Quran'i Kərim 43.Zuxruf ('Zinət') surəsi (89 a.y)

 
Quran'i Kərim 43.Zuxruf ('Zinət') surəsi (89 a.y)


Mərhəmətli və Rəhmli Allahın adı ilə!

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

1. Ha. Mim.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ حم

2. Bu aydın Kitaba and olsun!
وَالْكِتَابِ الْمُبِينِ

3. Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız.
إِنَّا جَعَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ

4. Şübhəsiz ki, o, yanımızdakı Ana Kitabdandır. O, ucadır, hikmətlə doludur.
وَإِنَّهُ فِي أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِيٌّ حَكِيمٌ

5. Siz həddi aşan adamlar olduğunuza görə, Biz Zikri sizə çatdırmaqdan vaz keçməliyik?
أَفَنَضْرِبُ عَنْكُمُ الذِّكْرَ صَفْحًا أَنْ كُنْتُمْ قَوْمًا مُسْرِفِينَ

6. Biz əvvəlki ümmətlərə də neçə-neçə peyğəmbərlər göndərmişdik.
وَكَمْ أَرْسَلْنَا مِنْ نَبِيٍّ فِي الْأَوَّلِينَ

7. Onlara elə bir peyğəmbər gəlmədi ki, onu məsxərəyə qoymasınlar.
وَمَا يَأْتِيهِمْ مِنْ نَبِيٍّ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

8. Biz onlardan daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin aqibəti ötüb keçmişdir.
فَأَهْلَكْنَا أَشَدَّ مِنْهُمْ بَطْشًا وَمَضَىٰ مَثَلُ الْأَوَّلِينَ

9. Əgər sən onlardan: "Göyləri və yeri kim yaratmışdır?"– deyə soruşsan, mütləq: "Onları Qüdrətli və Bilən Allah yaratmışdır!"– deyəcəklər.
وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ الْعَزِيزُ الْعَلِيمُ

Quran'i Kərim 43.Zuxruf ('Zinət') surəsi (89 a.y)

10. O, yeri sizin üçün beşik etdi və orada sizin üçün yollar saldı ki, bəlkə düz gedə biləsiniz.
الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَجَعَلَ لَكُمْ فِيهَا سُبُلًا لَعَلَّكُمْ تَهْتَدُونَ

11. Göydən lazım olduğu qədər su endirildi. Biz onunla ölü bir diyarı diriltdik. Siz də beləcə dirildilib çıxarılacaqsınız.
وَالَّذِي نَزَّلَ مِنَ السَّمَاءِ مَاءً بِقَدَرٍ فَأَنْشَرْنَا بِهِ بَلْدَةً مَيْتًا ۚ كَذَٰلِكَ تُخْرَجُونَ

12. O, bütün canlıları və bitkiləri cüt yaratdı. Mindiyiniz gəmiləri və heyvanları yaratdı ki,
وَالَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا وَجَعَلَ لَكُمْ مِنَ الْفُلْكِ وَالْأَنْعَامِ مَا تَرْكَبُونَ

13. onların belinə, yaxud göyərtəsinə qalxıb yerləşdiyiniz zaman Rəbbinizin nemətini yada salıb deyəsiniz: "Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. Yoxsa bizim ona gücümüz çatmazdı.
لِتَسْتَوُوا عَلَىٰ ظُهُورِهِ ثُمَّ تَذْكُرُوا نِعْمَةَ رَبِّكُمْ إِذَا اسْتَوَيْتُمْ عَلَيْهِ وَتَقُولُوا سُبْحَانَ الَّذِي سَخَّرَ لَنَا هَٰذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ

14. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq".
وَإِنَّا إِلَىٰ رَبِّنَا لَمُنْقَلِبُونَ

