Ramazan festival deyil!

 
Ramazan festival deyil!

Din insan üçündür. İbadətlərdən Allahın deyil insanın mənfəəti var. Çünki möhtac olan insan, ehtiyacı ödəyən isə Allahdır.
Allah-insan əlaqəsində ibadət insandan Allaha yüksələn bir şüurdur. Bu, “təqva”dır. Yapon tədqiqatçısı və yazıçısı Toşihiko İzutsunun təsbit etdiyi, eləcə də Əsəd və Fazul Rahman kimi müasir alimlərin də onunla razılaşaraq istifadə etdikləri qarşılığı ilə “məsuliyyət şüuru”...

Bu bir meracdır. Hər merac bir “uruc”un, yəni “ucalıq və yüksəlişin” əsəridir. İbadətlərlə insan şüuru, insanlıq kainatının üfüqünə yüksəlir. Bu yüksəlişi Allah əvəzsiz qoymaz. Ubudiyyətlə Ona yönələn qula O da rububiyyətlə yönələr və rəhməti ilə “nüzul” edər.
Allah tərəfindən həyata keçirilən hər nüzul, eyni zamanda bir tənəzzüldür. Onun rəhmətlə insanlığa tənəzzülü peyğəmbərlərdə vəhy surətində təcəlli etmişdir.
Bütün vəhylərin zirvəsi olan Quran vəhyi, məhz belə bir ilahi tənəzzülün əsəridir. “Nüzul” kəlməsi Ərəb dilində, “müsafirin önünə sərilən möhtəşəm ziyafət süfrəsi” mənasına gəlir. Bu mənada dərk olunarsa, vəhyin nüzulunun nə mənaya gəldiyi daha yaxşı aydınlaşar.


Bəli, vəhy Allahdan insana endirilən bir “maidə” yəni möhtəşəm bir göy süfrəsidir. Bu süfrə insana, insan tərəfini inkişaf etdirəcək qidalar təqdim edər. İnsanın digər canlılarla paylaşdığı heyvani tərəflərini deyil, onun insani tərəflərini bəsləyər.
Vəhy, ilahi bir inşa layihəsidir. İnsan olmağın minimum məsuliyyətini fərq edərək idrakını yüksəldən insanda, möhtəşəm bir ağıl və şəxsiyyət inşa edər. Eynilə ilk müxatibi olan Sevgili Peyğəmbərimizin təsəvvürünü, ağlını və şəxsiyyətini inşa etdiyi kimi…

İnsan yer üzündəki varlıq məqsədini, ancaq vəhyin inşa etdiyi bir şüurla həyata keçirə bilər. Bu idraka çatması üçün insan əvvəlcə öz məna və məqsədi üzərində ciddi bir şəkildə düşünməlidir.
Doğrudan da insan heç məqsədsiz ola bilərmi? Orta hesabla ömrü insan ömrünün yüzdə biri qədər olan bal arısının belə bal düzəltmək kimi möhtəşəm bir məqsədi varsa, yaradılanların şah əsəri olan insanın bir məqsədi olmasınmı?
Onu digər canlılardan ayıran fitrət, ağıl, iradə və digər qabiliyyətləri ilə insan özbaşına buraxılacağını, dünya bağçasında kefinə uyğun at oynadacağını, əlinə verilən bu qədər daxili və xarici imkanı nəfsinin istədiyi kimi xərcləyəcəyini və tar-mar edəcəyinimi düşünür?


İnsanın yaradılış qayəsi, “yer üzündə varlıq məqsədinə uyğun bir həyat inşa” etməkdir. Vəhy, bu inşanın ustası olan insanın istifadə bələdçisi, preyskurantıdır. İnsan, öz varlıq məqsədini doğru və maksimum səviyyədə həyata keçirmək istəyirsə, ilk əvvəl özünü vəhyin inşasına təqdim etmək məcburiyyətindədir.

Əks halda?
Əks halda, məhz yaşadığımız dövrdə olduğu kimi insan yox olar. Onun yerini insan qılığına girmiş cilalı və maskalı subyektlər alar. Siyasi və iqtisadi böhranların da qaynaqlandığı “adam böhranı” xroniki hala çevrilər. Doğrunun yerini yalan, həqiqətin yerini imic, dəyərin yerini qiymət, işin yerini simvol, ədalətin yerini təhlükəsizlik sindromu, dövlətin yerini diktatura, millətin yerini vəhşi bir oliqarxiya alar.


Peyğəmbərlərin dəvətini diriltməkdən başqa çıxış yolu yoxdur. Bütün Peyğəmbərlərin dəvətləri, insanın varlıq məqsədini həyata keçirmək üçün olan dəvəti idi. Bu dəvətə arxa çevirmək, əslində insanın insanlığa edəcəyi ən böyük zülm və qlobal bir əxlaqsızlıqdır. Bu dəvətin zirvəsini təşkil edən Quranın dəvəti də budur.

