Quran'i Kərim 41.Fussilət ('Müfəssəl izah edilmiş') surəsi (54 a.y)

 
Quran'i Kərim  41.Fussilət ('Müfəssəl izah edilmiş') surəsi (54 a.y)


Mərhəmətli və Rəhmli Allahın adı ilə!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

1. Ha. Mim.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ حم

2. Bu, Mərhəmətli və Rəhmli Allah tərəfindən nazil edilmiş,
تَنْزِيلٌ مِنَ الرَّحْمَٰنِ الرَّحِيمِ

3. ayələri Quran kimi ərəbcə müfəssəl izah edilmiş, anlaya bilən camaat üçün nəzərdə tutulmuş bir Kitabdır.
كِتَابٌ فُصِّلَتْ آيَاتُهُ قُرْآنًا عَرَبِيًّا لِقَوْمٍ يَعْلَمُونَ

4. O, həm müjdə verən, həm də xəbərdar edəndir. Lakin onların çoxu üz çevirib söz eşitməzlər.
بَشِيرًا وَنَذِيرًا فَأَعْرَضَ أَكْثَرُهُمْ فَهُمْ لَا يَسْمَعُونَ

5. Onlar deyirlər: "Sənin bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır, qulaqlarımızda tıxac vardır, bizimlə sənin arana pərdə çəkilmişdir. Sən işində ol, biz də öz işimizdə olacağıq!"
وَقَالُوا قُلُوبُنَا فِي أَكِنَّةٍ مِمَّا تَدْعُونَا إِلَيْهِ وَفِي آذَانِنَا وَقْرٌ وَمِنْ بَيْنِنَا وَبَيْنِكَ حِجَابٌ فَاعْمَلْ إِنَّنَا عَامِلُونَ

6. De: "Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Ona tərəf doğru yol tutun və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına!
قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِثْلُكُمْ يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ فَاسْتَقِيمُوا إِلَيْهِ وَاسْتَغْفِرُوهُ ۗ وَوَيْلٌ لِلْمُشْرِكِينَ

7. O kəslərin ki, zəkat vermir və axirəti inkar edirlər.
الَّذِينَ لَا يُؤْتُونَ الزَّكَاةَ وَهُمْ بِالْآخِرَةِ هُمْ كَافِرُونَ

8. İman gətirib yaxşı əməl işlədənləri tükənməz nemətlər gözləyir".
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ

9. De: "Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və bütləri Ona tay tutursunuz? Axı O, aləmlərin Rəbbidir.
قُلْ أَئِنَّكُمْ لَتَكْفُرُونَ بِالَّذِي خَلَقَ الْأَرْضَ فِي يَوْمَيْنِ وَتَجْعَلُونَ لَهُ أَنْدَادًا ۚ ذَٰلِكَ رَبُّ الْعَالَمِينَ

10. O, yerin üstündə möhkəm duran dağlar yerləşdirdi, onu bərəkətli etdi və ruzi istəyənlər üçün orada yer əhlinin ruzisini tam dörd gündə yerbəyer etdi.
وَجَعَلَ فِيهَا رَوَاسِيَ مِنْ فَوْقِهَا وَبَارَكَ فِيهَا وَقَدَّرَ فِيهَا أَقْوَاتَهَا فِي أَرْبَعَةِ أَيَّامٍ سَوَاءً لِلسَّائِلِينَ

11. Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə: "Könüllü surətdə və ya məcburi olaraq gəlin əmrimə boyun əyin!"- dedi. Onlar: "Könüllü olaraq gəldik!"- dedilər.
ثُمَّ اسْتَوَىٰ إِلَى السَّمَاءِ وَهِيَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ائْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَا أَتَيْنَا طَائِعِينَ

12. O, iki gündə onları yeddi göy kimi yaratdı və hər göyə onun özünə məxsus vəzifə tapşırdı. Biz dünya səmasını qəndillərlə bəzədik və mühafizəmizə götürdük. Bu, Qüdrətli və Bilən Allahın əzəli hökmüdür.
فَقَضَاهُنَّ سَبْعَ سَمَاوَاتٍ فِي يَوْمَيْنِ وَأَوْحَىٰ فِي كُلِّ سَمَاءٍ أَمْرَهَا ۚ وَزَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِمَصَابِيحَ وَحِفْظًا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ

