Xoşbəxtliyin daha bir sirri

 
Xoşbəxtliyin daha bir sirri

Gülüş insanın sağlamlığı və psixikası üçün əvəzsizdir
Həyatlarının ilk aylarından müsbət emosiyaların təsirindən gülümsəməyi öyrənən insanlar yaşa dolduqca bunu müxtəlif səbəblərə görə edirlər. Belə ki, bəziləri əsəbindən, bəziləri içindəki mənfi fikirləri və ya kiməsə olan xoşagəlməz münasibəti gizlətmək, xoş təəssürat oyatmaq, pərt olduğunu büruzə verməmək və ya həqiqətən də xoşbəxt olduğu və gülməli bir şeyin baş verdiyi üçün gülürlər.

Mütəxəssislərə görə, bütün sadalanan gülüşlərdən yalnız təbii, müsbət emosiyalara əsaslanan gülüş möcüzələr edə bilər. Gülüşün təsir gücünü, gülərkən baş verən proses və dəyişiklikləri isə gelotologiya adlı elm sahəsi tədqiq edir. Qeyd edək ki, gelotologiya (yunan sözü olub gelos-gülüş) gülmə haqqında sənətdir. Gelotogiya elminin banisi Uilyam F.Fray hesab edilir.

Psixoloq Jalə Həmidlinin sözlərinə görə, nikbin insanlar bədbinlərə nisbətən şəxsi həyatda daha xoşbəxt olurlar. Belə ki, şən insanlar maqnit kimi ətrafdakıları özünə cəlb edirlər. Onlar kiminləsə ünsiyyət qurmaqda problem yaşamır, pozitiv düşündüyü üçün digərlərini neqativ fikirlərlərlə, daim gileylənməklə yormurlar. Həm də hər bir insan daxildə xoşbəxt olmağı arzulayır. Bu səbəbdən də istər bədbin, istərsə də şən insanlar daha xoşbəxt görünən, gülərüzlüyü ilə fərqlənən insanlara can atırlar. Lakin yalandan gülərək şən görünmək istəyən insanlar öz üz ifadələri ilə kədərlərini, sıxıntılarını büruzə verirlər.

J.Həmidli hesab edir ki, gülüş insanın zehni qabiliyyətini, yaradıcılıq təxəyyülünü daha da inkişaf etdirir. Çox gülən və şən insanlar ən çətin anlarda belə çıxış yolu tapırlar. "Onlar kədərli insanlara nisbətən daha pozitiv düşündüyü üçün problemləri tez həll edə bilir və ruh düşgünlüyünə nadir hallarda düşürlər. Qeyri-adi düşüncə tərzi ilə fərqlənən nikbin insanlar istənilən sahədə təəccübləndirməyi də bacarırlar. Gülüş insanı psixoloji cəhətdən güclü etməklə yanaşı, immun sistemini də gücləndirir, sağlamlığın möhkəmlənməsinə və bir sıra xəstəliklərin müalicəsinə müsbət təsir edir".

Psixoloq bildirib ki, insanın gülməsi üçün 3 prosesin olması şərtdir. Gülüşün olması üçün nə isə baş verməlidir. Misal üçün, kimsə yüngülcə və gülməli tərzdə yıxılır və ya kimsə ictimai yerdə rüsvay olur. Adətən belə şeylər insanda gülüş doğurur. Gülüş üçün digər mühüm proses gülüşün qavranılmasıdır. Bunlarla yanaşı, gülüşün olması üçün üz əzələlərini hərəkət etdirən motor hissə də vacibdir. Əzələlər, əzələləri hərəkət etdirən sinirlər və sinir bağları da əhəmiyyətlidir.

