Dərdin nə?!

 
Dərdin nə?!

“Həqiqətən Biz insanoğlunu fərqli məşəqqətlərə dözümlü yaratdıq. (Bələd, 4)

Hər kəsin bir dərdi mütləq vardır. İstər uşaq olsun, istər böyük. Boyun uzanması, yaşın artması dərdi də böyüdüb uzadır. Bir yaş böyüdünmü, deməli keçən ilki şalvarın əyninə qısa olacaq. O zaman şalvarı özünə dərd edəcəksən. Şalvar boyda dərdin olacaq.
Həyətdə uşaqlar velosiped sürür, sənin isə yoxundur. Deməli sənin velosiped boyda dərdin var. Uşaq üçün boyundan çox böyük olan bir dərddir bu. Həll edə bilməcəyəyi, həlli üçün birilərinə ehtiyacı olan dərd. Bəzən gecələr yuxusu qaçır, bəzən olmayan velosipedi yuxusuna girir. Və yeni dərdlərlə tanış olana qədər onun “velosiped” dərdi təzə - tər qalır. Uşaq böyüdükcə velosiped kiçilir, kiçilir və balaca bir dərdə çevrilir. Ürəyinin bir köşəsində uşaqlıq arzusu kimi qaysaq bağlayır.

Böyüdükcə dərdimiz də dəyişir. Universiteti qazanmaq, sonra “hansısa yollarla” imtahanı həll etmək dərdimiz olur. Bəzən onun həlli də başqalarından asılı olur. Ya Allah müəllimin qəlbinə insaf salır, ya da valideyinimizin cibində artıq pulu olur... Universiteti bitirənə qədər dərdimiz “imtahan” olur. Heç oxumağı özümüzə dərd etmirik...

Sonra “həyata atılır”, dərdimizin həlli yollarında sadəcə özümüzün məsul olduğumuzu anlayırıq.
Rüşvət almaq və ya vermək kimi bir dərdimiz olur.
Status və brend xəstəliyinə tutuluruq.
İnsanlara sadəcə geyimlərinə və mövqelərinə görə dəyər veririk.
Ailə qurarkən işə qəbul elanını araşdırarcasına “elanlara” baxırıq. Kimin statusu daha yaxşıdır, kimin pulu daha çoxdur... Böyük dərddir. Ona görə böyükdür ki, biz kiçiyik. Arzularımız, istəklərimiz, tələblərimiz kiçikdir.
Arzularımız....
İstəklərimiz...
Tələblərimiz...
Dünyanı arzu edirik.
Yaxşı yaşamaq istəyirik.
Cənnəti tələb edirik.

“De ki, mənim bütün istək və arzum, bütün ibadətlərim, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allaha ərməğan olsun” (Ənam, 162)
İstək və arzumuzun içində Allah yoxdursa, dərdimiz Allah deyilsə, Allahın davası qədər böyük bir davamız və dərdimiz yoxdursa nə ibadətimiz, nə həyatımız, nə də ki, ölümümüz aləmlərin Rəbbinə ərməğan olmayacaq. Çünki Biz onu ilk öncə nə arzumuzun içinə qoyduq, nə də ki, istəyimizin. Dərdimiz şalvar oldu, velosiped oldu, imtahan oldu, status, brend, məqam və mövqe, xülasə dərdimiz DÜNYA oldu və DÜNYAnın özü boyda da dərdimiz oldu.
Amma Allah olmadı... Allah boyda dərdimiz olmadı ki, “həyatını Allaha vəqf et! (Müzzəmil, 8) əmrini yaşayaq. Bəzən yaşadığımızı düşündük. Bəzən zənlərə qapılıb özümüz haqqında hüsnü-zənn ettik. Dünyanı bütləşdirib içimizə elə doldurduq ki, içimizdə boş yer qalmadı. Dərddən ürəyimiz şişdi, qübar bağladı...

Dərdimiz bizi seçmir, biz dərdimizi seçirik. Biz dünyanı seçdik. Firoun həyatı yaşayıb Musa aqibəti tələb etdik.
Allah “vay o namaz qılanların halına” (Maun, 4) dedi, biz Onu ciddiyə almadıq.
Niyə?

Çünki, görüntüdə hər şey yerindədir. Bütün aksesuarlar üzərimizdə: hicab, təsəttür, saqqal, gümüş üzük, namaz, zəkat, oruc...

Oruc!
Orucu biz tutduq, o da bizi tutdumu? İftarı qonaqlığa çevirdik. Restoranlarda iftar açıb, doyunca yedik, içdik, əyləndik.
Aç qaldıq, susuz qaldıq, sonunda gözəl bir iftarı haqq etdik. Nə acları anladıq, nə də aclığı. Bizimki müvəqqəti məhrumiyyət oldu. Axşamkı menyunun xəyalı ilə ağzımız sulandı, mədəmizə bir azca da "döz!" dedik...