13. Əgər üz döndərsələr, de: "Mən sizi də Ad və Səmudu saran ildırıma bənzər bir ildırımın sarsıda biləcəyindən xəbərdar edirəm".
فَإِنْ أَعْرَضُوا فَقُلْ أَنْذَرْتُكُمْ صَاعِقَةً مِثْلَ صَاعِقَةِ عَادٍ وَثَمُودَ

14. Onlara önlərindən və arxalarından: "Yalnız Allaha ibadət edin!"- deyə əmr edən elçilər gəlmişdi. Onlar isə: "Əgər Rəbbimiz istəsəydi, mələklər endirərdi. Biz sizinlə göndərilənlərə inanmırıq!"- demişdilər.
إِذْ جَاءَتْهُمُ الرُّسُلُ مِنْ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ ۖ قَالُوا لَوْ شَاءَ رَبُّنَا لَأَنْزَلَ مَلَائِكَةً فَإِنَّا بِمَا أُرْسِلْتُمْ بِهِ كَافِرُونَ

15. Ad xalqına gəlincə, onlar yer üzündə haqsızcasına təkəbbür göstərib: "Bizdən daha qüvvətli kim ola bilər?"- dedilər. Məgər onları yaradan Allahın onlardan daha qüvvətli olduğunu görmürdülərmi? Onlar ayələrimizi, sadəcə, inkar edirdilər.
فَأَمَّا عَادٌ فَاسْتَكْبَرُوا فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَقَالُوا مَنْ أَشَدُّ مِنَّا قُوَّةً ۖ أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَهُمْ هُوَ أَشَدُّ مِنْهُمْ قُوَّةً ۖ وَكَانُوا بِآيَاتِنَا يَجْحَدُونَ

16. Biz onlara dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün uğursuz günlərdə üstlərinə çox soyuq bir külək göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara kömək də edilməz.
فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِي أَيَّامٍ نَحِسَاتٍ لِنُذِيقَهُمْ عَذَابَ الْخِزْيِ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَخْزَىٰ ۖ وَهُمْ لَا يُنْصَرُونَ

17. Səmud xalqına gəldikdə isə, Biz onlara doğru yol göstərdik, onlar isə korluğu doğru yoldan üstün tutdular və onları qazandıqları günahlar üzündən alçaldıcı əzab ildırımı yaxaladı.
وَأَمَّا ثَمُودُ فَهَدَيْنَاهُمْ فَاسْتَحَبُّوا الْعَمَىٰ عَلَى الْهُدَىٰ فَأَخَذَتْهُمْ صَاعِقَةُ الْعَذَابِ الْهُونِ بِمَا كَانُوا يَكْسِبُونَ

18. İman gətirib Allahdan qorxanları isə xilas etdik.
وَنَجَّيْنَا الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ

19. Allaha yağı kəsilənlər Cəhənnəmə sürüklənib toplanılacaqları günə qədər bir yerdə saxlanacaqlar.
وَيَوْمَ يُحْشَرُ أَعْدَاءُ اللَّهِ إِلَى النَّارِ فَهُمْ يُوزَعُونَ

20. Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir.
حَتَّىٰ إِذَا مَا جَاءُوهَا شَهِدَ عَلَيْهِمْ سَمْعُهُمْ وَأَبْصَارُهُمْ وَجُلُودُهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ

21. Onlar öz dərilərinə: "Nə üçün əleyhimizə şahidlik edirsiniz?"- deyəcəklər. Dəriləri deyəcək: "Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız".
وَقَالُوا لِجُلُودِهِمْ لِمَ شَهِدْتُمْ عَلَيْنَا ۖ قَالُوا أَنْطَقَنَا اللَّهُ الَّذِي أَنْطَقَ كُلَّ شَيْءٍ وَهُوَ خَلَقَكُمْ أَوَّلَ مَرَّةٍ وَإِلَيْهِ تُرْجَعُونَ

22. Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından çəkinib gizlənmirdiniz. Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir.
وَمَا كُنْتُمْ تَسْتَتِرُونَ أَنْ يَشْهَدَ عَلَيْكُمْ سَمْعُكُمْ وَلَا أَبْصَارُكُمْ وَلَا جُلُودُكُمْ وَلَٰكِنْ ظَنَنْتُمْ أَنَّ اللَّهَ لَا يَعْلَمُ كَثِيرًا مِمَّا تَعْمَلُونَ

23. Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və siz ziyan çəkənlərdən oldunuz.
وَذَٰلِكُمْ ظَنُّكُمُ الَّذِي ظَنَنْتُمْ بِرَبِّكُمْ أَرْدَاكُمْ فَأَصْبَحْتُمْ مِنَ الْخَاسِرِينَ

24. Əzaba dözsələr də, onların yeri oddur. Onlar mərhəmət diləsələr də, onlara mərhəmət göstərilməz.
فَإِنْ يَصْبِرُوا فَالنَّارُ مَثْوًى لَهُمْ ۖ وَإِنْ يَسْتَعْتِبُوا فَمَا هُمْ مِنَ الْمُعْتَبِينَ

25. Biz onlara fasiq yoldaşlar qoşduq və bu dostlar onlara öndəkilərini və arxadakılarını gözəl göstərdilər (dünyanı sevdirib, axirəti unutdurdular). Onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan ümmətlər barəsindəki Söz onlar barəsində də gerçək oldu. Həqiqətən də, onlar ziyana uğradılar.
وَقَيَّضْنَا لَهُمْ قُرَنَاءَ فَزَيَّنُوا لَهُمْ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَحَقَّ عَلَيْهِمُ الْقَوْلُ فِي أُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهِمْ مِنَ الْجِنِّ وَالْإِنْسِ ۖ إِنَّهُمْ كَانُوا خَاسِرِينَ

26. Kafirlər: "Bu Qurana qulaq asmayın, oxunarkən hay-küy salın. Bəlkə, qalib gələsiniz"- dedilər.
وَقَالَ الَّذِينَ كَفَرُوا لَا تَسْمَعُوا لِهَٰذَا الْقُرْآنِ وَالْغَوْا فِيهِ لَعَلَّكُمْ تَغْلِبُونَ

27. Biz kafirlərə mütləq şiddətli bir əzab daddıracaq və onları etdikləri əməllərin ən pisi ilə cəzalandıracağıq.
فَلَنُذِيقَنَّ الَّذِينَ كَفَرُوا عَذَابًا شَدِيدًا وَلَنَجْزِيَنَّهُمْ أَسْوَأَ الَّذِي كَانُوا يَعْمَلُونَ

28. Budur Allahın düşmənlərinin cəzası - Od! Ayələrimizi inkar etmələri üzündən orada onları, cəza yeri kimi, əbədi yurd gözləyir.
ذَٰلِكَ جَزَاءُ أَعْدَاءِ اللَّهِ النَّارُ ۖ لَهُمْ فِيهَا دَارُ الْخُلْدِ ۖ جَزَاءً بِمَا كَانُوا بِآيَاتِنَا يَجْحَدُونَ

29. Kafirlər deyəcəklər: "Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi tovlayıb yoldan çıxardanları bizə göstər ki, biz onları tapdağımız altına salıb yerlə yeksan edək".
وَقَالَ الَّذِينَ كَفَرُوا رَبَّنَا أَرِنَا اللَّذَيْنِ أَضَلَّانَا مِنَ الْجِنِّ وَالْإِنْسِ نَجْعَلْهُمَا تَحْتَ أَقْدَامِنَا لِيَكُونَا مِنَ الْأَسْفَلِينَ

30. Həqiqətən də: "Rəbbimiz Allahdır!"- deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub deyirlər: "Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!
إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَلَّا تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنْتُمْ تُوعَدُونَ

31. Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır.
نَحْنُ أَوْلِيَاؤُكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ ۖ وَلَكُمْ فِيهَا مَا تَشْتَهِي أَنْفُسُكُمْ وَلَكُمْ فِيهَا مَا تَدَّعُونَ

32. Bağışlayan və Rəhmli Allah tərəfindən verilən ziyafət kimi".
نُزُلًا مِنْ غَفُورٍ رَحِيمٍ

33. İnsanları Allaha tərəf çağıran, yaxşı iş görən və: "Həqiqətən, mən müsəlmanlardanam!"- deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?
وَمَنْ أَحْسَنُ قَوْلًا مِمَّنْ دَعَا إِلَى اللَّهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ

34. Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar.
وَلَا تَسْتَوِي الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ ۚ ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ

35. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur.
وَمَا يُلَقَّاهَا إِلَّا الَّذِينَ صَبَرُوا وَمَا يُلَقَّاهَا إِلَّا ذُو حَظٍّ عَظِيمٍ

36. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir.
وَإِمَّا يَنْزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ ۖ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ

37. Gecə və gündüz, günəş və ay Onun dəlillərindəndir. Əgər siz Ona ibadət edirsinizsə, onda günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin.
وَمِنْ آيَاتِهِ اللَّيْلُ وَالنَّهَارُ وَالشَّمْسُ وَالْقَمَرُ ۚ لَا تَسْجُدُوا لِلشَّمْسِ وَلَا لِلْقَمَرِ وَاسْجُدُوا لِلَّهِ الَّذِي خَلَقَهُنَّ إِنْ كُنْتُمْ إِيَّاهُ تَعْبُدُونَ

38. Əgər onlar təkəbbür göstərsələr bilsinlər ki, sənin Rəbbinin yanında olanlar gecə-gündüz usanmadan Onun şəninə təriflər deyirlər.
فَإِنِ اسْتَكْبَرُوا فَالَّذِينَ عِنْدَ رَبِّكَ يُسَبِّحُونَ لَهُ بِاللَّيْلِ وَالنَّهَارِ وَهُمْ لَا يَسْأَمُونَ ۩

39. Yer üzünü qupquru görməyin də Onun dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, onu dirildən, ölüləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir.
وَمِنْ آيَاتِهِ أَنَّكَ تَرَى الْأَرْضَ خَاشِعَةً فَإِذَا أَنْزَلْنَا عَلَيْهَا الْمَاءَ اهْتَزَّتْ وَرَبَتْ ۚ إِنَّ الَّذِي أَحْيَاهَا لَمُحْيِي الْمَوْتَىٰ ۚ إِنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

40. Sözsüz ki, ayələrimizdən üz döndərənlər Bizdən gizli qalmazlar. Onda deyin görək oda atılan kimsə yaxşıdır, yoxsa Qiyamət gününə əmin-amanlıq içində gələn kimsə? İstədiyinizi edin! Həqiqətən, O, nə etdiklərinizi görür.
إِنَّ الَّذِينَ يُلْحِدُونَ فِي آيَاتِنَا لَا يَخْفَوْنَ عَلَيْنَا ۗ أَفَمَنْ يُلْقَىٰ فِي النَّارِ خَيْرٌ أَمْ مَنْ يَأْتِي آمِنًا يَوْمَ الْقِيَامَةِ ۚ اعْمَلُوا مَا شِئْتُمْ ۖ إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

41. Şübhə yox ki, Zikr onlara gəldiyi zaman onu yalan sayanlar cəzalandırılacaqlar. Həqiqətən, bu, əzəmətli bir Kitabdır.
إِنَّ الَّذِينَ كَفَرُوا بِالذِّكْرِ لَمَّا جَاءَهُمْ ۖ وَإِنَّهُ لَكِتَابٌ عَزِيزٌ

42. Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir.
لَا يَأْتِيهِ الْبَاطِلُ مِنْ بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِ ۖ تَنْزِيلٌ مِنْ حَكِيمٍ حَمِيدٍ

