Yarım litri 2 manata təhlükəli su satılır

 
Yarım litri 2 manata təhlükəli su satılır


20 qəpiklik su əhaliyə 2 manata satılır.
Azərbaycanın istehsal müəssisələrində saxta yeyinti məhsulları və içkilərlə bağlı mütəmadi yoxlama tədbirləri həyata keçirilir, ifşa edilən sahibkarlıq fəaliyyəti barədə mətbuata da məlumatlar açıqlanır. Tərkibi şübhə doğuran belə məhsullar barədə redaksiyaya da məlumatlar daxil olur. Fransanın məşhur su brendlərindən olan “Vittel” sularının da saxta variantının Azərbaycan bazarlarında peyda olması barədə ötən yazılarımızda məlumat vermişdik.

Xatırladaq ki, Respublika Sanitariya Karantin Müfəttişliyindən müraciətimizə cavabda bildirilir:


"Müfəttişliyin əməkdaşlarının apardığı müşahidələr zamanı müəyyən olunub ki, “Vittel” suların qablaşdırıldığı qabın etiketi üzərindəki dizayn və yazıları ilə fərqlənən, tərkibində sulfatlarm miqdarı çox olan, dövlət gigiyena qeydiyyatına alınmamış eyni nişanlı (“Vİttel” nişanlı) su respublikanın ticarət şəbəkələrində əhaliyə satılır. “Zaman Ltd” MMC tərəfindən idxal olunan Fransa mənşəli “Vittel” nişanlı suyun üzərində qırmızı rəngdə rus diliııdə “Vozmi s soboy” sözləri yazılıb.

Digər idxalı bəlli olmayan suyun etiketində bu yazılar yoxdur, yaşıl rəngli kvadratda başqa yazılar var. Fərqləndirici nişanları və yazıları çoxdur. Nəinki bu kimi suların, ümumiyyətlə, dövlət gigiyena qeydiyyatına alınmayan bütün məhsulların Azərbaycan respublikasında realizasiyası qadağandır”.

Qeyd edək ki, etiketində qırmızı rəngdə rus dilində “Vozmi s soboy” sözləri yazılmayan, etiketində fransız və Azərbaycan dilində bir sözə belə rast gəlinməyən, yarım litri 2 manata satılan “Vittel” suları var ki, qapağının üzərində firmanın markası da yoxdur. Bu isə rəsmi qurumun qeyd etdiyi məqamları bir daha təsdiqləyir.

Hamıya məlumdur ki, Azərbaycanda müstəqil laboratoriyalar fəaliyyət göstərmir. Ötən yazılarımızda “Vittel” sularının tərkibini müəyyənləşdirmək məqsədilə aidiyyəti dövlət qurumlarına rəsmi qaydada müraciət etdiyimizi bildirmişdik. Qapağının üzərində “Vittel” markası olan şüşə və plastik qabda 2 su nümunəsini 25 iyun 2013-cü ildə Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna müayinə üçün təqdim etdik.

Redaksiya adından institutun direktoru, professor Əlişir Musayevə minnətdarlıq edirik ki, müayinəni qəzet üçün təmənnasız apardı:

Hər su nümunəsinin analizi 300 manatdır. Çünki reaktivlər bahadır və Səhiyyə Nazirliyinin deyil, institutun öz hesabınadır”.

4 iyul 2013-cü ildə institut tərəfindən hər iki su nümunəsinin cavabı redaksiyaya yazılı şəkildə təqdim olundu. İnstitutun “Kurort ehtiyatlarının öyrənilməsi” şöbəsinin rəhbəri R.Musayevanın imzaladığı yazılı cavabda bildirilir ki, təqdim olunan hər iki su nümunəsi süfrə suyudur...

Halbuki “Vittel” mineral sudur və məhz müalicəvi tərkibinə görə dünyaca məşhurlaşıb.

Rəsmi cavabdan sonra Əlişir Musayev bildirdi ki, institutda mineral suların tərkibinin müqayisə etdikdə saxta su dərhal bilinir, lakin içməli suların tərkibini müqayisəsi olduqca çətindir. Bu səbəbdən içməli sularda saxtakarlıq hallarına daha çox rast gəlinir:
“Bəzən istehsalçılar Şollar suyunu xarici su adı ilə doldurub satırlar. Amma istehlakçı üçün nə fərqi, o da içmək üçün yararlıdır, bu da”.

Hörmətli professorun nəzərinə çatdırırıq ki, hər iki su içmək üçün yararlı ola bilər, lakin qiymətlərində kəskin fərq olur. Bu da istehlakçıların birbaşa cibinə girməkdir. 20 qəpiklik suyun 2 manata, 1 manat 50 qəpiyə, ən ucuz qiyməti isə 1 manat 25 qəpiyə satılması hansı ədalətə sığır?

