Gizli ayamalar: ləqəbinizdən xəbəriniz varmı?

 
Gizli ayamalar: ləqəbinizdən xəbəriniz varmı?


Adaşları necə fərqləndirirlər?

Ləqəblər necə yaranır?

Eyni adlı insanları fərqləndirmək üçün ətrafdakılar onlara xüsusi ləqəblər verirlər. Milli.Az xəbər portalı ləqəblərin yaranması, mənaları, əhəmiyyəti barədə yazacaq.

Ləqəbləri yəqin ki, eşitmisiniz. Məsələn, Kolxoz Qasım, Qozbel Qasım, Dəli Qasım, Mersedes Qasım, Nokio Qasım, İngilis Qasım, Qubalı Qasım və s. Belə ləqəblər əsasən, sahibinin peşəsi, zahiri görünüşü, mülkü, xüsusi qabiliyyəti, doğulduğu, yaşadığı yer və s. kimi əlamətlərdən formalaşır.

Ləqəblər, əsasən iki cür meydana çıxır, ya şəxsin özü tərəfindən götürülür, ya da cəmiyyət tərəfindən verilir. Bəzən insanın öz adı xoşuna gəlmir və özü üçün xüsusi ləqəb seçir. Bunun nə dərəcədə uğurlu alınıb-alınmamağı isə ətrafdakıların münasibətindən asılı olur. Onların bəyəndiyi ləqəb şəxsiyyətin sonrakı formalaşmasında mühüm rol oynayır. Adamın şəxsiyyəti ilə uyuşmayan ləqəb isə cəmiyyət tərəfindən çətin qəbul edilir.
Adlar üzrə mütəxəssislər deyirlər ki, həyatda yaxşı ləqəb qazanmaq, yaxşı ad qazanmaq qədər çox çətindir. Bunun üçün, necə deyərlər, özünü gərək yaxşı aparasan, yoxsa adama elə ayama verərlər ki, heç ömrü boyu üstündən götürə bilməzsən. Tanış-bilişdən “May gülü”, “Öküz”, “Balqabaq”, “Uzunqulaq” və s. kimi ayamalar alan adam, çətin ki, sonradan bu baməzə adlardan yaxa qurtara bilsin.

Bəlkə də hamımızın özümüzdən xəbərsiz bir ləqəbimiz var?!

Hazırda şəxs adlarının sayı əhalinin sayından qat-qat az olduğu üçün ətrafımızda eyni adlı insanlar kifayət qədərdir. Ona görə də, maraq üçün bildirək ki, iş yerlərində, məhəllədə, qohumlar arasında eyni adlı adamlar olduqda, həmin adamlar özləri bilməsələr də həmkarları, qonşuları, qohumları tərəfindən xüsusi ləqəblərlə fərqləndirilirlər. Bu səbəbdən elə adam var ki, özünün xəbəri olmadan bir neçə ləqəb daşıyır. Əgər kiminsə yaşadığı və ya işlədiyi kollektivdə adaşı varsa, yüz faiz əmin olsun ki, artıq ətrafdakılar onun üçün bir ləqəb fikirləşib tapıblar. Ona görə də, gələcəkdə övladlarının belə situasiyalarla qarşılaşmaması üçün valideynlər uşaqlara ad seçərkən orjinal və unikal adlardan istifadə etsələr, daha məqsədəuyğun olar.

Siyasətdən şou-biznesədək...

Bu gün demək olar ki, bütün sahələrdə ləqəblərdən istifadə olunur. Bunun bir səbəbi odur ki, onlar çox vaxt qısa, asan tələffüz edilən və sahibinə yaraşan olur. Bir çox dövlət xadimləri, siyasətçilər geniş arenaya məhz xüsusi ləqəblərlə gəlmişlər. Məsələn, Qızıl Arslan, Qara Yusif, Uzun Həsən, Napalyon, Lenin, Stalin, Hitler və s.

Ləqəbli məşhurlar kimlərdir?

Hazırda, ləqəblərdən, şou-biznes aləmində daha çox istifadə edilir, məşhur dünya estrada ulduzlarının əksəriyyətinin xüsusi ləqəbləri vardır. Lady GaGa (əsl adı Stefani Joanne Angelina Germanotta), Pink (Alecia Beth Moore), Sting (Gordon Sumner), Snoop Dogg (Cordozer Calvin Broadus), 50 Cent (Curtis James Jackson) və s. kimi ləqəblər öz sahiblərinin sənət aləmində tanınmasında və uğurla irəliləməsində mühüm rol oynamış, onların istedadları ilə bir uyğunluq formalaşdırmışdır.

