Ermənistan hakimiyyəti növbəti dəfə şoka düşəcək

 
Ermənistan hakimiyyəti növbəti dəfə şoka düşəcək

Bu yaxınlarda Azərbaycan bütün regionu heyrətə salacaq müdafiə təyinatlı məhsullar istehsal edəcək. Bu məhsullar mart ayına kimi işə düşəcək 8 yeni istehsal sahəsində buraxılacaq. Artıq bu istiqamətdə son hazırlıq işləri görülür. 2011-ci ildə Azərbaycan regionda hərbi üstünlüyünü indiyədək olmayan qədər möhkəmləndirəcək. Artıq Nazirlik ordunu aviasiya bombaları, snayper tüfəngləri, atıcı və yüngül artilleriya silahları, onların döyüş sursatları, NATO standartlarına uyğun tapançalar, qumbaraatanlar, seysmik minalar, tank əleyhinə müxtəlif növ minalar, kəşfiyyat vasitələri, zirehli maşınlar və digər məhsullarla təmin edir. Müdafiə sənayesi naziri Yavər Camalov ANS-ə eksklüziv müsahibəsində bu il istehsal olunacaq yeni müdafiə təyinatlı məhsulların bəzilərinin adlarını da açıqlayıb.

Nazir Yavər Camalov bildirib ki, istehsal üçün tank və artilleriya silahları üçün döyüş sursatları revalver tipli 40-46 mm-lik qumbaraatanlar və onların döyüş sursatları, 107 mm-lik reaktiv qurğular və onların döyüş sursatları, 122 mm-lik raketlər, tank əleyhinə lazer başlıqlı raketlər, müxtəlif növ barıtlar istehsal etmək üçün 5 barıt zavodunun tikintisi, eləcə də trotil və geksagen və digər partlayıcı maddələrin istehsalı üçün yeni zavodların tikintisi, helikopterlərdə quraşdırılacaq lazer başlıqlı raketlərin istehsalı nəzərdə tutulub: “Biz bu işlərlə demək olar ki, regionu heyrətləndirəcəyik”.

Təkcə ötən il istehsal olunan müdafiə təyinatlı məhsulların həcmi 2009-cu illə müqayisədə 2,6 dəfə artıb. Mövcud hərbi texnika, silah-sursatın saz vəziyyətə gətirilməsi üçün görülən işlərin həcmi isə 7 dəfə çoxalıb. Nazirlik bu ilə istehsal olunan müdafiə təyinatlı məhsulların çeşidlərini də genişləndiriləcək. Bu rəqəm ilin sonuna kimi 413-dən 470-ə çatdırılacaq. Bundan başqa, çeşidlər üzrə sifarişlərdə də artım var.

2011-ci ildə Müdafiə Nazirliyinin Müdafiə Sənayesi Nazirliyinə ötən ilə nisbətən 7,1 dəfə artıq sifariş verdiyini deyən nazir Yavər Camalov bildirib ki, bu sifarişin yerinə yetirilməsi üçün Müdafiə Sənayesi Nazirliyi artıq 3 növbəli iş rejiminə keçəcək. Bütün əvvəlki illərdə görülən işlər və bu il gələcəkdə görülən işlər ordumuzun daha da güclənməsinə xidmət edəcək.

Ermənistan tərəfinin son vaxtlar müxtəlif səviyyələrdə hərbi bəyanatlar səsləndirməsinə gəlincə, nazir bunu qorxu içərisində olan qarşı tərəfin yaranmış reallığı daxildə pərdələmək cəhdi ilə izah edir : “Ermənistan ordusu demək olar ki, SSRİ vaxtından qalmış köhnə hərbi texnika və silah sursatla təmin olunub. Ancaq Azərbaycan ordusu müasir döyüş tələblərini həyata keçirən aviasiya zirehli texnika və beynəlxalq standartlara cavab verən silah-sursatla təmin olunub. Reallığa söykənmək lazımdır. Bu gün Azərbaycan ordusu öz torpaqlarını qısa müddətdə azad etməyə qadirdir”.

Qeyd edək ki,
bu il Azərbaycan bir sıra beynəlxalq hərbi sərgilərdə də iştirak edəcək. Dünya bazarına çıxarılacaq silahların çeşidləri də artırılacaq.


Geri dön

_RONALDO_

  • 14 may 2011 09:47
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Mənə bir dənə Sniper tipli silah verələr,gedib duraram atəşkəs xəttində.

--------------------

Bridgestone

  • 20 yanvar 2011 13:00
  • Məqalə: 0
  • Şərh: 37
  • Bal:
{awards}
BUNLARI ALMAQNAN DEYIL GEREK ESKERLERIMIZ DOVSHAN OLMASIN

CrazyGirl

  • 14 yanvar 2011 20:44
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Thanks...........

--------------------
Sən varsansa həyat çox gözəl!

CandyGirl

  • 14 yanvar 2011 16:31
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
hm maraqliydi////

--------------------

Sergio Ramos

  • 11 yanvar 2011 19:42
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Bu nədi ki
Bizimkilər İSraildən ən son heçbir ölkədə olmayan silahlar alıb..

--------------------

gul_93

  • 11 yanvar 2011 11:33
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
tewekkurler

Morning_Star

  • 11 yanvar 2011 07:39
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Sitat: L_SimuS
Morning_Star,
cebhede verirler))

Mənə indi lazımdı.Yaşım çatmır

L_SimuS

  • 10 yanvar 2011 23:22
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Morning_Star,
cebhede verirler))


tewekkur yaziya gore

sevgi yalandir

  • 10 yanvar 2011 19:37
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
AYSE17,
winked

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Irane

  • 10 yanvar 2011 18:28
  • Məqalə: 8
  • Şərh: 651
  • Bal:
{awards}
Insallah torpaqlarimiz alinaaar

--------------------

MuslimGirl

  • 10 yanvar 2011 18:18
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Inshallah, biz qalib geleceyik! Tesekkurler

Morning_Star

  • 10 yanvar 2011 18:14
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Mənə bir dənə Sniper tipli silah verələr,gedib duraram atəşkəs xəttində.Biçərəm erməni dığalarını

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}