Həmidli deyir ki, gülərkən insan heç bir idman məşğələsi etməsə də, əzələlərin hərəkətə keçməsinə görə, gülüş idman qədər orqanizmə müsbət təsir edir. Qəhqəhə hətta səhər idmanı ilə bərabər tutulur: "Gülən zaman insanın ürəyi sürətlə döyünür, tənəffüsü dəyişir, norokimyəvi maddə səviyyəsi dəyişir, immun sistemi güclənir. Eləcə də yüzlərlə insanın 20 illik tədqiqatı nəticəsində məlum olub ki, gülmək onkoloji xəstəliklərə tutulmanın qarşısını alır. Bu, ona görə baş verir ki, yaxşı əhval-ruhiyyə, xüsusən gülmək hüceyrələri yeniləyir və bu hüceyrələr orqanizmin müqavimətini artırır. Çox gülən və şən insanların daha sağlam və uzunömürlü olması da sübut olunub".

Müsahibimizin sözlərinə görə, gülməyin faydalı tərəfləri kimi zərərli tərəfləri də var. Məsələn, bəzi əməliyyat keçirmiş xəstələrə qəhqəhə çəkmək məsləhət görülmür. Belə ki, hər şeyin ifratı zərərli olduğu üçün gülüşün də həddini bilmək lazımdır. "Təbəssüm bir çox münasibətlərdə açar rolunu oynasa da, şit qəhqəhə münasibətlərin qırılmasına səbəb ola bilər. Eləcə də adam arasında tez-tez qəhqəhə edən insan qeyri-ciddi təəssürat oyadar".

Qeyd edək ki, gülüş uşaqların inkişafını sürətləndirir. Belə ki, Stendford Universitetində 6-12 yaş arasında olan uşaqlarda aparılan təcrübələrə görə, gülüş zamanı beynin müəyyən sahələri aktivləşir. Təcrübələrin nəticəsindən məlum olub ki, çox güldükcə uşaq daha da inkişaf edir. Bu səbəbdən də gülüş uşaqların həyatında vacib rol oynayır. Adətən körpələr 2-3 aylığında gülümsəməyə başlasalar da, həyatının ilk günlərində gülümsəyən körpələrə də rast gəlinir. İlk günlərdən gülümsəmək bacarığı körpələrin uğuru kimi qiymətləndirilir. 6 yaşında isə artıq uşaq daha çox şənlənə bilir və gün ərzində təxminən 300 dəfə gülür. Yetkin insanlar isə gün ərzində 10-15 dəfə gülürlər.

Daha çox gülmək və şən olmaq üçünsə ilk növbədə daxildən dəyişmək, neqativ fikirlərdən uzaqlaşaraq, yaxşı şeylər barədə düşünmək lazımdır. Əslində eyni bir hadisə haqqında həm yaxşı, həm də pis şeylər düşünmək olar. Amma bədbin insanlar hər bir hadisənin və hətta insanın neqativ tərəflərini görməyə alışıblar. Bu vərdişdən uzaqlaşmaq üçünsə bir müddət öz üzərində məşq etmək lazımdır. Məsələn, gülməli filmlərə baxmaq, lətifələr dinləmək, oxumaq və ya danışmaq, daha çox gözəllikləri seyr etmək və pis fikirləri özündən uzaqlaşdırmaq. Əylənmək, istirahət etmək, dost-tanışla vaxt keçirmək də insanda müsbət fikirlərin çoxalmasına səbəb olur. Qapanıb, yalnız problemləri düşünərək yaşamaq isə insanı get-gedə cansıxıcı birinə çevirir. Təəssüf olsun ki, gülüşün xeyiri barədə əksəriyyət bilsə də, insanlarda nədənsə neqativ fikirlərə meyl daha güclüdür.



Geri dön

★Angelocka★

  • 15 avqust 2013 14:20
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
melumata gore tesekkurler

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

ShคмKiʀKค

  • 27 iyul 2013 12:38
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
tesekkurler...

NUR-999

  • 22 iyul 2013 16:14
  • Məqalə: 18
  • Şərh: 105
  • Bal:
{awards}
MeSLEHeT ucun TEWEKKURLER

--------------------
"MƏN" Mələk deyiləm! Ama Canım Yansa CƏNNƏTİ yaşatdığım İnsanlara CƏHƏNNƏMİ de yaşadaram.!
SoRRy ЕвРоПа Я иЗ ГрУзИя
` SağLığıпa içDiyiм Həг ЯuмкaDa SağLığıмı iтiгiгəм :* ^^ ♥
Mene heckim drujba gondermesin!!! Ne qiz ne oglan ferk etmir.....