15. Müşriklər Allahın qullarından bəzisini Onun bir hissəsi qəbul etdilər (Ona övladlar və şəriklər qoşdular). Həqiqətən, insan açıq-aydın nankordur.
وَجَعَلُوا لَهُ مِنْ عِبَادِهِ جُزْءًا ۚ إِنَّ الْإِنْسَانَ لَكَفُورٌ مُبِينٌ

16. Yoxsa Allah yaratdıqlarından qızları Özünə götürüb oğlanları sizin üçün seçmişdir?
أَمِ اتَّخَذَ مِمَّا يَخْلُقُ بَنَاتٍ وَأَصْفَاكُمْ بِالْبَنِينَ

17. Onlardan birinə, Mərhəmətli Allaha aid etdikləri qız uşağı ilə müjdə verilsə, hirsindən üzü qapqara qaralar.
وَإِذَا بُشِّرَ أَحَدُهُمْ بِمَا ضَرَبَ لِلرَّحْمَٰنِ مَثَلًا ظَلَّ وَجْهُهُ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ

18. Onlar zinət içində böyüdülən və çəkişmə zamanı aydın danışa bilməyən qızlarınımı Allaha isnad edirlər?
أَوَمَنْ يُنَشَّأُ فِي الْحِلْيَةِ وَهُوَ فِي الْخِصَامِ غَيْرُ مُبِينٍ

19. Onlar Mərhəmətli Allahın qulları olan mələkləri qız hesab etdilər. Məgər onlar mələklərin yaradılışının şahidi olublar? Onların bu şahidliyi yazılacaq və buna görə cavab verməli olacaqlar.
وَجَعَلُوا الْمَلَائِكَةَ الَّذِينَ هُمْ عِبَادُ الرَّحْمَٰنِ إِنَاثًا ۚ أَشَهِدُوا خَلْقَهُمْ ۚ سَتُكْتَبُ شَهَادَتُهُمْ وَيُسْأَلُونَ

Quran'i Kərim 43.Zuxruf ('Zinət') surəsi (89 a.y)

20. Onlar dedilər: "Əgər Mərhəmətli Allah istəsəydi, biz onlara ibadət etməzdik!" Onların bu haqda heç bir biliyi yoxdur. Onlar ancaq yalan danışarlar.
وَقَالُوا لَوْ شَاءَ الرَّحْمَٰنُ مَا عَبَدْنَاهُمْ ۗ مَا لَهُمْ بِذَٰلِكَ مِنْ عِلْمٍ ۖ إِنْ هُمْ إِلَّا يَخْرُصُونَ

21. Bəlkə onlara bundan əvvəl kitab vermişik və onlar da ona istinad edirlər?
أَمْ آتَيْنَاهُمْ كِتَابًا مِنْ قَبْلِهِ فَهُمْ بِهِ مُسْتَمْسِكُونَ

22. Xeyr! Müşriklər: "Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!"– deyirlər.
بَلْ قَالُوا إِنَّا وَجَدْنَا آبَاءَنَا عَلَىٰ أُمَّةٍ وَإِنَّا عَلَىٰ آثَارِهِمْ مُهْتَدُونَ

23. Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən bir peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: "Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!"– dedilər.
وَكَذَٰلِكَ مَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ فِي قَرْيَةٍ مِنْ نَذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا وَجَدْنَا آبَاءَنَا عَلَىٰ أُمَّةٍ وَإِنَّا عَلَىٰ آثَارِهِمْ مُقْتَدُونَ

24. Peyğəmbər dedi: "Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?" Onlar dedilər: "Biz sizinlə göndərilənləri inkar edirik".
قَالَ أَوَلَوْ جِئْتُكُمْ بِأَهْدَىٰ مِمَّا وَجَدْتُمْ عَلَيْهِ آبَاءَكُمْ ۖ قَالُوا إِنَّا بِمَا أُرْسِلْتُمْ بِهِ كَافِرُونَ

25. Biz də onlardan intiqam aldıq. Bir gör haqqı yalan sayanların aqibəti necə oldu.
فَانْتَقَمْنَا مِنْهُمْ ۖ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ

