Sağlamlığın qatili

 
Sağlamlığın qatili

Rahat və şirin yuxuya getmək insanın sağlamlığına və əhval- ruhiyyəsinə müsbət təsir edir

Mütəxəssislərin bildirdiyinə görə, insan hər gecə 8 saat yatmalıdır. 8 saatdan az və ya çox yatdıqda isə insan özünü əzgin hiss edir və səhərlər yataqdan qalxmağa çətinlik çəkir. Nisbətən zəif və xəstə insanlar isə daha çox yatmağa ehtiyac duyurlar.

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, yuxusuzluq insanın əsəblərini korlayır: "Gecələr normal yata bilməyən adam çox aqressiv olur, hər şeydən qıcıqlanır. Az yatan insan zehni və fiziki işlə məşğul olmaqda çətinlik çəkir, özünü əzgin və məyus hiss edir. Belə adamlarda tez-tez səbəbsiz yerə ruh düşkünlüyü müşahidə olunur. Uzun müddət sürən yuxusuzluq isə XXI əsrin bəlasına çevrilən depressiyaya da gətirib çıxarır".

A.Qurbanova qeyd edib ki, normal halda insan yataqda 10-15 dəqiqəyə yuxuya gedir: "İnsanın yuxusuna isə onun gündəlik rejimi təsir edir. Şam yeməyini yatmazdan bir qədər əvvəl edirsinizsə, yuxuya çətin gedəcəksiniz. Belə ki, bu zaman mədə yeməyi həzm etməyə başlayır və orqanizmə rahatlaşmağa imkan vermir. Qida isə tərkibindən asılı olaraq bir neçə saata həzm olunur. Bu səbəbdən də yuxuya getməzdən 2-4 saat əvvəl yemək yemək məsləhətdir. Bu, yalnız yuxu üçün deyil, mədənin sağlamlığı üçün də vacib amildir. Yaxşı olar ki, axşam saat 6-da şam edib, bundan sonra yemək yeməyəsiniz. Saat 6-da şam edəndən sonra isə saat 9-10-da rahat yatmaq olar".

Qeyd edək ki, rahat yuxu üçün gün ərzində nə dərəcədə hərəkətli olmağınız da vacibdir. Əgər siz özünüzü həddindən artıq enerjili və aqressiv hiss edirsinizsə, deməli, hərəkətə, toplanmış enerjinin, aqressiyanın boşaldılmasına ehtiyacınız var. Tənbəllik edib heç bir iş görməmək, oturaq həyat tərzi sürmək həm yuxuya mənfi təsir göstərir, həm də beynin fəallığını azaldır, əzələlərin boşalmasına gətirib çıxarır. Bunun üçün də hərəkət etmək, idmanla məşğul olmaq əsas amildir. Nə qədər çox hərəkətdə olsanız, əhvalınız daha da yüksələcək. Lakin bu zaman həddini aşmaq, özünü çox yükləmək də olmaz. Belə ki, çox idman etmək də yuxunun pozulması ilə nəticələnə bilər.

Bəzi hallarda insan yuxuya gedə bilməyəcəyinə özünü inandırdığı üçün yata bilmir. Ona görə də ilk növbədə insan özünə təsəlli verməli və rahat yuxuya gedəcəyinə inanmalıdır. Yuxu ilə bağlı probleminin olmadığını anlayanda, insan daha az narahatlıq keçirir, əsəbləşmir, bunun üçün də asanlıqla yuxuya gedir. Əsəbləri sakitləşdirib, özündə inam hissini formalaşdırmaq üçün avtotrenninq də tətbiq etmək olar. Bunun üçün güzgünün qabağında dayanıb "mən rahat yuxuya gedir və möhkəm yatıram" demək lazımdır. İnsanı yuxuya getməyə qoymayan əsas səbəblər həyəcanlanmaq, qorxmaq və əsəbləşməkdir. Bu səbəbdən də gecə çarpayıya uzananda isə pis hadisələr haqqında düşünməyin. Əgər bacarsanız, heç nəyi fikirləşməyin. Əvvəlcə bunu etmək çətin olsa da, sonradan vərdiş halını alacaq.

