Uşaqda özünüdəyərləndirməni necə inkişaf etdirməli?

 
Uşaqda özünüdəyərləndirməni necə inkişaf etdirməli?


Valideyn nə qədər əsəbiləşsə də, uşağa sevgidən kənar sözlər deməməlidir

Hər bir valideyn övladının gələcəkdə bacarıqlı biri olmasını arzu edir. Onunla bağlı xəyallar qurur, uşağın istədiklərini yerinə yetirməyə çalışır, özü həyatda yaşaya bilmədiklərini övladına yaşatmağa can atır. Mütəxəssislərin fikrincə, uşağın sevgi və qayğı ilə böyüdülməsi onun gələcəkdə normal insan kimi cəmiyyətdə yer ala bilməsinə yardım edir.

Uşağı elə böyütmək lazımdır ki, o, özü özüylə qürur duya bilsin. Bunun üçün uşaqda özünü dəyərləndirməni inkişaf etdirmək lazımdır. Bu vəzifəni icra etmək isə təbii ki, valideynlərin üzərinə düşür. Uşaqda özünüdəyərləndirməni inkişaf etdirmək üçün ilk növbədə ona şərtsiz sevgi göstərmək lazımdır.

Psixoloq Aynur Əlibəyli deyir ki, valideyn öz övladı üçün evi risk və təhlükələrdən uzaq olan bir dünyaya çevirməlidir. Uşaq bilməlidir ki, yaşadığı yerdə ona sevgi, qayğı göstərilir, döyülmür, incidilmir: ""Səni çox istəyirəm". Hər nə olursa olsun, uşaq sözə baxmasa da, otağını çirkli saxlasa da, dərslərini hazırlamasa da valideyn ona bu sözü hər zaman deməli və eyni zamanda hiss etdirməlidir. Uşağa iş görməsini, otağını təmizləməsini, dərslərini öyrənməsini sevgi ilə başa salmaq lazımdır".

Həmsöhbətimizin sözlərinə görə, valideyn nə qədər əsəbiləşsə də, uşağa sevgidən kənar sözlər deməməlidir.

Professor Tomas Qordonun fikrincə, "Sən pis uşaqsan", "Sən axmaqsan" sözlərini "Sən belə etdiyində mən hirslənirəm", "Sən oyuncaqlarını hər yerə atanda mən əsəbiləşirəm" kimi cümlələrlə əvəz etmək lazımdır. Uşağa etdiyinin səhv olduğunu başa salmaq lazımdır, günahlandırmaq yox.

Valideyn çalışmalıdır ki, nə istədiyini övladına başa sala bilsin. Bu, ona alternativ davranışları öyrənməsi üçün bir şans verəcək: "Övladınıza dinləməyi öyrətməlisiniz. Onun duyğularını ciddiyə almaqla yanaşı onu başa düşməyə də çalışmalısınız. Uşağınızın qorxularını və mənfi duyğularını rədd etməyərək, ciddi qəbul etməlisiniz. Məsələn, uşaq otağında tək yatmaqdan qorxduğunu deyirsə, onun səbəbi araşdırılmalıdır".

Uşağa evdə heç vaxt artıq olduğunu hiss etdirməməlisiniz: "Bəzən analar əsəbi olanda "kaş ki, uşaq doğmazdım" deyir. Bu deyim əsəbdən doğsa da, uşağın psixikasın zərbə vurub zədələyə bilir".

Övladınızı hər gün tərifləməli, ağıllı olduğunu söyləməli, sevdiyinizi bildirməli, onunla zaman keçirməyə çalışmalısınız. Bir çox valideynlər üçün zaman çox məhduddur. Buna baxmayaraq, mütəxəssislər hər bir uşaqla tək zaman keçirmənin çox əhəmiyyətli olduğunu hesab edirlər.

Uşağın əşyalarına hörmət etmək, paltarlarına, oyuncaqlarına diqqətli davranmaq lazımdır. Uşaq hər bir şeyin dəyərli olduğunu anlaması üçün ilk öncə siz dəyər verməlisiniz. Uşağın düşüncələrinə, fikirlərinə, irəli sürdüyü ideyalara önəm vermək lazımdır: "Onun fikirlərinə önəm verin, hörmət edin. Uşağın özünə olan hörmətini artırmanın bir yolu da onun seçimlərini və duyğularını qəbul etməkdir. Valideynlər uşaqları üçün əyləncəli və ya faydalı olan fəaliyyətləri təklif edə bilərlər. Lakin onu ön fikirli davranmağa məcbur edərlərsə, uşaq özünün kifayət qədər yaxşı olmadığını düşünəcək".

Uşaqlar böyüyərkən üzlərindəki sızanaqlardan və ya çillərdən narahat olmağa başlayırlar. Valideynlər onlara xarici gözəllikdən çox daxili dünyanın önəmli olmasını başa salmalıdırlar. Əgər uşaqda kilo və ya dəri problemi varsa belə onu necə görünürsə-görünsün sevdiyinizdən əmin olmasını təmin etməlisiniz.

Uşaqların bəzi narahatedici davranışları onların özlərinə hörmətləri haqqında ciddi mesajlar verə bilər. Belə zamanlarda onları ciddi bir şəkildə dinləməli, nə demək istədiklərini anlamalı və sonra nə söyləmək istədiyinizi izah etməlisiniz.

