Sevmirəm! (Bölüm12)

 
Sevmirəm! (Bölüm12)


Qəhər onu boğurdu, nəfəs belə ala bilmirdi. Gözü yumulu vəziyyətdə özünə gəlməyə çalışırdı ki, üzünə bir əlin toxunduğunu hiss etdi. Gözlərini açdıqda qarşısında dizləri üzərinə çökmüş Aydını gördü... Aydın heç nə demədən Yasəmənin üzündəki yaşı sildi. Sonra onu özünə çəkib, Yasəmənin onu itələməsinə fikir vermədən bərk-bərk qucaqladı. Ətrini içinə çəkib, qulağına pıçıldadı:
-Xahiş edirəm sadəcə unut...
Sığalladığı saçları öpüb dedi:
-Xahiş edirəm...yox yalvarıram birdə nə vaxt səni incitsəm ağlama. Qışqır, söy, lap istəyirsən vur məni...amma ağlama. Dözə bilmərəm gözəlim, dözə bilmirəm...
Aydın Yasəməni azca özündən aralayaraq onun üzünü əlləri arasına aldı:
-Birdə ağlama yaxşı? Həm ağlayanda çox eybəcər görünürsən, baxanda qorxuram-deyib gülümsədi.
Yasəmən Aydının bu sözlərinə gözü yaşlı gülümsəyib dedi:
-Öküz!
Aydın bu sözdən qaşlarını çatıb, guya düşünürmüş kimi davranıb dedi:
-Hmm...deyəsən buna layiqəm.
-Axmaq, səfeh...
-Yaxşı bunu da qəbul edə bilərəm deyəsən...
Yasəmən dodağını uşaq kimi büzüb:
-Zəhləm getmiş-deyib gözünü süzdürdü.
Aydın gülümsəyərək:
-Demək bu şirin qızın məndən zəhləsi gedir?-deyib Yasəmənin yanağını çimdiklədi.
-Hə, zəhləm gedir.
-Nə qədər?
-Çox...
-Mənimdə çox, çox, lap çox, bu dünyadaki hər şeydən, hər kəsdən çox... səndən zəhləm gedir.
-Mənim səndən daha çox zəhləm gedir.
-Yox, mən daha çox.
Yasəmən əsəbiliklə başını yelləyib dedi:
-Bu belə sonsuzadək gedər.
Aydın:

