Hər bir işdə xeyir var

 
Hər bir işdə xeyir var


Keçmiş zamanlarda bir ağanın zəkalı bir nökəri vardı. Nökər hər gün iki böyük səhənglə (su qabı ilə) həyətin o biri başında yerləşən quyuya gedir, səhəngləri su ilə doldurub geri qayıdırdı.


Gətirdiyi suyu evin yanındakı boyük su anbarına tökürdü. Anbarı doldurmaq üçün gündə bir neçə dəfə quyu üstə getməli olurdu. Rahatlıq üçün çiyninə bir taxta parçası qoyar, səhənglərin hər birini bu taxtanın uclarından asardı. Səhənglərin biri sağ tərəfinə, o biri də sol tərəfinə düşərdi. Beləcə müvazinətini qoruyaraq yol gedərdi.


Günlərin birində səhənglərin birinin dibində kiçik deşik əmələ gəldi. Nökər ağasının qorxusundan səhəngin deşildiyini ona demədi. Əvvəlki qayda ilə suyu daşımağa davam etdı. Adəti üzrə deşilmiş səhəngi sol çiyninə alırdı. Amma indi nökərin işi bir az da artmışdı. Deşik səhəngdəki suyun bir hissəsi yolda damcı-damcı axıb yerə tökülürdü. Mənzil başına suyun yarısı gəlib çatırdı. Buna görə də nökər quyu üstə gediş-gəlişlərinin sayını çoxaltmağa məcbur idi.

Deşik səhəng xəcalət çəkirdi. Üstəlik onun o biri tayı da durmadan ona tənə vurur, danlayırdı: “Səndən ötrü yazıq nökərin əziyyəti çoxalıb. Mənzil başına suyun yarısını çatdırırsan. Bilmirsən ki, dünyada hər şeyin vəzifəsi olduğu kimi, bizim də vəzifəmiz içimizdəki suyu qoruyub mənzil başına çatdırmaqdır? Sən öz vəzifəni yerinə yetirə bilmirsən. Artıq zibilliyə atılmağının vaxtı çatıb. Kaş nökər səni dəyişdirib yerinə təzə səhəng götürəydi. Şikəst yol yoldaşından bezmişəm. Sən hara, mən hara?”


Deşik səhəng xəcalətindən cavab vermirdi. Axı nə deyəydi? Dostunun sözlərində həqiqət vardı. Deşik səhəng kimə lazım idi ki? Nökər ağır yükün altında tövşüdükcə biçarə səhəng utandığından bilmirdi ki neyləsin.


Günlərin birində Allah nökərin bəsirətini açdı. Nökər səhənglərin danışığını eşitdi. Nökərin sağ çiyinindəki səhəng yenə sol çiynindəki dostunu danlayırdı. Deşık səhəng isə həmişəki kimi yenə susurdu. Bu dəfə onun əvəzinə nökər cavab verdi. Dil-boğaza qoymayan səhəngə üzünü çevirib dedi: “Dostunu danlamaqdansa, getdiyimiz yolun vəziyyətinə baxsaydın yaxşı olardı”. “Sağlam” səhəng özünü itirdi: “Yolumuza nə olub ki? Hər gün getdiyimiz yoldur da”. Əyilib aşağı baxdı. Gözlərinə inanmadı. Quyudan anbara kimi uzanan və hər gün nökərin keçdiyi cığırın iki tərəfi gül-çiçəkli idi. Əvvəllər burada gül-çiçək yox idi. Bu gözəllik son bir neçə günün içində yaranmışdı – səhənglərdən birinin dibində deşik yarandığı son bir neçə günün içində.


Nökər təəccüb içində olan səhənglərə dedi: “Mən səhənglərdən birinin deşildiyini biləndə qərara aldım ki, bundan həyətimizin xeyrinə istifadə edim. Getdiyim cığırın hər iki tərəfinə çiçək toxumları səpdim. Deşik səhəngi də həmişəki kimi yalnız sol çiyinimə alırdım. Amma suyu əbəs yerə itirmirdim. Deşik səhəngdən damçlayan su gördüyünüz bu çiçəklərin üzərinə səpələnirdi. Beləcə, hər dəfə quyu üstünə gedəndə yolun bir tərəfindəki, qayıdanda isə o biri tərəfindəki gülləri sulamış olurdum. Doğrudur, quyu üstə gediş-gəlişlərimin sayı artdı. Amma əvəzində bu cür gözəl bir bağça yarandı. Və bu bağçanı “sağlam” səhəng yox, məhz öz eybindən xəcalət çəkən deşik səhəng yaratdı”.


