Quran'i Kərim 51.Zəriyət ('Sovurub dağıdan küləklər') surəsi

 
Quran'i Kərim 51.Zəriyət ('Sovurub dağıdan küləklər') surəsi


Mərhəmətli və Rəhmli Allahın adı ilə!

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

1. And olsun toz-torpağı ətrafa səpələyənlərə!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ وَالذَّارِيَاتِ ذَرْوًا

2. And olsun yağmur yükü daşıyanlara!
فَالْحَامِلَاتِ وِقْرًا

3. And olsun asanlıqla üzüb gedənlərə!
فَالْجَارِيَاتِ يُسْرًا

4. And olsun işləri paylaşdıranlara!
فَالْمُقَسِّمَاتِ أَمْرًا

5. Sizə vəd olunanlar həqiqətdir.
إِنَّمَا تُوعَدُونَ لَصَادِقٌ

6. Haqq-hesab da mütləq çəkiləcəkdir.
وَإِنَّ الدِّينَ لَوَاقِعٌ

7. And olsun gözəl görünüşü olan səmaya!
وَالسَّمَاءِ ذَاتِ الْحُبُكِ

8. Sizin sözləriniz ziddiyyətlidir.
إِنَّكُمْ لَفِي قَوْلٍ مُخْتَلِفٍ

9. Ondan (Qurandan və Peyğəmbərdən) dönən kimsə döndərilər.
يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَ

10. Məhv olsun yalançılar!
قُتِلَ الْخَرَّاصُونَ

Quran'i Kərim 51.Zəriyət ('Sovurub dağıdan küləklər') surəsi

11. O kəslər ki, cəhalət içində olan qafillərdir.
الَّذِينَ هُمْ فِي غَمْرَةٍ سَاهُونَ

12. Onlar Haqq-hesab gününün nə vaxt olacağını soruşurlar.
يَسْأَلُونَ أَيَّانَ يَوْمُ الدِّينِ

13. O gün onlara odda əzab veriləcəkdir.
يَوْمَ هُمْ عَلَى النَّارِ يُفْتَنُونَ

14. Onlara deyiləcək: "Dadın əzabınızı! Sizin tez-tələsik gəlməsini istədiyiniz şey budur!"
ذُوقُوا فِتْنَتَكُمْ هَٰذَا الَّذِي كُنْتُمْ بِهِ تَسْتَعْجِلُونَ

15. Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və bulaqlar başında olacaqlar,
إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَعُيُونٍ

16. öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular.
آخِذِينَ مَا آتَاهُمْ رَبُّهُمْ ۚ إِنَّهُمْ كَانُوا قَبْلَ ذَٰلِكَ مُحْسِنِينَ

17. Onlar gecələr ibadət edib az yatırdılar.
كَانُوا قَلِيلًا مِنَ اللَّيْلِ مَا يَهْجَعُونَ

18. Sübh çağı isə bağışlanma diləyirdilər.
وَبِالْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ

19. Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır.
وَفِي أَمْوَالِهِمْ حَقٌّ لِلسَّائِلِ وَالْمَحْرُومِ

20. Qəti inananlar üçün yer üzündə dəlillər vardır.
وَفِي الْأَرْضِ آيَاتٌ لِلْمُوقِنِينَ

Quran'i Kərim 51.Zəriyət ('Sovurub dağıdan küləklər') surəsi

21. Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz?
وَفِي أَنْفُسِكُمْ ۚ أَفَلَا تُبْصِرُونَ

22. Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir.
وَفِي السَّمَاءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ

23. Göyün və yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir.
فَوَرَبِّ السَّمَاءِ وَالْأَرْضِ إِنَّهُ لَحَقٌّ مِثْلَ مَا أَنَّكُمْ تَنْطِقُونَ

24. İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı?
هَلْ أَتَاكَ حَدِيثُ ضَيْفِ إِبْرَاهِيمَ الْمُكْرَمِينَ

25. Onlar onun yanına daxil olub: "Sənə salam olsun!"– dedilər. İbrahim: "Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!"– dedi.
إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا ۖ قَالَ سَلَامٌ قَوْمٌ مُنْكَرُونَ

26. O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi.
فَرَاغَ إِلَىٰ أَهْلِهِ فَجَاءَ بِعِجْلٍ سَمِينٍ

27. Onu qabaqlarına qoyub: "Yemək yeməyəcəksinizmi?"– dedi.
فَقَرَّبَهُ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ

