Almaniyada "yumurta xofu" yaşanır.
"Bild" bildirir ki, Almaniyada heyvan yemlərindən sonra toyuqlarda da zəhərli dioksin maddəsinin tapılması istehsalçılarla yanaşı, istehlakçılarda da əndişələr yaradıb.
Yaranmış qalmaqaldan dolayı dünyanın bir çox ölkələrinin Almaniyadan toyuq əti və yumurta idxalını dayandırdığı dönəmdə Almaniyanın özündə hər 5 vətəndaşdan birinin yumurta yeməkdən imtina etdiyi bildirilir.
Almaniya Kənd Təsərrüfatı Nazirliyindən verilən rəsmi məlumata görə, Şimali Reyn-Vestfaliya əyalətindəki 4 toyuq fermasında bəslənən toyuqlarda yuksək miqdarda dioksin tapılıb.
"Berliner Morgenpost" bildirir ki, Aşağı Saksoniya əyalətində isə on minlərlə donuzda normadan xeyli çox miqdarda dioksin aşkarlanıb.
Kənd təsərrüfatı naziri İlse Ayqner insan sağlamlığı ilə oynayanların və vətəndaşların səhhətlərini təhlükə altına alanların müəyyənləşdirilməsi məqsədilə araşdırmalar başlandığını bəyan edib: "Həmin şəxsləri tapacağıq. Bəri başdan deyim ki, o adamları 5 ilədək həbs cəzası gözləyir".
Təxminən 200-ə qədər rəngsiz və qoxusuz növü olan dioksin əsasən qida vasitəsilə insan orqanizminə daxil olur. Orqanizmə düşən dioksinin xaric edilməsi isə 7 il sürür.