Quran'i Kərim 38.Sad ('Sad') surəsi (88 a.y)

 
Quran'i Kərim 38.Sad ('Sad') surəsi (88 a.y)


Mərhəmətli və Rəhmli Allahın adı ilə!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

1. Sad. Öyüd-nəsihətlə dolu Qurana and olsun!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ ص ۚ وَالْقُرْآنِ ذِي الذِّكْرِ

2. Kafirlər təkəbbür və nifaq içindədirlər.
بَلِ الَّذِينَ كَفَرُوا فِي عِزَّةٍ وَشِقَاقٍ

3. Biz onlardan öncə də neçə-neçə nəsilləri məhv etmişik. Onlar yalvarıb imdad diləyirdilər, lakin artıq qurtulma vaxtı keçmişdi.
كَمْ أَهْلَكْنَا مِنْ قَبْلِهِمْ مِنْ قَرْنٍ فَنَادَوْا وَلَاتَ حِينَ مَنَاصٍ

4. Öz aralarından onlara xəbərdarlıq edən bir peyğəmbər gəldiyinə təəccüb edərək kafirlər dedilər: "Bu, yalançı bir sehrbazdır!
وَعَجِبُوا أَنْ جَاءَهُمْ مُنْذِرٌ مِنْهُمْ ۖ وَقَالَ الْكَافِرُونَ هَٰذَا سَاحِرٌ كَذَّابٌ

5. O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir".
أَجَعَلَ الْآلِهَةَ إِلَٰهًا وَاحِدًا ۖ إِنَّ هَٰذَا لَشَيْءٌ عُجَابٌ

6. Onların adlı-sanlı adamları çıxıb gedərək dedilər: "Gedin öz məbudlarınızla səbirlə davranın. Doğrusu, bu sizdən istənilən bir şeydir.
وَانْطَلَقَ الْمَلَأُ مِنْهُمْ أَنِ امْشُوا وَاصْبِرُوا عَلَىٰ آلِهَتِكُمْ ۖ إِنَّ هَٰذَا لَشَيْءٌ يُرَادُ

7. Biz bunu axırıncı dində də eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyil.
مَا سَمِعْنَا بِهَٰذَا فِي الْمِلَّةِ الْآخِرَةِ إِنْ هَٰذَا إِلَّا اخْتِلَاقٌ

8. Məgər içimizdən təkcə onamı Zikr vəhy edilmişdir?" Xeyr, onlar Mənim Zikrimə şəkk gətirirlər. Xeyr, onlar Mənim əzabımı hələ dadmayıblar.
أَأُنْزِلَ عَلَيْهِ الذِّكْرُ مِنْ بَيْنِنَا ۚ بَلْ هُمْ فِي شَكٍّ مِنْ ذِكْرِي ۖ بَلْ لَمَّا يَذُوقُوا عَذَابِ

9. Yoxsa sənin Qüdrətli və Bəxşedən Rəbbinin rəhmət xəzinələri onlardadır?
أَمْ عِنْدَهُمْ خَزَائِنُ رَحْمَةِ رَبِّكَ الْعَزِيزِ الْوَهَّابِ

10. Ya da, göylərin, yerin və onların arasında olanların üzərində hakimiyyət onlaramı verilmişdir? Qoy onda istənilən yolla göyə qalxsınlar.
أَمْ لَهُمْ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ فَلْيَرْتَقُوا فِي الْأَسْبَابِ

Quran'i Kərim 38.Sad ('Sad') surəsi (88 a.y)

11. Bu ordu da əvvəlki əlbir dəstələr kimi darmadağın ediləcəkdir.
جُنْدٌ مَا هُنَالِكَ مَهْزُومٌ مِنَ الْأَحْزَابِ

12. Onlardan əvvəl Nuh qövmü, Ad və dirəklər sahibi Firon da elçiləri yalançı saymışdılar.
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَفِرْعَوْنُ ذُو الْأَوْتَادِ