-Haqqlısan, boşa vaxt itkisi. Ondansa daha mənalı işlərlə məşğul olaq-deyib öpmək üçün Yasəmənə yaxınlaşdı.
Yasəmən onun niyyətini anlayıb, əliylə yüngülcə itələyib dedi:
-Ağlına belə gətirmə!
-Of! İndi küsmüsən məndən?
-Yox, sadəcə səndən zəhləm gedir.
-Dəli.
-Səfeh.
-İnatçı keçi.
-Axmaq.
Aydın gülümsəyərək:
-İnadkar, şirin, əsəbi, küsəyən gözəlim mənim-deyib Yasəməni dodağındn bərk-bərk öpdü...
Səhər Aydın ofisində kompyuterdə oyun oynayırdı. Birdən açılan qapının səsinə diksinib başını qaldırdıqda qapının ağzında Leylanı gördü.
"Əla! Mən də həsrətlə yolunu gözləyirdim ki, gəlib kefimi pozasan"-deyə düşünüb zorla gülümsəyərək dedi:
-Leyla qapını döymə deyə bir adət vardı, nə oldu ona?
Leyla içəri keçərək qapını zərblə örtüb Aydına yaxınlaşdı:
-Məni gördüyünə sevinməmiş kimi davranma. Amma indi romantika vaxtı deyil. Sənə vacib bir söz deməliyəm.
Aydın ayağa qalxıb Leylanın qarşısına keçib dedi:
-Onsuzda sevinmədim. Həm əmin ol evimdə arvadımla bol-bol romantika yaşayıram, sənə ehtiyac yoxdu.
Leyla kinayə ilə gülüb dedi:
-Arvadınla demək? Arvadın çox bəxtliymiş, həm romantik əri, həm də romantik sevgilisi var.
-Nə sevgilisi? Nə sayıqlayırsan sən?
Leyla ciddi üz ifadəsiylə Aydına baxıb dedi:
-Aydın səninlə bir keçmişimiz olub, buna görə də vicdanım icazə vermir səndən gizlədim. Mən də çox utanıram bundan, Yasəmənlə qan bağımız heç olmasada, ögey olsa da bacımdı. Onun belə bir şey eləməsinə əsla inanmazdım. Arvadın sənə xəyanət edir.
Aydın təəccüblə Leylanın üzünə baxırdı. Elə cansıxıcı bir sükut çökmüşdüki, Leyla onu pozmağa cürət etmirdi. 10 dəqiqə idiki Aydın donub qalmışdı, amma o bu süni ciddiyyətini saxlaya bilmədi. Leylanın təəccüblü baxışlarına məhəl qoymadan qəh-qəhələrlə gülməyə başladı. Nə qədər özünə gəlib nəsə deməyə çalışsada gülməyini kəsə bilmirdi. Sonunda özünə gəlib dedi:
-Leyla 1 aprel çoxdan keçib xəbərin var?
-Aydın mən zarafat etmirəm, ciddiyəm.
-Hmm... Eləmi, bəs kimlə? Dayan mən deyim, o çox sevdiyi oyuncaq ayısıyla hə? İnanmazsan amma məndə çoxdan şübhələnirdimki onların arasında nəsə var-deyib gülməyə başladı.
Leyla əsəbiliklə ayağını yerə vurub, "Of! Bu niyə hamıya gülməli gəlir? Yasəmən guya mələkdiki ondan belə şey gözləmirlər? Bu biraz çətin olacaq"- düşünüb dedi:
-Aydın mən məzələnmirəm, düz deyirəm. O Eldarla sevgilidir. İnan mənə!
-Leyla bu artıq gülməli belə deyil! Bu sayıqlamaları özünə saxla.
Leyla Aydının qolundan tutub, gözlərinə baxaraq dedi:
-Mən də bunu öyrənəndə inanmaq istəmirdim. Amma bu belədi. O gün biz restoranda olanda Eldarla onu görmədik? Eldarın Yasəməni sevdiyini səndə bilirsən. Nilufər onların aralarını illərdir düzəltməyə çalışır, buna mən şahidəm. Sizin evlənməyiniz ona manə olmayıb, 3 aydan çoxduki onları gizlicə görüşdürür.
Aydın əsəbi şəkildə qolunu çəkib dedi:
-Zəhləmi tökməyə başladın Leyla. Sənin danışdıqlarına uşaqlar belə inanmaz. Sənə azda olsa hörmətim var, bu yalanlarına davam etsən mən də tərbiyəmi pozmalı olacam!