43. Sənə ancaq səndən əvvəlki elçilərə deyilənlər deyilir. Həqiqətən, sənin Rəbbin bağışlayandır, ağrılı-acılı cəza verəndir.
مَا يُقَالُ لَكَ إِلَّا مَا قَدْ قِيلَ لِلرُّسُلِ مِنْ قَبْلِكَ ۚ إِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ وَذُو عِقَابٍ أَلِيمٍ

44. Əgər Biz onu yad bir dildə Quran etsəydik, onlar deyərdilər: "Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir? Yad dil və ərəb peyğəmbər?!" De: "O, iman gətirənlərə doğru yol göstəricisi və şəfadır". İman gətirməyənlərin isə qulaqlarında tıxac vardır. Onlar ona qarşı kordurlar. Onlar sanki uzaq bir yerdən çağırılırlar.
وَلَوْ جَعَلْنَاهُ قُرْآنًا أَعْجَمِيًّا لَقَالُوا لَوْلَا فُصِّلَتْ آيَاتُهُ ۖ أَأَعْجَمِيٌّ وَعَرَبِيٌّ ۗ قُلْ هُوَ لِلَّذِينَ آمَنُوا هُدًى وَشِفَاءٌ ۖ وَالَّذِينَ لَا يُؤْمِنُونَ فِي آذَانِهِمْ وَقْرٌ وَهُوَ عَلَيْهِمْ عَمًى ۚ أُولَٰئِكَ يُنَادَوْنَ مِنْ مَكَانٍ بَعِيدٍ

45. Biz Musaya da Kitab verdik, lakin onun barəsində ixtilaf düşdü. Əgər sənin Rəbbinin öncə buyurduğu Söz olmasaydı, onların arasında hökm verilmiş olardı. Həqiqətən, kafirlər onun barəsində anlaşılmaz bir şübhə içindədirlər.
وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ فَاخْتُلِفَ فِيهِ ۗ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَبِّكَ لَقُضِيَ بَيْنَهُمْ ۚ وَإِنَّهُمْ لَفِي شَكٍّ مِنْهُ مُرِيبٍ

46. Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zərəri özünə olar. Sənin Rəbbin qullara zülm edən deyildir.
مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهِ ۖ وَمَنْ أَسَاءَ فَعَلَيْهَا ۗ وَمَا رَبُّكَ بِظَلَّامٍ لِلْعَبِيدِ

47. O Saat haqqında bilgi yalnız Ona məxsusdur. Onun xəbəri olmadan heç bir meyvə toxumundan cücərib çıxmaz, heç bir dişi hamilə olmaz və daşıdığı yükü (bətnindəkini) yerə qoymaz. O gün Allah onları çağırıb: "Şəriklərim haradadır?"- deyəcəkdir. Onlar da: "Biz Sənə bildirdik ki, aramızda heç bir şahid yoxdur!"- deyəcəklər.
إِلَيْهِ يُرَدُّ عِلْمُ السَّاعَةِ ۚ وَمَا تَخْرُجُ مِنْ ثَمَرَاتٍ مِنْ أَكْمَامِهَا وَمَا تَحْمِلُ مِنْ أُنْثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِ ۚ وَيَوْمَ يُنَادِيهِمْ أَيْنَ شُرَكَائِي قَالُوا آذَنَّاكَ مَا مِنَّا مِنْ شَهِيدٍ

48. Əvvəllər tapındıqları bütlər onları qoyub gedəcək və onlar özləri üçün bir qurtuluş yeri olmadığını yəqin edəcəklər.
وَضَلَّ عَنْهُمْ مَا كَانُوا يَدْعُونَ مِنْ قَبْلُ ۖ وَظَنُّوا مَا لَهُمْ مِنْ مَحِيصٍ

49. İnsan özünə xeyir diləməkdən usanmaz. Lakin ona bir pislik dəysə, məyus olub ümidini itirər.
لَا يَسْأَمُ الْإِنْسَانُ مِنْ دُعَاءِ الْخَيْرِ وَإِنْ مَسَّهُ الشَّرُّ فَيَئُوسٌ قَنُوطٌ