26. Bir zaman İbrahim öz atasına və qövmünə demişdi: "Mən sizin ibadət etdiklərinizdən uzağam.
وَإِذْ قَالَ إِبْرَاهِيمُ لِأَبِيهِ وَقَوْمِهِ إِنَّنِي بَرَاءٌ مِمَّا تَعْبُدُونَ

27. Yalnız məni yaradandan başqa! Şübhəsiz ki, O məni doğru yola yönəldəcəkdir".
إِلَّا الَّذِي فَطَرَنِي فَإِنَّهُ سَيَهْدِينِ

28. O bunu ("lə ilahə illəllah" kəlməsini) öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə doğru yola qayıtsınlar.
وَجَعَلَهَا كَلِمَةً بَاقِيَةً فِي عَقِبِهِ لَعَلَّهُمْ يَرْجِعُونَ

29. Doğrusu, Mən bunlara da, atalarına da haqq və onu bəyan edən bir elçi gələnədək dolanışıq nəsib etdim.
بَلْ مَتَّعْتُ هَٰؤُلَاءِ وَآبَاءَهُمْ حَتَّىٰ جَاءَهُمُ الْحَقُّ وَرَسُولٌ مُبِينٌ

30. Onlara haqq gəldikdə isə: "Bu, sehrdir, biz ona inanmırıq!"– dedilər.
وَلَمَّا جَاءَهُمُ الْحَقُّ قَالُوا هَٰذَا سِحْرٌ وَإِنَّا بِهِ كَافِرُونَ

Quran'i Kərim 43.Zuxruf ('Zinət') surəsi (89 a.y)

31. Onlar dedilər: "Nə üçün bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama nazil edilmədi?"
وَقَالُوا لَوْلَا نُزِّلَ هَٰذَا الْقُرْآنُ عَلَىٰ رَجُلٍ مِنَ الْقَرْيَتَيْنِ عَظِيمٍ

32. Sənin Rəbbinin mərhəmətini onlarmı bölüşdürürlər? Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Biri digərini öz yanına işçi götürsün deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün etdik. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha xeyirlidir.
أَهُمْ يَقْسِمُونَ رَحْمَتَ رَبِّكَ ۚ نَحْنُ قَسَمْنَا بَيْنَهُمْ مَعِيشَتَهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا ۚ وَرَفَعْنَا بَعْضَهُمْ فَوْقَ بَعْضٍ دَرَجَاتٍ لِيَتَّخِذَ بَعْضُهُمْ بَعْضًا سُخْرِيًّا ۗ وَرَحْمَتُ رَبِّكَ خَيْرٌ مِمَّا يَجْمَعُونَ

33. Əgər insanların kafirlik zəminində birləşmiş vahid bir ümmətə çevrilmək təhlükəsi olmasaydı, Mərhəmətli Allahı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik;
وَلَوْلَا أَنْ يَكُونَ النَّاسُ أُمَّةً وَاحِدَةً لَجَعَلْنَا لِمَنْ يَكْفُرُ بِالرَّحْمَٰنِ لِبُيُوتِهِمْ سُقُفًا مِنْ فِضَّةٍ وَمَعَارِجَ عَلَيْهَا يَظْهَرُونَ

34. evlərinin qapılarını və söykəndikləri taxtları da.
وَلِبُيُوتِهِمْ أَبْوَابًا وَسُرُرًا عَلَيْهَا يَتَّكِئُونَ

35. Üstəlik zinət də verərdik. Bütün bunlar sadəcə dünya həyatının keçici zövqüdür. Axirət isə sənin Rəbbinin yanında ancaq Allahdan qorxanlar üçündür.
وَزُخْرُفًا ۚ وَإِنْ كُلُّ ذَٰلِكَ لَمَّا مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا ۚ وَالْآخِرَةُ عِنْدَ رَبِّكَ لِلْمُتَّقِينَ