28. O, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar: "Qorxma!"– dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər.
فَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۖ قَالُوا لَا تَخَفْ ۖ وَبَشَّرُوهُ بِغُلَامٍ عَلِيمٍ

29. Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: "Axı mən sonsuz qoca qarıyam!"
فَأَقْبَلَتِ امْرَأَتُهُ فِي صَرَّةٍ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوزٌ عَقِيمٌ

30. Onlar dedilər: "Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Müdrikdir, Biləndir!"
قَالُوا كَذَٰلِكِ قَالَ رَبُّكِ ۖ إِنَّهُ هُوَ الْحَكِيمُ الْعَلِيمُ

Quran'i Kərim 51.Zəriyət ('Sovurub dağıdan küləklər') surəsi

31. İbrahim dedi: "Sizin işiniz nədir, ey elçilər?"
قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا الْمُرْسَلُونَ

32. Onlar dedilər: "Biz günahkar bir qövmə göndərilmişik ki,
قَالُوا إِنَّا أُرْسِلْنَا إِلَىٰ قَوْمٍ مُجْرِمِينَ

33. onların üstünə gildən daşlar yağdıraq –
لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةً مِنْ طِينٍ

34. həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş daşlar!"
مُسَوَّمَةً عِنْدَ رَبِّكَ لِلْمُسْرِفِينَ

35. Biz orada olan möminləri o kənddən çıxartdıq.
فَأَخْرَجْنَا مَنْ كَانَ فِيهَا مِنَ الْمُؤْمِنِينَ

36. Amma orada bir evdən başqa müsəlman tapmadıq.
فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍ مِنَ الْمُسْلِمِينَ

37. Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq.
وَتَرَكْنَا فِيهَا آيَةً لِلَّذِينَ يَخَافُونَ الْعَذَابَ الْأَلِيمَ

38. Musanın əhvalatında da ibrət vardır. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik.
وَفِي مُوسَىٰ إِذْ أَرْسَلْنَاهُ إِلَىٰ فِرْعَوْنَ بِسُلْطَانٍ مُبِينٍ

39. O, öz camaatı ilə birlikdə üz çevirib: "Bu sehrbazdır, ya da dəlidir!"– dedi.
فَتَوَلَّىٰ بِرُكْنِهِ وَقَالَ سَاحِرٌ أَوْ مَجْنُونٌ

40. Biz Fironu və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi.
فَأَخَذْنَاهُ وَجُنُودَهُ فَنَبَذْنَاهُمْ فِي الْيَمِّ وَهُوَ مُلِيمٌ

Quran'i Kərim 51.Zəriyət ('Sovurub dağıdan küləklər') surəsi

41. Ad qövmünün hekayətində də ibrət vardır. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək göndərmişdik.
وَفِي عَادٍ إِذْ أَرْسَلْنَا عَلَيْهِمُ الرِّيحَ الْعَقِيمَ

42. O külək üstündən keçdiyi hər bir şeyi sovurub külə döndərirdi.
مَا تَذَرُ مِنْ شَيْءٍ أَتَتْ عَلَيْهِ إِلَّا جَعَلَتْهُ كَالرَّمِيمِ

43. Səmud qövmünün hekayətində də ibrət vardır. O zaman onlara: "Müəyyən vaxtadək dolanıb-keçinin!"– deyilmişdi.
وَفِي ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُوا حَتَّىٰ حِينٍ

44. Onlar öz Rəbbinin əmrindən çıxdılar və onları gözləri baxa-baxa ildırım vurdu.
فَعَتَوْا عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ الصَّاعِقَةُ وَهُمْ يَنْظُرُونَ

45. Onlar ayağa qalxa bilmədilər və onlara kömək edən də olmadı.
فَمَا اسْتَطَاعُوا مِنْ قِيَامٍ وَمَا كَانُوا مُنْتَصِرِينَ

46. Daha əvvəl Nuh qövmünü məhv etdik. Çünki onlar fasiq adamlar idilər.
وَقَوْمَ نُوحٍ مِنْ قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ

47. Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.
وَالسَّمَاءَ بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ

48. Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz!
وَالْأَرْضَ فَرَشْنَاهَا فَنِعْمَ الْمَاهِدُونَ

49. Biz hər şeydən erkək və dişi olmaqla cütlər yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız.
وَمِنْ كُلِّ شَيْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ

