Məleykə Əsədovanın evi

 
Məleykə Əsədovanın evi

Xalq artisti Məleykə Əsədova qızı ilə birlikdə yaşadığı

evə "Aysel"i qonaq edib. Aktrisa evi haqqında danışıb.


"12 ildir bu evdə yaşayıram. Əvvəllər "İçərişəhər" metrostansiyası yaxınlığında bina evində yaşayırdım, sonradan həyət evi aldım. Bu yerdə köhnə ev vardı, onu sökdürüb yerində yeni ev tikdirdim, dizaynını da özüm verdim. Əlbəttə, həyətim böyük olsaydı, daha fərqli dizayn fikirləşərdim. Həyatda bir məqsədim var, bir şeyim olsun, amma gözəl olsun. Obrazlarımı da seçəndə daxilən mənə uyğun gələninə üstünlük verirəm, istəyirəm bir rol oynayam, amma sanballı, çətin rol olsun. Həmçinin evlə bağlı düşüncəm də belədir - bir evim olsun, amma rahatlığı, aurası gözəl olsun. Çünki gözəllik vurğunuyam. Evin dizaynında hər şey mənə məxsusdur. Evdə çox basırığı sevmirəm, genişliyin tərəfdarıyam. Birinci mərtəbədə iri zal qurulub, zal sütunlarla iki yerə ayrılır, sol tərəfdə yumşaq dəst və bar, sağ tərəfdə isə iri masa, qorkalar və dincəlmək üçün iki yırğalanan kreslo var. Xalça, pərdə seçimində yaşıl rəngə üstünlük vermişəm, çünki bu rəng insanı sakitləşdirir. Amma bir az bu dizayndan yorulmuşam, gələcəkdə pulum olarsa, dəyişiklik etmək istəyirəm. Amma ümumi klassik üslubu pozmayacağam, çünki klassika həmişə dəbdə olur. Aşağı mərtəbə klassik üslubda olsa da, yuxarı mərtəbəni çalışmışam avanqard üslubda təmir etdirim. Bağ evim yoxdur, əgər olsaydı avanqard üsluba üstünlük verərdim. Hər bir xanım kimi, mən də bahalı qabları sevirəm, amma fiqurlara daha çox üstünlük verirəm.

***

Evdə ən sevdiyim otaq, əlbəttə ki, yataq otağımdır. Əvvəl yataq mebelim ağ idi, sonradan dəyişdirib qarasını aldım. Çünki qara rəngi çox sevirəm. Gözəlliyi görmək üçün beynin, gözün, dərrakən və düşüncən geniş olmalıdır hər kəs qara rəngin gözəlliyini duya bilmir. Qara rəngi geyimdə də çox sevirəm. Əsas insanın ağ düşüncəli olmasıdır. Bu gün məhz çəkiliş üçün fərqli rəngləri seçdim. Ayrıca qarderob otağım var. Orada paltardan yer yoxdur. Əvvəllər xaricə gedəndə yalnız özümə geyim seçirdimsə, indi əsasən Gülərə seçirəm.

Gülərin otağının dizaynını da mən vermişəm. Əvvəllər onun mebeli fərqli idi, yəni körpə üçün idi, indi isə yaşına uyğun seçmişəm. İstəmirəm qızım həyatda pisin nə olduğunu bilsin. Gülər məni həyata bağlayanımdır. Yeri gəlmişkən deyim ki, onun adına mahnı yazdırmışam, bu yaxınlarda klip çəkdirəcəyəm.

***

Evdə portretlərim çoxdur, hələ ki elə şərait yoxdur sevdiyim əsərlərin hamısını asım. Hətta istəyirəm özüm şəkil çəkim. Çəkmişəm, istədiyim kimi alınmayıb. Dənizdə, gəmilərdə istirahət etməyi çox sevirəm. Günəşin çıxmasını və batmasını çəkmək istərdim. Ay işığında dənizə baxmağı çox sevirəm. Bir də yaşıllığı, şəlaləni, çayın axmasını, quşların səsini çox sevirəm. Ümumiyyətlə, romantik insanam. Evi yalnız öz zövqümlə bəzəmişəm, yəni hər şeyi özüm seçmişəm, xalça, pərdə, mebel və s. Evə bağlı insanam, evdə olmağı çox xoşlayıram. Məşqdən gələndə istirahətimi öz otağımda tapıram, obrazlarımı daha çox evimdə düşünürəm. Ona görə mənim üçün evin rahatlığı əsasdır.

