“Mercedes-Benz” şirkəti yeni “yüklənmiş” sedan “S63 AMG” barədə rəsmi məlumat və onu şəkillərini yaydı. O 2013-cü il sentyabr ayında Frankfurtda keçiriləcək avtosalonda debüt edəcək.
Milli.Az Auto.az-a istinadən bildirir ki, artıq bir neçə gün əvvəl avtomobilin xarici görünüşü barədə məlumat verilmişdi. Bir daha əmin olmaq olar ki, “Mercedes-Benz S 63 AMG” standart modifikasiyadan fərqli qabaq və arxa bamperlə və yan “ətəklərlə”, qaz buraxma sisteminin cüt boruları və digər xırda detallarla fərqlənir.
“S”-sinfinə məxsus sedanın ən güclü modifikasiyasının kapotunun altında 585-a.g. və 900 Nm fırlanma anı verən 5.5-litrlik biturbolaşdırılmış V8 mühərriki dayanır.
Mühərrik 7-pilləli avtomat sürət qutusu ilə birgə çalışır və onun 3 rejimi olacaq: qənaətcil, idman və saxtamexanika.
Sedanı həm arxaötürücü, həm də yalnız uzadılmış bazası olan modifikasiyada əldə edilməsi mümkün olan “4MATIC” tamötürücü ilə sifariş etmək olacaq.
Birinci halda avtomobil yerindən 100km/saat məsafəyə 4,4 saniyəyə, ikinci halda isə 4,0 saniyəyə sürətlənir. Variantdan asılı olmayaraq maksimal sürət 250 km/saatdır