50. De: "Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!
فَفِرُّوا إِلَى اللَّهِ ۖ إِنِّي لَكُمْ مِنْهُ نَذِيرٌ مُبِينٌ

Quran'i Kərim 51.Zəriyət ('Sovurub dağıdan küləklər') surəsi

51. Allahla yanaşı başqa bir məbud qəbul etməyin. Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!"
وَلَا تَجْعَلُوا مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ ۖ إِنِّي لَكُمْ مِنْهُ نَذِيرٌ مُبِينٌ

52. Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində: "Sehrbazdır, ya da dəlidir!"– deməsinlər.
كَذَٰلِكَ مَا أَتَى الَّذِينَ مِنْ قَبْلِهِمْ مِنْ رَسُولٍ إِلَّا قَالُوا سَاحِرٌ أَوْ مَجْنُونٌ

53. Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır.
أَتَوَاصَوْا بِهِ ۚ بَلْ هُمْ قَوْمٌ طَاغُونَ

54. Artıq onlardan üz döndər! Sən buna görə qınanmazsan.
فَتَوَلَّ عَنْهُمْ فَمَا أَنْتَ بِمَلُومٍ

55. Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.
وَذَكِّرْ فَإِنَّ الذِّكْرَىٰ تَنْفَعُ الْمُؤْمِنِينَ

56. Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.
وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ

57. Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm.
مَا أُرِيدُ مِنْهُمْ مِنْ رِزْقٍ وَمَا أُرِيدُ أَنْ يُطْعِمُونِ

58. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.
إِنَّ اللَّهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِينُ

59. Şübhəsiz ki, zülm edənləri həmtaylarının qisməti kimi bir qismət gözləyir. Qoy onlar Məni tələsdirməsinlər!
فَإِنَّ لِلَّذِينَ ظَلَمُوا ذَنُوبًا مِثْلَ ذَنُوبِ أَصْحَابِهِمْ فَلَا يَسْتَعْجِلُونِ

60. Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin halına!
فَوَيْلٌ لِلَّذِينَ كَفَرُوا مِنْ يَوْمِهِمُ الَّذِي يُوعَدُونَ

Quran'i Kərim 51.Zəriyət ('Sovurub dağıdan küləklər') surəsi


Geri dön

..:Crystal:..

  • 16 avqust 2013 18:16
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
18. Sübh çağı isə bağışlanma diləyirdilər.
وَبِالْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ

19. Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır.
وَفِي أَمْوَالِهِمْ حَقٌّ لِلسَّائِلِ وَالْمَحْرُومِ

20. Qəti inananlar üçün yer üzündə dəlillər vardır.
وَفِي الْأَرْضِ آيَاتٌ لِلْمُوقِنِينَ

--------------------

..:Crystal:..

  • 1 avqust 2013 16:25
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
ALLAH RAZİ OSUN

--------------------

ShคмKiʀKค

  • 25 iyul 2013 20:56
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
Qəti inananlar üçün yer üzündə dəlillər vardır.
وَفِي الْأَرْضِ آيَاتٌ لِلْمُوقِنِينَ

sebnem98

  • 24 iyul 2013 21:53
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
1. And olsun toz-torpağı ətrafa səpələyənlərə!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ وَالذَّارِيَاتِ ذَرْوًا

2. And olsun yağmur yükü daşıyanlara!
فَالْحَامِلَاتِ وِقْرًا

3. And olsun asanlıqla üzüb gedənlərə!
فَالْجَارِيَاتِ يُسْرًا

4. And olsun işləri paylaşdıranlara!
فَالْمُقَسِّمَاتِ أَمْرًا

--------------------

-chanel-

  • 24 iyul 2013 15:39
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
ALLAH razi olsun.....

★Angelocka★

  • 24 iyul 2013 14:53
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
Allah razi olsun!!!

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 24 iyul 2013 14:18
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
9. Ondan (Qurandan və Peyğəmbərdən) dönən kimsə döndərilər.
يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَ

--------------------
(^_*)

★KaRaMeLKa★

  • 24 iyul 2013 14:13
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Allah razi olsun..