Ramazan, bax bu dəvətin subyekti olan Quranın doğum ayıdır. Bu doğumun orucla qeyd olunması, əslində vəhyin dəvətinin ruhu ilə mükəmməl bir harmoniya təşkil edir. Çünki oruc, insanın insan tərəfini inkişaf etdirmək üçün heyvan tərəfinə “dur” deməkdir. İnsanın ruhunu zənginləşdirib instinktlərini cilovlayır.
Bu məqsədin həyata keçməsi, yer üzündə varlıq məqsədinə uyğun bir həyatı inşa etmək üçün yaradılan insanın, yəni “usta”nın tərbiyə edilməsi deməkdir. Bunun üçün də, Ramazan həm oruc ibadəti ilə bir nəfs və ruh tərbiyəsinə, həm də vəhiylə bir təsəvvür və ağıl tərbiyəsinə çevrilməlidir. Ancaq o zaman əsl məqsədini həyata keçirə bilər.


İbadətlər insan-Allah əlaqəsində, insanın Allaha göndərdiyi bir məktuba bənzəyirlər. İçi boş bir zərfin ünvanına çatdığını düşünsək də belə, bu, müxatibi tərəfindən ciddi qarşılanacaq bir mesaj olmayacaq.
Bax, içi boşaldılmış ibadətlər, bu cür içi boş zərfə bənzəyərlər. Bu, ən azı qeyri-ciddi qəbul ediləcək, ən əsası isə heç bir zaman məqsədini həyata keçirə bilməyəcəkdir. Ramazanı moderin insanların təşkil etdikləri “konsertlər”lə qeyd etmək isə onun ruhunu öldürüb cəsədinin üzərində festival düzəltməkdir.
Başqa bir sözlə desək, fərdi planda Ramazanı zəngin şişmanların “pəhriz ayı”, yoxsul arıqların “daha yaxşı qidalanmaq ayı” zənn etməklərindən daha da təhlükəlidir.
Bayaqdan bəri niyə “Quranın inşası” deyib üzərində bu qədər ciddi durduğumuz aydın olurmu? Çünki bu problem, “Mən müsəlmanam” deyən və səmimiyyətlərindən zərrəcə şübhə olmayan insanların İslamını vəhyin inşa etməməyindən qaynaqlanır.

Kim olursunuzsa olun, hansı fəaliyyətləri icra edirsinizsə edin, əvvəlcə təsəvvürünüzü, ağlınızı və şəxsiyyətinizi vəhyin əllərinə təslim edərək, özünüzə bir istiqamət yönü təyin edin. Vəhyin əlləri ilə bir bünövrə atdırın. Dinə, dünyaya, insana, əşyaya, Allahın “gör” dediyi yerdən baxmağınız ancaq buna bağlıdır… Müsəlmanlığınızın da Allah tərəfindən ciddi qəbul olunması yalnız buna bağlıdır…
Ondan sonra? İstər siyasətçi olun, istər ekonomist… istər sənətkar olun, istər futbolçu… İstər bələdiyyə rəisi olun, istər prezident....


Geri dön

۞(S)pea(R)۞

  • 25 avqust 2013 10:27
  • Məqalə: 73
  • Şərh: 2055
  • Bal:
Tesekkurler...!

--------------------
1 milyon abune ^_^

★Angelocka★

  • 15 avqust 2013 03:34
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
TesekkurleR xeber ucun

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

..:Crystal:..

  • 14 avqust 2013 14:42
  • Məqalə: 61
  • Şərh: 7144
  • Bal:
{awards}
Ondan sonra? İstər siyasətçi olun, istər ekonomist… istər sənətkar olun, istər futbolçu… İstər bələdiyyə rəisi olun, istər prezident....

--------------------

^Peri MaSali^

  • 2 avqust 2013 11:38
  • Məqalə: 42
  • Şərh: 3881
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.....

..:Crystal:..

  • 1 avqust 2013 11:25
  • Məqalə: 61
  • Şərh: 7144
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------

♠Siqaret♠

  • 1 avqust 2013 02:54
  • Məqalə: 1
  • Şərh: 410
  • Bal:
{awards}
Cox beyendim cox sagol TWK

--------------------

Nuray_2013

  • 27 iyul 2013 16:44
  • Məqalə: 0
  • Şərh: 296
  • Bal:
{awards}
Allah razi olsun

Adsiz yazici

  • 27 iyul 2013 14:37
  • Məqalə: 15
  • Şərh: 2961
  • Bal:
{awards}
Allah razı olsun

★Angelocka★

  • 27 iyul 2013 12:21
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
Allah razi olsun!!!