***

Alt mərtəbədə trenajorlar və hovuz var. Mən aktrisayam, həmişə formada olmalıyam. Əvvəlki mənzilimdə də, baxmayaraq balaca idi, trenajorlar yerləşdirmişdim. Məncə, qadın mütləq baxımlı olmalıdır. Hər zaman formada olmalıyam, çünki insanların gözü önünə çıxıram. Problemlərim olur, amma tamaşaçılar bunu hiss etməməlidirlər. Onların gözündə xəyallarda olan bir insanam. Ona görə kefim olmayanda belə makiyajıma fikir verib küçəyə çıxıram. Ən birinci qadının şarmı olmalıdır, baxımlı olmalıdır. Geyindiyiniz geyimin qiymətinə yox, sizə yaraşmasına fikir verin. Mənim üçün ən əsası dəbdəbəli, gözəl evdə yox, gözəl aurada yaşamaqdır.


Geri dön

MiLeyla

  • 28 sentyabr 2011 13:02
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
thanks

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

jenya

  • 17 sentyabr 2011 00:38
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
ondan zehlem gedir.pulunu kraskasina pudrasina yox ,insan olmaqina xerglesin!!!!!!!!!!!

merry girl

  • 12 iyul 2011 02:01
  • Məqalə: 2
  • Şərh: 128
  • Bal:
{awards}
wekiller qoqqu??? belay

tatamik

  • 25 iyun 2011 23:32
  • Məqalə: 0
  • Şərh: 144
  • Bal:
{awards}
teshekkurler

--------------------
любит отпусти вернется твое нет никогда твоим не было

_RONALDO_

  • 14 may 2011 09:47
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Eh men de ele bildim evinin sekillerin var xeberde

--------------------

justin bieber

  • 9 mart 2011 12:43
  • Məqalə: 46
  • Şərh: 415
  • Bal:
{awards}
zehlem gedir bunnann

umid1297

  • 7 fevral 2011 01:08
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
bu aktirisa ozunu teriflemekden basqa hecbirsey bilmir o, neye oxsuyur o gun bir verlisde deyirdiki menden gozeli yoxdur.sehnede oturanlardan biride dedi ki,duzdeyir qurbagadan gozeli yoxdur bu sozleri yaziram ki,o ozunden razidir

--------------------
vip

CrazyGirl

  • 14 yanvar 2011 20:51
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
_MISS ANGEL_,
qarisiq hissler kecirirsen lol

--------------------
Sən varsansa həyat çox gözəl!

CandyGirl

  • 14 yanvar 2011 16:27
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
zehlem gedir bunnann am

--------------------

Sergio Ramos

  • 11 yanvar 2011 19:34
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Xoşum gəlmir bu aktrisadan

--------------------

runo888

  • 11 yanvar 2011 13:00
  • Məqalə: 0
  • Şərh: 16
  • Bal:
{awards}
nifret edirem buna 1 kopukluk deyil amma ozun ele aparir ki guya bundan bashqasi yoxdur colde gic gice azligidi am

gul_93

  • 11 yanvar 2011 11:35
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
zehlem gedir bundan

L_SimuS

  • 10 yanvar 2011 23:18
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler maraqli deyil

_MISS ANGEL_

  • 10 yanvar 2011 20:50
  • Məqalə: 0
  • Şərh: 142
  • Bal:
{awards}
wink winked smile am belay feel fellow laughing lol love no recourse request sad tongue wassat crying what

--------------------

CrazyGirl

  • 10 yanvar 2011 20:36
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Eh men de ele bildim evinin sekillerin var xeberde wink

--------------------
Sən varsansa həyat çox gözəl!

sevgi yalandir

  • 10 yanvar 2011 19:40
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
hmmmmmmmmmmmmmmmmmmmmmmm twk

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Irane

  • 10 yanvar 2011 18:02
  • Məqalə: 8
  • Şərh: 651
  • Bal:
{awards}
Tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}