Rəsulallahın (s.a.a.s.) Ramazan xütbəsi

 
Rəsulallahın (s.a.a.s.) Ramazan xütbəsi

"Ey insanlar! Allahın ayı bərəkət, rəhmət və bağışlanma ilə birgə sizə doğru gəldi. Bu ay Allah yanında ayların ən yaxşısıdır. Bu ayın günləri ən dəyərli günlər, gecələri ən gözəl gecələr, saat və anları ən üstün saaat və anlardır.

Bu ayda siz Allahın ziyafətinə dəvət olunduz. Bu ayda Allah Sizi öz kəramət əhlindən etdi. Bu ayda sizin nəfəsləriniz zikr, yatmağınız ibadət, əməlləriniz qəbul və dualarınız cavablandırılmışdır.

Belə olan halda xalis niyyət və təmiz qəlblə Allahdan sizə bu ayda oruc tutmağın və Quran oxumağın müyəssər olması üçün kömək etməsini diləyin. Çünki doğrudan da, bu əzəmətli ayda İlahi rəhmətindən məhrum olan şəxs bədbəxtdir.

Ramazan ayında ac-susuz qalaraq, Qiyamət gününün aclıq və susuzluğunu yada salın.

Aranızdakı ehtiyaclı və yoxsul insanlara əl tutun! Böyüklərinizlə hörmətlə davranın. Uşaqlarınıza nəvaziş göstərin. Yaxınlarınıza baş çəkin və onlara yardım edin. Dilinizi pisliklərdən qoruyun. Gözlərinizi haram baxışlardan saxlayın. Qulaqlarınıza haram eşıtdirməyin. Camaatın yetim uşaqlarına mehribanlıq edin ki, sizin yetimlərinizlə də mehriban olsunlar.

Günahlarınızın bağışlanması üçün Tanrı dərgahına üz gətirib, tövbə edin. Hər namaz vaxtı əllərinizi Onun qarşısında aciz qul kimi açaraq, dua edin. Çünki, bu ayın saatları ən fəzilətli vaxtlardır. Allah-Təala bu vaxt öz bəndələrinə rəhmət və mərhəmətlə baxar. Bəndəsinin istək və xahişlərini eşidər. Çağırışlarına cavab verər. Dualarını qəbul edər.

Ey camaat! Nəfsləriniz əməllərinizin girdabındadır. Allahdan bağışlanmanızı istəməklə onları azad edin. Belləriniz günahlarınızın ağırlığı ilə əyilmişdir. Uzun səcdələrlə onların ağırlığını azaldın. Bilin ki, Uca Yaradan namaz qılanları, səcdə edənləri əzaba düçar etməyəcəyinə və onları Qiyamət günü insanların hesab verdiyi zaman Cəhənnəm əzabı ilə qorxutmayacağına söz vermişdir.

Ey camaat! Hər kəs bu ayda oruc tutan bir möminə iftar süfrəsi açarsa,Tanrı dərgahında bir qulu azad etmək qədər dəyəri, savabı vardır. Və bu iş onun keçmiş günahlarının bağışlanmasına səbəb olar.”

Bu zaman bir nəfər soruşdu: "Ey Allahın Rəsulu(s)! Bizim hamimizın imkanı yoxdur ki, kimisə qonaq etsin. Nə edək?"

Peyğəmbər (s) buyurdu:

"Yarı xurma dənəsini sədəqə verməklə də, olsa Cəhənnəm atəşindən qorunun. Bir qurtum su ehsan etməklə də, olsa Cəhənnəm odundan qurtulun.

Ey insanlar! Hər kəs bu ayda öz əxlaqını, rəftarını gözəlləşdirsə, ayaqların Sirat körpüsündə vəhşətdən titrədiyi an, ona bu körpüdən qorxusuz olaraq keçməyə icazə verilər. Hər kim bu ayda öz qullarının zəhmətini azalda, Allah-Təala Qiyamətdə onun işini asanlaşdırar.