36. Kim Mərhəmətli Allahın zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar.
وَمَنْ يَعْشُ عَنْ ذِكْرِ الرَّحْمَٰنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ

37. Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər.
وَإِنَّهُمْ لَيَصُدُّونَهُمْ عَنِ السَّبِيلِ وَيَحْسَبُونَ أَنَّهُمْ مُهْتَدُونَ

38. Nəhayət, o, hüzurumuza gəldikdə yoldaşına deyər: "Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib arasındakı uzaqlıq qədər məsafə olaydı. Sən nə pis yoldaş imişsən!"
حَتَّىٰ إِذَا جَاءَنَا قَالَ يَا لَيْتَ بَيْنِي وَبَيْنَكَ بُعْدَ الْمَشْرِقَيْنِ فَبِئْسَ الْقَرِينُ

39. Onlara deyilər: "Siz haqsızlıq etdiyinizə görə bu gün əzaba şərik olmağınız sizə heç bir fayda verməz!"
وَلَنْ يَنْفَعَكُمُ الْيَوْمَ إِذْ ظَلَمْتُمْ أَنَّكُمْ فِي الْعَذَابِ مُشْتَرِكُونَ

40. Sənmi karlara eşitdirəcəksən, yaxud korları və aşkar azğınlıq içində olanları doğru yola yönəldəcəksən?
أَفَأَنْتَ تُسْمِعُ الصُّمَّ أَوْ تَهْدِي الْعُمْيَ وَمَنْ كَانَ فِي ضَلَالٍ مُبِينٍ

Quran'i Kərim 43.Zuxruf ('Zinət') surəsi (89 a.y)

41. Biz səni götürüb aparsaq da, yenə onlardan mütləq intiqam alacağıq.
فَإِمَّا نَذْهَبَنَّ بِكَ فَإِنَّا مِنْهُمْ مُنْتَقِمُونَ

42. Yaxud onlara vəd etdiyimizi sənə göstərəcəyik. Şübhəsiz ki, Bizim onlara gücümüz çatar.
أَوْ نُرِيَنَّكَ الَّذِي وَعَدْنَاهُمْ فَإِنَّا عَلَيْهِمْ مُقْتَدِرُونَ

43. Odur ki, sən özünə vəhy olunan ayələrə sarıl! Əslində, sən düz yoldasan.
فَاسْتَمْسِكْ بِالَّذِي أُوحِيَ إِلَيْكَ ۖ إِنَّكَ عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ

44. Doğrusu, bu Quran sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz sorğu-suala tutulacaqsınız.
وَإِنَّهُ لَذِكْرٌ لَكَ وَلِقَوْمِكَ ۖ وَسَوْفَ تُسْأَلُونَ

45. Səndən əvvəl göndərdiyimiz elçilərdən (onların davamçılarından) soruş; Biz Mərhəmətli Allahdan başqa ibadət ediləsi məbudlarmı icad etmişik?
وَاسْأَلْ مَنْ أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رُسُلِنَا أَجَعَلْنَا مِنْ دُونِ الرَّحْمَٰنِ آلِهَةً يُعْبَدُونَ

46. Biz Musanı Öz dəlillərimizlə Firon və onun əyanlarının yanına göndərdik. Musa dedi: "Mən aləmlərin Rəbbinin elçisiyəm!"
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَقَالَ إِنِّي رَسُولُ رَبِّ الْعَالَمِينَ

47. Musa dəlillərimizi onlara bəyan edən kimi onlar buna güldülər.
فَلَمَّا جَاءَهُمْ بِآيَاتِنَا إِذَا هُمْ مِنْهَا يَضْحَكُونَ