13. Həmçinin Səmud, Lut qövmü və Əykə əhli də. Bunlar əlbir dəstələr idi.
وَثَمُودُ وَقَوْمُ لُوطٍ وَأَصْحَابُ الْأَيْكَةِ ۚ أُولَٰئِكَ الْأَحْزَابُ

14. Hər biri elçiləri yalançı hesab etdi və Mənim cəzam da gerçəkləşdi.
إِنْ كُلٌّ إِلَّا كَذَّبَ الرُّسُلَ فَحَقَّ عِقَابِ

15. Onlar təkcə olaraq, qarşısıalınmaz bir tükürpədici səsi gözləyirlər.
وَمَا يَنْظُرُ هَٰؤُلَاءِ إِلَّا صَيْحَةً وَاحِدَةً مَا لَهَا مِنْ فَوَاقٍ

16. Onlar istehza edərək: "Ey Rəbbimiz! Bizim payımızı Hesablaşma günü gəlməmişdən əvvəl tezliklə ver!"- dedilər.
وَقَالُوا رَبَّنَا عَجِّلْ لَنَا قِطَّنَا قَبْلَ يَوْمِ الْحِسَابِ

17. Onların dediklərinə səbir et və qüdrətli qulumuz Davudu yadına sal! O, daim Allaha üz tutardı.
اصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَاذْكُرْ عَبْدَنَا دَاوُودَ ذَا الْأَيْدِ ۖ إِنَّهُ أَوَّابٌ

18. Biz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə Allahın şəninə təriflər deyirdilər.
إِنَّا سَخَّرْنَا الْجِبَالَ مَعَهُ يُسَبِّحْنَ بِالْعَشِيِّ وَالْإِشْرَاقِ

19. Biz quşları da toplum halda ona ram etmişdik. Hamısı daima Allaha üz tutardı.
وَالطَّيْرَ مَحْشُورَةً ۖ كُلٌّ لَهُ أَوَّابٌ

20. Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət (peyğəmbərlik) və düzgün qərar çıxartmaq qabiliyyəti bəxş etdik.
وَشَدَدْنَا مُلْكَهُ وَآتَيْنَاهُ الْحِكْمَةَ وَفَصْلَ الْخِطَابِ

Quran'i Kərim 38.Sad ('Sad') surəsi (88 a.y)

21. Davudun yanında çəkişənlərin xəbəri sənə gəlib çatdımı? O zaman onlar divarı aşıb məbədə girdilər.
وَهَلْ أَتَاكَ نَبَأُ الْخَصْمِ إِذْ تَسَوَّرُوا الْمِحْرَابَ

22. Onlar Davudun yanına daxil olduqda Davud onlardan qorxdu. Onlar dedilər: "Qorxma! Biz iki iddiaçıyıq. Birimiz digərinin haqqını tapdalamışdır. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər!
إِذْ دَخَلُوا عَلَىٰ دَاوُودَ فَفَزِعَ مِنْهُمْ ۖ قَالُوا لَا تَخَفْ ۖ خَصْمَانِ بَغَىٰ بَعْضُنَا عَلَىٰ بَعْضٍ فَاحْكُمْ بَيْنَنَا بِالْحَقِّ وَلَا تُشْطِطْ وَاهْدِنَا إِلَىٰ سَوَاءِ الصِّرَاطِ

23. Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum vardır. Bununla belə: "Onu mənə ver!"- dedi və mübahisədə mənə üstün gəldi".
إِنَّ هَٰذَا أَخِي لَهُ تِسْعٌ وَتِسْعُونَ نَعْجَةً وَلِيَ نَعْجَةٌ وَاحِدَةٌ فَقَالَ أَكْفِلْنِيهَا وَعَزَّنِي فِي الْخِطَابِ