Əlişir Musayev həmçinin bildirdi ki, müayinəyə təqdim olunan hər iki qabın üzərində yazılanlarla tərkiblər arasında cüzi fərq var, hər iki tərkib bir-birinə uyğundur. Halbuki şüşə qabda saxlanılan su ilə plastik qabdakı suyun tərkibi arasında fərq olur.

Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsinin 1 iyun 2013-cü ildə redaksiyaya ünvanlandığı cavabda isə bildirilir ki, "Vittel” nişanlı qazsız mineral süfrə (?!-red.) suyunun keyfiyyət göstəricilərini müəyyən etmək üçün ticarət şəbəkələrindən nümunələr seçilib və müəyyən edilib ki, həmin nümunələr standartın tələblərinə cavab verir.

Amma bu cavab onu deməyə əsas vermir ki, Azərbaycanın satış müəssisələrində saxta “Vittel” yoxdur.

Qeyd edək ki, bəzi dövlət qurumlarının məhz bu sularla bağlı mübahisəyə ehtiyatlı, qeyri-müəyyən cavabları təəccüb doğurur.

Aidiyyəti qurumların redaksiyaya təqdim etdiyi cavabları müqayisə etmək üçün adının çəkilməsini istəməyən başqa bir dövlət qurumunun mütəxəssisinə təqdim etdik.

Mütəxəssis öncə onu bildirdi ki, mineral sular müalicəvi olduğu üçün heç bir halda süfrə suyu hesab oluna bilməz. Bu səbəbdən mineral tərkibli “Vittel” suları ilə bağlı “süfrə suyu” ifadəsini işlətmək qüsurludur:


“Bu su ya mineral ola bilər, ya da içməli süfrə suyu. İçməli su bizdə 2874-82 standartı ilə müəyyənləşir. İçməli su hər bir insan üçün məqbuldur, onun tərkibindəki inqridentlər normalar üzrə insan sağlamlığına təhlükə törətməməlidir. Süfrə suyu o sular hesab edilir ki, normal standartlara görə, süfrə arxasında minimum 6 adam əyləşirsə, 6-sı da ondan içə bilər. Amma mineral suyu hər kəs içə bilməz, bu sular üçün həkim təyinatı vacibdir.

Mineral suyu müalicəvi olmasına baxmayaraq, mütəmadi içən insan elə xəstəliyə tutular ki, onu sağaltmaq mümkün olmaz. Kiminsə mədə-bağırsaq sistemində problem varsa, “Vittel”in pasportunda göstərilənlərə görə, bu su ona kömək edə bilər. Naxçıvanın “Vayxır” suyu var, hidrogen-sulfidli su kimi hər kəsə yox, oynaq ağrıları olan xəstələrə təyin olunur. Bir sözlə, mineral su ilə süfrə suyunu heç vaxt bir-birinə qarışdırmaq olmaz. Yeyinti məhsullarında son dərəcə diqqətli olmaq lazımdır”.

Mütəxəssis dedi ki, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun təqdim etdiyi nəticələrlə “Vittel”in hidrokimyəvi pasportunda olan göstəricilər bir-birinə uyğun gəlmir:

“Firmanın sularında sulfatın miqdarı 306-dır. Sulfatın miqdarına görə bu su içməli deyil, ola bilər ki, mineral su normalarına uyğundur. Kurortologiyadan verilən cavab, bu suyun içməli olub-olmadığına əsas vermir. Çünki 13 göstəriciyə görə analiz olunub. Bunun üçün 100-dən çox göstərici üzrə dəqiq müayinələr aparılmalıdır. Ola bilər, 99 göstərici düz gələr, bir göstərici düz gəlməz. O halda bu, içməli su kimi qəbul oluna bilməz.

Digər tərəfdən, müayinədə təyin olunan göstəricilər Azərbaycanda olan təmiz içməli su mənbələrinə də uyğun deyil. Bəzi xüsusiyyətlərinə görə, Bakı-2 su kəmərinin suyuna, yəni Xaçmaz suyuna yaxınlaşır, amma onunla da fərqli cəhətləri çoxdur və qarışıq tərkiblidir”.

Qeyd edək ki, adıgedən suyun Fransadan gətirilib-gətirilməməsi ilə bağlı Rusiyada da xeyli müddətdir mübahisələr var. Rusiyada “Nestle” şirkəti ilə “ElitVoda Ru” şirkəti arasında bu mövzu ilə bağlı məhkəmə çəkişməsi də gedir ( ).

Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov bildirir ki, Azərbaycan bazarlarında mövcud olan “Vittel” sularının etiketində fransızca deyil, rusca yazılması da onun Fransadan gətirilmədiyinə əsas verir:

“Həmin suların qablarının üzərində göstəricilər rus dilində yazılıb. Deməli, bu sular Fransadan yox, Rusiyadan gətirilib. Rusiyanın tanınmış mütəxəssisləri bu sular barəsində bildirirlər ki, “Vittel” Alp dağlarının üzünü görməyib və Moskva altındakı içməli sulardan heç nə ilə fərqlənmir. Bu suların Rusiyada da rəsmi distribüteri yoxdur. Rusiyada bu suları kim istəyir gətirib sata bilər.