48. Bizim onlara göstərdiyimiz hər bir möcüzə, əvvəlkilərdən daha da üstün idi. Biz onları əzabla yaxaladıq ki, bəlkə, doğru yola qayıdalar.
وَمَا نُرِيهِمْ مِنْ آيَةٍ إِلَّا هِيَ أَكْبَرُ مِنْ أُخْتِهَا ۖ وَأَخَذْنَاهُمْ بِالْعَذَابِ لَعَلَّهُمْ يَرْجِعُونَ

49. Onlar: "Ey sehrbaz! Sənə verdiyi əhd xatirinə Rəbbinə bizdən ötrü dua et, biz də doğru yola gələk"– dedilər.
وَقَالُوا يَا أَيُّهَ السَّاحِرُ ادْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِنْدَكَ إِنَّنَا لَمُهْتَدُونَ

50. Biz əzabı onlardan uzaqlaşdıran kimi, sözlərindən döndülər.
فَلَمَّا كَشَفْنَا عَنْهُمُ الْعَذَابَ إِذَا هُمْ يَنْكُثُونَ

Quran'i Kərim 43.Zuxruf ('Zinət') surəsi (89 a.y)

51. Firon qövmünü çağırıb dedi: "Ey xalqım! Məgər Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi? Məgər görmürsünüzmü?
وَنَادَىٰ فِرْعَوْنُ فِي قَوْمِهِ قَالَ يَا قَوْمِ أَلَيْسَ لِي مُلْكُ مِصْرَ وَهَٰذِهِ الْأَنْهَارُ تَجْرِي مِنْ تَحْتِي ۖ أَفَلَا تُبْصِرُونَ

52. Ya da mən bu aciz və az qala sözünü belə aydın başa sala bilməyən adamdan daha üstün deyiləmmi?
أَمْ أَنَا خَيْرٌ مِنْ هَٰذَا الَّذِي هُوَ مَهِينٌ وَلَا يَكَادُ يُبِينُ

53. Nə üçün ona qızıl bilərziklər taxılmayıb və onunla birlikdə bir-birinin ardınca mələklər gəlməyib?"
فَلَوْلَا أُلْقِيَ عَلَيْهِ أَسْوِرَةٌ مِنْ ذَهَبٍ أَوْ جَاءَ مَعَهُ الْمَلَائِكَةُ مُقْتَرِنِينَ

54. Firon öz xalqını aldatdı, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq adamlar idilər.
فَاسْتَخَفَّ قَوْمَهُ فَأَطَاعُوهُ ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ

55. Onlar Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını dənizdə batırdıq.
فَلَمَّا آسَفُونَا انْتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَاهُمْ أَجْمَعِينَ

56. Biz onları sonradan gələn nəsillər üçün izi-tozu itirilib yox edilmiş bir millətə və ibrət alınmalı bir həqiqətə çevirdik.
فَجَعَلْنَاهُمْ سَلَفًا وَمَثَلًا لِلْآخِرِينَ

57. Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevincdən güldü.
وَلَمَّا ضُرِبَ ابْنُ مَرْيَمَ مَثَلًا إِذَا قَوْمُكَ مِنْهُ يَصِدُّونَ

58. Onlar dedilər: "Bizim məbudlarımız yaxşıdır, yoxsa o?" Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən adamlardır.
وَقَالُوا أَآلِهَتُنَا خَيْرٌ أَمْ هُوَ ۚ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلًا ۚ بَلْ هُمْ قَوْمٌ خَصِمُونَ

59. O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur.
إِنْ هُوَ إِلَّا عَبْدٌ أَنْعَمْنَا عَلَيْهِ وَجَعَلْنَاهُ مَثَلًا لِبَنِي إِسْرَائِيلَ

60. Əgər istəsəydik, yer üzündə içinizdən sizi əvəz edəcək mələklər yaradardıq.
وَلَوْ نَشَاءُ لَجَعَلْنَا مِنْكُمْ مَلَائِكَةً فِي الْأَرْضِ يَخْلُفُونَ

Quran'i Kərim 43.Zuxruf ('Zinət') surəsi (89 a.y)

