Sevmirəm! (Bölüm11)

 
Sevmirəm! (Bölüm11)

Səhər yeni evlilər mətbəxdə səhər yeməyi yeyirdilər. Birdən çalan qapının zənginə Aydın cəld yerindən qalxıb:
-Yasəmən mən açaram. Sən burda gözlə, yəni qal burda.-deyib cəld addımlarla qapıya tərəf getdi.
Yasəmən Aydının bu hərəkətlərindən biraz şübhələnsədə, hər şeyin bilinəcəyi vaxtı gözləməyi qərara aldı.
Aydın qapını açıb gözlədiyi kimi əlində dolu torbalar olan Nilufəri gördü. Əlindəki torbaları ondan alıb, az qala pıçıltıyla dedi:
-Mən bunları qoyum otağa, sən hələlik burda gözlə. Bax heç nə bildirmə ha Yasəmənə.
-Of Aydın, mən Jasminin gözlərinə baxa-baxa necə yalan deyim?
Aydın başını bezginliklə yelləyib, heç nə demədən torbaları yan otağa qoyub geldi:
-Onda heç nə demə Nilufər. Sadəcə Yasəməni 3 saatlıq burdan apar, bəsdi-deyib əliylə mətbəxi işarə edib-Gedək-dedi.
Yasəmən Aydınla Nilufərin içəri keçdiyini görüb gözlərini qıyıb şübhəylə onlara baxdı:
-Xoş gəlmisən Nilu.
-Salam Jasmin.
-Keç əyləş canım.
-Yox, yox Jasmin. Mən səni aparmağa gəlmişəm.
-Hara?
-Hmm... Gözəllik salonuna.
-2 gün əvvəl ordaydıq...
-Shopping'ə?
-Aaa bax bu yaxşı fikir ola bilərdi... Amma 2 gün əvvəl 1 illik paltar almışıq.
-Bulvar?
-Olmaz!
Yasəmənlə Nilufər təəccüblə az qala bağıraraq "olmaz!" deyən Aydına baxdı.
Aydın qızların bu baxışından biraz sərt reaksiya verdiyini anlayıb, açıqlamağa ehtiyac
duydu:
-Yəni... Bulvarda axmaqlar çox olur, getməyin ora.
Yasəmənlə Nilufər eyni anda təəccüblə soruşdular:
-Səhərin bu vaxtı?
-Hər nəysə... Hər ehtimala qarşı bu yaxınlardaki kiçik parka gedin siz.
Yasəmən : "Yaxşıki bu ikisinə dövlət sirri vermirlər. Guya anlamadım bunların planın... Eh Yasəmən sən də həvəslərin qırma, heç nə anlamayan saf qız roluna gir."-düşünüb gülümsəyərək dedi:
-Yaxşı, gözlə Nilu mən azca makiaj edim gedək.
Aydın biraz əsəbi şəkildə soruşdu:
-Nə makiajı?
-Qrim makiajı. Of, gündəlik makiajda Aydın.
-Mən makiaj xoşlamıram.
-Onda sən eləməzsən canım...
Aydın biraz Yasəmənə yaxınlaşıb qəti səs tonuyla dedi:
-Sən makiaj-filan eləməyəcəksən.
Yasəmən nəsə demək istəyirdiki Nilufər bu söhbətin çox uzanacağın görüb dedi:
-Yasəmən başqa vaxt bəzənərsən. Aydın sən də uzatma, əmin ol çöldə bir qrup quldur "Yasəmən bəzənib gəlsədə, bizdə onu qaçırsaq" deyə düşünmür.
Aydın da, Yasəmən də uşaqlıq etdiklərini anlayıb başlarını aşağı salıb az qala pıçıldadılar:
-Yaxşı...
-Oldu...
Nilufər onların bu şirin halına gülümsəyərək baxıb, "mən neynəyəcəm bu dəlilərlə..." düşünüb dedi:
-Yaxşı, gedək Jasmin.
4 saat sonra:
-Fərid biraz cəld ol. Qızlar indi gələcəklər.