50. Başına gələn bəladan sonra Özümüzdən ona bir mərhəmət daddırsaq, mütləq deyər: "Bu mənim haqqımdır və Mən o Saatın gələcəyini güman etmirəm. Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət hazırlanar!" Biz kafirlərə nə etdiklərini mütləq xəbər verəcək və onlara hökmən ağır bir əzab daddıracağıq.
وَلَئِنْ أَذَقْنَاهُ رَحْمَةً مِنَّا مِنْ بَعْدِ ضَرَّاءَ مَسَّتْهُ لَيَقُولَنَّ هَٰذَا لِي وَمَا أَظُنُّ السَّاعَةَ قَائِمَةً وَلَئِنْ رُجِعْتُ إِلَىٰ رَبِّي إِنَّ لِي عِنْدَهُ لَلْحُسْنَىٰ ۚ فَلَنُنَبِّئَنَّ الَّذِينَ كَفَرُوا بِمَا عَمِلُوا وَلَنُذِيقَنَّهُمْ مِنْ عَذَابٍ غَلِيظٍ

51. İnsana nemət verdiyimiz zaman üz çevirib haqdan uzaq durar. Ona bir pislik toxunduqda isə uzun-uzadı yalvarıb-yaxarar.
وَإِذَا أَنْعَمْنَا عَلَى الْإِنْسَانِ أَعْرَضَ وَنَأَىٰ بِجَانِبِهِ وَإِذَا مَسَّهُ الشَّرُّ فَذُو دُعَاءٍ عَرِيضٍ

52. De: "Bir deyin görək, əgər Quran Allah tərəfindəndirsə, sonra da siz onu inkar edirsinizsə, bunu necə başa düşmək olar?! Elə isə haqdan uzaq bir ayrılıq içində olan kəsdən daha çox azmış kim ola bilər?
قُلْ أَرَأَيْتُمْ إِنْ كَانَ مِنْ عِنْدِ اللَّهِ ثُمَّ كَفَرْتُمْ بِهِ مَنْ أَضَلُّ مِمَّنْ هُوَ فِي شِقَاقٍ بَعِيدٍ

53. Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?
سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ

54. Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir.
أَلَا إِنَّهُمْ فِي مِرْيَةٍ مِنْ لِقَاءِ رَبِّهِمْ ۗ أَلَا إِنَّهُ بِكُلِّ شَيْءٍ مُحِي


Geri dön

★Angelocka★

  • 4 avqust 2013 04:34
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
ALLAH razı olsuN..

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

sebnem98

  • 17 iyul 2013 10:57
  • Məqalə: 0
  • Şərh: 6592
  • Bal:
{awards}
6. De: "Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Ona tərəf doğru yol tutun və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına!
قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِثْلُكُمْ يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ فَاسْتَقِيمُوا إِلَيْهِ وَاسْتَغْفِرُوهُ ۗ وَوَيْلٌ لِلْمُشْرِكِينَ

--------------------

GuNaY_83

  • 15 iyul 2013 12:33
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
9. De: "Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və bütləri Ona tay tutursunuz? Axı O, aləmlərin Rəbbidir.

--------------------

..:Crystal:..

  • 14 iyul 2013 23:53
  • Məqalə: 61
  • Şərh: 7144
  • Bal:
{awards}
♥♥♥♥♥♥♥♥♥TEŞEKKÜRLER♥♥♥♥♥♥♥♥♥

--------------------

Adsiz yazici

  • 14 iyul 2013 15:38
  • Məqalə: 15
  • Şərh: 2961
  • Bal:
{awards}
10. O, yerin üstündə möhkəm duran dağlar yerləşdirdi, onu bərəkətli etdi və ruzi istəyənlər üçün orada yer əhlinin ruzisini tam dörd gündə yerbəyer etdi.
وَجَعَلَ فِيهَا رَوَاسِيَ مِنْ فَوْقِهَا وَبَارَكَ فِيهَا وَقَدَّرَ فِيهَا أَقْوَاتَهَا فِي أَرْبَعَةِ أَيَّامٍ سَوَاءً لِلسَّائِلِينَ

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 14 iyul 2013 14:09
  • Məqalə: 67
  • Şərh: 6003
  • Bal:
{awards}
6. De: "Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Ona tərəf doğru yol tutun və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına!
قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِثْلُكُمْ يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ فَاسْتَقِيمُوا إِلَيْهِ وَاسْتَغْفِرُوهُ ۗ وَوَيْلٌ لِلْمُشْرِكِينَ

--------------------
(^_*)

Miss nature

  • 14 iyul 2013 12:48
  • Məqalə: 14
  • Şərh: 427
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Miss...........

