Mətbəx sirləri: Breton karamelli makaron pirojnaları

 
Mətbəx sirləri: Breton karamelli makaron pirojnaları

Tərkibi (30 ədəd):

xəmir:
1 ç.q. berqamot ətirli çay
150 q qabıqsız badam və ya badam unu
150 q şəkər pudrası
1 ç.q. kakao
110 q yumurta ağı
150 q şəkər tozu
40 ml su

Breton karameli:
200 q şəkər tozu
200 q yağlı qaymaq (30%-li)
0,5 ç.q. iri dəniz duzu
150 q kərə yağı

Əvvəlcə karameli hazırlayaq.

Qaymağı qazana töküb ocağın üstünə qoyun. Qaynara düşəndə götürün. Şəkər tozunu tayqulpa tökün, orta itilikdə ocağın üstünə qoyun. Daim qarışdıraraq əridin. Kütlə kəhrəba rəngində olmalıdır.

Şəkər əriyən kimi ocağı çox azaldın, səliqə ilə, qarışdırmağı dayandırmadan isti qaymağı əlavə edin. Dəniz duzu, kubik doğranmış otaq temperaturunda kərə yağını əlavə edin. Yaxşıca qarışdırıb ocaqdan götürün.

Otaq temperaturunadək soyudun. Sonra isə tam soyuması üçün soyuducuya qoyun.

Makaron:

Əgər hazır badam ununuz yoxdursa, onu şəkər pudrası ilə birlikdə üyüdün. Əgər hazır badam unundan istifadə edəcəksinizsə, onu şəkər pudrası ilə birlikdə ələkdən keçirin.

Badam unu ilə şəkər pudrasına üyüdülmüş qara, berqamot ətirli çay, kakao və 55 q yumurta ağı əlavə edin.

Qarışdırmayın. Bir kənara qoyun.

Qalan 55 q yumurta ağını ayrı bir ləyəndə mikserlə çalın.

Tayqulpa şəkər tozu və su tökün. Orta itilikdə ocağın üstünə qoyun, qaynara düşəndən sonra 116-118 dərəcəyə qalxanadək (bunun üçün karamel termometri gərəyiniz olacaq) bişirin. Belə termometriniz yoxdursa, başqa üsuldan istifadə edin: soyuq su ilə dolu fincana 1 damcı karamel salın, o damcı kimi donacaq və barmaqlarınızla sıxdığınızda yastılanacaq.

Siropu ocaqdan götürün. Yumurta ağını təkrar çalın və çalmağı dayandırmadan qaynar siropu nazik axınla əlavə edin. Qatı, parıldayan köpük alınınca çalın.

Bunu badamlı un və yumurta ağı olan ləyənə ehtiyatla əlavə edin. Ləyəni dairəvi fırlatmaqla taxta qaşıqla unu altdan yuxarı qaldıraraq yumurta ağı ilə qarışdırın. Alınan xəmir çox duru olmamalıdır. Yoxlamaq üçün bir boşqaba qarışıqdan azca tökün, qaşığı üstündə gəzdirin, açılmış şırım tədriclə örtülməlidir.

Xəmiri konditer torbasına doldurun. Siniyə perqament kağızı döşəyin. Torbadan perqamentin üzərinə diametri 3-4 sm olan dairələr sıxın.

Bunları otaq temperaturunda minimum 1 saat saxlayın ki, üstü yüngül qabıq bağlasın.

Əvvəlcədən 150-155 dərəcə qızdırılmış sobaya qoyub 11-12 dəqiqə bişirin.

Hazır makaronları sinidən götürüb tam soyudun.

Tam soyumuş makaronları aralarına soyumuş və qatılaşmış karamel çəkərək cüt-cüt birləşdirin. Bir gecə soyuducuda saxlayın.

Süfrəyə verməzdən 10 dəqiqə əvvəl soyuducudan çıxarın.

Nuş olsun!


Geri dön

^^KuKuLKa^^

  • 4 avqust 2013 16:36
  • Məqalə: 770
  • Şərh: 11380
  • Bal:
resept ucun tesekkurler

--------------------

★Angelocka★

  • 2 avqust 2013 02:12
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
Reseptə görə təşəkkürlər

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

sebnem98

  • 15 iyul 2013 08:13
  • Məqalə: 0
  • Şərh: 6592
  • Bal:
{awards}
xəmir:
1 ç.q. berqamot ətirli çay
150 q qabıqsız badam və ya badam unu
150 q şəkər pudrası
1 ç.q. kakao
110 q yumurta ağı
150 q şəkər tozu
40 ml su

--------------------

MADİNKA MPİ

  • 11 iyul 2013 14:13
  • Məqalə: 0
  • Şərh: 838
  • Bal:
{awards}
nuw olsun yeqin dadli olarr

Roya_____

  • 11 iyul 2013 13:13
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
coxsagolunnn

★Angelocka★

  • 11 iyul 2013 12:10
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
Tərkibi (30 ədəd):

xəmir:
1 ç.q. berqamot ətirli çay
150 q qabıqsız badam və ya badam unu
150 q şəkər pudrası
1 ç.q. kakao
110 q yumurta ağı
150 q şəkər tozu
40 ml su

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

★Love Pearl★

  • 10 iyul 2013 23:13
  • Məqalə: 335
  • Şərh: 4256
  • Bal:
{awards}
reseptçün sağolun dadlı görünür yaxşıki orucumu açmışam))

^^Nazli^^

  • 10 iyul 2013 22:50
  • Məqalə: 134
  • Şərh: 7629
  • Bal:
{awards}
Tam soyumuş makaronları aralarına soyumuş və qatılaşmış karamel çəkərək cüt-cüt birləşdirin. Bir gecə soyuducuda saxlayın.

--------------------

Nara Neznakomka

  • 10 iyul 2013 22:46
  • Məqalə: 174
  • Şərh: 10792
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkkkkk

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Dikaya_Kavkazka

  • 10 iyul 2013 21:29
  • Məqalə: 0
  • Şərh: 2740
  • Bal:
{awards}
maraqli terkibi var.Twk)

love%messi

  • 10 iyul 2013 20:31
  • Məqalə: 24
  • Şərh: 1688
  • Bal:
{awards}
resepte gore twk

--------------------

Nəmişka

  • 10 iyul 2013 20:15
  • Məqalə: 13
  • Şərh: 316
  • Bal:
{awards}
TEWEKKURLER

★KaRaMeLKa★

  • 10 iyul 2013 19:33
  • Məqalə: 166
  • Şərh: 6629
  • Bal:
{awards}
TeWeKKuRLeR.

lady anna

  • 10 iyul 2013 18:49
  • Məqalə: 26
  • Şərh: 2910
  • Bal:
{awards}
resepte gore cox sag olun

--------------------

_Natiq_

  • 10 iyul 2013 18:46
  • Məqalə: 12
  • Şərh: 304
  • Bal:
{awards}
Tewekkurler :)

--------------------

Masan

  • 10 iyul 2013 17:53
  • Məqalə: 0
  • Şərh: 1017
  • Bal:
{awards}
TEWEKKURLER

Adsiz yazici

  • 10 iyul 2013 17:44
  • Məqalə: 15
  • Şərh: 2961
  • Bal:
{awards}
MeSLeHeT ucun twk

Roya_____

  • 10 iyul 2013 17:38
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
resept ucun twk

-chanel-

  • 10 iyul 2013 17:38
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
Ilk serh menden.....MeSLeHeT ucun twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 26
Cəmi: 56

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 18
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 671
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}