24. Davud dedi: "O sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin çoxu bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə çox azdırlar!" Bunları dedikdən sonra, Davud Bizim onu sınağa çəkdiyimizi yəqinləşdirərək, Rəbbindən özünün bağışlanmasını dilədi və səcdəyə qapanıb tövbə etdi.
قَالَ لَقَدْ ظَلَمَكَ بِسُؤَالِ نَعْجَتِكَ إِلَىٰ نِعَاجِهِ ۖ وَإِنَّ كَثِيرًا مِنَ الْخُلَطَاءِ لَيَبْغِي بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَقَلِيلٌ مَا هُمْ ۗ وَظَنَّ دَاوُودُ أَنَّمَا فَتَنَّاهُ فَاسْتَغْفَرَ رَبَّهُ وَخَرَّ رَاكِعًا وَأَنَابَ ۩

25. Biz bunu ona bağışladıq. Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır.
فَغَفَرْنَا لَهُ ذَٰلِكَ ۖ وَإِنَّ لَهُ عِنْدَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَآبٍ

26. Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar. Həqiqətən, Allahın yolundan azanları Hesablaşma gününü unutduqları üçün şiddətli bir əzab gözləyir.
يَا دَاوُودُ إِنَّا جَعَلْنَاكَ خَلِيفَةً فِي الْأَرْضِ فَاحْكُمْ بَيْنَ النَّاسِ بِالْحَقِّ وَلَا تَتَّبِعِ الْهَوَىٰ فَيُضِلَّكَ عَنْ سَبِيلِ اللَّهِ ۚ إِنَّ الَّذِينَ يَضِلُّونَ عَنْ سَبِيلِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ بِمَا نَسُوا يَوْمَ الْحِسَابِ

27. Biz göyü, yeri və onların arasındakılarını nahaq yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin Oddakı halına!
وَمَا خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا بَاطِلًا ۚ ذَٰلِكَ ظَنُّ الَّذِينَ كَفَرُوا ۚ فَوَيْلٌ لِلَّذِينَ كَفَرُوا مِنَ النَّارِ

28. Biz heç iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı? Ya da Allahdan qorxanları günahkarlara tay tutarıqmı?
أَمْ نَجْعَلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَالْمُفْسِدِينَ فِي الْأَرْضِ أَمْ نَجْعَلُ الْمُتَّقِينَ كَالْفُجَّارِ

29. Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik.
كِتَابٌ أَنْزَلْنَاهُ إِلَيْكَ مُبَارَكٌ لِيَدَّبَّرُوا آيَاتِهِ وَلِيَتَذَكَّرَ أُولُو الْأَلْبَابِ

30. Biz Davuda Süleymanı bəxş etdik. O necə də gözəl qul idi! Daima Allaha üz tutardı.
وَوَهَبْنَا لِدَاوُودَ سُلَيْمَانَ ۚ نِعْمَ الْعَبْدُ ۖ إِنَّهُ أَوَّابٌ

Quran'i Kərim 38.Sad ('Sad') surəsi (88 a.y)

31. Bir dəfə axşam çağı ona üç ayağı üstündə durub bir ayağının dırnağını yerə vuran, çapar atlar göstərildi.
إِذْ عُرِضَ عَلَيْهِ بِالْعَشِيِّ الصَّافِنَاتُ الْجِيَادُ

32. Süleyman dedi: "Mən, günəş üfüqdə batanadək nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum - atlar məni əsr namazından yayındırdı".
فَقَالَ إِنِّي أَحْبَبْتُ حُبَّ الْخَيْرِ عَنْ ذِكْرِ رَبِّي حَتَّىٰ تَوَارَتْ بِالْحِجَابِ

33. Süleyman: "Onları yanıma qaytarın!"- dedi. O, atların qıçlarını və boyunlarını vurmağa başladı.
رُدُّوهَا عَلَيَّ ۖ فَطَفِقَ مَسْحًا بِالسُّوقِ وَالْأَعْنَاقِ

34. Biz Süleymanı sınağa çəkib taxtının üstünə cansız bir cəsəd atdıq. Sonra o tövbə edib qayıtdı.
وَلَقَدْ فَتَنَّا سُلَيْمَانَ وَأَلْقَيْنَا عَلَىٰ كُرْسِيِّهِ جَسَدًا ثُمَّ أَنَابَ