Azərbaycandakı qablaşdırmada müxtəlif cür yazılar qeyd edilib, bəzilərinin qapağında nişan var, bəzilərində yox. Bu da çox şübhə yaradır. Bu, istehlakçıları aldatmaqdır. Ola bilsin ki, bu suyun Azərbaycan bazarlarında satışını təşkil edən şirkətin xəbəri yoxdur ki, bu su Moskva altında, yaxud Sumqayıtda hazırlanır.

Ümumiyyətlə, Azərbaycana xarici ölkələrdən daxil olan suların əksəriyyəti saxtadır. Çünki yerli mütəxəssislərin analizi ilə müqayisə etdikdə, suyun üzərindəki etiketlərin uyğun gəlmədiyi açıq-aşkar görünür. Bu o deməkdir ki, qonşu ölkələrdən saxta yolla məşhur firmaların suları doldurulub, Azərbaycana göndərilir. Ona görə də Azərbaycanda istehlakçılar həyatlarını təhlükə qarşısında qoymasınlar, Azərbaycanın bulaqlarının sularından doldurulan sulardan istifadə etsinlər. Çünki onsuz da Azərbaycana xaricdən təmiz su gəlmir”.

Onu da bildirək ki, “Vittel” suların Fransada rəsmi distribüterlərindən birinin erməni olması barədə ehtimallar var. D.Məmmədov bu məqama da diqqət çəkdi:

“Məgər Fransanın keyfiyyətsiz məhsulları olmur? Maraqlıdır, xaricdən bizə su gətirən təşkilatlarda fransız sevgisi niyə bu qədər çoxdur... Fransada yüksək dairələrdə ermənipərəstlərin çoxluq təşkil etdiyi bizə məlumdur. Azərbaycana, Türkiyəyə qarşı həmin ermənipərəst qüvvələrin məqsədli şəkildə nifrət yaratması hamımıza məlumdur. Belə olan halda millətin sağlamlığı bütün maraqlardan öndə olmalıdır. Hansı ölkədən hansı adda gətirilən məhsul bu günün tələblərinə cavab vermirsə, yararsızdırsa, biz bu məsələni ictimailəşdirməliyik. Həmin suları Azərbaycana gətirən şirkət də yaxşı olar ki, birinci növbədə insanların sağlamlığını fikirləşsin


Geri dön

..:Crystal:..

  • 16 avqust 2013 21:16
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
Xatırladaq ki, Respublika Sanitariya Karantin Müfəttişliyindən müraciətimizə cavabda bildirilir:

--------------------

..:Crystal:..

  • 6 avqust 2013 17:17
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
XƏBƏR ÜÇÜN TŞK

--------------------

^Peri MaSali^

  • 3 avqust 2013 10:51
  • Məqalə: 42
  • Şərh: 3934
  • Bal:
{awards}
MeQaLe UcUn TsEkkUrLeR..,.,.,.,.,.,.,.. :)

..:Crystal:..

  • 1 avqust 2013 16:11
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
♥♥♥♥♥♥♥♥♥TEŞEKKÜRLER♥♥♥♥♥♥♥♥♥

--------------------

★NuTeLLa★

  • 27 iyul 2013 12:31
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
xD 2 manata? lol

ShคмKiʀKค

  • 25 iyul 2013 20:47
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
20 qəpiklik su əhaliyə 2 manata satılır.

✵Дорогой✵

  • 25 iyul 2013 03:12
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
TeWeKKuRLeR MaRaQLi iDi

-chanel-

  • 25 iyul 2013 00:42
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
XeBeRe gore Twk.....

Feat Deniz

  • 24 iyul 2013 22:11
  • Məqalə: 10
  • Şərh: 2004
  • Bal:
{awards}
coxsagolun xebercun

--------------------

..:Crystal:..

  • 24 iyul 2013 20:06
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR!

--------------------

sebnem98

  • 24 iyul 2013 20:01
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
Xatırladaq ki, Respublika Sanitariya Karantin Müfəttişliyindən müraciətimizə cavabda bildirilir:

--------------------

Roya_____

  • 24 iyul 2013 19:19
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
coxsagolun xebercun

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 24 iyul 2013 18:11
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
sussuz insan yasaya bilmez tewekkurler

--------------------
(^_*)

★Love Pearl★

  • 24 iyul 2013 17:47
  • Məqalə: 335
  • Şərh: 4367
  • Bal:
{awards}
[ilk werh mennen tongue

--------------------
Azerbaijan Medical University smile
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 27
Cəmi: 51

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}