Leyla guya kədərlənmiş kimi davranaraq:
-Mən...mən yalan demirəm Aydın. Sadəcə istəmirdim aldadılasan. Əminəm gözlərini biraz açıb ətrafındakılara diqqətlə baxsan mənim yalan demədiyimi anlayasan.-deyib yalandan kövrəldi.
Aydın kinayə ilə gülümsəyib:
-Leyla mən buna gözümlə görsəm belə inanmaram əsla. İndi get bir həkimin yanına sənə mualicə yazsın- deyib əliylə qapını göstərdi. Leyla Aydına baxıb təəssüflə başını yelləyərək, çevrilib asta addımlarla qapıya tərəf getdi. Qapıdan çıxarkən dayanıb:
-Mənə inanmadığına peşman olacaqsan. O Yasəmənə elə tutulmusanki, gerçəkləri görə bilmirsən. Eldar onu illərdir sevir, hər qadın yanında onu çox sevən birini istəyir. Bunları bir düşün.-deyib getdi.
Aydın halsızca kreslosuna oturdu. Leylanın dediklərinə inanmasa da, son sözlərindən təsirlənmişdi. Eldar həqiqətəndə çoxdandı Yasəməni sevirdi və bunu hamı bilirdi. Bəlkə də, Yasəmən onu bu qədər sevən birini yanında istərdi... Şübhə qəlbə düşən kiçik bir toxum olsada, sürətlə böyüyüb yaşadığı qəlbi parçalayır...
Yasəmənin telefonuna son 2 gündü gizli nömrədən zənglər, tanımadığı nömrələrdən mesajlar gəlirdi. Ən qəribəsi isə bu zəngləri nə vaxt açsa, zəng edən telefonu söndürürdü. Mesajlar isə sevgi mesajları idi.
"Sənin üçün çox darıxmışam Yasəmənim", "səni görmək istəyirəm sevgilim" və s. bu tipli qısa mesajları əvvəlcə Aydının göndərdiyini zənn etsədə Yasəmən, o yanında olanda da bu zəng və mesajların gəlməsindən bunların Aydından gəlmədiyini anladı.
Artıq Aydınında diqqətini bu zənglər və mesajlar çəkmişdi. Amma aralarında hələ də küslük olduğundan zəng və mesajların kimdən gəldiyini soruşmurdu. Əvvəllər şən gülüş və şirin inadlaşmalar səsi eşidilən evdə indi sükutu təkcə o zəng və mesajların səsi pozurdu. Belə cansıxıcı 3 gün daha keçdi...
Axşam ikisidə səssizcə televizora baxırdılar. Birdən Yasəmənin telefonuna mesaj gəldi...yenə. Yasəmən mesajı açıb oxuduqdan sonra telefonu cibinə qoydu.
Aydın artıq marağını saxlaya bilməyib soruşdu:
-Nə idi o?
-Mesaj...
-Kimdən gəlib?
Yasəmən bu sualdan biraz çaşdı. Hər şeyi demək istədi, amma nədənsə bunun vacib olmadığını düşündü:
-Heç...sən tanımazsan...
Səhər Aydın evdən çıxıb Leylaya zəng vurdu:
-Alo...mənəm Aydın...sən hardasan?...aha oralardaki ***** kafesinə gəl, danışmalıyıq.
30 dəqiqə sonra:
Aydın kafedəki masada oturub qapıya baxaraq Leylanı gözləyirdi. Sonunda Leylanın içəri girdiyini görüb, əlini yelləyərək onu diqqətini çəkərək yanına çağırdı.
Leyla yaxınlaşıb oturacağı çəkərək oturdu. Aydına gülümsəyərək baxıb soruşdu:
-Nə danışmaq istəyirdin mənimlə?
-Leyla sən mənə dediklərinin doğru olduğuna əminsən?
-Hansı dediklərim?
Aydın qəzəblə masaya yumruğunu vurub dedi:
-Nəyi nəzərdə tutduğumu bilirsən! Oyun oynamırıq. Dediklərin doğrudu?
-Mənə inanacağını bilirdim. Hər kəlməsi doğru idi.
-Bəs isbat edə bilərsən?
Leyla biraz tutulsada özünə gəlib gülümsəyərək dedi:

-Əlbətdə.
-Amma canlı şəkildə görməliyəm. Foto, video və ya başqa sübut yox, öz gözlərimlə görməliyəm. Bunu edə bilsən sənə sonsuzadək inanaram-deyib Leylanın əlini tutdu.
Leyla qalib gəldiyini düşünüb gülümsəyərək dedi:
-Əmin ol Yasəmənin xəyanətini sənə sübut edəcəm...

P.S: Ardı Var.


Geri dön

۞(S)pea(R)۞

  • 25 avqust 2013 10:14
  • Məqalə: 73
  • Şərh: 2055
  • Bal:
Tesekkurler...!

--------------------
1 milyon abune ^_^

..:Crystal:..