35. O dedi: "Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxşedənsən.
قَالَ رَبِّ اغْفِرْ لِي وَهَبْ لِي مُلْكًا لَا يَنْبَغِي لِأَحَدٍ مِنْ بَعْدِي ۖ إِنَّكَ أَنْتَ الْوَهَّابُ

36. Biz də, onun əmri ilə istədiyi yerə sakitcə əsən küləyi ona ram etdik.
فَسَخَّرْنَا لَهُ الرِّيحَ تَجْرِي بِأَمْرِهِ رُخَاءً حَيْثُ أَصَابَ

37. Həmçinin şeytanlardan olan müxtəlif nəqşlər vuran bənnaları, dalğıcları
وَالشَّيَاطِينَ كُلَّ بَنَّاءٍ وَغَوَّاصٍ

38. və başqalarını da zəncirlənmiş halda ona tabe etdik
وَآخَرِينَ مُقَرَّنِينَ فِي الْأَصْفَادِ

39. və buyurduq: "Bu Bizim hədiyyəmizdir! Bunlardan istədiyinə versən də, verməsən də səndən haqq-hesab tələb olunmayacaqdır".
هَٰذَا عَطَاؤُنَا فَامْنُنْ أَوْ أَمْسِكْ بِغَيْرِ حِسَابٍ

40. Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır.
وَإِنَّ لَهُ عِنْدَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَآبٍ

Quran'i Kərim 38.Sad ('Sad') surəsi (88 a.y)

41. Qulumuz Əyyubu da yada sal! Bir zaman o öz Rəbbinə yalvarıb demişdi: "Şeytan mənə bəla və əzab toxundurmuşdur!"
وَاذْكُرْ عَبْدَنَا أَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُ أَنِّي مَسَّنِيَ الشَّيْطَانُ بِنُصْبٍ وَعَذَابٍ

42. Biz ona dedik: "Ayağını yerə vur! Budur yuyunmaq və içmək üçün sərin su!"
ارْكُضْ بِرِجْلِكَ ۖ هَٰذَا مُغْتَسَلٌ بَارِدٌ وَشَرَابٌ

43. Bizdən bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini yenidən və üstəlik bir o qədər də əlavə övlad bəxş etdik.
وَوَهَبْنَا لَهُ أَهْلَهُ وَمِثْلَهُمْ مَعَهُمْ رَحْمَةً مِنَّا وَذِكْرَىٰ لِأُولِي الْأَلْبَابِ

44. Biz ona dedik: "Əlinə bir dəstə çubuq götür və onunla arvadını vur. Andını pozma". Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı.
وَخُذْ بِيَدِكَ ضِغْثًا فَاضْرِبْ بِهِ وَلَا تَحْنَثْ ۗ إِنَّا وَجَدْنَاهُ صَابِرًا ۚ نِعْمَ الْعَبْدُ ۖ إِنَّهُ أَوَّابٌ

45. Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yada sal!
وَاذْكُرْ عِبَادَنَا إِبْرَاهِيمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ أُولِي الْأَيْدِي وَالْأَبْصَارِ

46. Biz onları Axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik.
إِنَّا أَخْلَصْنَاهُمْ بِخَالِصَةٍ ذِكْرَى الدَّارِ

47. Həqiqətən, onlar Bizim yanımızda seçilmiş ən yaxşı kimsələrdəndirlər.
وَإِنَّهُمْ عِنْدَنَا لَمِنَ الْمُصْطَفَيْنَ الْأَخْيَارِ

48. İsmaili, əl-Yəsə`i və Zül-Kifli də yada sal! Onların hamısı ən yaxşı kimsələrdəndir.
وَاذْكُرْ إِسْمَاعِيلَ وَالْيَسَعَ وَذَا الْكِفْلِ ۖ وَكُلٌّ مِنَ الْأَخْيَارِ

49. Bu, bir xatırlatmadır. Allahdan qorxanları gözəl bir qayıdış yeri gözləyir -
هَٰذَا ذِكْرٌ ۚ وَإِنَّ لِلْمُتَّقِينَ لَحُسْنَ مَآبٍ

