onu səliqə ilə boynuna bağlayır, sonra da əlinə çörək alıb, yeyə-yeyə gəzməyə başlayır. Ağzının kənarından düşən qırıntılar ətəkliyin içində toplanırdı. Adam əlindəki çörəyini yeyib qurtarandan sonra ətəkliyə tökülmüş qırıntıları da ovcu ilə toplayıb ağzına atır. Bu mənzərəni görən Həzrəti Musa ucadan gülür və deyir:
- Mən o məsləhəti verəndə düşündüm ki, sən gəzə-gəzə çörək yeyəndə qırıntılar sağa-sola dağılar və onunla da sənin evinin bərəkəti azalar. Amma mən haradan düşünəydim ki, sən çörəyin heç tozunu da itkiyə verməyəcəksən. Evinin bərəkəti də elə bunun üçün artır da.


Geri dön

_RONALDO_

  • 15 may 2011 17:41
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
♥♥(¯`´•.

--------------------

ZEHRA

  • 3 aprel 2011 13:26
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
twk xebere gore

CrazyGirl

  • 14 yanvar 2011 21:17
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
tesekkur

--------------------
Sən varsansa həyat çox gözəl!

CandyGirl

  • 14 yanvar 2011 15:52
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tesekurler

--------------------

L_SimuS

  • 10 yanvar 2011 14:24
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkur eziyyete gore

MuslimGirl

  • 10 yanvar 2011 14:22
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Deyerli xebere gore tesekkurler

Ulya

  • 10 yanvar 2011 14:19
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol maraqli idi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 47
Cəmi: 64

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}