Lakin, təəssüflər olsun ki, bizim şou-biznes aləmində dəyərli ləqəblə tanınan müğənni, demək olar ki, yox dərəcəsindədir. Estradamız ləqəb sarıdan bol olsa da, məzmun və uyğunluq baxımından olduqca kasaddır, qondarma, insanda ikrah hissi doğuran ayamalar baş alıb gedir. Sənət aləmində adı olmayanların, özlərinin dedikləri kimi “bozbaş” adlar götürməsi artıq dəb halını alıb. İş o yerə çatıb ki, fəxri adlar almağa istedadı çatmayan bəzi müğənnilər adlarının qabağı boş qalmasın deyə ağıllarına gələn əcaib, "əldə qayırma" ayamalardan istifadə edirlər. Hələ üstəlik də deyirlər ki, bu ləqəbləri onlara xalq verib. Daha bilmirlər ki, “Pişik”, “İki uşaq anası”, “Əjdaha”, “Toylar kralı” və s. kimi gülünc ayamalar insanda yalnız allergiya yaradır.

Azərbaycanda "kral" və "kraliça" ola bilərmi?

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, “Toylar Kralı” ləqəbi ilk baxışdan titul kimi görünsə də, əslində bu ləqəbin, cəmiyyətdə, cavanlar demişkən, heç yeri yoxdur. Müğənni nə vaxtdan toyun kralı olub, qətiyyən başa düşüləsi deyil. Toyun bir kralı var, o da bəydir, kraliçası isə gəlindir. Toy müğənnilərinin peşəsi isə pulunu alıb toyu şənləndirmək, məclis əhlini əyləndirməkdir, day gəlib kiminsə toyunda “krallıq” etmək deyil. Yaxşı olardı ki, qondarma “kralları” toyuna dəvət etmək istəyənlər, həmçinin onları belə adlandıranlar bu məqama diqqətlə fikir versinlər.
Həmçinin də "kraliça" adı. Özü də “krallarımızdan” fərqli olaraq bizim bəzi qadın müğənnilərimiz az qala özlərini bütün Şərqin, bütün Türk aləminin, Müsəlman ölkələrinin, bir sözlə, bütün dünyanın “kraliçaları” elan edirlər, üstəlik sertifikatlar da göstərirlər.
Sənətçilərimizin deyəsən, heç xəbərləri yoxdur ki, nə Azərbaycanda, nə türk dünyasında, heç yaxın ətrafımızda da krallıq institutu, yəni, monarxiya dövlət quruluşlu ölkələr yoxdur, Azərbaycan da daxil olmaqla hamısı unitar respublikalardır. Deməli, istəsələr də, rəsmi şəkildə "kral", yaxud "kraliça" ola bilməzlər. Bu kimi mükafatlar təbii ki, simvolik məna daşıyır, ona görə də məcazlaşdırılmış rəmzi adları özlərinin titulu, rəsmi adı kimi təqdim etmək nəinki qeyri-təvazökarlıqdır, ən azı savadsızlıqdır. Bu məqama bəzən jurnalistlər, media orqanları da diqqət yetirmirlər.
Ümumiyyətlə, ayrı-ayrı şəxslər, qeyri-hökumət təşkilatları, özəl fondlar tərəfindən verilən adlar, təsis olunan mükafatlar sadəcə simvolik xarakter daşıdığı üçün həmin mükafatı alanın rəsmi adı və ya rəsmi titulu sayıla bilməz.

Rəsmi titul sayılmadığı kimi, həmçinin adının əlavəsi, ləqəbi də hesab oluna bilməz.
Məsələn, "Qızıl qələm" mükafatının sahibinə tutalım, "Qızıl qələm Məmməd" deyirsinizmi? Yaxud, kimsə özünə "Qızıl lələk filankəs" deyirmi? Dünyaca ünlü "Oskar", "Qızıl palma budağı" kimi mükafatların qalibləri özlərinə "Oskar Con", "Qızıl palma budağı Cessika" deyirlərmi?

Azərbaycanda rəsmi adlar və titullar, rütbələr konkret olaraq dövlət tərəfindən verilən adlar hesab olunur. Məsələn, xalq artisti, əməkdar incəsət xadimi, xalq şairi, general-leytenant və s.

Ləqəbin mahiyyəti nədir?

Ləqəblərin mahiyyəti barədə, hələ orta əsrlərdə yaşamış Şərqin görkəmli şəxsiyyəti Nizamülmülk özünün məşhur “Siyasətnamə” əsərində belə qeyd etmişdir: “İndi ləqəblər yaman çoxalıbdır, çoxaldıqca da qədir-qiymətdən düşübdür. Şahlar ləqəb verməkdə həmişə ehtiyatlı olmuşlar, çünki, yaxşı məmləkət dolandırmaq qaydalarından biri də ləqəblərin verilməsi, hər kəsin öz mövqeyini, öz yerini bilməsidir. Bazar adamı ilə dehqanın (mülkədar) ləqəbi eyni olsa, fərqləri aradan qalxar, məşhur adamla qeyri-məlum adam eyni olar. Alimlə cahilin ləqəbi eyni olsa onları tanımaq olmaz, ölkədə belə işlərə yol vermək yaxşı deyildir”.

