Cahiliyyə Dövrüdə ...Qız Uşaqlarının Dramı
Bir gün bir səhabə, Allah Rəsulunun hüzuruna gələrək cahiliyyəyə aid bu canavarlığı belə dilə gətirmişdi:
"Ya Rəsulullah! Biz cahiliyyə dövründə qız uşaqlarımızı diri diri basdırardıq. Mənim də bir qız uşağım vardı. Anasına, 'Bunu geydir, dayısına aparacağam.' dedim.
(Qadın bunun nə demək olduğunu bilərdi, övladı bir az sonra bir quyuya atılacaq və orada çırpına çırpına can verəcəkdi. Nə var ki, qadının belə bir canavarlığın qabağına keçmə haqq və salahiyəti yox idi. Edə biləcəyi tək şey, için-için ağlayıb gözyaşı tökmək idi.)
Xanımım dediyimi etdi. Uşaq həqiqətən dayısına gedəcəyini zənn edir və sevinirdi. Əlindən tutub daha əvvəl qazdığım bir quyunun yanına gətirdim. Ona quyuya baxmasını söylədim. O tam quyuya baxım deyərkən, kürəyinə bir təpik vurdum və onu quyuya yumruladım. Lakin bir təhər, əliylə quyunun ağızına yapışdı. Bir tərəfdən çırpınır, digər tərəfdən də: 'Atam üzərin tozlandı.' deyib paltarmı silməyə çalışırdı. Buna baxmayaraq bir təpik daha vurdum və onu diri diri torpağa basdırdım."
Adam bunu izah edərkən Allah Elçisi və yanındakılar hıçqıra hıçqıra ağlayırdılar. Orada oturanlardan biri: "Eh adam, Rəsulullahı hüzn içində buraxdın!" dəyincə, Əfəndimiz, adama: "Bir daha izah et!" dedi. Adam hadisəni bir dəfə daha izah etdi.
İki Dünya Serverinin gözlərindən süzülən yaşlar mübarək saqqalından aşağıya axırdı.
Allah Elçisi hadisəni təkrar etdirməklə sanki bunu izah etmək istəyirdi: "Bax siz İslamdan əvvəl belə idiniz. Təkrar təkrar izah etdirdim ki, İslamın sizə qazandırdığı insanlığı bir dəfə daha xatırlamış olasınız!"