Angry Boy

  • 22 iyul 2013 14:18
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
tesekrkuelrrrrrrrrrrrrrrrrrrrrrrr

★Angelocka★

  • 21 iyul 2013 12:16
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
MeSLEHeT ucun TeWeKkUrLeR

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

sebnem98

  • 21 iyul 2013 01:21
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
tesekkurler

--------------------

★Love Pearl★

  • 20 iyul 2013 17:50
  • Məqalə: 335
  • Şərh: 4367
  • Bal:
{awards}
RöyaşkA,
Coxsagolun

--------------------
Azerbaijan Medical University smile

lady anna

  • 20 iyul 2013 17:42
  • Məqalə: 26
  • Şərh: 2973
  • Bal:
{awards}
Dunyanin Sevinci
twk.gulmeyi cox sevirem,amma yersiz gulenlere de qiciq oluram

size qatiliramm

--------------------

Aysel_

  • 20 iyul 2013 16:43
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Tewekkurler

✵Дорогой✵

  • 20 iyul 2013 15:12
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
TEWEKKURLER

tinker bell

  • 20 iyul 2013 13:56
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
tewekkurler

--------------------

-chanel-

  • 20 iyul 2013 13:49
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
MeSLEHeT ucun twkkk

★KaRaMeLKa★

  • 20 iyul 2013 12:55
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Uzun idi oxumadim yenede tsk...

Nara Neznakomka

  • 20 iyul 2013 12:26
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Gülüş insanın sağlamlığı və psixikası üçün əvəzsizdir
Həyatlarının ilk aylarından müsbət emosiyaların təsirindən gülümsəməyi öyrənən insanlar yaşa dolduqca bunu müxtəlif səbəblərə görə edirlər. Belə ki, bəziləri əsəbindən, bəziləri içindəki mənfi fikirləri və ya kiməsə olan xoşagəlməz münasibəti gizlətmək, xoş təəssürat oyatmaq, pərt olduğunu büruzə verməmək və ya həqiqətən də xoşbəxt olduğu və gülməli bir şeyin baş verdiyi üçün gülürlər.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

a...şəms...a

  • 20 iyul 2013 11:48
  • Məqalə: 1
  • Şərh: 126
  • Bal:
{awards}
teşəkkurler<3.........

--------------------
sevgi 2 neferin davasina oxşayir cunki ayrilan yad birisi olur

Adsiz yazici

  • 20 iyul 2013 11:29
  • Məqalə: 15
  • Şərh: 3015
  • Bal:
{awards}
coxsagolun

Prosta Nermin

  • 20 iyul 2013 11:26
  • Məqalə: 0
  • Şərh: 832
  • Bal:
{awards}
Gulmek en cirkin insani bele gozel gosterir wink

--------------------
Həyat dediyin;Ömür boyu Həyatım deyə biləcəyin insanı tapmaqla başlar
.............
Edilən çox şeyi bağışlaya bilərəm, amma bağışladiğım heç nəyi unutmaram
............
Şablon sevgi sözləri yox məndə !!! Baxışım yetər gərçəkdən sevənə !!!

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 20 iyul 2013 10:57
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Men zaten xowbextem hemde coxh ) tewekkurler Allah herkesin uzunnen tebessumunu eksik etmesin

--------------------
(^_*)

Roya_____

  • 20 iyul 2013 10:17
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
coxsagolun

HUSEYN ASHIQI

  • 20 iyul 2013 10:14
  • Məqalə: 84
  • Şərh: 2550
  • Bal:
{awards}
TEWEKKURLER ALLAH RAZI OLSUN

--------------------



Eger menim Şie olmağim kimise narahat edirse------>Men bu narahatciliğa göre fexr edirem (Alhamdul'illah)

Dunyanin Sevinci

  • 20 iyul 2013 10:12
  • Məqalə: 0
  • Şərh: 272
  • Bal:
{awards}
twk.gulmeyi cox sevirem,amma yersiz gulenlere de qiciq oluram

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 44
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 386
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 331
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}