Əmək kitabçası hansı halda tələb olunmur?

 
Əmək kitabçası hansı halda tələb olunmur?


Azərbaycanda işçilərin əmək müqaviləsi bağlamadan, işəgötürənlə işçi arasında şifahi razılıq əsasında işlədilməsi faktları kifayət qədərdir. Müqavilə olmadan insanların işlədilməsi əməyin istismarına və əmək hüquqlarının pozuntusuna gətirib çıxarır.

Trend-in məlumatına görə, Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Dünyamin Novruzov mətbuata açıqlamasında deyir ki, əmək müqaviləsinin olmaması işçiyə gələcəkdə çoxsaylı problemlər yaşada bilər.

Belə ki, işəgötürən işçinin əməkhaqqının bir hissəsini (və ya bütün əmək haqqını) ödəməsə, istirahət vaxtında işlətsə, əmək müqaviləsində qeyd olunmayan işi görməyi tələb etsə, işçi qarşısında gözləmədiyi öhdəliklər qoysa, işçi bu hallara etiraz edə bilməyəcək və bu pozuntularla bağlı effektiv məhkəmə müdafiəsinə nail ola bilməyəcək.

Novruzov bildirib ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı razılaşmadır. Müqavilənin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir: "Müqavilənin məzmununda mütləq işçinin işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verildiyi tarix, şəxsiyyət vəsiqəsini verən orqanın adı, iş yeri, vəzifəsi (peşəsi), işəgötürən hüquqi şəxs olduqda onun adı və hüquqi ünvanı, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə onun adı, soyadı, atasının adı, ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verildiyi tarix, şəxsiyyət vəsiqəsini verən orqanın adı, əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün, əmək müqaviləsinin müddəti, işçinin əmək funksiyası, iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması, tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri, işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması göstərilməlidir. Həmçinin müqavilədə tərəflərin müəyyən etdiyi əlavə şərtlər də qeyd oluna bilər".

Novruzovun sözlərinə görə, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Müqavilədə onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Hüquqşünas qeyd edir ki, əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən qüvvəyə minir: "Müqavilə ən azı iki orijinal nüsxədə tərtib edilməlidir. Bir nüsxəsi işçidə, biri işəgötürəndə olmalıdır".

"Əmək müqaviləsi bağlanarkən işçi hansı sənədləri təqdim etməlidir?" sualına cavabında isə Novruzov bildirib ki, Əmək Məcəlləsinin 48-ci maddəsi əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədləri müəyyən edir. Belə ki, əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir: "Əgər şəxs ilk dəfə əmək fəaliyyətinə başlayırsa, əmək kitabçası və dövlət sosial sığorta şəhadətnaməsi tələb edilmir. Eyni zamanda məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olanlar, Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər".

Hüquqşünasın sözlərinə görə, əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd təqdim edilir:
"Göründüyü kimi, əgər vətəndaş hüquqşünas qismində hər hansı bir idarəyə işə qəbul olunmaq istəyirsə, bu zaman o, ali hüquq təhsilini təsdiq edən diplomunu təqdim etməlidir. Əks halda, əmək müqaviləsinin bağlanması mümkün olmayacaqdır".

Əmək qanunvericiliyində əmək müqaviləsi bağlanarkən hansı hallarda işçi tərəfindən sağlamlıq vəziyyəti haqqında tibbi arayışın təqdim edilməli olması təsbit edilmişdir. Novruzov bildirib ki, şəxslər insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşələrə və vəzifələrə qəbul edilərkən insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən, işlədiyi müddətdə isə vaxtaşırı həmin müayinədən keçməlidirlər: "Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli, 1 saylı Qərarı ilə "İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı" təsdiq edilmişdir. Həmin siyahıda göstərilən peşələr (vəzifələr), iş yerləri üzrə (məsələn, bütün növ yeraltı işlərdə çalışan işçilər; məktəbəqədər uşaq müəssisələrinin işçiləri; əhaliyə sanitar-gigiyenik, məişət xidməti göstərən müəssisələrin işçiləri (hamamçı, duş işçiləri, bərbər, manikür, pedikür, kosmetika kabinələrinin işçiləri, camaşirxana, kimyəvi təmizləmə məntəqələrinin fəhlələri və s.) əmək müqaviləsi bağlanarkən sağlamlıq haqqında tibbi arayış tələb edilməlidir".

Hüquqşünas vətəndaşlara işə qəbul edilən zaman işəgötürənlə yazılı əmək müqaviləsinin bağlanmasını, müqavilədə tərəflərin hüquq, vəzifə və öhdəliklərinin aydın müəyyən edilməsini məsləhət görür. Əks halda, şəxsin pozulmuş əmək hüquqlarının məhkəmədə müdafiəsi və bərpası kifayət qədər çətinləşəcək.


Geri dön

..:Crystal:..