Hər kim bu ayda insanlara zəhmət, əziyyət verməyi azalda, Uca Allah o biri dünyada ona qarşı qəzəbini azaldar. Hər kəs bu ayda bir yetimi əzizləyə, Allah Axirətdə onu əzizləyəcəkdir. Hər kim bu ayda öz yaxınlarının ziyarətinə gedə, Böyük Allah Qiyamətdə ona rəhm edəcəkdir. Kim bu ayda qohumları ilə əlaqəni kəsərsə, Qadir Allah o biri dünyada ona rəhm etməyəcəkdir.

Kim bu ayda müstəhəb namaz qılarsa, Tanrı ona cəhənnəm odundan bəraət verər. Kim bu ayda vacib namaz qılarsa, başqa aylarda qılınan yetmiş namaza bərabərdir. Kim bu ayda mənə çox salavat göndərərsə,Allah Qiyamət günü əməl tərəzisi yüngül gələndə, onu ağırlaşdırar. Hər kəs bu ayda Qurani-Kərimdən bir ayə oxuyarsa, o biri aylarda bütünlüklə oxunmuş Qurana bərabərdir.

Ey insanlar! Bu ayda Behiştin qapıları açıqdır. Allahdan istəyin ki, bu qapıları sizin üzünüzə bağlamasın! Və həmçinin Cəhənnəmin qapıları da, bu ayda bağlıdır. Allaha yalvarın ki, onun qapılarını sizin üzünüzə açmasın. Bu ayda şeytan zəncirlənmişdir. Allahdan istəyin ki, onu sizə hakim etməsin”.

Bu zaman Həzrət Əli (ə) soruşdu: "Ey Allahın Rəsulu (s)! Bu ayda ən üstün əməllər nədir?"

Peyğəmbər (s) buyurdu:"Ey Həsənin atası! Bu ayda ən üstün əməl Allahın haram buyurduğu işlərdən qaçmaqdır."

Elə bu vaxt Peyğəmbər(s) ağladı.

Həzrət Əli (ə) soruşdu: "Ey Allahın Rəsulu (s)! Niyə ağlayırsan?"

Peyğəmbər (s) buyurdu (s): "Ya Əli (ə)! Mən ona görə ağlayıram ki, bu ayda sənə qarşı hörmətsizlik edəcəklər. Sanki səni namaz qılan halda görürəm, amma indiyədək gəlib-getmiş olan ən bədbəxt, ən namərd şəxs sənə elə bir qılınc zərbəsi vuracaq ki, saqqalın al-qana boyanacaqdır”.

Həzrət Əli (ə) soruşdu: "EyAllahın Rəsulu (s)! Bu hadisə mənim dinə sadiq qaldığım haldamı baş verəcəkdir?"

Peyğəmbər (s) buyurdu: "Bəli, elədir." Sonra isə əlavə etdi: "Ya Əli (ə)! Sənin canına qəsd edən kəs, mənim canıma qəsd etmişdir. Səni qəzəbləndirən şəxs məni qəzəbləndirmişdir. Səni təhqir edən şəxs məni təhqir etmişdir. Çünki sən mənə özüm kimisən. Sənin ruhun, mənim ruhum deməkdir.

Uca Allah məni və səni yaratdı və seçdi. Məni peyğəmbər, səni də imam olaraq seçdi. Deməli səni rəd edən şəxs, mənim peyğəmbərliyimi rəd etmişdir.Ya Əli (ə)! sən mənim vəsiyyim, övladlarımın atası, qızımın sevimli həyat yoldaşı və istər mən həyatdaykən, istərsə də vəfat etdikdən sonra canişinimsən. Sənin əmrin, mənim əmrim və qadağan etdiyin hər şey də, mənim qadağam sayılır. Məni Peyğəmbərliyə seçən və ən yaxşı məxluq qərar verən Allaha and olsun ki, Sən Allahın bəndələrinə höccəti, imamı və Onun yer üzündəki xəlifəsisən!"

