Orucluq insan orqanizminə necə təsir edir?

 
Orucluq insan orqanizminə necə təsir edir?

İldə bir dəfə bədəninizə istirahət verin

Artıq Ramazan ayının başlamasından düz 15 gün ötür. Yəni yayın istisində canlarına cəfa basıb oruc tutanlar cəmi-cümlətanı 15 gündən sonra bayramı qeyd edəcəklər. Onlar Ramazan ayının sevincini yaşamaqla bərabər, öz sağlamlıqlarına da qovuşmuş olacaqlar, – desək yəqin ki, yanılmarıq. Çünki ilin 11 ayını şirniyyatı istiota, meyvəni “çörəyə qatıb” yeyənlər ilin bir ayını mədələrinə dinclik verib oruc tutmaqla bədənlərini il ərzində yığdıqları artıq yemək qalıqlarından təmizləmiş olacaqlar. Bunu sözgəlişi demədim. Hələ əsrlər öncə orucla müalicə üsulu bütün xalqların həyat təcrübəsində çox müvəffəqiyyətlə istifadə olunub. Bir çox tarixi qaynaqlarda, xüsusilə, qədim hind və Çin əlyazmalarında qidalanma zamanı məhdudiyyət yaradılmasına dair analoji tövsiyələrə rast gəlmək mümkündür. Bibliyada İsa peyğəmbərin, eləcə də hz. Musanın 40 gün müddətində ac qalmaları barəsində yazılıb.

Qurani-Kərimin “əl-Bəqərə” surəsinin 185-ci ayəsində deyilir: “İnsanlara doğru yol göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Quran Ramazan ayında nazil olub. Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar”. X-XI əsrlərdə yaşamış Qədim Şərqin böyük təbibi Əbu Əli İbn Sina öz xəstələrinə çox vaxt ac qalmalarını məsləhət görüb. Acqalma nəinki çəkini azaldır, eyni zamanda həyatı vacib funksiyaların bərpa olunmasına və möhkəmlənməsinə kömək edir. Oruc tutanların bədənlərində bir ay müddətində yenilənmə baş verir.

Modern.az oruc tutan insanların bədənlərində baş verən dəyişiklikləri araşdırıb. Qida qəbulunun dayandırılmasının 2-3-cü günü mədə-bağırsaq sisteminin sekresiyasında keyfiyyətcə dəyişiklik yaranmağa başlayır. Xlorid turşusunun sekresiyası dayanır. Mədənin boşluğunda kəsmik kütləsini xatırladan doymamış yağ turşuları və zülallardan ibarət xüsusi qidalı qarışıq əmələ gəlir. Doymamış yağ turşuları hormonları fəallaşdırır ki, onlar da aclıq hissiyyatını zəiflədir, nəticədə aclığın 3-4-cü günündə insanda qida qəbuluna qarşı həvəs azalır və ya yox olur. Bu dövrdə əyyaşlarda – spirtli içkiyə, narkomanlarda – narkotikə, siqaret çəkənlərdə isə – nikotinə qarşı həvəs sönür. Aclıqla müalicənin üstün cəhətlərindən biri odur ki, “dərmanın kəsilməsi sindromu”, yəni bu və ya digər dərman preparatının qəbulunun dayandırılmasına qarşı cavab reaksiyası müşahidə edilmir. Orucluğun 7-9-cu günündə mədənin həzm sekresiyası tam dayanır. Onun əvəzinə spontan mədə sekresiyası əmələ gəlir. Əmələ gələn sekretdə (şirələrdə) çoxlu miqdarda zülallar olur ki, onlar yenidən mədənin selikli qişasından qana sorulurlar. Bu hal orqanizmin müdafiə uyğunlaşma reaksiyasına aid olub, zülalların itirilməsini azaldır, ən mühüm üzvlərdə zülalların bərpası və qurulması üçün istifadə olunan plastik materialların-amin turşularının daimi axınını təmin edir.

Oruc tutan insanda ac qaldığı müddətdə bağırsaqların mikroflorası dəyişilir, çürümə törədən mikroblar məhv olur, süd turşusunu qıcqırdan mikroflora isə saxlanılır, həm də canlanır. Nəticədə bağırsaqlardakı bakteriyalar vitaminlərin, amin turşularının və digər bioloji fəal maddələrin sintezini yaxşılaşdırır. Elmi cəhətdən sübut olunub ki, membranları deformasiyaya uğrayan, bölünən və bölünməyən “qoca hüceyrələr” endogen qidalanma zamanı (daxili ehtiyatlar hesabına) cavan hüceyrələrə mənsub olan formalar alırlar. Bu bir daha hüceyrələrin aclıq zamanı təbii baryerlərinin bərpa olunmasını göstərir. Orqanizmdə eyni zamanda yağlar və maddələr mübadiləsinin digər növlərinin normallaşması baş verir.Oruc tutanlar gün boyu aç qaldıqlarından mədə-bağırsaq sistemində olan bütün vəzlərdə həzm şirələrinin əmələ gəlməsi azalır. Tənəffüs yavaşıyır, sinir sisteminin yükü azalır. Aclıqla əlaqədar yaranan qida çatışmazlıqları orqanizmdə bütün lazımsız toxumaları məhv edir (autolizis prosesi nəticəsində), ehtiyat qida maddələri bədəndəki həyati zəruri üzvlərin funksiyasının saxlanması üçün istifadə olunur. Orqanizmdə yığılan toksinlər (zəhərlər) aclıq prosesində qan dövranı sisteminə daxil olur, oradan ifrazat üzvlərinə çatdırılır və onların vasitəsilə orqanizmdən xaric edilir. Orqanizmdən köhnə fekalın (nəcisin) və maddələr mübadiləsinin zəhərli aralıq maddələri kənar olunur. Bax beləcə, müqəddəs kitabın bizə vacib buyurduğu, bəzilərinin isə dırnaqarası baxdığı Ramazan ayı elə bizim sağlamlığımız üçün vacib buyurulub. Odur ki, heç olmazsa ildə bir dəfə bədəninizə istirahət verin. Lap qədim Şərqin hikmətli kəlamında deyildiyi kimi : “Əgər qidanı dərman kimi qəbul etməsən, dərmanı qida kimi qəbul edərsən”.


