Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ərizə qəbulu başlanır

 
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ərizə qəbulu başlanır

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün iyulun 17-dən avqustun 15-dək internet vasitəsilə ərizə qəbulu aparılır.
Abituriyentlərin ərizələrinin qəbulu internet vasitəsilə aşağıdakı qaydada aparılır:

Abituriyentlər TQDK-nın İnternet saytının müvafiq səhifəsində (www.tqdk.gov.az/erizetex) şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və PİN kodunu daxil etməklə qeydiyyatdan keçir, iş nömrəsi və şifr əldə edirlər. Sonra iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasına daxil olur və onu doldururlar.

Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq edirlər:

2012/2013-cü tədris ilində Azərbaycan Respublikasının ümumi və ilk-peşə ixtisas təhsili müəssisələrinin 9-cu, 10-cu11-ci siniflərini bitirən abituriyentlər;
2011/2012-ci və 2012/2013-cü tədris illəri üçün Azərbaycan Respbulikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş abituriyentlər.

Digər abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə Bakı şəhəri 42 nömrəli tam orta məktəbində və TQDK-nın regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər:
Nəsimi rayonu 42 nömrəli tam orta məktəb (Bakı ş., Mir-Qasımov küçəsi, 6, Nəsimi bazarının yaxınlığında);
TQDK-nın Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);
TQDK-nın Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);
TQDK-nın Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);
TQDK-nın Quba Regional Bölməsi (Quba ş., Fətəlixan küçəsi, 8);
TQDK-nın Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182);
TQDK-nın Şirvan Regional Bölməsi (Şirvan ş., Rəsulzadə küçəsi, 19);
TQDK-nın Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43);
TQDK-nın Ağcabədi Regional Bölməsi (Ağcabədi ş., Faiq Əlizadə küçəsi, 1).

 Abituriyentlər SQK-ya aşağıdakı sənədləri təqdim edirlər:
- internet vasitəsilə qeydiyyatdan keçərkən əldə etdikləri iş nömrəsi və şifrini;
- ümumi orta təhsil haqqında sənədin (şəhadətnamənin) əslini;
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- 16 yaşı iyulun 10-dək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları qeyd olunan sənədlərlə yanaşı təhsil aldıqları müəssisədən fotoşəkli olan arayışı (Əlavə 1) və yeni çəkilmiş 3x4 sm ölçüdə 1 ədəd fotoşəkli.

Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər ümumi qaydada TQDK-nın internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçərək iş nömrəsi və şifr əldə etməlidirlər. Bundan sonra abituriyent:
– iyulun 17-dən 31-dək tələb olunan sənədləri Qeydiyyat Komissiyasına (bax səh. 7, “Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri”) təqdim etməklə qeydiyyatdan keçməlidirlər (Qeydiyyat Komissiyaları hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər). Qeydiyyatdan keçmiş abituriyentə seçmə turun keçirildiyi müəssisənin ünvanı, tarixi və vaxtı yazılmış “Seçmə tura buraxılış vərəqəsi” verilir;
avqustun 5-dən 13-dək seçmə turda iştirak etməlidir.
Seçmə turlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir (bax səh. 7, “Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri”).
Bədən tərbiyəsi və idman istiqamətinin, həmçinin Musiqi sənəti istiqamətinin “Musiqi müəllimliyi”, “Musiqi nəzəriyyəsi”, “Xor dirijorluğu”, “İnstrumental ifaçılıq (alətlər üzrə)” və “Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” (Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecinin “İnstrumental ifaçılıq (alətlər üzrə)” və “Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” ixtisasları istisna olmaqla) ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər Seçmə turda iştirak etmirlər.
– seçmə turda iştirak etdikdən sonra avqustun
15-dək ərizəsinin təsdiq olunmasını 1-ci bənddə göstərilən qaydada təmin etməlidir.
Təsviri sənət, Teatr, kino və xoreoqrafiya sənətləri istiqamətlərinin və Musiqi sənəti istiqamətinin “Xanəndəlik”, “Vokal sənəti”, “Aşıq sənəti”, həmçinin AMK nəzdində Musiqi Kollecinin “İnstrumental ifaçılıq (alətlər üzrə)” və “Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” ixtisaslarını yalnız seçmə tur zamanı müvafiq yoxlamadan “məqbul” alan abituriyent seçə bilər.
Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
İmtahanda iştirak etmək üçün abituriyent müəyyən olunmuş tarixdə internetdən «İmtahana buraxılış vərəqəsi»ni çap edir.
Abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən test imtahanı verirlər. İmtahanda abituriyentlərə hər fəndən 15, bütövlükdə 45 sual təqdim olunur.
Rus bölməsinin abituriyentləri “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dili fənnindən də imtahan suallarına cavab verirlər. Rus bölməsinin abituriyentlərinə Azərbaycan dili fənnindən 5, rus dilindən 10 sual təqdim olunur.
Test tapşırıqlarının cavablandırılmasına ümumilikdə 1 saat 30 dəqiqə vaxt ayrılır.
Ərizə qəbulunun tam mətni, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə formasının doldurulma qaydası və onun nümunəsi “Abituriyent” jurnalının 4-cü sayında təqdim edilmişdir.