Fərid əlindəki tortu masaya qoyub əsəbi şəkildə dedi:
-Aydın onsuzda səhərdən bəri məni arvad kimi işlədirsən. Guya ad gününə gəlmişik, ilk dəfədi ki, əylənmək əvəzinə işlədiyim ad gününə gəlirəm.
Aydın yaxınlaşıb dostunun boynuna qolunu salıb dedi:
-Bəsdi da dostum, gələndən deyinirsən. Dilin əvəzinə əlin işləsəydi çoxdan bitirmişdik hər şeyi.
-Mən anlamıram, madam ki, arvadına surpriz edirsən məni niyə çağırırsan?
-Birincisi sən mənim 6 illik dostumsan. İkincisi tək Yasəmənlə ikimiz olsaydıq nəysə, Nilufər də olacaq, o tək qalmasın. Həmdəki-deyib dostuna baxaraq göz vurub dəvam etdi:
-Həmdəki bütün bunları tək başıma əsla bitirə bilməzdim-deyib əliylə bəzənmiş otağı göstərdi.
Həqiqətəndə gözəl bəzənmişdi. Hər yerdən zərlər, şarlar asılmış, otağın ortasındaki masanın üstünə şirniyyatlar və meyvə şirələri düzülmüşdü.
Mükəmməl bir ad günü keçirtmək üçün lazım olan hər şey var idi. Tək əksik olan ad günü olan idiki, çalan qapının zəngi o əksiyində tamamlandığını xəbər verirdi.
İkisidə gedib qapını açdıqları anda qışqırdılar- "surpriz!"
Yasəmən hər şeyi əvvəldən anlasa da, təəccüblənmiş kimi davranıb, gülümsəyərək dedi:
-Wow! Mən də elə bildim yadınızdan çıxıb. Çox sağ olun!
Aydın Yasəmənin belə təəccüblənməsindən sevinərək:
-Bəyənmənə sevindim həyatım. Keçin içəri- deyib qapının ağzından çəkildi.
Bayaqdan gözlərini Nilufərdən çəkə bilməyən Fərid Aydının qulağına pıçıldadı:
-Sən nə pis dostsan, adam heç dostunu belə gözəl qızla tanış eləməz?.
Aydın səhvini anlayıb qızları dayandırıb dedi:
-Tanış eləmək yadımdan çıxdı. Bu mənim instutdan bəri dostum olan Fərid. Bu Yasəmən, bu da Nilufər.
Fərid gülümsəyərək:
-Tanışlığımıza şadam gözəl xanım-deyib Nilufərə əlini uzatdı.
Yasəmən Nilufərin Fəridin havada qalan əlini tutmayacağını anlayıb, özü Fəridin əlini tutub:
-Biz də şadıq- deyib Nilufərə göz ağartdı.
Artıq hər kəs içəri keçmiş, ad günü başlamışdı. Şirniyyatlar yeyib, şən söhbətlər edib, deyib-gülürdülər. Yeni evliləri narahat etməmək üçün nə Yasəmənin ailəsi, nə də Aydının anası gəlmişdi. Buna görə də 4 gənc heç sıxılmadan səmimi söhbətlər edirdilər. Bir ara Nilufər çay süzmək üçün mətbəxə keçdi, onunla təklikdə danışmağa fürsət axtaran Fərid də arxasınca mətbəxə getdi. Bunları görən Yasəmən Aydına baxıb dedi:
-Aydın onların tək qalması heç də yaxşı deyil.
-Narahat olma, Fərid pis oğlan deyil. Rəfiqənə heç nə olmaz.
Yasəmən gülümsəyərək başını yelləyib pıçıldadı:
-Mən yazıq Fəridə görə narahat oluram...
Fərid əlindəki sinidə çayları içəri aparmaq istəyən Nilufərin qarşısını kəsib dedi:
