Əzrayıl haqqında lətifə həqiqətə necə çevrildi?

 
Əzrayıl haqqında lətifə həqiqətə necə çevrildi?


Can alan Mələyin köməkçiləri kimlər və nələrdir?

Bu dünyaya gələnlər hamısı daimi qalsaydı, dünya bu qədər adamı tutmazdı. Allah-Təala vaxtı çatanların canlarını almaq üçün ierarxiyada mələklərn birinə, Əzrayıla vakant bir yer ayırdı və bu ağır missiyanı qoydu onun boynuna. Başlanğıcda bəni-insan sayı az olduğu üçün Əzrayıl öz işini uğurla görə bilirdi. Say çoxaldıqca iş də çoxaolırdı və ştatda köməkçi yeri yox idi. Belə olanda deyəsən Əzrayıl digər bir mələklə- Şeytanla əlaqəyə girib özünə köməkçi axtarmaq istədi. Təsəvvürümdə belə bir səhnə yaranır: Əzrayılın bu xahişi Şeytana ləzzət eləyir və o şaqqanaq çəkərək Əzrayıla bir yox, istədiyi qədər köməkçi verə biləcəyini söyləyir. Köməkçilərin siyahısını görəndə Əzrayılın gözlərinə işıq gəlir, başa düşür ki, indii can almaq üzrə planı istədiyi qədər artıqlaması ilə yerinə yetirə bilər. Şeytanın yazdığı əlifba ilə tanış olmasam da, bir az məntiqlə düşünəndə Əzrayılın köməkçilərinin kimlər ola biləcəyi hətta mənə də məlum olur.

Silah yaradan alimlər

Atom silahı yaranandan Əzrayılı işi xeyli yüngülləşdi. İnsanlar amerikanların bir bomba ilə Xirosimanı, o biri ilə Naqasakini yer üzündən silən atom silahını məhv etməyə çalışmaq əvəzinə başqa dövlətlərin də bu silaha sahib olması həvəsinə düşdülər və buna nail oldular. Sonra bu da azlıq elədi, hidrogen, neytron bombaları yaratdılar. Bu günə qədər də modernləşdirir, kamilləşdirilər ki, öz sonlarını bir az da yaxınlaşdırsınlar. Aldığı həzzdən Əgrayıl əllərini bir-birinə sürtür.

Texnogen qurğular

«Mədəniyyətin sonu vəhşətmidir, nədir, əcəba?» deyən şair insan zəkasının inkişafının axırda onun məhvinə gətirəcəyinə işarə edirdi. İnkişafın hər pilləsi insan ömrünün qısalmasına, orqanizmin zəhərlənməsi və sıradan çıxmasına səbəb olurdu və oldu. Müxtəlif zəhərli qazlar, maddələr, qurğularla atmosferi o qədər çirkləndirdik ki, Arktika buzları əriməyə başladı, yer üzünü daşqınlar, sunamilər, kataklizmlər bürüdü. Hətta kosmosdan gələn zərərli şüaların qarşısını alan ozon qatını da şadaraya döndərdik, deşik-deşik elədik, indii o şualar da Əzrayıla xidmət eləyir. Özümüzü məhv eləmək üçün marafon yarışına çıxdıq, Əzrayıl ayağını ayağının üstünə atıb şellənir və ləzzətlə qımışır…

Saxta dərmanlar

Yaradan yaratdıqlarını müxtəlif bəlalardan hifz etməyi də bacarır. Müxtəlif xəstəliklərdən, qəzalardan qurtarmaq üçün dərdini verən Allah dərmanını da göstərdi. Şeytan buraya da barmağını qoydu və həmn dərmanlar şəfa əvəzinə ölümə xidmət eləməyə başladı. Daha doğrusu, saxtalaşdırıb Xeyirə xidmət etməlinin Şərə tərəf yönəltdik. Bəlkə də dünyada ən ağır günahlardan biri dərmanların saxtalaşdırılmiasıdır. Sağalmaq ümidi, istəyi ilə od qiymətinə aldığımız dərmanların bizi ölümümüzə yaxınlaşdırdığını görməkdən dəhşətli, inamitirən bir hiss vamı görəsən? Əzrayıl özünü klonlaşdıraraq apteklərin yanında durub ölüm növbəsinə duranlara baxır və qarnı atdana-atdana gülür.

Narkotika zöhrəvi xəstəliklər və alkoqol

Əzrayılın sədaqətli köməkçiləri. Bəlkə də Əzrayılın Allaha sədaqətindən daha çox bunlar Əzrayıla sədaqətlidirlər. Yaxasına çökdüklərini yavaş-yavaş, öldürməkdən həz ala-ala axırına çıxırlar. Onlara aludə olanların ailələri, yaxınları, ətrafları da Şeytanın hipnozuna düşür, heç nə edə bilmirlər. Adamlar bu bəlalardan xilas olmaq haqda düşünmək əvəzinə daha güclü psixotroplar icad eləməyə, şeytani həzzin daha mənfur formalarını düşünməyə, öz əlləri ilə ölümün yollarını hamarlamaq yarışına çıxırlar. Əzrayıl şaqqanaq çəkir.
Bu saydıqlarım Əzrayılın iri miqyaslı köməkçiləridir. Ətrafımıza baxsaq yerli miqyasda ölüm mələyinin çox sadiq köməkçilərini ətrafımızda da görə bilərik.Onlar özlərini addımbaşı çox «uğur»la göstərirlər. Tanıdığınız tanışların bəzilərini bir də nişan verimmi?

