Ölümə aparan "tezbazar" yemək

 
Ölümə aparan "tezbazar" yemək

Ölkədə “tezbazar” yemək kimi tanınan dönərlərin tərkibi, onlardan zəhərlənmə hallarının olması barədə dəfələrlə açıqlamalar verilib. Dönərxanaların antisanitar şəraitdə çalışması, mənşəyi məlum olmayan ətin həmin obyektlərə verilməsi, yeməyin təhlükəli şəraitdə hazırlanması və sair. Bununla bağlı aidiyyəti qurumlar bir neçə qərar da veriblər. Amma bu gün Azərbaycanda, xüsusən də paytaxt Bakıda və Bakıətrafı ərazilərdə satılan dönərlər bir müddət nəzarətə götürülsə də, problem həllini tapmayıb. Qadağan olunan ərazilərdə dönərlərin satılması, standartlara cavab verməyən aparatlarla hazırlanması halları davam etməkdədir. Nəzərə alsaq ki, yay aylarında zəhərlənmə halları daha çox olur, bu aylarda dönərxanalara daha ciddi nəzarət olunmalıdır. Amma təəssüflər olsun ki, bu gün bu nəzarət yaddan çıxıb.
Azad İstehlakçılar Birliyinin sədri, tanınmış ekspert Eyyub Hüseynov da bu acınacaqlı vəziyyətdən narahatdır.

Natəmiz şəraitdə dönər əti paylayan şirkətlər

Eyyub Hüseynov Azərbaycan dönərxanalarında vəziyyətin həddindən artıq biabırçı olduğunu, bu sahədə qəbul olunan qanunların işləmədiyini deyir. Onun sözlərinə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərin standartlarını hazırlayıb. Standart AZS 103-2003 adlanır. Bu standartlara görə, Azərbaycan bazarında fəaliyyət göstərən dönərxanalar hazırlanmış dönəri gətirib bişirib satmalıdır. Bu sənəddə dönərin növləri də göstərilib. Standartlara görə, dönərlər qoyun və mal ətindən, qoyun, mal və dana ətinin qarışığından, toyuq ətindən, hind toyuğunun ətindən, toyuq və hind toyuğunun qarışığından hazırlanmalıdır. Burada dönərin hazırlanmasından saxlanmasına qədər hamısı nəzərdə tutulub. Bu standartlar hazır olandan sonra dönərləri natəmiz şəraitdə saxlayan, daşıyan, dönərləri öz avtomobillərində natəmiz şəraitdə gətirən müəssisələr peyda oldu. “Eldo” və “Çudo Peçka” kimi tanınmış müəssisələr dönərləri bu cür hazırlayır.

Bakıdakı dönərlərin 70 faizi toyuq ətindən hazırlanır

Eyyub Hüseynov bildirir ki, Azad İstehlakçılar Birliyi bazarda vəziyyəti öyrənmək üçün sorğu keçirib. Məlum olub ki, Səhiyyə Nazirliyi 2005-ci ildən Azərbaycanda toyuqdan dönərin hazırlanmasına qadağa qoyub. Dövlətin bir qurumu toyuqdan dönər hazırlanması haqqında standart hazırlayır, Səhiyyə Nazirliyi isə toyuqdan dönər hazırlanmasını qadağan edir.

Əslində toyuq ətinin mənşəyi məlumdur. Bu toyuq dönərində deyil, digər ətlərdən hazırlanan dönərlərdə problem ola bilər. Azad İstehlakçılar Birliyinin apardığı tədqiqat nəticəsində məlum olub ki, hazırda 60 faizdən çox, 70 faizə qədər toyuq ətindən dönər bişirilir. Hansı ki, Səhiyyə Nazirliyi bu ətdən dönər hazırlanmasını qadağan edib. Bizim sorğularımızın nəticəsinə görə, dönərxanaların 80 faizi dönərləri standartlara uyğun hazırlamır. Bundan başqa, sorğunun nəticəsinə görə, dönərxanaların 60 faizinin gigiyenik sertifikatı da yoxdur. Sorğunun nəticəsinə görə, dönərxanaların 80 faizində Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sertifikatı olmadan fəaliyyət göstərir. Dönərxanaların 40 faizi isə ümumiyyətlə dönərin standartının olmasından xəbərsizdi, 70 faizi isə dönərlərin həkim yoxlamasından keçirilmədiyini deyir. Hətta həkim yoxlanışından keçdiyini iddia edənlərin isə 60 faizinin ümumiyyətlə həkimdən yoxlamadan keçməsi haqqında sənədi yoxdur”.