50. qapıları onlar üçün açılmış Ədn bağları.
جَنَّاتِ عَدْنٍ مُفَتَّحَةً لَهُمُ الْأَبْوَابُ

Quran'i Kərim 38.Sad ('Sad') surəsi (88 a.y)

51. Onlar orada taxtlara dirsəklənib çoxlu-çoxlu meyvələr və cənnətə məxsus içkilər istəyəcəklər.
مُتَّكِئِينَ فِيهَا يَدْعُونَ فِيهَا بِفَاكِهَةٍ كَثِيرَةٍ وَشَرَابٍ

52. Onların yanında gözlərini ərindən çəkməyən həmyaşıdları olacaqdır.
وَعِنْدَهُمْ قَاصِرَاتُ الطَّرْفِ أَتْرَابٌ

53. Hesablaşma günü üçün sizə vəd olunanlar bunlardır.
هَٰذَا مَا تُوعَدُونَ لِيَوْمِ الْحِسَابِ

54. Bəli, bu Bizim verdiyimiz nemətdir. O, tükənməzdir.
إِنَّ هَٰذَا لَرِزْقُنَا مَا لَهُ مِنْ نَفَادٍ

55. Bax belə! Şübhəsiz ki, azğınları da çox pis qayıdış yeri gözləyir -
هَٰذَا ۚ وَإِنَّ لِلطَّاغِينَ لَشَرَّ مَآبٍ

56. içində yanacaqları Cəhənnəm. Ora nə pis yataqdır!
جَهَنَّمَ يَصْلَوْنَهَا فَبِئْسَ الْمِهَادُ

57. Bu, qaynar su və irindir. Qoy onu dadsınlar!
هَٰذَا فَلْيَذُوقُوهُ حَمِيمٌ وَغَسَّاقٌ

58. Kafirlər üçün əzabın buna bənzər başqa növləri də vardır.
وَآخَرُ مِنْ شَكْلِهِ أَزْوَاجٌ

59. Kafirlərin başçılarına deyiləcək: "Bu sizinlə birlikdə Cəhənnəmə girən dəstədir. Başçılar deyəcəklər: "Onlara salam olmasın! Şübhəsiz ki, onlar odda yanacaqlar".
هَٰذَا فَوْجٌ مُقْتَحِمٌ مَعَكُمْ ۖ لَا مَرْحَبًا بِهِمْ ۚ إِنَّهُمْ صَالُو النَّارِ

60. Tabe olanlar deyəcəklər: "Xeyr, sizin özünüzə salam olmasın! Bunu bizə siz təqdim edirdiniz. Ora necə də pis qərar tutulan yerdir!"
قَالُوا بَلْ أَنْتُمْ لَا مَرْحَبًا بِكُمْ ۖ أَنْتُمْ قَدَّمْتُمُوهُ لَنَا ۖ فَبِئْسَ الْقَرَارُ

Quran'i Kərim 38.Sad ('Sad') surəsi (88 a.y)

61. Onlar deyəcəklər: "Ey Rəbbimiz! Bunu bizə kim təqdim edibsə, onun əzabını odda ikiqat elə!"
قَالُوا رَبَّنَا مَنْ قَدَّمَ لَنَا هَٰذَا فَزِدْهُ عَذَابًا ضِعْفًا فِي النَّارِ

62. Günahkarlar deyəcəklər: "Bizə nə olub ki, dünyada ikən pis adamlar saydığımız kişiləri burada görmürük?
وَقَالُوا مَا لَنَا لَا نَرَىٰ رِجَالًا كُنَّا نَعُدُّهُمْ مِنَ الْأَشْرَارِ

63. Biz onları haqsızcasınamı məsxərəyə qoyurduq? Nə isə, onlar gözə dəymirlər?"
أَتَّخَذْنَاهُمْ سِخْرِيًّا أَمْ زَاغَتْ عَنْهُمُ الْأَبْصَارُ

