Yay fəsillər arasında xüsusilə seçilir. Səbəb isə bu fəsildə meyvə-tərəvəzin ucuzlaşmasıdır. Təbii ki, yayın əvəzəolunmaz qidaları sırasında qarpız-yemişin öz yeri var. Amma elə yayda zəhərlənmələrin əksəriyyəti də elə qarpız-yemişdən olur.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyası bazarlarda qarpız, yemiş və başqa kənd təsərrüfatı məhsullarının yoxlanılmasını aparır. Laboratoriyanın rəhbəri Yaqub İbrahimovun dediyinə görə, mayın 15-dən indiyədək 100-dək qarpız üzərində laborator yoxlamalar aparılaraq toksikoloji rəy verilib. Ötən illərdən fərqli olaraq, bu il qarpızlarda olan nitratın miqdarı orqanizm üçün təhlükə yaratmır. Son zamanlar ölkəyə gətirilən azot-fosfor-kalium qarışıq gübrələrin tərkibi nitratın əmələ gəlməsinə mane olur. Digər tərəfdən əhali arasında aparılan təbliğat da öz rolunu oynayıb: "İndiyədək 40-50 yemişdə yoxlamalar aparılıb. Cəmi 4-5 halda nitratın miqdarı bir qədər artıq olub ki, bu da yüksək göstərici sayılmır".
Kənd təsərrüfatı məhsulları üzərində yoxlamaların sentyabra qədər davam edəcəyini bildirən Y.İbrahimov əhaliyə xəbərdarlıq da edib: "Yaşlı adamlar, körpələr və xəstələr axşamlar qarpız yeməməlidirlər. Bu, orqanizmə ziyandır. Qarpız kəsilən kimi dərhal yeyilməlidir. Onu soyuducuda saxlamaq və sonra istifadə etmək olmaz. Əhali uzun müddət gün altında qalan qarpızı almamalıdır".
Əslində qarpızın faydaları çoxdur. Saymaqla bitməz. Bu bostan məhsulu insanı xərçəngdən qoruyur. Bostan bitkiləri içərisində qarpız dadı ilə yanaşı, müalicəvi əhəmiyyətinə görə də fərqlənir. Tərkibində olan şəkər, qlükoza, B, C vitaminləri, dəmir və kalsium duzları sayəsində qarpız orqanizmdə olan bir çox narahatlıqları aradan qaldırmağa kömək edir. Bədənə sərinlik verir, susuzluğu aradan qaldırır. Onun qan təzyiqini, ürəyin funksiyasını yaxşılaşdırmaqla bərabər orqanizmin təmizlənməsi baxımından da böyük rolu var. Əsasən böyrəkdəki daşları və duzları tökür. Bütün bu faydalar təbii yolla yetişdirilmiş, günəş altında haldan-hala düşməyən qarpızlara aiddir.
... Maştağa kəndində qarpız satan Əhəd dayı yenicə gətirilmiş qarpız-yemişi sərin, kölgəlik yerə daşıyır. Deyir ki, belə etməsə gün vurud qarpızı xarab edər. "Günəşin altında qarpız satmazlar" deyən Əhəd dayının sözlərinə görə, kənddə qarpız satmaq olduqca təhlükəlidir: "Hamı bir-birini tanıyır. Bir nəfər qarpızdan zəhərlənsə, bütün kənd satıcını daşa tutar. Satıcının tək çarəsizliyi qarpız saxlamaq yerinin olmamasıdır. Bir balaca dükanın harasına qarpız yığasan ki, sərin qalsın. Gedib nə yazacaqsınız bilmirəm, amma o qədər Allahsız jurnalistlər var ki. Gəlib şirin-şirin danışırlar, sonra gedib yazırlar ki, Maştağada azotlu qarpızlar satılır, ona görə belə böyükdürlər. Kənd camaatı da bilib-bilmədən qarpızdan imtina edir. Hansı meyvədə, tərəvəzdə dərman yoxdur? Hansı öz xoşu ilə, rahatçılıqla yetişir? Heç biri. Heç kim yazmır ki, o sapsarı armudlar, adama gəl-gəl deyən üzümlər, diş batmayan almalar necə yetişdirilir. Hamı alıb süfrəsini bəzəyir. Onlara toxunan yoxdu. Amma tənqid lazım olanda gəlirlər kasıb adamların bir para çörək pulu qazanıb ailəsini dolandırdığı kəndlərə ki, qarpız dərmanlıdı. Əlimizdə iynə qarpız satmırıq ki?"