Mütəxəssislərin fikrincə, inkişaf etmiş ölkələrdə əhalinin 10 faizi yuxusuzluqdan əziyyət çəkir. Yuxusuzluqla üzləşməmək üçün tərkibində kofein, kofe, kola, enerjili içkilər içmək və tərkibində kofe, kofein olan qidalar və qara şokolad yemək olmaz. Gecə yuxuya getməzdən əvvəl tünd çay da içmək məsləhət deyil. Bununla yanaşı, gecə yatmazdan əvvəl yağlı və ağır yeməklər də yemək olmaz. Yaxşı olar ki, süd məhsulları və tərəvəzlərlə qidalanmağa üstünlük verəsiniz. Yatmazdan əvvəl vitamin içmək də düzgün deyil, belə ki, vitaminlər əsəb sisteminin gərginləşməsinə səbəb olur. Bunun əvəzinə bir stəkan süd içmək həm orqanizmi vitaminlə təmin edər, həm də sizə yuxu gətirər. Rahat yuxu üçün yatmazdan əvvəl 40 dəqiqə təmiz havada gəzmək də faydalıdır.

Psixoloqun dediyinə görə, narahat yataq otağı, yatağın özü, yataq dəsti də yuxusuzluğa səbəb ola bilər. "Yataq dəsti seçərkən fikir verin ki, rahat, yumşaq və hamar olsun. Yataq dəsti təbii parçalardan hazırlanmalıdır ki, tiftiklənib dəriyə dəyərək qıcıqlandırmasın. Keyfiyyəti ilə yanaşı, yataq dəstinin rəngi də çox vacibdir. Bəyəndiyiniz, xüsusilə də açıq və ya çox tünd, lakin əlvan olmayan rənglər də sizin tez yuxuya getməyinizə kömək edə bilər", - deyən psixoloq əlavə edib ki, gecə yataqda uzanıb kompüterdə oyun oynamaq, televizora baxmaq, dəhşətli filmlərə baxmaq da məsləhət deyil. Yadda saxlayın ki, qaranlıq və sakit yerdə yatmaq lazımdır. Belə ki, təbii yuxu gətirən melatonin adlanan xüsusi maddə qaranlıqda daha fəal yaranmağa başlayır. Eləcə də rahat yuxu üçün səhər və axşam eyni vaxtlarda yatmağa çalışın. Gecə yuxunuz gəlsin deyə əlavə olaraq günorta və ya axşam vaxtı yatmayın. Həm də gecə yuxusunun yerini heç nə vermir. İnsan günorta və ya səhər vaxtlarında yatsa da, gecə yatdığı zaman orqanizm daha çox dincəlir və bu yuxudan faydalanır. Yuxuya getmək üçün münasib vaxt gecə saat 10-dur. Yuxunun uzunluğuna gəlincə isə 8 saat yatmaqla yuxudan tam doymaq olar. Bu saatlardan çox və ya az yatdıqda isə insan yuxudan doymamış kimi özünü hiss edir və səhərlər yuxudan ayıla bilmir. Düzdür, bəzən istisna hallar olur ki, insana tam yuxudan doymaq üçün 10-11 saat tələb olunur. Nəzərinizə çatdıraq ki, insanlar müxtəlif vaxtlarda yuxuya gedir. Qanda melatonin maddəsinin ən çox yarandığı vaxt isə gecə saat 12-dən səhər saat 4-ə qədər olur. Səhər açılanda isə melatonin işığın təsirindən az yaranmağa başlayır və insan tədricən yuxudan ayılır. Lakin insan gec yatdıqda səhər açıldıqda belə yuxudan doya bilmir.