Geri dön

sebnem98

  • 8 avqust 2013 20:24
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
Əgər qidanı dərman kimi qəbul etməsən, dərmanı qida kimi qəbul edərsən”.

--------------------

..:Crystal:..

  • 1 avqust 2013 11:53
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------

♠Siqaret♠

  • 1 avqust 2013 03:25
  • Məqalə: 1
  • Şərh: 411
  • Bal:
{awards}
Allah Razi olsun Twkleeer

--------------------

WITH_YOU

  • 29 iyul 2013 08:22
  • Məqalə: 0
  • Şərh: 1724
  • Bal:
{awards}
TƏŞƏKKURLƏR

--------------------
LƏNKƏRANLIYAM ..... (TALIŞ)
VƏƏƏ BUNUNLA DA "ÇOX FƏXR EDİRƏM" !!!

★Angelocka★

  • 27 iyul 2013 12:57
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
Allah oruc tutanlarin orucunu qebul etsin AMIN

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

Nuray_2013

  • 26 iyul 2013 20:26
  • Məqalə: 0
  • Şərh: 303
  • Bal:
{awards}
BUTUN ORUC TUTANLARIN ORUCUNU ALLAH QEBUL ELESIN AMMIN

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 26 iyul 2013 18:13
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Allah Razi Olsun

--------------------
(^_*)

Milyonerka

  • 26 iyul 2013 17:05
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
tesekkurler...

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

GUNI

  • 26 iyul 2013 16:44
  • Məqalə: 0
  • Şərh: 6492
  • Bal:
{awards}
butun oruc tutanlarin orucunu ALLAH QEBUL ELESIN AMIN....

--------------------

angeL :(

  • 26 iyul 2013 16:17
  • Məqalə: 16
  • Şərh: 1007
  • Bal:
{awards}
Allah oruc tutanlarin orucunu qebul etsin AMIN

--------------------

I am princess

Adsiz yazici

  • 26 iyul 2013 15:39
  • Məqalə: 15
  • Şərh: 3015
  • Bal:
{awards}
Teşekkürler

paradise and devil

  • 26 iyul 2013 15:39
  • Məqalə: 2
  • Şərh: 728
  • Bal:
{awards}
tewekkurler

--------------------
1-ci qayda Teslim olmamag..
2-ci ise 1-cini unutmamag

^^Nazli^^

  • 26 iyul 2013 15:29
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

★Angelocka★

  • 26 iyul 2013 15:21
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

My_Barcelona

  • 26 iyul 2013 15:21
  • Məqalə: 0
  • Şərh: 34
  • Bal:
{awards}
Allah oruc tutanlarin orucunu qebul etsin smile

..::Ms.Legendka::..

  • 26 iyul 2013 14:52
  • Məqalə: 0
  • Şərh: 140
  • Bal:
{awards}
ALLAH razi olsun

Roya_____

  • 26 iyul 2013 14:45
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsuN

✵Дорогой✵

  • 26 iyul 2013 14:40
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH RaZi oLSuN

MADİNKA MPİ

  • 26 iyul 2013 14:36
  • Məqalə: 0
  • Şərh: 856
  • Bal:
{awards}
: “Əgər qidanı dərman kimi qəbul etməsən, dərmanı qida kimi qəbul edərsən”.

_MeLuSiN_

  • 26 iyul 2013 14:35
  • Məqalə: 4
  • Şərh: 463
  • Bal:
{awards}
Tşk....-..-................

--------------------
◕◕◕◕◕◕ ◕◕

-chanel-

  • 26 iyul 2013 14:34
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
MeSLeHeT ucun twk....

ZeHRa AsİQi

  • 26 iyul 2013 14:31
  • Məqalə: 5
  • Şərh: 478
  • Bal:
{awards}
ALLAH razi olsun...

--------------------
asiqem candan ELI kelmesine,can ELIDIR
ol sebebden bu konul,mulkune sultan-ELIDIR!
haqqa iman edene qibleyi iman ELIDIR,
Kebedi-qible,feqet,Kebede unvan-ELIDIR!

love%messi

  • 26 iyul 2013 14:29
  • Məqalə: 24
  • Şərh: 1715
  • Bal:
{awards}
tewekkurler ALLAH HAMININ ORUCUNU QEBUL ETSIN

--------------------

★Love Pearl★

  • 26 iyul 2013 14:27
  • Məqalə: 335
  • Şərh: 4367
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Azerbaijan Medical University smile
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 39
Cəmi: 52

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}