Həmsöhbətimizin sözlərinə görə, balaca qarpıza ağız büzənlər bilmir ki, elə ən xeyirlisi bu qarpızlardır. İri qarpızlar qarın üçün deyil, bəzək üçündür: "Böyük qarpızlar, dərmanlı qarpızlar restoranlarda olur. Müxtəlif formalar, yaraşıqlar düzəltmək üçün. Belə kiçik qarpızlar isə yemək üçün ən yaxşılarıdır. Alanda bəzən qarpızı sıxırlar ki, içindən səs gələcək, ay nə bilim nə olacaq. Qarpızın yaxşı olduğunu bilmək üçün saplağına baxın. Saplaq qupquru, üstündə sarı ləkələr az olmalıdır. İndi əksər yerlərdə bu saplaqları kəsirlər ki, quru olmadığı üzə çıxmasın. Çünki tağdan yetişməmiş dərilib və saplaq qurumağa imkan tapmayıb".
46 yaşlı Leyla Fətəliyeva deyir ki, qarpız alanda kəsdirib alır. "Kəsdirirəm, içi yaxşı olanda alıram. O qədər zəhərlənmə halları olur ki... Əvvəl özümüz yeyirik, bir qədər sonra uşaqlara veririk. Bəzən qabıqlarından mürəbbə bişirib, uşaqların başını aldadırıq. Dərmanlar digər meyvələrdə elə də qorxulu olmasa da qarpızda çox təhlükəlidir. Kənddə qarpızı tanış satıcılardan alırıq. Bəzən qohumlar da əkib satır. Həyət qarpızı daha dadlı olur. Dərmansız yetişdirildiyini bilirik. Onsuz da heç nəyin əvvəlki kimi ləzzəti qalmayıb".
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qida təhlükəsizliyi şöbəsinin müdiri İmran Abdullayevin dediyinə görə, bostan məhsullarının hardan alınmasına diqqət yetirmək vacibdir. "Günəş şüalarının birbaşa təsirinə məruz qalan məhsulu almaqdan çəkinin. Maşın yollarının kənarında, küçələrdə satılan qarpızların tərkibi qlükoza ilə reaksiyaya girdiyindən toksik maddələr əmələ gəlir. Bostan məhsulları bağlı, həmçinin torpaqdan xeyli aralı məsafədə satılmalıdır".
Abdullayev məsləhət görür ki, qarpızı kəsməzdən əvvəl onu yaxşıca yumaq lazımdır. İstehlakçılar çox zaman qarpızı yuyulmamış kəsirlər. Qarpızı qaynadılmış su ilə yuyub qurutduqdan sonra kəsmək lazımdır. "Yetişmiş məhsula bıçaq dəyən kimi dərhal ayrılır və onun tumları tünd-qəhvəyi və ya qara rəngdə olur. Əgər qarpızın zolaqları sarımtıl və ya qəhvəyi rəngdədirsə, bu, onun tərkibinin qənaətbəxş olmamasından xəbər verir".
Qeyd edək ki, qarpızın tərkibində nitratın çox olması zəhərlənməyə gətirib çıxarır. Qarpızın tərkibində nitratın norması 60 milli qram olmalıdır, çox nitrat zəhərlənmə deməkdir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Huseynovun sözlərinə görə isə gün qarpız üçün zərərli deyil. "Ümumiyyətlə, bilinməlidir ki, qarpız günəşdən qorxmur. Qarpıza gün nə qədər dəysə, təbii ki, onu yandırmamaq şərti ilə o qədər də yetişir və daha da yaxşılaşır. Lakin ola bilər, qarpızı iti günəşdən qorumaq üçün onun üstünə biyan kolları çəkilsin. Lakin birmənalı şəkildə qarpız günəşdən qorxmur. Yemiş isə əksinə olaraq günəşdən qorxur. Günəş yemişi yandırar və pis təsirə məruz qoya bilər"[center]
deyən qurum sədri bildirib ki, bütün hallarda bu məhsullar günəş şüalarından qorunmaılı və biyan kökü altında saxlanmalıdır