“Çudo Peçka”nın dönərxanalara payladığı ətin mənşəyi məlum deyil

Eyyub Hüseynov deyir ki, əslində dönərlər hazırlanmış halda dönərxanalara gətirilməli, orada bişirilib satışa çıxarılmalıdır. Amma bu gün bişirilən dönərlərin 80 faizi standartlara uyğun deyil və qadağan olunan quş ətindən hazırlanır. Hazırda Azad İstehlakçılar Birliyi dönərxanalara ət paylayan müəssisələrlə bağlı araşdırmalar aparır ki, görək həmin müəssisələrin fermer təsərrüfatları varmı və bu müəssisələr dönərxanalara payladıqları ətli haradan əldə edirlər. Məsələn, “Eldo” şirkəti Gəncə şəhərində yerləşir və Bakı bazarlarında da bu işi görmək istəyirlər. Bizdə olan məlumata görə, “Eldo” şirkətinin fermer təsərrüfatı var. Lakin biz hələ bunu görməmişik və şirkətin həmin fermer təsərrüfatından səmərəli istifadə edib-etmədiyini bilmirik. Hazırda bizdə məlumatlar var ki, bu şirkət həmin ətə Hindistandan gətirilən ətləri də qarışdırır. Bu məlumat hələlik dəqiqləşdirilir”.

Eyyub Hüseynov bildirir ki, Azərbaycanda çox məhşur olan “Çudo Peçka” şirkətinin isə heç bir fermer təsərrüfatı yoxdur və bu şirkətin haradan ət gətirdiyi, necə ət gətirdiyi məlum deyil: “Bu şirkətlə bağlı araşdırma aparmışıq. Məlum olub ki, “Çudo Peçka”nın heç bir fermer təsərrüfatı yoxdur. Belə bir halda bu şirkət əti haradan və necə alır? Hazırda bununla bağlı araşdırmalarımız davam edir”.

Azərbaycanda qazla bişirilən təhlükəli dönərlər var

AİB sədri deyir ki, hazırda Azərbaycanda 15 minə yaxın dönərxana fəaliyyət göstərir. Bu sahə ən rentabelli biznes sahəsidir. Burada əsas məsələ yalnız qadağan olunmuş və mənşəyi məlum olmayan ətdən hazırlanan dönərlərin satılması deyil: “Bu həmçinin də “cəld yeməklər” siyahısına daxildir . Burada əhaliyə verilən bişmiş və bişməmiş dönərlərlə birlikdə olan salatların təhlükəsizliyi önə çəkilməlidir. Digər bir məsələ dönərxanalardakı işçilərin sanitar qaydalara cavab verməsi, onların xəstə olub-olmamasının yoxlanılmasıdır. Bundan başqa dönərin istehlakçıya lazımı qaydada, standartlara uyğun miqdarda verilməsi məsələsidir. Ən ciddi məsələ isə bu gün dönərlərin standartlara zidd olaraq qazla bişirilməsi məsələsidir. Dönərlər yalnız elektrik sobaları ilə bişirilməlidir”.

Eyyub Hüseynov deyir ki, dönərlər bir çox Avropa ölkələrində oturaq yeməkdir: “Yəni dönərxanalara gedirsən, onu qabda gətirirlər, oturub yeyirsən. Amma Azərbaycanda elə deyil. Biz hazırda standartlara uyğun olmayan dönərləri təhlükəli hesab edirik. Sorğudan da göründüyü kimi, Azərbaycanda hazırlanan dönərlərin 80 faizi standartlara cavab vermir və mənşəyi məlum olmayan ətlərdən hazırlanır. Təəssüflər olsun ki, hökumətin bununla bağlı qəbul etdiyi qərarların, standartların tətbiqinə işraçı dövlət qurumları tərəfindən düzgün nəzarət edilmir”.


Geri dön

★Angelocka★

  • 3 avqust 2013 00:42
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
Çox saqolun...!

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

WITH_YOU

  • 23 iyul 2013 08:30
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
TƏŞƏKKURLƏR


TƏŞƏKKURLƏR


TƏŞƏKKURLƏR

sebnem98

  • 15 iyul 2013 08:42
  • Məqalə: 0
  • Şərh: 6592
  • Bal:
{awards}
twk..............

