Əlimdə olsaydı

 
Əlimdə olsaydı
Bəzən həyatda fikirləşirik ki, kaş ki, əlimizdə olsaydı kimisə, nəyisə dəyişmək.
Çünki ətrafımızdakılar bizi məyus edir. Bunun üçün bəzən əlimizdən gəlsə də, daha çoxunu edə bilsəydik deyirik.
Bəs nələri dəyişmək istərdik?Əxlaqı pozulmuş gəncliyimizi?Nə etdiklərindən xəbərsiz olan, kimlərinsə əyləncəsi olan qızların namusunu?
Əyləncə kim olmaq istəyər? Çoxları deyəcək ki, heç kəs istəməz.Bəs istəmədikləri halda əyləncə vəziyyətdinə qalan onlar deyilmi?
Əxlaqı pozulmuş bir insanı dəyişdirmək mümkündürmü? Mümkündürsə bunu necə edə bilərik?Bunun üçün gec deyilmi?
Bəzən bir şeylər üçün əlindən gələni etsən də, çox gec olur. Bəzən başındaykən kiməsə dəstək olmaq, onu düz yola çəkmək
kiminsə həyatını xilas edir.Bəzən isə gec olduğu üçün faydasız olur. Puldan başqa heçnə fikirləşməyən insanları dəyişərdiniz?
Sizcə bunu edəcək qədər gücə maliksinizmi?İlk əvvəl dəyişdirmək istədiyimizi necə dilə gətirə bilərik?
Necə etirazımızı bildirə bilərik?Bizim fikrilərimiz nəzərə alınarmı?

Əlimdə olsaydı

Pul hər şey deyil!Bunu hər kəs deyir.Ancaq unutmayın ki, eyni sözləri pulun dəlisi olan insanlarda deyir.
Pul hal-hazırda o qədər güclüdür ki, o insanlardan belə dəyərlidir. Onun sayəsində çoxları hörmət qazanır.
Onun sayəsində kimlərsə əziz,üstün hesab olunur. Şan-şöhrətdə onun kimidir. İstər realda olsun istərsədə virtualda
statuslu insanlar nədənsə bir addım öndə olan insanlar kimi görünür. Onlara qeyri-adi münasibət bəslənir.
Onlarda bizim kimi adi insanlardır ancaq nədənsə onlara göstərilən münasibətin süni olduğunu görürük səbəbini isə
hər birimiz yaxşı bilirik. Varlı-kasıb təbəqələrini dəyişdirmək imkanı olsaydı bir çoxlarımız bunu edərdik.
Ancaq fikirləşin ki,dəyişsəydik daha çox qazanmağın,pulun dəlisi olmağın heç bir mənası qalmazdı.Onsuz nə qədər işləsək də,
eyni maaşı alacayıqsa,hər birimiz eyni təbəqədə olacayıqsa onda bu qədər işləmək nəyə gərək?

Əlimdə olsaydı

Hörmət,mədəniyyət yaradılışdan, daxilən insanın içindən gələn bir şeydir. Onu dəyişdirmək üçün bəzən əlindən
gələnin ən yaxşısını etsəndə dəyişdirmək qeyri-mümkün olur. Çünki daxilən. içdən gələn bir şeyi dəyişdirmək
hər zaman mümkün olan bir şey kimi görünmür. Bu eynən bir insanın xarakterini dəyişdirməyə bənzəyir.
Çoxların hər zaman dilə gətirdiyi bir şey var. Məni olduğum kimi qəbul et. Çünki xarakteri bu cür formalaşmış
bir insanı dəyişdirmək heçdə asan deyil, bəzən isə qeyri-mümkündür. Məsələnin bu tərəfidə var ki, dəyişdirmək
istədiklərimiz bəlkə də, bizim üçün xoş görünə bilər ancaq əlsində düşündüyümüz cəmiyyət deyil özümüz ola bilərik.
Dəyişdirməyi də,məhz özümüz üçün istəyərik.Həyat bizim istədiyimiz kimi olsaydı bu qədər mənalı olmazdı.İnsanlar
bizim istədiyimiz kimi formalaşsaydı.Pis-yaxşı, paxıl-ürəyiaçıq insanları ayırd edə bilməzdik.Bəzən fikirləşirəm ki,yaxşı ki,
islər var. Yaxşı ki,dəyişdirmək arzusunda olduqlarımız var.

Əlimdə olsaydı

Əlimdə olsaydı dəyişərdim!
Əxlaqı pozulmuş qızları,
Övladını uşaqlar evinə atan ana və ataları,
Mədəniyyətsiz, hörməti olmayan insanları,
Pul üçün mənliyini satan insanları,
Puluna, şöhrətinə görə yaltaqlananları!
Əlimdə olsaydı müharibələrə SON deyərdim!
Günahsız uşaqların ölümünə SON deyərdim!


Geri dön

CrazyGirl

  • 14 yanvar 2011 18:35
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
eziyete gore tesekur gozel alnib

--------------------
Sən varsansa həyat çox gözəl!

Sergio Ramos

  • 11 yanvar 2011 20:39
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
eehh nəysə təşəkkür

--------------------

Cowardly

  • 11 yanvar 2011 15:56
  • Məqalə: 0
  • Şərh: 149
  • Bal:
{awards}
Əlimdə olsaydı müharibələrə SON deyərdim!
Günahsız uşaqların ölümünə SON deyərdim!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 23
Cəmi: 36

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}