Allaha edilən zəng (Olmuş hadisə) - Son

 
Allaha edilən zəng (Olmuş hadisə) - Son

Üzümü qocaya tutub dedim: Bu sirrin üstünü açmağın vaxtı çatmayıbmı? Mənim artıq səbrim tükəndi.
Dedi: Bu xanım mənim həyat yoldaşımdır. Atası adlı-sanlı Qacar nəslindən idi. Keçən il Allahın rəhmətinə gedib ömrünü sizə bağışladı. Ölüm ayağında, tənha övladı olan, gördüyün bu xanıma–mənim yoldaşıma bir vəsiyyət etmişdir ki, gərək bunu onun öz dilindən eşidəsən.
Banu xatun özünü sakitləşdirməyə sə`y edərək dedi: Atam ömrünün son dəqiqələrində məni otağına çağırıb dedi: Sən mənim yeganə varisimsən və bundan sonra bütün bu mal-dövlət sənə çatacaq. Mən son nəfəslərimdə sənə qoyub getdiyim mirasın qarşısında səndən ancaq bir şey istəyirəm. Mənə söz ver ki, mən öləndən sonra vəsiyyətimə əməl edəcəksən.

Dedim: Nə xahişiniz olsa yerinə yetirəcəyəm.

Atam dedi: Allah mənə uzun ömür verdi, çoxlu sərvət nəsib etdi, amma təəssüflər olsun ki, Allahın mənə nəsib etdiyi bu qədər mal-dövlətdən xalqın yolunda bir şey xərcləyə bilməmişəm. Belə bir niyyətim olsa da, həmişə vaxtın çoxluğuna aldanıb geriyə atmışam. İndi budur, can verdiyim yerdə yadıma düşüb. Dünən oturub fikirləşirdim, gördüm Allahın razılığını cəlb edəcək elə bir əməlim olmayıb. Allaha olan borclarımı bir də nəzərdən keçirdim, baxdım haqq-hesabımın bir hissəsini ödəyib hesabımdan silmişəm, amma qalan hissəsini xəstələndiyimə görə hesabımdan çıxara bilməmişəm. Mənim taxtımın altında bir sandıq var. Mən öləndən sonra onu götürərsən, içindəkiləri ehtiyacı olanların arasında bölüşdürərsən. Hamısı son qəpiyinə qədər yoxsullara paylanmalıdır. Mənim səndən xahişim ancaq budur, başqa heç bir şey istəmirəm!

Mən atama söz verdim ki, ilk fürsətdə onun vəsiyyətinə əməl edəcəyəm. Amma təəssüflər olsun ki, atamın ölümündən sonra bir müddət başım qarışdı hüzür məclislərinə, evə gəlib-gedənləri qarşılamağa; sonra da bu gün-sabah deyib vəsiyyəti unutdum.
Dünən gecə röyada dəhşətli bir yuxu gördüm. Ürək paralayan bir səhnəni mənə göstərdilər. Ömrümün axırına kimi o səhnə yadımdan çıxmaz.
Yuxuda gördüm atamın hesab-kitabına baxırlar, atam mizan-tərəzi qarşısında durub cavab verməklə məşğuldur. Hey yalvarıb deyirdi ki, mənim təqsirim yoxdur, mən günahsızam, qızımın səhlənkarlığıdır!

Bu vaxt gözü mənə sataşdı. Üstümə qışqırıb dedi: Gördün başıma nə oyun açdın? Məgər mənə söz vermədin ki, ilk fürsətdə vəsiyyətimə əməl edəcəksən? Niyə sandığın içindəkiləri sahiblərinə çatdırmadın?

Həmin anda arzu edirdim ki, yer yarılsın, yerə girim. Xəcalətimdən atamın gözlərinin içinə baxa bilmirdim.

Dedim: Bağışla, ata, yadımdan çıxıb. İndi mən nə edim, səhvimi necə düzəldim?