  • 6 avqust 2013 17:57
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
XƏBƏR ÜÇÜN TŞK

--------------------

Angry Boy

  • 19 iyul 2013 22:14
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
tesekkurler bizde neen de babada olub men bilen

sebnem98

  • 19 iyul 2013 09:43
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
Azərbaycanda işçilərin əmək müqaviləsi bağlamadan, işəgötürənlə işçi arasında şifahi razılıq əsasında işlədilməsi faktları kifayət qədərdir. Müqavilə olmadan insanların işlədilməsi əməyin istismarına və əmək hüquqlarının pozuntusuna gətirib çıxarır.

--------------------

=TALIS=

  • 19 iyul 2013 06:21
  • Məqalə: 0
  • Şərh: 441
  • Bal:
{awards}
yaxsidi sagol

--------------------
TI VE QEWENQIM AZ TINI PIDEM !!!!!!!!!!!!!!!

★Angelocka★

  • 18 iyul 2013 20:38
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
melumata gore twk

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

Miss nature

  • 18 iyul 2013 17:47
  • Məqalə: 14
  • Şərh: 434
  • Bal:
{awards}
Təşəkkür edirəm.

--------------------
Miss...........

Banned549678

  • 18 iyul 2013 16:15
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Təşəkkür edirəm

★WirinKa★

  • 18 iyul 2013 16:05
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
tesekkurler

--------------------

Nuray__

  • 18 iyul 2013 15:55
  • Məqalə: 1
  • Şərh: 217
  • Bal:
{awards}
tewekkurler

HUSEYN ASHIQI

  • 18 iyul 2013 15:01
  • Məqalə: 84
  • Şərh: 2550
  • Bal:
{awards}
melumat ucun tewekkur

--------------------



Eger menim Şie olmağim kimise narahat edirse------>Men bu narahatciliğa göre fexr edirem (Alhamdul'illah)

★Украду Девушку★

  • 18 iyul 2013 14:40
  • Məqalə: 100
  • Şərh: 3646
  • Bal:
{awards}
Azərbaycanda işçilərin əmək müqaviləsi bağlamadan, işəgötürənlə işçi arasında şifahi razılıq əsasında işlədilməsi faktları kifayət qədərdir. Müqavilə olmadan insanların işlədilməsi əməyin istismarına və əmək hüquqlarının pozuntusuna gətirib çıxarır.

--------------------

★Angelocka★

  • 18 iyul 2013 14:28
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
melumata gore twk

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

ShคмKiʀKค

  • 18 iyul 2013 14:22
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
twk............

★KaRaMeLKa★

  • 18 iyul 2013 14:20
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Xebere gore tsk...

..:Crystal:..

  • 18 iyul 2013 14:17
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
♥♥♥♥♥♥♥♥♥TEŞEKKÜRLER♥♥♥♥♥♥♥♥♥

--------------------

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 18 iyul 2013 13:58
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Hüquqşünas vətəndaşlara işə qəbul edilən zaman işəgötürənlə yazılı əmək müqaviləsinin bağlanmasını, müqavilədə tərəflərin hüquq, vəzifə və öhdəliklərinin aydın müəyyən edilməsini məsləhət görür. Əks halda, şəxsin pozulmuş əmək hüquqlarının məhkəmədə müdafiəsi və bərpası kifayət qədər çətinləşəcək.
gunde biwey cixir

--------------------
(^_*)

Adsiz yazici

  • 18 iyul 2013 13:54
  • Məqalə: 15
  • Şərh: 3015
  • Bal:
{awards}
Azərbaycanda işçilərin əmək müqaviləsi bağlamadan, işəgötürənlə işçi arasında şifahi razılıq əsasında işlədilməsi faktları kifayət qədərdir. Müqavilə olmadan insanların işlədilməsi əməyin istismarına və əmək hüquqlarının pozuntusuna gətirib çıxarır.

tinker bell

  • 18 iyul 2013 13:53
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
Azərbaycanda işçilərin əmək müqaviləsi bağlamadan, işəgötürənlə işçi arasında şifahi razılıq əsasında işlədilməsi faktları kifayət qədərdir. Müqavilə olmadan insanların işlədilməsi əməyin istismarına və əmək hüquqlarının pozuntusuna gətirib çıxarır.

--------------------

Nara Neznakomka

  • 18 iyul 2013 13:48
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Belə ki, işəgötürən işçinin əməkhaqqının bir hissəsini (və ya bütün əmək haqqını) ödəməsə, istirahət vaxtında işlətsə, əmək müqaviləsində qeyd olunmayan işi görməyi tələb etsə, işçi qarşısında gözləmədiyi öhdəliklər qoysa, işçi bu hallara etiraz edə bilməyəcək və bu pozuntularla bağlı effektiv məhkəmə müdafiəsinə nail ola bilməyəcək.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Roya_____

  • 18 iyul 2013 13:47
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
ÇoxsagoL canımm

★Love Pearl★

  • 18 iyul 2013 13:45
  • Məqalə: 335
  • Şərh: 4368
  • Bal:
{awards}
Təşəkkür edirəm

--------------------
Azerbaijan Medical University smile

-chanel-

  • 18 iyul 2013 13:45
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
XeBeR ucun twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 30
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 67
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1144
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}