61. Həqiqətən, İsanın yer üzünə enməsi Saatın yaxınlaşmasının əlamətidir. Qiyamətə şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol!
وَإِنَّهُ لَعِلْمٌ لِلسَّاعَةِ فَلَا تَمْتَرُنَّ بِهَا وَاتَّبِعُونِ ۚ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ

62. Şeytan sizi doğru yoldan döndərməsin. Şübhəsiz ki, o sizin açıq-aydın düşməninizdir.
وَلَا يَصُدَّنَّكُمُ الشَّيْطَانُ ۖ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ

63. İsa aydın dəlillərlə gəldiyi zaman dedi: "Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!
وَلَمَّا جَاءَ عِيسَىٰ بِالْبَيِّنَاتِ قَالَ قَدْ جِئْتُكُمْ بِالْحِكْمَةِ وَلِأُبَيِّنَ لَكُمْ بَعْضَ الَّذِي تَخْتَلِفُونَ فِيهِ ۖ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

64. Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur düz yol!"
إِنَّ اللَّهَ هُوَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ ۚ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ

65. Firqələr öz aralarında ixtilafa düşdülər. Ağrılı-acılı bir günün əzabından vay zalımların halına!
فَاخْتَلَفَ الْأَحْزَابُ مِنْ بَيْنِهِمْ ۖ فَوَيْلٌ لِلَّذِينَ ظَلَمُوا مِنْ عَذَابِ يَوْمٍ أَلِيمٍ

66. Onlar özləri də hiss etmədən o Saatın qəflətən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər?
هَلْ يَنْظُرُونَ إِلَّا السَّاعَةَ أَنْ تَأْتِيَهُمْ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ

67. O gün müttəqilərdən başqa bütün dostlar bir-birinə düşmən kəsiləcəklər.
الْأَخِلَّاءُ يَوْمَئِذٍ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا الْمُتَّقِينَ

68. Ey qullarım! Həmin gün sizə qorxu yoxdur və siz heç kədərlənməyəcəksiniz də.
يَا عِبَادِ لَا خَوْفٌ عَلَيْكُمُ الْيَوْمَ وَلَا أَنْتُمْ تَحْزَنُونَ

69. Siz ayələrimizə iman gətirib müsəlman olmusunuz.
الَّذِينَ آمَنُوا بِآيَاتِنَا وَكَانُوا مُسْلِمِينَ

70. Siz də, zövcələriniz də fərəhlə Cənnətə daxil olun!
ادْخُلُوا الْجَنَّةَ أَنْتُمْ وَأَزْوَاجُكُمْ تُحْبَرُونَ

Quran'i Kərim 43.Zuxruf ('Zinət') surəsi (89 a.y)

71. Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaqdır. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız.
يُطَافُ عَلَيْهِمْ بِصِحَافٍ مِنْ ذَهَبٍ وَأَكْوَابٍ ۖ وَفِيهَا مَا تَشْتَهِيهِ الْأَنْفُسُ وَتَلَذُّ الْأَعْيُنُ ۖ وَأَنْتُمْ فِيهَا خَالِدُونَ

72. Xeyirxah əməllərinizin nəticəsi kimi varis olduğunuz Cənnət budur.
وَتِلْكَ الْجَنَّةُ الَّتِي أُورِثْتُمُوهَا بِمَا كُنْتُمْ تَعْمَلُونَ

73. Orada sizin üçün bol-bol meyvələr vardır, onlardan yeyəcəksiniz.
لَكُمْ فِيهَا فَاكِهَةٌ كَثِيرَةٌ مِنْهَا تَأْكُلُونَ

74. Şübhəsiz ki, günahkarlar əbədi olaraq Cəhənnəm əzabı içində qalacaqlar.
إِنَّ الْمُجْرِمِينَ فِي عَذَابِ جَهَنَّمَ خَالِدُونَ

