Təmiz arı balını necə seçmək lazımdır

 
Təmiz arı balını necə seçmək lazımdır

Arı ailəsinin 11 məhsulu var. Bal, çiçək tozu, perqa, arı südü, propolis, arı zəhəri, arı mumu, zabus -balın qaymağı, erkək arı südü, mum güvəsi eksraktı, ölmüş arı xitozaru. Bütün bu məhsullar bir-birindən tərkibinə, müalicəvi xüsusiyyətlərinə görə fərqlənirlər. Arının bütün məhsulları bioloji-aktiv maddələrlə zəngindir və qiymətlidir. Arı məhsulları insanlara çox qədimdən məlumdur. Bal arının məhsullarındarı biridir. Arılar balı müxtəlif çiçəklərin nektarındarı-şirosindən hazırlayırlar. Çiçək şirəsini mədə cinadanına toplayıb pətəkdəki yuvalara boşaldırlar. Mədə şirəsi ilə qarışmış nektarı qanadları ilə ventilyasiya yaradaraq qurudub qatılaşdırırlar. Qatılaşmış nektar bala çevrildikdə, bal yetişdikdə pətəyin ağzını mumla suvayırlar. Bal süzüldükdə suvanmış pətəklər götürülməlidir, əks təqdirdə duru balda suyun miqdarı çox olduüğundarı (norma 18-20 %) bal qıcqırır yemək üçün yararsız olur. Bal kimyəvi tərkibinə görə vitaminlər, mineral maddələr, karbohidratlar, zülallar, harmonlarla zəngindir. Balın bu qədər güclü və qüvvətli qida məhsulu olmasının səbəbini araşdıraq. Arının çiçəkdən topladığı nektar nədir və bitki bunu nə məqsədlə hazırlayır, ifraz edir?

Bildiyimiz kimi bitkilər vegetasiya dövründə çiçəkləyir. Çiçəyin icərisində dişicik və erkəkcik elementləri olur. Erkəkciklər tozcuq formasında olur. Dişiciyin kasacığında nektar şirə ifraz olunur. Arı xortumunu bu dişicik kasacığına salaraq oradan şirəni sorur. Bu şirə bitki tərəfindən xüsusi məqsəd üçün hazırlanıb ifraz olunur.

1- ci. Erkəkcik tozcuqlarının yapışıb dişiciyi mayalarıdırması üçün.

2- ci. Mayalanmış cinsi hüceyrələrin inkişaf edib rüşeym əmələ gətirənə qədər qidalarıması üçün qida mənbəyi olub qidalı mühit yaratmasıdır.


Deməli nektar bitkidə, meyvə və ya toxumun rüşeyminin tutması, yetişməsi ücün, inkişaf etməsi üçün bitkinin ifraz etdiyi məqsədyönlü şirədir və arılar da həyat üçün lazım olan hər şeylə təmin olunmuş bu mayeni yığıb bal hazırlayırlar. Ona görə də balın tərkibində həyat üçün lazım olan, canlı orqarıizmin yaşaması, inkişaf etməsi üçün hər şey var. Çicək balı ona görə də qiymətli və əvəz olunmaz qidadır və onu heç bir şeylə əvəz etmək, süni hazırlamaq mümkün deyil.

Təbii balı arılar müxtəlif çiçəklərdən yığırlar. Ballar bir-birindən tərkibində olan mikroelemcntlərin, efir yağlarının miqdarına görə fərqlənirlər. Təbii çiçək bah əsasən iki cür olur – monomorf və polimorf. Monomorf bir bilki şirəsindən yığılmış baldır, təbiətdə 100% monomorf bal tapmaq çətindir, çünki arılar 5-7 km ərazidə olan bütün çiçəklərdən bal toplayırlar. Bal yığılan sahədə hansı bitki. ağac çoxluq təşkil edirsə (50%-ə qədər) belə bal növü həmin bitkinin adı ilə adlanır. Məsələn: cökə balı, günəbaxarı balı, akasiya balı, qarabaşaq (qreçka) balı, yonca balı, pambıq balı, tütün balı, şabalıd balı, qarıqal balı və s. Polimorf ballar bir çox çiçəklərin balıdır: dağ çəmən balı, aran çəmən balı, qarışıq meşə balı və s. Balın müalicəvi xüsusiyyəti balın növündəndə asılıdır, Qarabaşaq (qreçka) dəmir ilə çox zəngin olduğundan qanazlığında. Ürək və şəkər xəstəliyində dietik bal kimi istifadəsi daha məqsədə uyğundur. Günəbaxan balı A vitamini və karotinlə daha zəngin olduğundan uşaqlarda boy artımına görə, dəri xəstəliklərində daha xeyirlidir, qanqal balı qaraciyər xəstəliklərində, biyan balı mədə-bağırsaq və prostatitlərdə, dağ balı ürək xəstəliklərində, cökə balını soyuq dəymələrdə istifadəsi daha məqsədə uyğundur.