Namazımız, həyatımız, ölümümüz bizi dəyişmədi. Ölüm sizə nəsihət olaraq yetər dedi, aləmlərə rəhmət olaraq göndərilən son Nəbi. Biz ölümdən nəsihət ala bilmədik. Sadəcə üzüldük: flankəs cavan getdi, doymadı həyatdan, dedik.

Səhabəsi söhbətdə yetişdi Allah Rəsulunun. Söhbəti sünnətdir dedik, ihya etdik. Amma deyəsən söhbət bizi ihya etmədi. Bizi səhabə etməyən söhbət, bizi necə ihya etsin ki?

Yetimə sahib çıxın dedi, Allah. Biz sahib çıxmağı sadəcə geyindirmək ve yedizdirmək olaraq anladıq. Yedizdirib, geyindirdiyimizin başına bir dəfə sığal çəkmədik. Sevgidən məhrum yaşadıq. Sevib, sevindirmədik. Zəkatı borc bildik, ibadət deyil.

Qurbanı kəsdik, paylatdıq. Əlimizə alıb qapı-qapı özümüz paylamadıq ki, bəlkə haldan anlar, dərdlərinə bir çarə olarıq.

Namazı biz qıldıq, amma o bizi müsəlman qılmadı.
Niyə?
Çünki bizi dəyişmədi, təmizləmədi. Namazımız ritualdan irəli getmədi ki, bizi meraca yüksəltsin. Biz onu yüksəldə bilmədik ki, o da bizi qanadlarına alıb Allaha aparsın. Göyün yeddi qatına qaldırıb, yerin dərdini unutdursun...

Həyatımız başqalarının həyatından fərqlənmədi. Ölümümüz də fərqlənməyəcək. Necə yaşayarsınız, elə ölərsiniz, dedi Allah Rəsulu. Biz “yaxşı” ölməyi tərcih etdik. Necə ölsək, elə də həşr olunacağımızı unutduq...

Bir sözlə həyatımızın, ölümümüzün, ibadətimizin nə olduğunu bilmək istəyiriksə dərdimizə baxaq. Dərdimiz bizim şəxsiyyət vəsiqəmizdir. Dərdimiz nədirsə, biz əslində oyuq...

Ümmətim, ümmətim, ümmətim... dedi aləmlərə Rəhmət olaraq göndərilən Nəbi. Ümmətin dərdini çəkdiyi üçün aləmlərə rəhmət oldu. Biz özümüz boyda dərdimizlə aləmlərə dərd olduq...

Dərdimiz dəyişmədikcə biz də dəyişmədik. Sadəcə aksesuarlarımız dəyişdi.
Hicabı bir modaya çevirdik.
Saqqalı imic bildik.
İbadəti adətləşdirdik.

Nə biz böyüdük, nə də ki, böyük bir dərdə yükləndik. Vəhy ağır bir yükdür (Müzzəmil, 5) deyib yükü çiynimizdən atdıq.
Ağır yükə incə çiyinlərimiz tab gətirməzdi ki...

P.S. Sadəcə bir az üzgünəm...


Geri dön

..:Crystal:..

  • 16 avqust 2013 18:01
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
Qurbanı kəsdik, paylatdıq. Əlimizə alıb qapı-qapı özümüz paylamadıq ki, bəlkə haldan anlar, dərdlərinə bir çarə olarıq.

--------------------

^Peri MaSali^

  • 3 avqust 2013 10:39
  • Məqalə: 42
  • Şərh: 3934
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..............

♠Siqaret♠

  • 1 avqust 2013 16:04
  • Məqalə: 1
  • Şərh: 411
  • Bal:
{awards}
cox sagol cox twkler Allah razi olsun

--------------------

..:Crystal:..

  • 1 avqust 2013 16:01
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
♥♥♥♥♥♥♥♥♥TEŞEKKÜRLER♥♥♥♥♥♥♥♥♥

--------------------

sevmek yasak

  • 26 iyul 2013 23:02
  • Məqalə: 0
  • Şərh: 15
  • Bal:
{awards}
Salam olsun herkese..qedr gecesi ne vaxtdir??

Cholkali_Delishka

  • 26 iyul 2013 05:16
  • Məqalə: 2
  • Şərh: 1204
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Ey şeytan, sən nə qədər girsən də qanımıza, biz bilirik ki, Rəbbimiz var şah damarımızda...

ShคмKiʀKค

  • 25 iyul 2013 20:40
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
tesekkurler.

tinker bell

  • 25 iyul 2013 14:48
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
Arzularımız....
İstəklərimiz...
Tələblərimiz...
Dünyanı arzu edirik.
Yaxşı yaşamaq istəyirik.
Cənnəti tələb edirik.

--------------------

PSIXOPATKA

  • 25 iyul 2013 12:39
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

✵Дорогой✵

  • 25 iyul 2013 02:58
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Nara Neznakomka

  • 24 iyul 2013 22:35
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Böyüdükcə dərdimiz də dəyişir. Universiteti qazanmaq, sonra “hansısa yollarla” imtahanı həll etmək dərdimiz olur. Bəzən onun həlli də başqalarından asılı olur. Ya Allah müəllimin qəlbinə insaf salır, ya da valideyinimizin cibində artıq pulu olur... Universiteti bitirənə qədər dərdimiz “imtahan” olur. Heç oxumağı özümüzə dərd etmirik...