75. Onların əzabı yüngülləşdirilməyəcək və onlar orada naümid qalacaqlar.
لَا يُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِيهِ مُبْلِسُونَ

76. Biz onlara zülm etmədik, lakin onlar özləri zalım idilər.
وَمَا ظَلَمْنَاهُمْ وَلَٰكِنْ كَانُوا هُمُ الظَّالِمِينَ

77. Onlar Cəhənnəm gözətçisini çağırıb deyəcəklər: "Ey Malik! Qoy Rəbbin canımızı alıb qurtarsın!" O isə: "Siz burada əbədi qalacaqsınız!"– deyəcək.
وَنَادَوْا يَا مَالِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ ۖ قَالَ إِنَّكُمْ مَاكِثُونَ

78. Biz sizə haqqı təqdim etdik, lakin çoxunuz haqqı xoşlamırdı.
لَقَدْ جِئْنَاكُمْ بِالْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَكُمْ لِلْحَقِّ كَارِهُونَ

79. Yoxsa müşriklər işə qəti qərarmı verdilər? Əslində, qəti qərarı Biz veririk.
أَمْ أَبْرَمُوا أَمْرًا فَإِنَّا مُبْرِمُونَ

80. Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik? Xeyr! Yanlarında əməllərini yazan elçilərimiz vardır.
أَمْ يَحْسَبُونَ أَنَّا لَا نَسْمَعُ سِرَّهُمْ وَنَجْوَاهُمْ ۚ بَلَىٰ وَرُسُلُنَا لَدَيْهِمْ يَكْتُبُونَ

Quran'i Kərim 43.Zuxruf ('Zinət') surəsi (89 a.y)

81. De: "Əgər Mərhəmətli Allahın övladı olsaydı, ona ilk ibadət edən mən olardım.
قُلْ إِنْ كَانَ لِلرَّحْمَٰنِ وَلَدٌ فَأَنَا أَوَّلُ الْعَابِدِينَ

82. Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi müqəddəsdir və onların Ona aid etdikləri sifətlərdən uzaqdır!"
سُبْحَانَ رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَ

83. Onları burax, qoy vəd olunduqları günə qovuşanadək batil işlərə dalsınlar və bir müddət əylənsinlər.
فَذَرْهُمْ يَخُوضُوا وَيَلْعَبُوا حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي يُوعَدُونَ

84. Göydə də məbud, yerdə də məbud yalnız Odur. O, Müdrikdir, Biləndir.
وَهُوَ الَّذِي فِي السَّمَاءِ إِلَٰهٌ وَفِي الْأَرْضِ إِلَٰهٌ ۚ وَهُوَ الْحَكِيمُ الْعَلِيمُ

85. Göylərin, yerin və onların arasında olan hər şeyin sahibi olan Allah nə qədər xeyirxahdır! O Saat haqqında bilgi Ondadır və siz Onun hüzuruna qaytarılacaqsınız.
وَتَبَارَكَ الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَعِنْدَهُ عِلْمُ السَّاعَةِ وَإِلَيْهِ تُرْجَعُونَ

86. Müşriklərin Onu qoyub yalvardıqları tanrılar şəfaət verə bilməzlər. Mənasını bilərək haqqa şəhadət verənlər isə istisnadır.
وَلَا يَمْلِكُ الَّذِينَ يَدْعُونَ مِنْ دُونِهِ الشَّفَاعَةَ إِلَّا مَنْ شَهِدَ بِالْحَقِّ وَهُمْ يَعْلَمُونَ

87. Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, əlbəttə: "Allah!"– deyərlər. Gör necə də haqdan döndərilirlər!
وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَهُمْ لَيَقُولُنَّ اللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ

88. Peyğəmbər dedi: "Ey Rəbbim! Bunlar iman gətirməyən adamlardır!"
وَقِيلِهِ يَا رَبِّ إِنَّ هَٰؤُلَاءِ قَوْمٌ لَا يُؤْمِنُونَ

89. Onlara "Salam!" deyib, vaz keç. Onlar tezliklə biləcəklər.
فَاصْفَحْ عَنْهُمْ وَقُلْ سَلَامٌ ۚ فَسَوْفَ يَعْلَمُونَ


Geri dön

..:Crystal:..