Nara Neznakomka

  • 14 iyul 2013 12:38
  • Məqalə: 174
  • Şərh: 10792
  • Bal:
{awards}
Ha. Mim.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ حم

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Rozi ross

  • 14 iyul 2013 10:02
  • Məqalə: 4
  • Şərh: 653
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Mənim üçün ən böyük xoşbəxtlik,mən öldükdən sonra sənin tərəfindən hələ də
düşünülməkdir..Amma əgər bu sənə aci verəcəksə, mən unudulmağa da raziyam...!


Qəribə deyil mi? İnsan həmişə eşq ağrısı çəkməkdən şikayətlənər əslində, yaxşı heçmi eşq ağrısı çəkdirən yox aramızda..

Zehra Awiqi

  • 14 iyul 2013 08:25
  • Məqalə: 39
  • Şərh: 2948
  • Bal:
{awards}
ALLAH sizlerden razi olsun

--------------------
http:// [?] Загрузить с интернета:

WITH_YOU

  • 14 iyul 2013 07:25
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Aytac98

  • 13 iyul 2013 21:54
  • Məqalə: 0
  • Şərh: 674
  • Bal:
{awards}
. İnsan özünə xeyir diləməkdən usanmaz. Lakin ona bir pislik dəysə, məyus olub ümidini itirər.

--------------------
Eshedu enle ilehe ilellah!
Eshedu enle Muhemmedu ve abduhu resuluhu!
Men sehadet getiriremki Allahdan baska tanri ve ibadete layiq megbud yoxdu,ve Mehemmed onun qulu ve elcisidir!

pervis

  • 13 iyul 2013 20:11
  • Məqalə: 68
  • Şərh: 4257
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

tinker bell

  • 13 iyul 2013 18:20
  • Məqalə: 0
  • Şərh: 3806
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

ツMrs.Crazy ツ

  • 13 iyul 2013 17:06
  • Məqalə: 120
  • Şərh: 3558
  • Bal:
{awards}
Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zərəri özünə olar. Sənin Rəbbin qullara zülm edən deyildir.

Aysel_

  • 13 iyul 2013 17:03
  • Məqalə: 15
  • Şərh: 1612
  • Bal:
{awards}
Allah Razi Olsun

★Love Pearl★

  • 13 iyul 2013 17:00
  • Məqalə: 335
  • Şərh: 4258
  • Bal:
{awards}
Allah razi olsun

love%messi

  • 13 iyul 2013 16:09
  • Məqalə: 24
  • Şərh: 1688
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Feat Deniz

  • 13 iyul 2013 15:57
  • Məqalə: 10
  • Şərh: 1950
  • Bal:
{awards}
36. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir.
وَإِمَّا يَنْزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ ۖ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ

37. Gecə və gündüz, günəş və ay Onun dəlillərindəndir. Əgər siz Ona ibadət edirsinizsə, onda günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin.
وَمِنْ آيَاتِهِ اللَّيْلُ وَالنَّهَارُ وَالشَّمْسُ وَالْقَمَرُ ۚ لَا تَسْجُدُوا لِلشَّمْسِ وَلَا لِلْقَمَرِ وَاسْجُدُوا لِلَّهِ الَّذِي خَلَقَهُنَّ إِنْ كُنْتُمْ إِيَّاهُ تَعْبُدُونَ

