Qaytar o günlərə məni yenidən
Hanı o gözlərin keçmiç zamankı
Məni hər görəndə sevincdən gülən?
Getdin, insanlar da dəyişdi, sanki,
Qaytar o günlərə məni yenidən.
Qaytar o günlərə, tərk etmə ancaq,
Sonadək bir olaq, sonadək sevək.
Məndən sonrasını vərəqlə bir bax,
Oldumu sevənin səni mənimtək?
Səndə bu gözəllik nə qədər ki var,
Sevirəm deyənin artar gün-gündən.
Bu qədər çox sevən nəyinə yarar,
Biri çox sevməzsə səni özündən?
Sən mənim gözümdə ayrı Dünyaydın,
Bir Dünya içində Dünyamdın mənim.
Getməklə düşmənim kaş olmayaydın,
Sən getdin, bir Dünya oldu düşmənim.
İndi bu dünyada tək qalmışam mən,
Qaytar o günlərə məni yenidən....
Hanı o gözlərin keçmiç zamankı
Məni hər görəndə sevincdən gülən?
Getdin, insanlar da dəyişdi, sanki,
Qaytar o günlərə məni yenidən.
Qaytar o günlərə, tərk etmə ancaq,
Sonadək bir olaq, sonadək sevək.
Məndən sonrasını vərəqlə bir bax,
Oldumu sevənin səni mənimtək?
Səndə bu gözəllik nə qədər ki var,
Sevirəm deyənin artar gün-gündən.
Bu qədər çox sevən nəyinə yarar,
Biri çox sevməzsə səni özündən?
Sən mənim gözümdə ayrı Dünyaydın,
Bir Dünya içində Dünyamdın mənim.
Getməklə düşmənim kaş olmayaydın,
Sən getdin, bir Dünya oldu düşmənim.
İndi bu dünyada tək qalmışam mən,
Qaytar o günlərə məni yenidən....