Nikimi pisiy apadi

  • 24 iyul 2013 13:32
  • Məqalə: 2
  • Şərh: 357
  • Bal:
{awards}
Allah razi olsun

WITH_YOU

  • 24 iyul 2013 13:27
  • Məqalə: 0
  • Şərh: 1724
  • Bal:
{awards}
ALLAH razı qalsın

--------------------
LƏNKƏRANLIYAM ..... (TALIŞ)
VƏƏƏ BUNUNLA DA "ÇOX FƏXR EDİRƏM" !!!

Angry Boy

  • 24 iyul 2013 13:23
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
ALLAH komeyiniz olsun

Aysel_

  • 24 iyul 2013 12:55
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Allah Razi Olsun

Nara Neznakomka

  • 24 iyul 2013 12:50
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
. Sizin sözləriniz ziddiyyətlidir.
إِنَّكُمْ لَفِي قَوْلٍ مُخْتَلِفٍ

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

✵Дорогой✵

  • 24 iyul 2013 12:25
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Adsiz yazici

  • 24 iyul 2013 12:22
  • Məqalə: 15
  • Şərh: 3015
  • Bal:
{awards}
tewekkurler

tinker bell

  • 24 iyul 2013 12:17
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

1. And olsun toz-torpağı ətrafa səpələyənlərə!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ وَالذَّارِيَاتِ ذَرْوًا

2. And olsun yağmur yükü daşıyanlara!
فَالْحَامِلَاتِ وِقْرًا

3. And olsun asanlıqla üzüb gedənlərə!
فَالْجَارِيَاتِ يُسْرًا

4. And olsun işləri paylaşdıranlara!
فَالْمُقَسِّمَاتِ أَمْرًا

--------------------

love%messi

  • 24 iyul 2013 11:54
  • Məqalə: 24
  • Şərh: 1715
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Angel ^_^

  • 24 iyul 2013 10:55
  • Məqalə: 1
  • Şərh: 132
  • Bal:
{awards}
10. Məhv olsun yalançılar!
قُتِلَ الْخَرَّاصُونَ

Quran'i Kərim 51.Zəriyət ('Sovurub dağıdan küləklər') surəsi

11. O kəslər ki, cəhalət içində olan qafillərdir.
الَّذِينَ هُمْ فِي غَمْرَةٍ سَاهُونَ

12. Onlar Haqq-hesab gününün nə vaxt olacağını soruşurlar.
يَسْأَلُونَ أَيَّانَ يَوْمُ الدِّينِ

13. O gün onlara odda əzab veriləcəkdir.
يَوْمَ هُمْ عَلَى النَّارِ يُفْتَنُونَ

--------------------
DeYiRLeR HeR WeYiN DeRMaNi ,,ZaMaN''-DiR.BiR DeFe ,,ZaMaN'' SöZüNü TeRSiNe OxU GöR HeR WeYiN DeRMaNi NeDiR....!

MADİNKA MPİ

  • 24 iyul 2013 10:51
  • Məqalə: 0
  • Şərh: 856
  • Bal:
{awards}
10. Məhv olsun yalançılar!
قُتِلَ الْخَرَّاصُونَ

★Love Pearl★

  • 24 iyul 2013 10:12
  • Məqalə: 335
  • Şərh: 4367
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Azerbaijan Medical University smile

Roya_____

  • 24 iyul 2013 10:01
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

HUSEYN ASHIQI

  • 24 iyul 2013 09:28
  • Məqalə: 84
  • Şərh: 2550
  • Bal:
{awards}
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
ALLAH RAZI OLSUN

--------------------



Eger menim Şie olmağim kimise narahat edirse------>Men bu narahatciliğa göre fexr edirem (Alhamdul'illah)

^Peri MaSali^

  • 24 iyul 2013 08:49
  • Məqalə: 42
  • Şərh: 3934
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Feat Deniz

  • 24 iyul 2013 08:41
  • Məqalə: 10
  • Şərh: 2004
  • Bal:
{awards}
58. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.
إِنَّ اللَّهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِينُ

59. Şübhəsiz ki, zülm edənləri həmtaylarının qisməti kimi bir qismət gözləyir. Qoy onlar Məni tələsdirməsinlər!
فَإِنَّ لِلَّذِينَ ظَلَمُوا ذَنُوبًا مِثْلَ ذَنُوبِ أَصْحَابِهِمْ فَلَا يَسْتَعْجِلُونِ

60. Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin halına!
فَوَيْلٌ لِلَّذِينَ كَفَرُوا مِنْ يَوْمِهِمُ الَّذِي يُوعَدُونَ

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 47
Cəmi: 65

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}