Keyfiyyətsiz ərzaqlar

Əslində ərzaq özlüyünda cansızdır və Əzrayılın özünə cansız köməkçi seçməsi o qədər də ağıla batmır. Çünki cansızın ala biləcəyi can miqdar mənasında o qədər azdır ki, Əzrayıl öz işi ilə bərabər hələ xırda statistika aparmağa da məcbur olardı. Ona görə də ərzağı yox, keyfiyyətsiz ərazağı istehsal edəni, satanı özünə köməkçi götürdü. Əlbəttə Şeytanın zəmanəti ilə. Yediklərimizə haram qatanlar, genləri modiyfikasiya edilmiş ərzaq hazırlayanlar, zərərli, zəhərli maddələr qatanlar, vaxtı keçmiş ərzaqları satanlar, uşaq yeməyini saxtalaşdıranlar, ərzaq məhsullarına kübrə, pestisid, müxtəlif reagentlər qatanlar… birbaşa Əzrayılın köməkçiləridir. Gördükləri işər də onların dediyimi təsdiqləyən vəsiqələridir. Özü də belələri özlərinin də düşmənidir. Bunun hazırladığını o yeyir, onun hazırladığını bu. Əzrayıl da oğrun-oğrun həm onun başını sığallayır, həm də bunun. Potensial müştəridi axı…

Naşı həkimlər, saxta mollalar

Çox maraqlı tandemdir. Sağaltmaq əvəzinə öldürən «təbib»lər, öldürüləni birbaşa Cəhənnəmə istiqamətləndirən saxta mollalar. «Təbib»lərin meydana çıxmasında Əzrayılın köməçiləri lap başlancıdan- uşaq bağçasından fəaliyyətdə olurlar. Sonra məktəb, sonra universitet, sonra işə düzəldən köməkçilər və adam olur Əzrayılın peşəkar köməkçisi. Əzrayıl onları demək olar ki, adbaad tanıyır. Geyimləri də fərqlidir axı. Nə qədər ki, naşı, rüşvətxor həkimlər (hakimlər və ümumiyyətlə bəndələr) var, Əzrayıl çox arxayın və rahat gəzə bilər. Saxta mollalar da naşı həkimlərin xətaların elə torpağa quyulayırlar ki, dünyasını dəyişən nə qədər əməli-saleh olsa da, Cənnətin heç həndəvərinə də düşə bilmir. Saxta mola onun boynuna elə günahlar şəlləyir ki, rəhmətlik yuxusunda da Sirat körpüsünü keçə bilmir. Bəlkə də keçə bilsə idi, Yaradanın inandıqlarından birinə yaxınlaşa, onu buraya göndərənlərin hoqqalarından şikayətlənə bilərdi. Əzrayıl hirslənir, onların da yolunu bağlayır.

Aman sürücü, vurma məni...

Sürücü yox, qırıcı. Əzrayılın populyar, müasir, əvəzolunmaz köməkçiləri - pulla «prava» alan, sükan arxasına sərxoş oturan, nasaz maşınla yola çıxan, sürəti artırıb ötüşən sürücülər. Aldıqları canların sayını müharibə qurbanları ilə müqayisə eləmək olar. Özü də müharibənin bir həftəsini yol qəzalarının bircə günü ilə. Əzrayıl baxır ki, maşına 300 km/saat sürət qoyurlar, sonra da beş-altı dənə təhlükəsizlik balışı. Başlayır haqlı olaraq, hırıldamağa. Bu sürətlə, bu sürücülərlə Əzrayılın fəaliyyət poliqonu bütün yer kürəsi olur. Yer kürəsi bir yana, bizdəki köməkçilərin sayından, işdəklərindən, hoqqalarından xəbəriniz varmı? Gündə də dəstə-dəstə yenilərini istehsal edib buraxırıq. Əzrayıl harınlayıb, indi işlərinin hamısını köməkçilərinin üstünə atır. Elə köməkçiləri olan da işləyər? Əlbəttə işləməz. Elə-belə, gəlir, tabelə qol çəkir, birbaşa öz əcəli ilə ölməlilərin siyahısına nəzər atır, göndərir əlaqədar təşkilatlara. Qalan işlər köməkçilərlikdir. Onların da sayı, bir deyil, beş deyil. Fikir vermisinizmi, Əzrayılın alternativi olan, həyat, xoş xəbərlər gətirən digər mələyin, Cəbrayılın adı demək olar ki, unudulub, keçib retro sənətkarlar siyahısına. Şou əhli ilə müqayisə edəndə, bəzi «ulduz»lar kimi, Əzrayıl dəbdədir, gündəmdədir, populyardır, həftənin hər günündə dəftərində vay yazılıb.

P.S. Yazıda küfr, günah məqamlarım varsa, kaş Allah günahımdan keçsin, bəzən söz ünavanına çatsın deyən belə «xod»lardan istifadə etməyə məcbur oluram…


Geri dön

RoMaNTiK SerSeRi

  • 12 fevral 2012 09:27
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLI XEBERDI

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

CrazyGirl

  • 14 yanvar 2011 21:26
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Eziyete gore tsk

--------------------
Sən varsansa həyat çox gözəl!

CandyGirl

  • 14 yanvar 2011 15:37
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------

Sergio Ramos

  • 11 yanvar 2011 18:18
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Müəllifə təşəkkür

--------------------

MuslimGirl

  • 10 yanvar 2011 14:28
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Sitat: L_SimuS
insanin canini ezrayil almir

Alllah alir, ezrail da bunun ucun gonderilir. Tesekkurler

L_SimuS

  • 10 yanvar 2011 14:13
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkur eziyyete gore

insanin canini ezrayil almir

FERID

  • 10 yanvar 2011 13:08
  • Məqalə: 77
  • Şərh: 327
  • Bal:
{awards}
DUZ DEYIRSAN

--------------------

Ulya

  • 10 yanvar 2011 13:04
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 55

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}