Bu vaxt iki nəfər əzab mə`muru atamı özləri ilə aparmaq istəyirdi ki, atam dedi:

Qızım! Bu oğlana diqqətlə bax! Bu ağa sabah səhər düz saat doqquzda kasıbçılığın şiddətindən telefonu götürüb Allahla danışmaq istəyəcək. Allahın lütfü ilə yığdığı nömrə sizin evin nömrəsi olacaq. Gözdə-qulaqda ol, bu fürsəti əldən qaçırma. Həmin sandıq bu oğlana çatmalıdır. Qızım! Bu son fürsətdir, məbada onu əldən çıxarasan!

Atamın göstərdiyi tərəfə baxanda, gördüm sən həmin bu qiyafədə durub mənə baxırsan.

Hövlanak yuxudan ayıldım. Tez ərimi qaldırıb yuxuda gördüklərimi ona danışdım. Evdəkilər bunun adi bir yuxu olduğunu güman edib məni sakitləşdirməyə çalışırdılar. Amma mənim, yuxuda gördüklərimin həyatda təkrar olacağına zərrə qədər şəkkim yox idi. Səhər açılandan hamımız telefonun dövrəsində oturub saat doqquz tamamı gözləyirdik. Mən əmin idim ki, səni görəcəyəm. Bir az bundan qabaq səni ilk dəfə görəndə, artıq əmin oldum ki, axtardığımı tapmışam.
Bu gün səhər saat doqquzda telefon zəng çaldı. Ərim mənim xahişimlə dəstəyi götürüb sizdən acizanə xahiş etdi ki, danışığı kəsməyəsiniz. Sonrasını da siz daha yaxşı bilirsiniz nə oldu!

Mən sanki uzun bir yuxudan ayılırammış kimi silkinib dərindən nəfəs çəkdim. Boylanıb ətrafı bir də nəzərdən keçirdim, tam oyaq olduğumu yəqin etdim. Həyatımda baş verən bu yenilik o qədər fövqəladə və gözlənilməz oldu ki, inanmağım gəlmirdi. Bir insanın həyatı bir neçə saatın ərzində nə qədər dəyişə bilərmiş?!
Borclarımın əlindən, abır-həyamın qorxusundan ailəmi Qumda, Allahın pənahında qoyub Tehrana üz tutan mən, –miskin bir tələbə–indi elə bir məqamda qərar tutmuşdum ki, Tehranın ən dövlətli, şövkətli adamlarından biri acizanə şəkildə məndən cəvahirat dolu sandığı qəbul etməyimi xahiş edirdi. Ey dili-qafil, dünyanın işinə bax, bu adamlar sandıqdan xilas olmaq, pulların öz sahibinə çatması üçün məndən kömək istəyirdilər.

Bu işin xəmirini Mehriban Allah keçən gecədən yoğrub hazırlamışdı. Beləliklə, mənim fəqiranə həyatıma son qoymaq üçün bütün səbəblər halqası əl-ələ verərək Allahın təqdirini mənim barəmdə cari etmişdi.

Doğrusu, dünən gecədən məndə hansı əsaslı dəyişiklik baş vermişdi ki, həyatımı da birdən-birə köklü sürətdə alt-üst etdi?! Mən qeyri-adi görünəcək nə etmişdim axı?...

Ancaq Allaha üz tutmuş, bütün vücudumla Allahı səsləmişdim. Mə`sumə xanıma sınıq qəlblə təvəssül və o biri aləmlə qəlbi bağlılığımı bərqərar etmişdim. Qəlbimin süfrəsini səmimi şəkildə Allah dərgahında açmış, Ondan kömək istəmişdim.
Evin xatununun göstərişi ilə sandığın kilidini gətirdilər. Banu xatun açarı mənə verib sandığın qıfılını açmağı mənim özümə həvalə etdi. Mən iki rəkət namaz qılıb, Allaha mənə göstərdiyi lütfünə görə şükür edəndən sonra sandığın ağzını açdım. Sandığın içindəkilər bunlardan ibarət idi:

1. Yüz min tümən nəqd pul.
2. Yüz əlli ədəd qızıl onluq sikkə.
3. Əlli parça almas və cəvahirat.
4. Tehranın şimalında, ən səfalı məntəqəsində iyirmi hektar torpağın malikiyyət sənədi.
5. On doqquz ədəd əntiq və qiymətli əşya.