Psixoloq vurğulayıb ki, yuxunu bir vərdiş kimi təsəvvür etdikdə, yuxu ilə bağlı problemlər minimuma enəcək. Bunun üçün hər gün eyni saatda yatmaq lazımdır. "Əvvəlcə bu çətin gələ bilər, lakin vərdişə çevriləndən sonra bu xeyli asanlaşacaq. Hətta uzun müddət, misal üçün, gecə saat 11-də yuxuya getməyə alışan şəxs, bu vaxt keçdikdə əsnəməyə və yuxuya ehtiyac duymağa başlayacaq".



Geri dön

..:Crystal:..

  • 18 avqust 2013 08:10
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
Yuxunun uzunluğuna gəlincə isə 8 saat yatmaqla yuxudan tam doymaq olar. Bu saatlardan çox və ya az yatdıqda isə insan yuxudan doymamış kimi özünü hiss edir və səhərlər yuxudan ayıla bilmir. Düzdür, bəzən istisna hallar olur ki, insana tam yuxudan doymaq üçün 10-11 saat tələb olunur. Nəzərinizə çatdıraq ki, insanlar müxtəlif vaxtlarda yuxuya gedir. Qanda melatonin maddəsinin ən çox yarandığı vaxt isə gecə saat 12-dən səhər saat 4-ə qədər olur. Səhər açılanda isə melatonin işığın təsirindən az yaranmağa başlayır və insan tədricən yuxudan ayılır. Lakin insan gec yatdıqda səhər açıldıqda belə yuxudan doya bilmir.

--------------------

..:Crystal:..

  • 17 avqust 2013 23:26
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
Psixoloq vurğulayıb ki, yuxunu bir vərdiş kimi təsəvvür etdikdə, yuxu ilə bağlı problemlər minimuma enəcək. Bunun üçün hər gün eyni saatda yatmaq lazımdır. "Əvvəlcə bu çətin gələ bilər, lakin vərdişə çevriləndən sonra bu xeyli asanlaşacaq. Hətta uzun müddət, misal üçün, gecə saat 11-də yuxuya getməyə alışan şəxs, bu vaxt keçdikdə əsnəməyə və yuxuya ehtiyac duymağa başlayacaq".

--------------------

★Angelocka★

  • 17 avqust 2013 02:11
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}


sağol ömrüm



--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

★Angelocka★

  • 13 avqust 2013 03:49
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
Saoll canımmm

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

Roya_____

  • 7 avqust 2013 15:49
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tesekkurlerrr

..:Crystal:..

  • 1 avqust 2013 18:11
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
♥♥♥♥♥TEŞEKKÜRLER♥♥♥♥♥

--------------------

♠Siqaret♠

  • 1 avqust 2013 16:32
  • Məqalə: 1
  • Şərh: 411
  • Bal:
{awards}
Allah razi olsun tewekkurler cox beyendim emeye gore cox sagol

--------------------

ShoKKi_MoKKi

  • 24 iyul 2013 19:22
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
Melumatcun saol Siyin Meyeyimmm love

--------------------

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 23 iyul 2013 14:35
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Tewekkurler meqale ucun

--------------------
(^_*)

★Angelocka★

  • 23 iyul 2013 13:36
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
canim cox sag ol

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

Aysel_

  • 23 iyul 2013 13:02
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Tewekkurler

HUSEYN ASHIQI

  • 23 iyul 2013 09:53
  • Məqalə: 84
  • Şərh: 2550
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------



Eger menim Şie olmağim kimise narahat edirse------>Men bu narahatciliğa göre fexr edirem (Alhamdul'illah)

^^Nazli^^

  • 23 iyul 2013 09:01
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
tesekkurlerrrr

--------------------

WITH_YOU

  • 23 iyul 2013 07:38
  • Məqalə: 0
  • Şərh: 1724
  • Bal:
{awards}
TƏŞƏKKURLƏR

--------------------
LƏNKƏRANLIYAM ..... (TALIŞ)
VƏƏƏ BUNUNLA DA "ÇOX FƏXR EDİRƏM" !!!