Geri dön

..:Crystal:..

  • 6 avqust 2013 17:41
  • Məqalə: 61
  • Şərh: 7144
  • Bal:
XƏBƏR ÜÇÜN TŞK

--------------------

Angry Boy

  • 20 iyul 2013 12:22
  • Məqalə: 348
  • Şərh: 6152
  • Bal:
{awards}
www.tqdk.gov.az/erizetex)
men kecmek isteyirem

tinker bell

  • 19 iyul 2013 15:42
  • Məqalə: 0
  • Şərh: 3806
  • Bal:
{awards}
tewekkurler

--------------------

nuraynur

  • 19 iyul 2013 10:28
  • Məqalə: 0
  • Şərh: 143
  • Bal:
{awards}
tewekkurler

sebnem98

  • 19 iyul 2013 08:58
  • Məqalə: 0
  • Şərh: 6592
  • Bal:
{awards}
tewekkurlerrr

--------------------

★KaRaMeLKa★

  • 18 iyul 2013 22:21
  • Məqalə: 166
  • Şərh: 6629
  • Bal:
{awards}
melumata gore tsk

Ghost of legend

  • 18 iyul 2013 22:15
  • Məqalə: 13
  • Şərh: 1137
  • Bal:
{awards}
melumata gore tskler

★Angelocka★

  • 18 iyul 2013 20:14
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
ugurlar hamiya

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 18 iyul 2013 18:04
  • Məqalə: 67
  • Şərh: 6003
  • Bal:
{awards}
TQDK-nın Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);
TQDK-nın Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);
TQDK-nın Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);
TQDK-nın Quba Regional Bölməsi (Quba ş., Fətəlixan küçəsi, 8);
TQDK-nın Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182);
TQDK-nın Şirvan Regional Bölməsi (Şirvan ş., Rəsulzadə küçəsi, 19);
TQDK-nın Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43);
TQDK-nın Ağcabədi Regional Bölməsi (Ağcabədi ş., Faiq Əlizadə küçəsi, 1).

--------------------
(^_*)

-chanel-

  • 18 iyul 2013 17:58
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
Tewekkurler

★Angelocka★

  • 18 iyul 2013 17:52
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
tesekkurler....

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

Roya_____

  • 18 iyul 2013 17:51
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
coxsagolun

★Love Pearl★

  • 18 iyul 2013 17:49
  • Məqalə: 335
  • Şərh: 4258
  • Bal:
{awards}
Təşəkkür....

Adsiz yazici

  • 18 iyul 2013 17:42
  • Məqalə: 15
  • Şərh: 2961
  • Bal:
{awards}
tewekkurlerrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 34
Cəmi: 54

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 66
Cəmi: 164
 
ραყιȥ
Xəbərləri: 63
Cəmi: 143
 
NIGAR
Xəbərləri: 54
Cəmi: 798
 
lamiye_2001
Xəbərləri: 38
Cəmi: 38
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 247
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 511
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}