  • 16 avqust 2013 23:45
  • Məqalə: 61
  • Şərh: 7144
  • Bal:
{awards}
Maraqli Idi Tewekkurler

--------------------

sebnem98

  • 8 avqust 2013 21:20
  • Məqalə: 0
  • Şərh: 6592
  • Bal:
{awards}
Qəhər onu boğurdu, nəfəs belə ala bilmirdi. Gözü yumulu vəziyyətdə özünə gəlməyə çalışırdı ki, üzünə bir əlin toxunduğunu hiss etdi. Gözlərini açdıqda qarşısında dizləri üzərinə çökmüş Aydını gördü... Aydın heç nə demədən Yasəmənin üzündəki yaşı sildi. Sonra onu özünə çəkib, Yasəmənin onu itələməsinə fikir vermədən bərk-bərk qucaqladı. Ətrini içinə çəkib, qulağına pıçıldadı:

--------------------

^^KuKuLKa^^

  • 4 avqust 2013 19:58
  • Məqalə: 770
  • Şərh: 11383
  • Bal:
{awards}
tesekkurler

--------------------

^Peri MaSali^

  • 3 avqust 2013 10:22
  • Məqalə: 42
  • Şərh: 3881
  • Bal:
{awards}
MeQaLe UcUn TsEkkUrLeR,.,.,.,.,.,.,.,...,.,.,.,.. :)

^Peri MaSali^

  • 2 avqust 2013 11:27
  • Məqalə: 42
  • Şərh: 3881
  • Bal:
{awards}
tEsEkkUrLeEEeEeR..,.,.,.,.,.,... :)

Elza Hüseynli

  • 1 avqust 2013 16:30
  • Məqalə: 0
  • Şərh: 6076
  • Bal:
{awards}
beyeNdim tesekkurler

..:Crystal:..

  • 1 avqust 2013 11:12
  • Məqalə: 61
  • Şərh: 7144
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR!

--------------------

♠Siqaret♠

  • 1 avqust 2013 02:45
  • Məqalə: 1
  • Şərh: 410
  • Bal:
{awards}
Allah Razi olsun Coxsagol TWKler beyendim

--------------------

Milyonerkaa

  • 31 iyul 2013 20:16
  • Məqalə: 43
  • Şərh: 5069
  • Bal:
{awards}
tesekkurler...

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

Adsiz yazici

  • 28 iyul 2013 02:32
  • Məqalə: 15
  • Şərh: 2961
  • Bal:
{awards}
tewekkurler

Lonely_Alone

  • 27 iyul 2013 17:34
  • Məqalə: 5
  • Şərh: 424
  • Bal:
{awards}
bu leylani mene verin oldurumde !!!
b]Qaranliqda_tek,
Harda oxumusan sen???
Twk)

--------------------
Mən bu həyatda ALLAHdan başqa heç kimdən qorxmuram!..

Silent_ Night

  • 27 iyul 2013 15:46
  • Məqalə: 647
  • Şərh: 5114
  • Bal:
{awards}
of bu hələ qutarmayib ardida var...axot yoxdu oxumağa tşklər

--------------------

love%messi

  • 27 iyul 2013 15:28
  • Məqalə: 24
  • Şərh: 1688
  • Bal:
{awards}
tewekkurler ....

--------------------

★Love Pearl★

  • 27 iyul 2013 14:48
  • Məqalə: 335
  • Şərh: 4258
  • Bal:
{awards}
Can ay Leyla nolub düşmüsüze qızın üstə onsuz Allah belasını vereceklol

Masan

  • 27 iyul 2013 14:40
  • Məqalə: 0
  • Şərh: 1017
  • Bal:
{awards}
LEYLAAAAAAAAAA SENI OLDURECEM PIS am

Aysel_

  • 27 iyul 2013 14:39
  • Məqalə: 15
  • Şərh: 1612
  • Bal:
{awards}
Cox maraqlidi...Ardini gozleyirem....Tewekkurler...

tinker bell

  • 27 iyul 2013 14:36
  • Məqalə: 0
  • Şərh: 3806
  • Bal:
{awards}
bu leylani mene verin oldurumde !!!