38. Əgər onlar təkəbbür göstərsələr bilsinlər ki, sənin Rəbbinin yanında olanlar gecə-gündüz usanmadan Onun şəninə təriflər deyirlər.
فَإِنِ اسْتَكْبَرُوا فَالَّذِينَ عِنْدَ رَبِّكَ يُسَبِّحُونَ لَهُ بِاللَّيْلِ وَالنَّهَارِ وَهُمْ لَا يَسْأَمُونَ ۩

--------------------

MADİNKA MPİ

  • 13 iyul 2013 15:44
  • Məqalə: 0
  • Şərh: 838
  • Bal:
{awards}
53. Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?
سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ

Mr.UniQe

  • 13 iyul 2013 15:24
  • Məqalə: 2
  • Şərh: 60
  • Bal:
{awards}
4. O, həm müjdə verən, həm də xəbərdar
edəndir. Lakin onların çoxu üz çevirib söz
eşitməzlər.
ﺑَﺸِﻴﺮًﺍ ﻭَﻧَﺬِﻳﺮًﺍ ﻓَﺄَﻋْﺮَﺽَ ﺃَﻛْﺜَﺮُﻫُﻢْ ﻓَﻬُﻢْ ﻟَﺎ ﻳَﺴْﻤَﻌُﻮﻥ
,

Əkbər007

  • 13 iyul 2013 15:24
  • Məqalə: 255
  • Şərh: 4549
  • Bal:
{awards}
Allah razı olsun
saq olun

--------------------

Angry Boy

  • 13 iyul 2013 14:44
  • Məqalə: 348
  • Şərh: 6152
  • Bal:
{awards}
ALLAH razi olsun

tesekkurler

ALLAH razi olsun

Masan

  • 13 iyul 2013 14:42
  • Məqalə: 0
  • Şərh: 1017
  • Bal:
{awards}
42. Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir.
لَا يَأْتِيهِ الْبَاطِلُ مِنْ بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِ ۖ تَنْزِيلٌ مِنْ حَكِيمٍ حَمِيدٍ

ALLAH RAZI OLSUN

Adsiz yazici

  • 13 iyul 2013 14:23
  • Məqalə: 15
  • Şərh: 2961
  • Bal:
{awards}
13. Əgər üz döndərsələr, de: "Mən sizi də Ad və Səmudu saran ildırıma bənzər bir ildırımın sarsıda biləcəyindən xəbərdar edirəm".
فَإِنْ أَعْرَضُوا فَقُلْ أَنْذَرْتُكُمْ صَاعِقَةً مِثْلَ صَاعِقَةِ عَادٍ وَثَمُودَ

★Angelocka★

  • 13 iyul 2013 14:17
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

angeL :(

  • 13 iyul 2013 14:15
  • Məqalə: 16
  • Şərh: 982
  • Bal:
{awards}
Allah razi olsun , deyerli xeber ucun cox sagol

--------------------

I am princess

romantik_awk

  • 13 iyul 2013 14:13
  • Məqalə: 35
  • Şərh: 3237
  • Bal:
{awards}
9. İnsan özünə xeyir diləməkdən usanmaz. Lakin ona bir pislik dəysə, məyus olub ümidini itirər.
لَا يَسْأَمُ الْإِنْسَانُ مِنْ دُعَاءِ الْخَيْرِ وَإِنْ مَسَّهُ الشَّرُّ فَيَئُوسٌ قَنُوطٌ

--------------------

Roya_____

  • 13 iyul 2013 14:11
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun

★WirinKa★

  • 13 iyul 2013 14:08
  • Məqalə: 14
  • Şərh: 4283
  • Bal:
{awards}
46. Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zərəri özünə olar. Sənin Rəbbin qullara zülm edən deyildir.
مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهِ ۖ وَمَنْ أَسَاءَ فَعَلَيْهَا ۗ وَمَا رَبُّكَ بِظَلَّامٍ لِلْعَبِيدِ

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 39
Cəmi: 67

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 36
Cəmi: 140
 
The Shield
Xəbərləri: 31
Cəmi: 296
 
Darling
Xəbərləri: 31
Cəmi: 916
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 17
Cəmi: 577
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 12
Cəmi: 72
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 11
Cəmi: 51
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}