Hər bir bitkinin özünün xüsusiyyəti, müalicəvi xassəsi olduğundan həmin bitkinin nektarından hazırlarımış balda da bu müalicəvi xüsusiyyətlər özünü biruzə verir, üstünlük təşkil edir. Arılar təbii farmaseptlərdir. Arının özündən istifadə etməklə ekspress üsulla vitaminləşmiş ballar almaq mümkündür. Baldan hazırlarımış siropa müxtəlif bitkilərin, mcyvə və tərəvəzlərin şirəsi qatılır. Bu sirop ayıca arıya yedizdirilir və arı yenidən bal hazırlayır. Beləliklə iki qat istehsal olunmuş vitaminləşdirilmiş ballar hazırlayır. Bu üsulla itburnu balı, çuğundur balı, zirinc balı, yemişən balı, xvoya balı və s. Ümumilikldə 185 adda müxtəlif bal almaq mümkündür. Bitki şirələrindən başqa antibiotiklər, müxtəlif dərman bitkilərinin ekstraktlarından istifadə etməklə müalicəvi ballar almaq olar. Arıdan farmasevt kimi istifadə etməklə hər bir xəstəlik üçün ayrıca bal almaq mümkündür.

Vitaminləşmiş balların bir çox üstün cəhədləri var.
Adi balın tərkibində olmayan komponentləri vitaminləri balda arıya yedizdirməklə daha güclü vilaminlərlə zəngin, müalicəvi ballar almaq mümkündür.
Balda olan bitki şirələri arının mədəsində həzm olunur, mədə şirəsi ilə qarışır və arı bal hazırlayarkən bitki balla reaksiyaya girir, fermentləşir və ilkin emal olunduğundan orqanizmə daha tez sovruları, qüvvətli komponentlərə çevrilirlər.
Bal güclü konservant olduğundan tərkibində olan komponentləri uzun müddət parçalamadan saxlaya bilir.
Məqsədyönlü hər bir xəstəlik üçün, hər bir komponentlə zəngin ayrıca bal almaq mümkündür: C vitaminli itburnu balı, A vitaminli yerkökü balı, karotinlə zəngin xvoya balı, tonuslandırıcı jenşcn balı, ürok üçün yemişan balı və s.
İlin bülün fəsillərində bu balları almaq və saxlamaq mümkündür. Vitaminləşmiş balları qışda da arıdan almaq mümkündür (xüsusi üsulla).

Balın xalis halda olması və yemək üçün nə dərəcədə yararlı olması onun tərkibindən asılıdır.

Balda əsas 4 göstəricisi götürülür.
Balın rütubəti 18-20%
Disataza ədədi: Arının mədə fermenti 8-15 vahid
Saxaroza 3-5% çox olmalı
Tərkibində zəhərli maddələr olmamalıdır.


Balın xalisliyini ancaq kimyəvi yolla yoxlamaq olar. Əks halda balın nə dərəcədə yararlı və xalis olmasını bilmək mümkün deyildir. Bal laboratoriyada yoxlanılıb sertifıratlaşdırılmalıdır. Xalis balın rütubəti az olduğundan kristallaşır, xarlayır. Balın xarlaması onun keyfıyyətinə xələl gətirmir, əksinə bal özünü qorumaq üçün kristallaşır.


Geri dön

RoMaNTiK SerSeRi

  • 13 fevral 2012 23:16
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

NELLY19

  • 2 avqust 2011 14:31
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
Maraqli melumata gore cox sag ol

nilayka

  • 19 fevral 2011 18:06
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cox saqolun maraqlidir

--------------------

CrazyGirl

  • 14 yanvar 2011 21:01
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
nam-nam-nammmmm tongue

--------------------
Sən varsansa həyat çox gözəl!

CandyGirl

  • 14 yanvar 2011 16:05
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
fikirleriniz??

--------------------

damla15

  • 12 yanvar 2011 10:48
  • Məqalə: 3
  • Şərh: 232
  • Bal:
{awards}
cox saqolun maraqlidir

Irane

  • 10 yanvar 2011 14:57
  • Məqalə: 8
  • Şərh: 651
  • Bal:
{awards}
Tesekkurler amaaaa men bali xoslamiraaam

--------------------

L_SimuS

  • 10 yanvar 2011 14:35
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tewekkur eziyyete gore

temiz bali yerinden almaq lazimdi))

MuslimGirl

  • 10 yanvar 2011 14:35
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Bezi usullari esitmisdim. Tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}