  • 14 avqust 2013 14:59
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:

ALLAH RAZİ OLSUN ÇOOOOOOOOOOOX SAGOLUN

--------------------

★Angelocka★

  • 18 iyul 2013 17:10
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

^^Nazli^^

  • 17 iyul 2013 15:53
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Angry Boy

  • 17 iyul 2013 13:02
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
ALLAH razi olsun tesekkurlerrrrrrrrrrrrrrrrrrrrrrr

sebnem98

  • 17 iyul 2013 10:49
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
19. Onlar Mərhəmətli Allahın qulları olan mələkləri qız hesab etdilər. Məgər onlar mələklərin yaradılışının şahidi olublar? Onların bu şahidliyi yazılacaq və buna görə cavab verməli olacaqlar.
وَجَعَلُوا الْمَلَائِكَةَ الَّذِينَ هُمْ عِبَادُ الرَّحْمَٰنِ إِنَاثًا ۚ أَشَهِدُوا خَلْقَهُمْ ۚ سَتُكْتَبُ شَهَادَتُهُمْ وَيُسْأَلُونَ

--------------------

tinker bell

  • 16 iyul 2013 22:00
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

1. Ha. Mim.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ حم

2. Bu aydın Kitaba and olsun!
وَالْكِتَابِ الْمُبِينِ

3. Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız.
إِنَّا جَعَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ

4. Şübhəsiz ki, o, yanımızdakı Ana Kitabdandır. O, ucadır, hikmətlə doludur.
وَإِنَّهُ فِي أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِيٌّ حَكِيمٌ

--------------------

GuNaY_83

  • 16 iyul 2013 18:02
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
18. Onlar zinət içində böyüdülən və çəkişmə zamanı aydın danışa bilməyən qızlarınımı Allaha isnad edirlər?

--------------------

мυsLiмαηκα

  • 16 iyul 2013 16:56
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Allah razi olsun

★KaRaMeLKa★

  • 16 iyul 2013 16:49
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Allah razi olsun...

_MeLuSiN_

  • 16 iyul 2013 16:44
  • Məqalə: 4
  • Şərh: 463
  • Bal:
{awards}
Teşekkürler.

--------------------
◕◕◕◕◕◕ ◕◕

Adsiz yazici

  • 16 iyul 2013 16:34
  • Məqalə: 15
  • Şərh: 3015
  • Bal:
{awards}
فَأَهْلَكْنَا أَشَدَّ مِنْهُمْ بَطْشًا وَمَضَىٰ مَثَلُ الْأَوَّلِينَ

Roya_____

  • 16 iyul 2013 16:28
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun bacı

ShคмKiʀKค

  • 16 iyul 2013 16:18
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
14. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq".
وَإِنَّا إِلَىٰ رَبِّنَا لَمُنْقَلِبُونَ

★Angelocka★

  • 16 iyul 2013 16:04
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

Gözlüklü

  • 16 iyul 2013 16:02
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Allah razı olsun

-chanel-

  • 16 iyul 2013 16:02
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
وَلَا يَمْلِكُ الَّذِينَ يَدْعُونَ مِنْ دُونِهِ الشَّفَاعَةَ إِلَّا مَنْ شَهِدَ بِالْحَقِّ وَهُمْ يَعْلَمُونَ

★Love Pearl★

  • 16 iyul 2013 16:00
  • Məqalə: 335
  • Şərh: 4367
  • Bal:
{awards}
Allah razi olsun canim

--------------------
Azerbaijan Medical University smile
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 25
Cəmi: 36

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}