TALISINISKI

  • 23 iyul 2013 00:29
  • Məqalə: 0
  • Şərh: 68
  • Bal:
{awards}
tewekkurler

sebnem98

  • 22 iyul 2013 23:54
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
Rahat və şirin yuxuya getmək insanın sağlamlığına və əhval- ruhiyyəsinə müsbət təsir edir

--------------------

tinker bell

  • 22 iyul 2013 21:53
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
tewekkurlerrr

--------------------

Nuray_2013

  • 22 iyul 2013 21:30
  • Məqalə: 0
  • Şərh: 303
  • Bal:
{awards}
tesekkurler

✰_DeLNoLiNi_✰

  • 22 iyul 2013 20:30
  • Məqalə: 155
  • Şərh: 6036
  • Bal:
{awards}
Tesekkurler CaniM

--------------------

★Angelocka★

  • 22 iyul 2013 20:08
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
tesekkurler.....

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

NUR-999

  • 22 iyul 2013 19:39
  • Məqalə: 18
  • Şərh: 105
  • Bal:
{awards}
tewekurler)))

--------------------
"MƏN" Mələk deyiləm! Ama Canım Yansa CƏNNƏTİ yaşatdığım İnsanlara CƏHƏNNƏMİ de yaşadaram.!
SoRRy ЕвРоПа Я иЗ ГрУзИя
` SağLığıпa içDiyiм Həг ЯuмкaDa SağLığıмı iтiгiгəм :* ^^ ♥
Mene heckim drujba gondermesin!!! Ne qiz ne oglan ferk etmir.....

★KaRaMeLKa★

  • 22 iyul 2013 19:25
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Xebere gore tsk.,..

Gözlüklü

  • 22 iyul 2013 19:24
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Tewekkur ^*

KaYfA_SuRgUn

  • 22 iyul 2013 19:19
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
Melumatviza Gore Cox Sagolun!

--------------------

lady anna

  • 22 iyul 2013 19:09
  • Məqalə: 26
  • Şərh: 2973
  • Bal:
{awards}
men yay aylarnda bele problemle uz-uzre oluram...axwam gec yatib tezden gec dururam buna gore ezgin oluram

--------------------

Roya_____

  • 22 iyul 2013 19:02
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tesekurlerr

Dunyanin Sevinci

  • 22 iyul 2013 18:51
  • Məqalə: 0
  • Şərh: 272
  • Bal:
{awards}
tewekkurler

MADİNKA MPİ

  • 22 iyul 2013 18:50
  • Məqalə: 0
  • Şərh: 856
  • Bal:
{awards}
off oyanmaq olurki seherin wirin yuxusundan((((((

Angel ^_^

  • 22 iyul 2013 18:34
  • Məqalə: 1
  • Şərh: 132
  • Bal:
{awards}
Mütəxəssislərin bildirdiyinə görə, insan hər gecə 8 saat yatmalıdır. 8 saatdan az və ya çox yatdıqda isə insan özünü əzgin hiss edir və səhərlər yataqdan qalxmağa çətinlik çəkir. Nisbətən zəif və xəstə insanlar isə daha çox yatmağa ehtiyac duyurlar.


Duz deyir no

--------------------
DeYiRLeR HeR WeYiN DeRMaNi ,,ZaMaN''-DiR.BiR DeFe ,,ZaMaN'' SöZüNü TeRSiNe OxU GöR HeR WeYiN DeRMaNi NeDiR....!

Renesme

  • 22 iyul 2013 18:09
  • Məqalə: 8
  • Şərh: 2272
  • Bal:
{awards}
...:: TeWeKKuRLer MeQaLeYe GoRe ::...

--------------------
<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}