-Mənə nömrəni verə bilərsən? Bəlkə bir gün zəngləşib bir yerdə görüşərik.
Nilufər Fəridin üzünə baxıb ayağıyla onun ayağanı möhkəmcə əzib, heç nə olmamış kimi gülümsəyərək:
-Ağlına belə gətirmə-deyib mətbəxdən çıxdı.
Artıq ad günü bitmək üzərə idi. Tortda kəsilib yeyilmişdi, sıra hədiyyələrin verilməsinə gəlmişdi. Nilufər Aydının qəzəbli baxışları altında rəfiqəsinə aldığı makiaj dəstini, Fəridsə gözəl bir albom verdi. Ən sonda Aydın Yasəmənin qarşısına keçib əlində tutduğu qırmızı qutunu ona uzatdı. Yasəmən qutunu böyük həyacanla açdıqda içindəkinin kəpənək formasında klonu olan gümüş bir boyunbağı olduğunu görüb sevinclə gülümsəyək Aydına baxdı.
Aydın Yasəmənin gözlərinə baxıb:
-Düşündüm ki, bu gözəl yasəmən gülünün tək əksiyi bir kəpənəkdi-deyib gülümsədi.
İkisidə bir-birinə sakitcə baxıb gülümsəyirdilər ki, bu romantik anları Fərid pozdu:
-Dostum ona qalsa arı klonu alsaydın daha məntiqli olardı-deyib hər kəsin bu anı pozduğu üçün ona qəzəblə baxdığını görüb sözü dəyişdi:
-Amma mənim gəlinbacıma kəpənək daha gözəl yaraşır-deyib gülümsədi.
Onun bu sözlərinə hamı güldü.
10-15 dəqiqə sonra qızlar masanın kənarında Aydının aldığı hədiyyəni müzakirə edirdilər. Aydınla Fərid divanda oturub söhbət etmək istəyirdilər, amma Fərid Aydının onun suallarına başdansovdu cavab verib diqqətlə Yasəmənə baxdığını görüb gülümsəyərək dedi:
-Dostum sən deyəsən aşiq olmusan.
Aydın:
-Hə-deyib birdən Fəridin nə dediyini anlamış kimi ona baxıb soruşdu:
-Nə?! Kimə?
-Kimə olacaq, Yasəmənə.
-Mən heç kəsə aşiq-filan olmamışam.
-Bəsdi, ona necə baxdığını görürəm. Dəli kimi aşiq olmusan.
-Bu axmaq fikir ağlına hardan gəldi bilmirəm. Mən Yasəməni sevmirəm.
-Se-vir-sən...
Aydın əsəbləşib ayağa qalxaraq az qala qışqıraraq dedi:
-Mən Yasəməni sevməmişəm! Sevmirəm! Əsla da sevməyəcəm!
Birdən dediklərinin fərqinə varıb gözlərini yumub, yumruğunu sıxaraq pıçıldadı-"Axmaq!"
Gözlərini açıb başını çevirib Yasəmənə baxdı. Gülümsəyərək ona baxırdı Yasəmən. Amma üzündəki o təbəssüm elə acı idiki, sanki o təbəssümdə kədər, göz yaşı gizlənmişdi. Yasəmən elə baxırdıki, Aydın əzilirdi o baxışların altında. O sözləri dediyinə elə peşman idiki... Yasəmən biraz daha Aydına baxdıqdan sonra üzünü çevirib sanki heç nə olmamış kimi söhbətinə davam etdi.
Aydın gücü tükənmiş kimi divana oturdu. Məclis artıq şənliyini itirsədə 1 saat daha davam etdi. Bu 1 saat ərzində Yasəmən Aydına bir dəfə də olsun baxmamışdı. Qonaqlar getdikdən sonra Yasəmən Aydına:
-Hədiyyəyə görə təşəkkür. Çox gözəl idi...-sözünü bitirə bilməyib gözlərini yumdu. Yanağından 1 damla yaş süzülürdü.