64. Şübhəsiz ki, bu, od sakinlərinin bir-biri ilə höcətləşməsi bir həqiqətdir.
إِنَّ ذَٰلِكَ لَحَقٌّ تَخَاصُمُ أَهْلِ النَّارِ

65. De: "Mən yalnız xəbərdar edənəm. Tək olan, hər şeyə Qalib gələn Allahdan başqa məbud yoxdur".
قُلْ إِنَّمَا أَنَا مُنْذِرٌ ۖ وَمَا مِنْ إِلَٰهٍ إِلَّا اللَّهُ الْوَاحِدُ الْقَهَّارُ

66. O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O, Qüdrətlidir, Bağışlayandır.
رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا الْعَزِيزُ الْغَفَّارُ

67. De: "O, böyük xəbərdir.
قُلْ هُوَ نَبَأٌ عَظِيمٌ

68. Siz isə ondan üz döndərirsiniz.
أَنْتُمْ عَنْهُ مُعْرِضُونَ

69. Ali toplum mübahisə apararkən mənim onlardan heç bir xəbərim yox idi.
مَا كَانَ لِيَ مِنْ عِلْمٍ بِالْمَلَإِ الْأَعْلَىٰ إِذْ يَخْتَصِمُونَ

70. Mənə, ancaq açıq-aydın xəbərdar edən olduğuma görə vəhy olunur".
إِنْ يُوحَىٰ إِلَيَّ إِلَّا أَنَّمَا أَنَا نَذِيرٌ مُبِينٌ

Quran'i Kərim 38.Sad ('Sad') surəsi (88 a.y)

71. Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: "Mən palçıqdan bir insan yaradacağam.
إِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِنْ طِينٍ

72. Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!"
فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ

73. Mələklərin hamısı birlikdə səcdə etdi,
فَسَجَدَ الْمَلَائِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ

74. yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu.
إِلَّا إِبْلِيسَ اسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ

75. Allah dedi: "Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?"
قَالَ يَا إِبْلِيسُ مَا مَنَعَكَ أَنْ تَسْجُدَ لِمَا خَلَقْتُ بِيَدَيَّ ۖ أَسْتَكْبَرْتَ أَمْ كُنْتَ مِنَ الْعَالِينَ

76. İblis dedi: "Mən ondan daha xeyirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!"
قَالَ أَنَا خَيْرٌ مِنْهُ ۖ خَلَقْتَنِي مِنْ نَارٍ وَخَلَقْتَهُ مِنْ طِينٍ

77. Allah dedi: "Çıx oradan! Sən artıq rəhmətimdən qovulmuşsan!
قَالَ فَاخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ

78. Haqq-hesab gününə qədər lənətim sənin üzərində olacaqdır!"
وَإِنَّ عَلَيْكَ لَعْنَتِي إِلَىٰ يَوْمِ الدِّينِ

79. İblis dedi: "Ey Rəbbim! Onlar dirildiləcəkləri günə qədər mənə möhlət ver".
قَالَ رَبِّ فَأَنْظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ

80. Allah dedi: "Sən möhlət verilənlərdənsən -
قَالَ فَإِنَّكَ مِنَ الْمُنْظَرِينَ

Quran'i Kərim 38.Sad ('Sad') surəsi (88 a.y)

81. vaxtı məlum olan günə qədər!"
إِلَىٰ يَوْمِ الْوَقْتِ الْمَعْلُومِ

82. İblis dedi: "Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam;
قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ

83. Təkcə Sənin seçilmiş ixlaslı qullarından başqa!"
إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ

84. Allah dedi: "Budur haqq! Mən yalnız haqqı deyirəm!
قَالَ فَالْحَقُّ وَالْحَقَّ أَقُولُ

85. Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam!"
لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنْكَ وَمِمَّنْ تَبِعَكَ مِنْهُمْ أَجْمَعِينَ

86. De: "Mən buna görə sizdən heç bir mükafat istəmirəm və mən özümdən bir şey uydurmağa çalışmıram.
قُلْ مَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ وَمَا أَنَا مِنَ الْمُتَكَلِّفِينَ