Banu xatunun göstərişi ilə mülkiyyət işlərinə baxan idarənin rəisini evə çağırtdırıb, həmin andaca adı çəkilən torpağın malikiyyətini mənim adıma keçirtdilər. Naharı yeyib bir qədər istirahət etdikdən sonra qocanın sürücüsü ilə birlikdə Quma sarı hərəkət etdik.
Quma çatanda sürücüyə dedim: Hərəmin yanında maşını saxlayarsan.

Hərəmə çatıb maşından endim və birbaşa Mə`sumə xanımın ziyarətinə yollandım. Allah-təalanın dərgahına həmd-səna edəndən sonra həyatımın kor düyününü açmaqda köməkliyinə görə Mə`sumə xanıma öz təşəkkürümü bildirib elə həmin müqəddəs məkanda Allahla əhd-peyman bağladım ki, mənə əta etdiyi bu sərvəti Onun bəyəndiyi yerlərdə sərf edəcəyəm, ehtiyacı olanların əsaslı problemlərinin həllinə xərcləyəcəyəm. Evə çatan kimi gördüyüm ilk iş borc sahiblərinə borclarını qaytarmaq oldu. Borclarımı verəndə elə bil köksümün üstündən ağır bir daş götürdülər, rahat nəfəs almağa başladım.

İkinci gördüyüm iş bu oldu ki, tez gedib özümə xudmani bir ev aldım. Uzun illər kirayələrdə dərbədər dolaşan ailəmi artıq özümə aid olan evə gətirdim. Sabahısı gündən e`tibarən Tehranda və Qumda tanıdığım e`tibarlı və işbilən adamlara müraciət edib qızılları, cəvahiratı, torpağı və digər əşyaları satışa çıxartdım. Hamısını günün qiymətinə satıb bankların birində açdığım hesaba qoydum. Biznes işlərində təcrübəsi olan yaxın adamlarım ilə məşvərət edib əldə etdiyim məbləğin yarısını sərmayəyə yatırtdım. Qalan hissəsinə neçə dənə uşaq evi, məktəb, bağça, məscid, klinika, əczaxana tikdirdim, bə`zi ucqar kəndlərin abadlıq işlərinə sərf etdim. Sərmayəyə yatırtdığım pulun gəliri ilə indiyə qədər onlarla yetim, kimsəsiz uşağın inistitutu bitirənə qədər bütün xərclərini öz üzərimə götürmüşəm. İndi şifahi dildə bu pulun bərəkəti ilə gördüyüm işləri dəqiqliyi ilə deyə bilmərəm. Yazdığım kitabda bunların hamısı göstərilib. Arzu edirəm bu kitabı oxuyan xeyirxah insanlar Allah bəndələrinə, onların problemlərinin aradan qaldırılmasında, ehtiyaclarının tə`min edilməsində daha yaxından kömək etsinlər.
Kişi bunu deyib sözünü bitirdi. Bu müddət ərzində heyranlıqla onun sözlərini dinləyib ayağa qalxıb kişinin mehriban əllərindən öpdüm. Tez kitabın çap icazəsini imzalayıb ondan xahiş etdim ki, “Hikmət” nəşriyyatına qədər mənimlə gəlsin.

Onu “Hikmət” nəşriyyatının müdiri seyyid Yəhya Baqiri ilə tanış edib, şair və ədib olan bu dostumdan xahiş etdim ki, növbəsi nəzərə alınmadan kişinin kitabını çap etsin. Dedim, bəlkə bu kiçik köməkliyimizlə bizim də Allahın bəyəndiyi bu işdə bir payımız oldu.