(Mənbə - Şeyx Səduq. Əl-əmali, c. 1, səh. 295)
[center][/center]


Geri dön

★Angelocka★

  • 7 avqust 2013 02:24
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
Allah razi olsun

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

sebnem98

  • 17 iyul 2013 10:41
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
"Ey insanlar! Allahın ayı bərəkət, rəhmət və bağışlanma ilə birgə sizə doğru gəldi. Bu ay Allah yanında ayların ən yaxşısıdır. Bu ayın günləri ən dəyərli günlər, gecələri ən gözəl gecələr, saat və anları ən üstün saaat və anlardır.

Bu ayda siz Allahın ziyafətinə dəvət olunduz. Bu ayda Allah Sizi öz kəramət əhlindən etdi. Bu ayda sizin nəfəsləriniz zikr, yatmağınız ibadət, əməlləriniz qəbul və dualarınız cavablandırılmışdır.

--------------------

Dunyanin Sevinci

  • 13 iyul 2013 20:12
  • Məqalə: 0
  • Şərh: 272
  • Bal:
{awards}
ALLAH razi olsun.Butun oruc tutanlarin orucunu ALLAH qebul etsin.

^^Nazli^^

  • 11 iyul 2013 23:22
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

PSIXOPATKA

  • 11 iyul 2013 21:33
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
tewekuuuuurr

--------------------

=TALIS=

  • 11 iyul 2013 17:05
  • Məqalə: 0
  • Şərh: 441
  • Bal:
{awards}
HAMINIZIN MUQEDDES RAMAZAN BAYRAMINI TEBRIK EDIREM

--------------------
TI VE QEWENQIM AZ TINI PIDEM !!!!!!!!!!!!!!!

★WirinKa★

  • 11 iyul 2013 16:04
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
Allah razi olsun seve seve oxudum

--------------------

★Love Pearl★

  • 11 iyul 2013 15:47
  • Məqalə: 335
  • Şərh: 4367
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Azerbaijan Medical University smile

Nara Neznakomka

  • 11 iyul 2013 15:10
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Bu zaman Həzrət Əli (ə) soruşdu: "Ey Allahın Rəsulu (s)! Bu ayda ən üstün əməllər nədir?"

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Gözlüklü

  • 11 iyul 2013 15:05
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Allah razi olsun

shop_050

  • 11 iyul 2013 14:49
  • Məqalə: 0
  • Şərh: 2789
  • Bal:
{awards}
ALLAH razi olsun,,,

--------------------
*** ♥ ♥ ♥ NE GOZELDIR "SECDE",SEN YERIN DIBINE PICILDAYIRSAN,SEMADAN EWIDILIR.... !!! ♥ ♥ ♥ ***

_MeLuSiN_

  • 11 iyul 2013 14:30
  • Məqalə: 4
  • Şərh: 463
  • Bal:
{awards}
Allah sizden razı olsun.....gözel kelmeler idi ....

--------------------
◕◕◕◕◕◕ ◕◕

★Украду Девушку★

  • 11 iyul 2013 14:02
  • Məqalə: 100
  • Şərh: 3646
  • Bal:
{awards}
"Ey insanlar! Allahın ayı bərəkət, rəhmət və bağışlanma ilə birgə sizə doğru gəldi. Bu ay Allah yanında ayların ən yaxşısıdır. Bu ayın günləri ən dəyərli günlər, gecələri ən gözəl gecələr, saat və anları ən üstün saaat və anlardır.

--------------------

★KaRaMeLKa★

  • 11 iyul 2013 13:58
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Allah razi olsun...

Adsiz yazici

  • 11 iyul 2013 13:57
  • Məqalə: 15
  • Şərh: 3015
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

tinker bell

  • 11 iyul 2013 13:55
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
Ramazan ayında ac-susuz qalaraq, Qiyamət gününün aclıq və susuzluğunu yada salın.

--------------------

Roya_____

  • 11 iyul 2013 13:52
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

love%messi

  • 11 iyul 2013 13:47
  • Məqalə: 24
  • Şərh: 1715
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 42
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}