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Feat Deniz

  • 24 iyul 2013 21:59
  • Məqalə: 10
  • Şərh: 2004
  • Bal:
{awards}
Cox sagol meqaleye gore

--------------------

love%messi

  • 24 iyul 2013 20:55
  • Məqalə: 24
  • Şərh: 1715
  • Bal:
{awards}
tewekkurler

--------------------

Masan

  • 24 iyul 2013 20:12
  • Məqalə: 0
  • Şərh: 1050
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

..:Crystal:..

  • 24 iyul 2013 19:53
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------

sebnem98

  • 24 iyul 2013 19:41
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
Arzularımız....
İstəklərimiz...
Tələblərimiz...
Dünyanı arzu edirik.
Yaxşı yaşamaq istəyirik.
Cənnəti tələb edirik.

--------------------

★KaRaMeLKa★

  • 24 iyul 2013 19:35
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Cox sagol meqaleye gore

NAYA_

  • 24 iyul 2013 19:12
  • Məqalə: 0
  • Şərh: 19
  • Bal:
{awards}
Oruc!
Orucu biz tutduq, o da bizi tutdumu? İftarı qonaqlığa çevirdik. Restoranlarda iftar açıb, doyunca yedik, içdik, əyləndik.
Aç qaldıq, susuz qaldıq, sonunda gözəl bir iftarı haqq etdik. Nə acları anladıq, nə də aclığı. Bizimki müvəqqəti məhrumiyyət oldu. Axşamkı menyunun xəyalı ilə ağzımız sulandı, mədəmizə bir azca da "döz!" dedik...
............bes biz bele edersek bes acin hLINDAN NE ANLAYACAGIQ.ORUCU MEYER ACLARIN SUZUZLARIN HALINI BAWA DUWMEK UCUN NEFSIMIZE QALIB GELE BILMEK UCUN TUTMURUQMU??? .....MEN ORUC TUTANDA HEC ACLIQ SUZUSLUQ HISS ETMIREM.AMMA INSAN YEDIKCE ELE UREYIDE NESE ISTEYIR...orucuda qonaqliqa cevirmek de duzgun olmaz.ocur olarki o iftar sufresine yoxsullari devet edib 1 gunluk de olsa acliqdan qutarmaq ucundu.ALLAH hamisina komek olsun ve hamisinin orucu qebul olsun.AMIN!!!!

--------------------
haminiza xeyirli RAMAZANLAR dileyirem

Roya_____

  • 24 iyul 2013 19:08
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun awkım

_MeLuSiN_

  • 24 iyul 2013 18:51
  • Məqalə: 4
  • Şərh: 463
  • Bal:
{awards}
Allah razı olsun!

--------------------
◕◕◕◕◕◕ ◕◕

Feat Deniz

  • 24 iyul 2013 18:45
  • Məqalə: 10
  • Şərh: 2004
  • Bal:
{awards}
_____ALLAH RAZI olsun................................................dddddddddddddddddd

--------------------

✰_AηGeL_✰

  • 24 iyul 2013 18:38
  • Məqalə: 11
  • Şərh: 174
  • Bal:
{awards}
Ümmətim, ümmətim, ümmətim... dedi aləmlərə Rəhmət olaraq göndərilən Nəbi. Ümmətin dərdini çəkdiyi üçün aləmlərə rəhmət oldu. Biz özümüz boyda dərdimizlə aləmlərə dərd olduq...

--------------------
I Love yoU

★WirinKa★

  • 24 iyul 2013 18:37
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
Arzularımız....
İstəklərimiz...
Tələblərimiz...
Dünyanı arzu edirik.
Yaxşı yaşamaq istəyirik.
Cənnəti tələb edirik.

--------------------

Angry Boy

  • 24 iyul 2013 18:23
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
Həqiqətən Biz insanoğlunu fərqli məşəqqətlərə dözümlü yaratdıq. (Bələd, 4)

pervis

  • 24 iyul 2013 17:59
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 24 iyul 2013 17:55
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
(^_*)

Nikimi pisiy apadi

  • 24 iyul 2013 17:54
  • Məqalə: 2
  • Şərh: 357
  • Bal:
{awards}
Allah razi olsun

-chanel-

  • 24 iyul 2013 17:48
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
--------------------------------Allah razi olsun---------------------------------

Banned549678

  • 24 iyul 2013 17:47
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun Bacimmm

★Love Pearl★

  • 24 iyul 2013 17:35
  • Məqalə: 335
  • Şərh: 4367
  • Bal:
{awards}
Saqolun meqale ucun....

--------------------
Azerbaijan Medical University smile
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 26
Cəmi: 42

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}