P.S: Ardı Var.


Geri dön

..:Crystal:..

  • 16 avqust 2013 23:51
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
TEWEKKURLER

--------------------

Roya_____

  • 7 avqust 2013 13:45
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tesekkurlerr

^^KuKuLKa^^

  • 4 avqust 2013 20:00
  • Məqalə: 766
  • Şərh: 11550
  • Bal:
{awards}
tesekkur ardı gelsın)

--------------------

♠Siqaret♠

  • 1 avqust 2013 15:27
  • Məqalə: 1
  • Şərh: 411
  • Bal:
{awards}
maraqlidi idi xowma geldi twkler emeye gorede cox sagol

--------------------

..:Crystal:..

  • 1 avqust 2013 13:46
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
★TƏŞƏKKÜRLƏR★

--------------------

Prosta_Novuw

  • 27 iyul 2013 00:10
  • Məqalə: 2
  • Şərh: 866
  • Bal:
{awards}
ardini tez yazindaa

--------------------
нәг агхамсά дапІшапІп воупuпда імzάм vаг ! ;)

Roza-7

  • 26 iyul 2013 22:54
  • Məqalə: 0
  • Şərh: 71
  • Bal:
{awards}
tewekkurler

Nuray_2013

  • 26 iyul 2013 21:43
  • Məqalə: 0
  • Şərh: 303
  • Bal:
{awards}
tesekkurler

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 26 iyul 2013 14:03
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
tewekkurler...

--------------------
(^_*)

HUSEYN ASHIQI

  • 26 iyul 2013 09:45
  • Məqalə: 84
  • Şərh: 2550
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------



Eger menim Şie olmağim kimise narahat edirse------>Men bu narahatciliğa göre fexr edirem (Alhamdul'illah)

GUNI

  • 26 iyul 2013 01:48
  • Məqalə: 0
  • Şərh: 6492
  • Bal:
{awards}
OFFFF ARDIN COX GEC VERIRSIZ..............

--------------------

-chanel-

  • 26 iyul 2013 01:26
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
Hekaye ucun twkler. . .

tinker bell

  • 25 iyul 2013 23:54
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
ardini tez yazardizda ............:/

--------------------

lale464

  • 25 iyul 2013 23:45
  • Məqalə: 0
  • Şərh: 543
  • Bal:
{awards}
maraxli idi twk

✵Дорогой✵

  • 25 iyul 2013 23:14
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
TEWEKKURLER

GuNaY_83

  • 25 iyul 2013 20:49
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
TeWeKKuRLeR

--------------------

ShคмKiʀKค

  • 25 iyul 2013 20:01
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
ardini gozduyurem ..

DUNYALAR GOZELI

  • 25 iyul 2013 19:02
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
qurban size cox gozeldi ama xais edirem tez tez verinde ardini...sebirsizlikle gozleyirem ardini twk

--------------------
Sabah bizi birlikdə görənlər kim idi o yanındakı deyə soruşsalar məni geniş izah etmə. <br> Qısaca; ömürümün geri qalanı deyərsən.

Aysel_

  • 25 iyul 2013 18:55
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Cox maraqlidi...Ardini tez verinde....

Victorious

  • 25 iyul 2013 18:48
  • Məqalə: 62
  • Şərh: 1327
  • Bal:
{awards}
Tesekkurler

--------------------

Gözlüklü

  • 25 iyul 2013 18:46
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Tewekkur ^^

★Love Pearl★

  • 25 iyul 2013 18:26
  • Məqalə: 335
  • Şərh: 4367
  • Bal:
{awards}
Aşkım tez atda ardını

--------------------
Azerbaijan Medical University smile

sevmek isdeyirem

  • 25 iyul 2013 18:16
  • Məqalə: 0
  • Şərh: 247
  • Bal:
{awards}
Oxudum ardini gozleyirem

--------------------
Insan bezen o qeder kuskun olar ki, 3 herfi bir araya getirib " DON" deye bilmez

Masan

  • 25 iyul 2013 18:00
  • Məqalə: 0
  • Şərh: 1050
  • Bal:
{awards}
twkler karamelka cox sagol tez tez ardini yazdigincun smile

Nikimi pisiy apadi

  • 25 iyul 2013 17:59
  • Məqalə: 2
  • Şərh: 357
  • Bal:
{awards}
maraqli hekayedi

MADİNKA MPİ

  • 25 iyul 2013 17:33
  • Məqalə: 0
  • Şərh: 856
  • Bal:
{awards}
tewekkurler oxudum

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 51
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 328
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}