--------------------

Adsiz yazici

  • 10 iyul 2013 12:54
  • Məqalə: 15
  • Şərh: 2961
  • Bal:
{awards}
razıyam ama neyleyek cox dadlı olurlar bızde yeyırık))

^^Nazli^^

  • 10 iyul 2013 11:17
  • Məqalə: 134
  • Şərh: 7629
  • Bal:
{awards}
tesekkurlerrrrr men yimiremm yiyendedekii ilde bir defe zad

--------------------

lady anna

  • 10 iyul 2013 01:30
  • Məqalə: 26
  • Şərh: 2910
  • Bal:
{awards}
et doneri yoox ama ttoyuq doneri dadli olurrrr

--------------------

tinker bell

  • 9 iyul 2013 23:05
  • Məqalə: 0
  • Şərh: 3806
  • Bal:
{awards}
tewekkurler...........ona qalsa cox wey ziyandi

--------------------

P¡ηқ

  • 9 iyul 2013 22:49
  • Məqalə: 111
  • Şərh: 1104
  • Bal:
{awards}
tewekkurler

Cholkali_Delishka

  • 9 iyul 2013 22:39
  • Məqalə: 2
  • Şərh: 1187
  • Bal:
{awards}
kokelden yemeyleri yemirem :) tsklerr

--------------------

Ey şeytan, sən nə qədər girsən də qanımıza, biz bilirik ki, Rəbbimiz var şah damarımızda...

pervis

  • 9 iyul 2013 22:36
  • Məqalə: 68
  • Şərh: 4257
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkkkk

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

Angry Boy

  • 9 iyul 2013 22:31
  • Məqalə: 348
  • Şərh: 6152
  • Bal:
{awards}
tesekkurler bele yemk xoslamiram

evil_angel

  • 9 iyul 2013 22:06
  • Məqalə: 56
  • Şərh: 1162
  • Bal:
{awards}
Oy, çox uzundu...Doğurda da ləzzətli olur ..

--------------------

Wirinka Fatya

  • 9 iyul 2013 22:05
  • Məqalə: 0
  • Şərh: 145
  • Bal:
{awards}
duzdu ama yemekde istiyir

pessimistka hebibe

  • 9 iyul 2013 21:58
  • Məqalə: 8
  • Şərh: 5507
  • Bal:
{awards}
aha daha cohx yeyecemmmmmm:D

GuNaY_83

  • 9 iyul 2013 21:53
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
cox sag ol......

--------------------

★KaRaMeLKa★

  • 9 iyul 2013 21:40
  • Məqalə: 166
  • Şərh: 6629
  • Bal:
{awards}
MeSLeHeT ucun twk....

love%messi

  • 9 iyul 2013 21:38
  • Məqalə: 24
  • Şərh: 1688
  • Bal:
{awards}
duzdu ama dadlidi

--------------------

★Angelocka★

  • 9 iyul 2013 21:21
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
cox sag ol.....

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

★Украду Девушку★

  • 9 iyul 2013 21:06
  • Məqalə: 100
  • Şərh: 3474
  • Bal:
{awards}
Bakıdakı dönərlərin 70 faizi toyuq ətindən hazırlanır

Eyyub Hüseynov bildirir ki, Azad İstehlakçılar Birliyi bazarda vəziyyəti öyrənmək üçün sorğu keçirib. Məlum olub ki, Səhiyyə Nazirliyi 2005-ci ildən Azərbaycanda toyuqdan dönərin hazırlanmasına qadağa qoyub. Dövlətin bir qurumu toyuqdan dönər hazırlanması haqqında standart hazırlayır, Səhiyyə Nazirliyi isə toyuqdan dönər hazırlanmasını qadağan edir.

--------------------

-chanel-

  • 9 iyul 2013 20:54
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
Zererlidir dadlidir twkkk

Roya_____

  • 9 iyul 2013 20:45
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
razıyam ama neyleyek cox dadlı olurlar bızde yeyırık))

★Love Pearl★

  • 9 iyul 2013 20:33
  • Məqalə: 335
  • Şərh: 4258
  • Bal:
{awards}
ilk şərh mənnəntongue

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 44
Cəmi: 60

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 722
 
The Shield
Xəbərləri: 51
Cəmi: 74
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}