87. Bu Quran aləmlərə ancaq xatırlatmadır.
إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ

88. Siz onun verdiyi xəbəri bir vaxtdan sonra mütləq biləcəksiniz!"
وَلَتَعْلَمُنَّ نَبَأَهُ بَعْدَ حِينٍ


Geri dön

★Angelocka★

  • 2 avqust 2013 02:18
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
Allah razı olsun

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

GuNaY_83

  • 16 iyul 2013 13:37
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

tinker bell

  • 11 iyul 2013 14:09
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

1. Sad. Öyüd-nəsihətlə dolu Qurana and olsun!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ ص ۚ وَالْقُرْآنِ ذِي الذِّكْرِ

2. Kafirlər təkəbbür və nifaq içindədirlər.
بَلِ الَّذِينَ كَفَرُوا فِي عِزَّةٍ وَشِقَاقٍ

--------------------

★Angelocka★

  • 11 iyul 2013 12:21
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
7. Biz bunu axırıncı dində də eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyil.

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

^^Nazli^^

  • 10 iyul 2013 23:24
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
3. Biz onlardan öncə də neçə-neçə nəsilləri məhv etmişik. Onlar yalvarıb imdad diləyirdilər, lakin artıq qurtulma vaxtı keçmişdi.
كَمْ أَهْلَكْنَا مِنْ قَبْلِهِمْ مِنْ قَرْنٍ فَنَادَوْا وَلَاتَ حِينَ مَنَاصٍ

--------------------

Dikaya_Kavkazka

  • 10 iyul 2013 21:43
  • Məqalə: 0
  • Şərh: 2791
  • Bal:
{awards}
Kafirlər təkəbbür və nifaq içindədirlər.
بَلِ الَّذِينَ كَفَرُوا فِي عِزَّةٍ وَشِقَاقٍ

-chanel-

  • 10 iyul 2013 17:57
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
ALLAH komeyiniz olsun...

adsizda zordu

  • 10 iyul 2013 17:32
  • Məqalə: 11
  • Şərh: 54
  • Bal:
{awards}
Məgər içimizdən təkcə onamı Zikr vəhy edilmişdir?" Xeyr, onlar Mənim Zikrimə şəkk gətirirlər. Xeyr, onlar Mənim əzabımı hələ dadmayıblar.
أَأُنْزِلَ عَلَيْهِ الذِّكْرُ مِنْ بَيْنِنَا ۚ بَلْ هُمْ فِي شَكٍّ مِنْ ذِكْرِي ۖ بَلْ لَمَّا يَذُوقُوا عَذَابِ ALLAH razi olsun

Aysel_

  • 10 iyul 2013 17:09
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Allah Razi Olsun

мυsLiмαηκα

  • 10 iyul 2013 16:34
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Allah razi Olsun...

evil_angel

  • 10 iyul 2013 16:05
  • Məqalə: 56
  • Şərh: 1187
  • Bal:
{awards}
Allah razı olsun canım...

--------------------

love%messi

  • 10 iyul 2013 16:02
  • Məqalə: 24
  • Şərh: 1715
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

pervis

  • 10 iyul 2013 16:02
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

^^Nazli^^

  • 10 iyul 2013 15:58
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

★Love Pearl★

  • 10 iyul 2013 15:57
  • Məqalə: 335
  • Şərh: 4368
  • Bal:
{awards}
Allah razı olsun.........

--------------------
Azerbaijan Medical University smile

Yagmur_Beliber

  • 10 iyul 2013 15:57
  • Məqalə: 1
  • Şərh: 89
  • Bal:
{awards}
Allah sizden razi olsun

--------------------
..::★ღ♥_justin bieber_♥ღ★::..

Roya_____

  • 10 iyul 2013 15:51
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Bash Belası

  • 10 iyul 2013 15:50
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

Adsiz yazici

  • 10 iyul 2013 15:45
  • Məqalə: 15
  • Şərh: 3015
  • Bal:
{awards}
Allah razi olsun...

★KaRaMeLKa★

  • 10 iyul 2013 15:44
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Allah razi olsun...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 38
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}