Əfsuslar olsun ki, bizdə buna yol verilir. Nizamülmülkün qeydindən görürük ki, keçmişdə ləqəblərə qarşı münasibət çox ciddi olub, hər yerindən duranın özbaşına ikinci bir ad götürməsinə pis baxılıb. Ləqəb, yalnız şəxsin cəmiyyətdəki mövqeyinə uyğun gəldikdə və ya o, nüfuzlu şəxs tərəfindən verildikdə məqbul sayılırmış.

Ayamalardan kim nə cür istifadə edir?

Ayamalarla bağlı bir maraqlı fakt da var ki, onlardan bədii əsərlərdə, povest və romanlarda, dastanlarda, nağıllarda süjet xəttinə emosional rəng vermək, qəhrəmanları obrazlı və daha aydın çatdırmaq üçün geniş istifadə edilir. Çox vaxt mənfi qəhrəmanlar gülüş doğuran ayamalarla verilir. Məsələn, Keçəl Oruc, Kor Əhməd, Qotur Paşa, Falşı Qurban, Şeytan Qulu və s. Adlardan fərqli olaraq, belə ayamalar öz sahibinin şəxsiyyətini daha qabarıq üzə çıxardır və onu daha dolğun xarakterizə edir.

Kriminal ləqəblər

Ləqəblərdən bu gün kriminal aləmdə, oğru dünyasında da çox istifadə edirlər. Kriminalistlər deyir ki, ləqəb öz sahibinin kriminal aləmə hansı əməlinə görə düşdüyünü və bu aləmdə hansı mövqe tutduğu barədə birbaşa məlumat verir. Məsələn, “Lotu”, “Avtoritet”, “Ded”, Ataman” kriminal aləmdə təsiredici və həlledici sözə malik olanlara, “Qızılbarmaq”, “Cibgir” kimi kliçkalar profesional oğrulara, “Manyak”, “Myasnik” kimi ləqəblər xüsusi qəddarlıqla adam öldürmüş, çox təhlükəli cinayətkarlara, “Kabus”, “Volkan”, “Beto” isə narkobaronlara verilir. Kriminalistlərin tədqiqatlarına görə, hətta belə bir güman da var ki, kriminal elementlərin üstünlük təşkil etdiyi məhəllələrdə hər hansı bir uşaq xüsusi ləqəblə çağırılırsa, onda onun böyüyəndə həbsxanaya düşmək ehtimalı artır. Çünki, uşaq şüursuz olaraq bu ləqəbə uyğun hərəkət edir və onu doğrultmağa çalışır. Məsələn, “Malış”, “Saşa”, “Vova”, “Yetim” kimi uşaq kliçkaları bu qəbildən olan ləqəblərdəndir.

Beləliklə, görürük ki, ləqəblərin meydana çıxmasının müxtəlif səbəbləri ola bilər. Bəzən insan sırf təsadüf və ya hansısa bir hadisə nəticəsində də ləqəb qazana bilər. Məsələn, hansısa bir fövqəladə halda qorxaqlıq və ya satqınlıq etsən, adının qabağına elə bir damğa vurular ki, ömür boyu onun acısını çəkəcəksən, əksinə mərdlik, igidlik etsən həmişə deyərlər ki, Kişi adamsan. Ona görə də, həyatda Kişi kimi yaşayıb, Kişi kimi də ad qazanmaq lazımdır.

Vüqar Haqverdiyev


Geri dön

joyful

  • 6 dekabr 2011 23:58
  • Məqalə: 43
  • Şərh: 951
  • Bal:
tewekkur.

--------------------
Məni yormayın!Çox tənbələm.Mənə yalan deməyin!Nifrət edirəm!Mənnən heçnə soruşmayın!Bilmirəm!Ciddi olmayın!Mən gülürəm.Gəl deyin!Gələrəm!Dərdin var?Dinləyərəm.Çox çətindi?Cəhd edərəm!Məni sevmə!Mən sevə bilmirəm.

ZAC EFRON

  • 11 sentyabr 2011 00:57
  • Məqalə: 129
  • Şərh: 2335
  • Bal:
{awards}
tewkurler.....Zac Efronunda leqebidi esl adi ZACHARY DAVID ALEXANDER EFRON

nezrin 189

  • 6 iyul 2011 15:33
  • Məqalə: 0
  • Şərh: 21
  • Bal:
{awards}
tesekkür edirem smile

_Bakinka_

  • 11 yanvar 2011 22:45
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
smile winked

Irane

  • 11 yanvar 2011 16:40
  • Məqalə: 8
  • Şərh: 648
  • Bal:
{awards}
TeSeKkUrLeR
no

--------------------

Cowardly

  • 11 yanvar 2011 16:03
  • Məqalə: 0
  • Şərh: 149
  • Bal:
{awards}
winked laughing

gul_93

  • 11 yanvar 2011 16:01
  • Məqalə: 56
  • Şərh: 1867
  • Bal:
{awards}
twk edirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 39
Cəmi: 67

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 49
Cəmi: 225
 
NIGAR
Xəbərləri: 44
Cəmi: 865
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 15
Cəmi: 18
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}