--------------------

Nuray_2013

  • 27 iyul 2013 14:16
  • Məqalə: 0
  • Şərh: 296
  • Bal:
{awards}
maraqlidi ardni gozleyirem TWKKKKK wink

-chanel-

  • 27 iyul 2013 13:59
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
^^^^^^^^^^^^^HeKaYe ucun twk^^^^^^^^^^^^^^

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 27 iyul 2013 13:58
  • Məqalə: 67
  • Şərh: 6003
  • Bal:
{awards}
oxumadim bagiwlayin ) tewekkurler bawim agriyir(

--------------------
(^_*)

GUNI

  • 27 iyul 2013 13:25
  • Məqalə: 0
  • Şərh: 6402
  • Bal:
{awards}
offf biri meni leylayla tanis elesinde oldurucem onu ....... angry
ardini sebirsizlikle gozduyurem...

--------------------

Qaranliqda_tek

  • 27 iyul 2013 12:58
  • Məqalə: 31
  • Şərh: 2527
  • Bal:
{awards}
axira kimi oxumuwam bunu :) axiri qeweng olur wink

--------------------
╔╗──♥╔══╗♥╔══╗╔══╗♥╔══╗♥
║║──♥║╔╗║♥╚╗─╚╝─╔╝♥║═╦╝♥
║╚═╗♥║╚╝║♥─╚╗──╔╝─♥║═╩╗♥
╚══╝♥╚══╝♥──╚══╝──♥╚══╝♥

Nara Neznakomka

  • 27 iyul 2013 12:40
  • Məqalə: 174
  • Şərh: 10792
  • Bal:
{awards}
Əlbətdə.
-Amma canlı şəkildə görməliyəm. Foto, video və ya başqa sübut yox, öz gözlərimlə görməliyəm. Bunu edə bilsən sənə sonsuzadək inanaram-deyib Leylanın əlini tutdu.
Leyla qalib gəldiyini düşünüb gülümsəyərək dedi:
-Əmin ol Yasəmənin xəyanətini sənə sübut edəcəm...

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

✵Дорогой✵

  • 27 iyul 2013 12:33
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
Maraqli Idi Tewekkurler

Adsiz yazici

  • 27 iyul 2013 12:24
  • Məqalə: 15
  • Şərh: 2961
  • Bal:
{awards}
TeWeKKuRLeR

paradise and devil

  • 27 iyul 2013 12:18
  • Məqalə: 2
  • Şərh: 709
  • Bal:
{awards}
tewekkurler

--------------------
1-ci qayda Teslim olmamag..
2-ci ise 1-cini unutmamag

Roza-7

  • 27 iyul 2013 12:09
  • Məqalə: 0
  • Şərh: 71
  • Bal:
{awards}
Leyla ne ifrite qizdiyeee,tutub bogacam onu...maraqli idi,tewekkur edirem))))...

Prosta Nermin

  • 27 iyul 2013 12:00
  • Məqalə: 0
  • Şərh: 815
  • Bal:
{awards}
TEWEKKURLER wink

--------------------
Həyat dediyin;Ömür boyu Həyatım deyə biləcəyin insanı tapmaqla başlar
.............
Edilən çox şeyi bağışlaya bilərəm, amma bağışladiğım heç nəyi unutmaram
............
Şablon sevgi sözləri yox məndə !!! Baxışım yetər gərçəkdən sevənə !!!

Angry Boy

  • 27 iyul 2013 11:57
  • Məqalə: 348
  • Şərh: 6152
  • Bal:
{awards}
tesekkruelr mraqli idi

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 51
Cəmi: 78

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 48
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 43
Cəmi: 123
 
NIGAR
Xəbərləri: 39
Cəmi: 783
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 238
 
lamiye_2001
Xəbərləri: 25
Cəmi: 25
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}