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

HUSEYN ASHIQI

  • 27 iyul 2013 10:10
  • Məqalə: 84
  • Şərh: 2501
  • Bal:
{awards}
Allah razi olsun

--------------------



Eger menim Şie olmağim kimise narahat edirse------>Men bu narahatciliğa göre fexr edirem (Alhamdul'illah)

★NuTeLLa★

  • 27 iyul 2013 09:19
  • Məqalə: 278
  • Şərh: 5538
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

WITH_YOU

  • 27 iyul 2013 06:56
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
TƏŞƏKKURLƏR

✵Дорогой✵

  • 27 iyul 2013 02:15
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
ALLAH RaZi oLSuN

ShคмKiʀKค

  • 26 iyul 2013 23:09
  • Məqalə: 74
  • Şərh: 5547
  • Bal:
{awards}
Tesekkurler.....

sevmek yasak

  • 26 iyul 2013 23:00
  • Məqalə: 0
  • Şərh: 13
  • Bal:
{awards}
Salam olsun butun Allahi sevenlere...Qedr gecesi nev vaxtdir bilen varsa yazsin ki ,Sevmek yasak qedr gecesinin vaxti .... budur..

paradise and devil

  • 26 iyul 2013 22:55
  • Məqalə: 2
  • Şərh: 709
  • Bal:
{awards}
tewekkurler

--------------------
1-ci qayda Teslim olmamag..
2-ci ise 1-cini unutmamag

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 26 iyul 2013 22:52
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

-chanel-

  • 26 iyul 2013 22:43
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
...................................Allah razi olsun..................................

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 26 iyul 2013 22:20
  • Məqalə: 67
  • Şərh: 6003
  • Bal:
{awards}
Allah butun haminin orucunu,namazini qebul etsin Amin~~!!!

--------------------
(^_*)

Nara Neznakomka

  • 26 iyul 2013 22:18
  • Məqalə: 174
  • Şərh: 10792
  • Bal:
{awards}
Din insan üçündür. İbadətlərdən Allahın deyil insanın mənfəəti var. Çünki möhtac olan insan, ehtiyacı ödəyən isə Allahdır.
Allah-insan əlaqəsində ibadət insandan Allaha yüksələn bir şüurdur. Bu, “təqva”dır. Yapon tədqiqatçısı və yazıçısı Toşihiko İzutsunun təsbit etdiyi, eləcə də Əsəd və Fazul Rahman kimi müasir alimlərin də onunla razılaşaraq istifadə etdikləri qarşılığı ilə “məsuliyyət şüuru”...

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Feat Deniz

  • 26 iyul 2013 22:11
  • Məqalə: 10
  • Şərh: 1950
  • Bal:
{awards}
Allah razı olsun awkım

--------------------

ShคмKiʀKค

  • 26 iyul 2013 21:59
  • Məqalə: 74
  • Şərh: 5547
  • Bal:
{awards}
Din insan üçündür. İbadətlərdən Allahın deyil insanın mənfəəti var. Çünki möhtac olan insan, ehtiyacı ödəyən isə Allahdır.

allahin adi ile

  • 26 iyul 2013 21:16
  • Məqalə: 14
  • Şərh: 489
  • Bal:
{awards}
ALLAH razi olsun twk

--------------------
...BIR SEY ISTEYENDE INSANDAN ISTEME, VERSE MINNETDIR, VERMESE ZILLET... ISTEYENDE ALLAHDAN ISTE VERSE NEMETDIR, VERMESE HIKMET...

Gözlüklü

  • 26 iyul 2013 21:10
  • Məqalə: 216
  • Şərh: 9220
  • Bal:
{awards}
Allah razi olsun

Cholkali_Delishka

  • 26 iyul 2013 21:07
  • Məqalə: 2
  • Şərh: 1187
  • Bal:
{awards}
tsklerrrrrrrrrrrrrrrrrrrrr

--------------------

Ey şeytan, sən nə qədər girsən də qanımıza, biz bilirik ki, Rəbbimiz var şah damarımızda...

..:Crystal:..

  • 26 iyul 2013 21:06
  • Məqalə: 61
  • Şərh: 7144
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!

--------------------

..::Ms.Legendka::..

  • 26 iyul 2013 20:54
  • Məqalə: 0
  • Şərh: 135
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Roya_____

  • 26 iyul 2013 20:43
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun awkım

★Love Pearl★

  • 26 iyul 2013 20:38
  • Məqalə: 335
  • Şərh: 4258
  • Bal:
{awards}
Allah razı olsun

✰_DeLNoLiNi_✰

  • 26 iyul 2013 20:38
  • Məqalə: 156
  • Şərh: 5825
  • Bal:
{awards}
...TesekkurleR...

--------------------
[
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 61
Cəmi: 73

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 721
 
The Shield
Xəbərləri: 51
Cəmi: 71
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}