Uşaqlarla danışarkən daim onlardan yüksəkdə olmamağa diqqət yetirilməlidir: "Bu, onun yalnız özünü kiçik hiss etməsini təmin etməklə yanaşı, valideynlər və uşaq arasında böyük bir məsafə olduğuna inanmasına da gətirib çıxaracaq. Hər zaman onunla danışarkən yanında oturaraq gözlərinə baxaraq danışmalısınız. Bu, daha yaxın bir ünsiyyəti təmin edir.

Ümumiyyətlə, sağlam düşüncəli insan yetişdirmək valideynin məsuliyyətindədədir. Uşağı valideyn tərbiyə edir. Onu gələcəkdə necə görmək istəyirsənsə, istəklərinə uyğun tərbiyələndirməlisən. Uşaq valideyndən qorxmamalı, sevməli, hörmət etməlidir. Övladları ilə sərt davranan, onlarla pərdə saxlayan valideynlər heç bir zaman arzuladıqları övlada sahib ola bilməzlər. Unutmamaq lazımdır kii, uşaq da insandır, onun düşüncələri, istəkləri, seçimləri var. Onlara hörmət etmək lazımdı
r".


Geri dön

★Angelocka★

  • 13 avqust 2013 20:28
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:


təşəkkürlər




--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

Roya_____

  • 7 avqust 2013 15:57
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
tesekkurler bırdenem

WITH_YOU

  • 23 iyul 2013 08:00
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
TƏŞƏKKURLƏR

★Love Pearl★

  • 20 iyul 2013 03:27
  • Məqalə: 335
  • Şərh: 4258
  • Bal:
{awards}
bu uşağın dodaqlarını yiyeremee

tinker bell

  • 19 iyul 2013 15:31
  • Məqalə: 0
  • Şərh: 3806
  • Bal:
{awards}
Uşağa evdə heç vaxt artıq olduğunu hiss etdirməməlisiniz: "Bəzən analar əsəbi olanda "kaş ki, uşaq doğmazdım" deyir. Bu deyim əsəbdən doğsa da, uşağın psixikasın zərbə vurub zədələyə bilir".

--------------------

✰_DeLNoLiNi_✰

  • 19 iyul 2013 13:00
  • Məqalə: 156
  • Şərh: 5825
  • Bal:
{awards}
Sehrlere gore tesekkurler.

--------------------
[

★KaRaMeLKa★

  • 19 iyul 2013 12:32
  • Məqalə: 166
  • Şərh: 6629
  • Bal:
{awards}
Sitat: pessimistka hebibe
Tewekkurler maraqli meqledi canim...wekildeki uwaq ne wirindi uww


Aynen

HUSEYN ASHIQI

  • 19 iyul 2013 12:15
  • Məqalə: 84
  • Şərh: 2501
  • Bal:
{awards}
cox sag olun marqala oxudum

--------------------



Eger menim Şie olmağim kimise narahat edirse------>Men bu narahatciliğa göre fexr edirem (Alhamdul'illah)

pessimistka hebibe

  • 19 iyul 2013 11:52
  • Məqalə: 8
  • Şərh: 5507
  • Bal:
{awards}
Tewekkurler maraqli meqledi canim...wekildeki uwaq ne wirindi uww

Roya_____

  • 19 iyul 2013 10:16
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
coxsagol canım

sebnem98

  • 19 iyul 2013 05:36
  • Məqalə: 0
  • Şərh: 6592
  • Bal:
{awards}
tesekkkurler

--------------------

Re►PLay

  • 19 iyul 2013 05:17
  • Məqalə: 11
  • Şərh: 2884
  • Bal:
{awards}
tesekkurler

★Love Pearl★

  • 19 iyul 2013 00:52
  • Məqalə: 335
  • Şərh: 4258
  • Bal:
{awards}
Çox saq ol..

=TALIS=

  • 19 iyul 2013 00:01
  • Məqalə: 0
  • Şərh: 434
  • Bal:
{awards}
ne dediz bir az cox idi oxuya bilmedim

--------------------
TI VE QEWENQIM AZ TINI PIDEM !!!!!!!!!!!!!!!

Nara Neznakomka

  • 18 iyul 2013 23:40
  • Məqalə: 174
  • Şərh: 10792
  • Bal:
{awards}
Valideyn nə qədər əsəbiləşsə də, uşağa sevgidən kənar sözlər deməməlidir

Hər bir valideyn övladının gələcəkdə bacarıqlı biri olmasını arzu edir. Onunla bağlı xəyallar qurur, uşağın istədiklərini yerinə yetirməyə çalışır, özü həyatda yaşaya bilmədiklərini övladına yaşatmağa can atır. Mütəxəssislərin fikrincə, uşağın sevgi və qayğı ilə böyüdülməsi onun gələcəkdə normal insan kimi cəmiyyətdə yer ala bilməsinə yardım edir.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Adsiz yazici

  • 18 iyul 2013 23:30
  • Məqalə: 15
  • Şərh: 2961
  • Bal:
{awards}
Tewekkurler

-chanel-

  • 18 iyul 2013 23:24
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
Tewekkurler

MADİNKA MPİ

  • 18 iyul 2013 22:36
  • Məqalə: 0
  • Şərh: 838
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 54

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 52
Cəmi: 226
 
NIGAR
Xəbərləri: 47
Cəmi: 868
 
Limon qoxusu
Xəbərləri: 45
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 277
 
aytc.sza
Xəbərləri: 18
Cəmi: 18
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}