Bu gün bu xatirəni sizə yazdığım bir vaxtda mənim həmin xeyirxah ruhani ilə tanışlığımdan təqribən otuz doqquz il keçir. Neçə illərdir ki, ondan xəbərsizəm. Əgər Allahın rəhmətinə getmiş olsa, Allah-təaladan axirətdə onu ali dərəcəyə çatdırmasını arzu edirəm, əgər həyatdadırsa, səmimi qəlbdən ona xeyir-dua göndərir və deyirəm: İlahi, onu harada olsa salamat et!


Allaha edilən zəng (Olmuş hadisə) - Son


Geri dön

★Angelocka★

  • 7 avqust 2013 02:37
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
Allah razi olsun

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

=TALIS=

  • 11 iyul 2013 17:13
  • Məqalə: 0
  • Şərh: 441
  • Bal:
{awards}
ALAH RAZI OLSUN

--------------------
TI VE QEWENQIM AZ TINI PIDEM !!!!!!!!!!!!!!!

Sudan Bikmis Balik

  • 11 iyul 2013 16:35
  • Məqalə: 38
  • Şərh: 574
  • Bal:
{awards}
Hamisini Oxudum...Allah Razi Olsun

_MeLuSiN_

  • 11 iyul 2013 14:46
  • Məqalə: 4
  • Şərh: 463
  • Bal:
{awards}
Hmm maraqlıydı

--------------------
◕◕◕◕◕◕ ◕◕

tinker bell

  • 11 iyul 2013 13:16
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

★Love Pearl★

  • 11 iyul 2013 13:14
  • Məqalə: 335
  • Şərh: 4367
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Azerbaijan Medical University smile

MADİNKA MPİ

  • 11 iyul 2013 13:08
  • Məqalə: 0
  • Şərh: 856
  • Bal:
{awards}
ALLAH razi olsun

Priya

  • 11 iyul 2013 12:46
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Allah cümləmizdən razı olsun.

--------------------




Bash Belası

  • 11 iyul 2013 12:44
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Allah razı olsun...

^^Nazli^^

  • 11 iyul 2013 12:39
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
Bu vaxt gözü mənə sataşdı. Üstümə qışqırıb dedi: Gördün başıma nə oyun açdın? Məgər mənə söz vermədin ki, ilk fürsətdə vəsiyyətimə əməl edəcəksən? Niyə sandığın içindəkiləri sahiblərinə çatdırmadın?

--------------------

ShคмKiʀKค

  • 11 iyul 2013 12:32
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
cox sag olun...

Adsiz yazici

  • 11 iyul 2013 12:31
  • Məqalə: 15
  • Şərh: 3015
  • Bal:
{awards}
ALLAH razi olsun

★Angelocka★

  • 11 iyul 2013 11:54
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

★Украду Девушку★

  • 11 iyul 2013 11:43
  • Məqalə: 100
  • Şərh: 3646
  • Bal:
{awards}
Qızım! Bu oğlana diqqətlə bax! Bu ağa sabah səhər düz saat doqquzda kasıbçılığın şiddətindən telefonu götürüb Allahla danışmaq istəyəcək. Allahın lütfü ilə yığdığı nömrə sizin evin nömrəsi olacaq. Gözdə-qulaqda ol, bu fürsəti əldən qaçırma. Həmin sandıq bu oğlana çatmalıdır. Qızım! Bu son fürsətdir, məbada onu əldən çıxarasan!

--------------------

a.ayka

  • 11 iyul 2013 10:36
  • Məqalə: 0
  • Şərh: 522
  • Bal:
{awards}
Bu vaxt gözü mənə sataşdı. Üstümə qışqırıb dedi: Gördün başıma nə oyun açdın? Məgər mənə söz vermədin ki, ilk fürsətdə vəsiyyətimə əməl edəcəksən? Niyə sandığın içindəkiləri sahiblərinə çatdırmadın?

★KaRaMeLKa★

  • 11 iyul 2013 10:32
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Atdim secilmiwlere oxuyacam...

Roya_____

  • 11 iyul 2013 09:27
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

pervis

  • 11 iyul 2013 09:15
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

^^Nazli^^

  • 11 iyul 2013 09:13
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
ALLAAH razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}