Geri dön

★Angelocka★

  • 3 avqust 2013 02:29
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
Allah razı olsun

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

sebnem98

  • 17 iyul 2013 10:34
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
Keçmiş zamanlarda bir ağanın zəkalı bir nökəri vardı. Nökər hər gün iki böyük səhənglə (su qabı ilə) həyətin o biri başında yerləşən quyuya gedir, səhəngləri su ilə doldurub geri qayıdırdı.

--------------------

HUSEYN ASHIQI

  • 15 iyul 2013 16:09
  • Məqalə: 84
  • Şərh: 2550
  • Bal:
{awards}
Cox sag olun Allah razi olsun

--------------------



Eger menim Şie olmağim kimise narahat edirse------>Men bu narahatciliğa göre fexr edirem (Alhamdul'illah)

Rozi ross

  • 15 iyul 2013 09:31
  • Məqalə: 4
  • Şərh: 662
  • Bal:
{awards}
twwkkkkkkkkkkkkkkkk

--------------------
Mənim üçün ən böyük xoşbəxtlik,mən öldükdən sonra sənin tərəfindən hələ də
düşünülməkdir..Amma əgər bu sənə aci verəcəksə, mən unudulmağa da raziyam...!


Qəribə deyil mi? İnsan həmişə eşq ağrısı çəkməkdən şikayətlənər əslində, yaxşı heçmi eşq ağrısı çəkdirən yox aramızda..

tinker bell

  • 13 iyul 2013 19:28
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
tewekkurler

--------------------

Nara Neznakomka

  • 13 iyul 2013 13:01
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Deşik səhəng xəcalətindən cavab vermirdi. Axı nə deyəydi? Dostunun sözlərində həqiqət vardı. Deşik səhəng kimə lazım idi ki? Nökər ağır yükün altında tövşüdükcə biçarə səhəng utandığından bilmirdi ki neyləsin.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

PSIXOPATKA

  • 13 iyul 2013 13:00
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSN

--------------------

son damla

  • 13 iyul 2013 12:39
  • Məqalə: 29
  • Şərh: 524
  • Bal:
{awards}
oxudum cox sagolun ibretli bir hekayedir bir netice cixarmagi REBBİM bizlere nesib etsin inshALLAH amin

--------------------
"Hamımız itirdiyimiz ya da yetişə bilmədiyimiz hər şey üçün zamanı günahlandırırıq. Halbuki, unutma, zaman danışacaq olsa, hamımız utanarıq".

★Angelocka★

  • 13 iyul 2013 11:38
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
axot olmadi oxumaga cox sag ol

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

^^Nazli^^

  • 13 iyul 2013 08:31
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
Keçmiş zamanlarda bir ağanın zəkalı bir nökəri vardı. Nökər hər gün iki böyük səhənglə (su qabı ilə) həyətin o biri başında yerləşən quyuya gedir, səhəngləri su ilə doldurub geri qayıdırdı.

--------------------

ShoKKi_MoKKi

  • 12 iyul 2013 22:22
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
cox gozel hekaye idi cox saqol tongue

--------------------

★Love Pearl★

  • 12 iyul 2013 21:21
  • Məqalə: 335
  • Şərh: 4367
  • Bal:
{awards}
cox sag ol.....

--------------------
Azerbaijan Medical University smile

★WirinKa★

  • 12 iyul 2013 20:37
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
tesekkurler

--------------------

Silent_ Night

  • 12 iyul 2013 20:24
  • Məqalə: 647
  • Şərh: 5280
  • Bal:
{awards}
axot olmadi oxumaga cox sag ol

--------------------

Aytac98

  • 12 iyul 2013 18:24
  • Məqalə: 0
  • Şərh: 700
  • Bal:
{awards}
cox xosuma geldi tesekkurler

--------------------
Eshedu enle ilehe ilellah!
Eshedu enle Muhemmedu ve abduhu resuluhu!
Men sehadet getiriremki Allahdan baska tanri ve ibadete layiq megbud yoxdu,ve Mehemmed onun qulu ve elcisidir!

Roya_____

  • 12 iyul 2013 18:22
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
maraqlı deyerlı meqale ucun coxsagol )

_MeLuSiN_

  • 12 iyul 2013 18:08
  • Məqalə: 4
  • Şərh: 463
  • Bal:
{awards}
Tşk.........

--------------------
◕◕◕◕◕◕ ◕◕

★Love Pearl★

  • 12 iyul 2013 18:05
  • Məqalə: 335
  • Şərh: 4367
  • Bal:
{awards}
sağol!!!!!!!

--------------------
Azerbaijan Medical University smile

★KaRaMeLKa★

  • 12 iyul 2013 17:49
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Maraqli idi meymun =)

Adsiz yazici

  • 12 iyul 2013 17:46
  • Məqalə: 15
  • Şərh: 3015
  • Bal:
{awards}
Və bu bağçanı “sağlam” səhəng yox, məhz öz eybindən xəcalət çəkən deşik səhəng yaratdı”.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 37
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}