Həyatın mənası insanın daxili aləmində deyil, xaricimizdəki həyatda axtarılmalıdır. Bəzən insan arzuladığını əldə etdikdən sonra həyat mənasını itirir. İnsan nə üçün yaşadığını başa düşə bilmir. Bəzən isə əksinə, arzuları həyata keçməyən insan üçün həyat heç bir anlam kəsb etmir. Mütəxəssislərin fikrincə, belə hal ruhi pozğunluqdur. İnsanın həyatdan doyması, yaşamaq istəməməsi, intihar etməsi, özünə qapanması ruhun yorğunluğundan irəli gəlir. Psixoloq Aydın Əfəndiyev hesab edir ki, bu hal dəyişkənliyini loqoterapiya ilə aradan qaldırmaq mümkündür.
Loqoterapiya psixoterapiyanın bir hissəsidir. Loqoterapiyanın banisi Viktor Emil Frankl hesab edirdi ki, bunun köməyi ilə insanı ən çıxılmaz vəziyyətdən belə çıxarmaq mümkündür. Loqoterapiyanı digər psixologiya məktəblərindən fərqləndirən nəzərə çarpan xüsusiyyəti, şəxsiyyətin inkişafında məna və məsuliyyətin əhəmiyyətini vurğulamasıdır. Loqoterapiyada insanın həyatında var olan ağrı və acıya da diqqət yetirilir. Belə ki, Frankla görə, ağrı və acı da həyata məna qatan bir amildir. Əgər bundan qaçmaq mümkün deyilsə, onda ağrı və acını da həyatın bir hissəsi olaraq görməliyik.
Frankl həyatın mənası sualına hər hansı bir insanın dəqiq bir cavab verə biləcəyinə şübhə ilə yanaşır. Onun fikrincə, həyatın mənası insandan-insana, gündən-günə, saatdan-saata dəyişir. Elə buna görə də əsas olan həyatın mənasının nə olduğu deyil, insanın müəyyən bir anda ona verəcəyi spesifik cavabının nə olmasıdır. Frankla görə, "həyatın mənası nədir" sualına ümumi bir cavab vermək şahmat çempionundan "Ustad, şahmatda ən yaxşı gediş hansıdır?" deyə soruşmağa bənzəyir. Çünki şahmat oyununda daşların ən son vəziyyəti, eləcə də rəqibin özünəməxsus şəxsi keyfiyyətləri nəzərə alınmazsa, ən yaxşı gedişin nə olduğunu söyləmək qeyri-mümkündür. Bu, insan həyatına da aiddir. Belə ki, insan həyatda heç vaxt mücərrəd anlam, məna axtarmamalıdır. Həyatda hər kəsin yerinə yetirə biləcəyi bir vəzifəsi və bunu təmin edəcək xüsusi bir missiyası var. Bu vəzifəni ondan başqası yerinə yetirə bilməyəcəyindən, eləcə də onun həyatı yenidən təkrarlanmayacağından, hər kəsin vəzifəsi təkrarolunmazdır. Gündəlik həyatda rastlaşdığımız psixiatrik problemlər insanın həyatda bir məna tapmamasından və bunun yaratdığı mənəvi psixoloji boşluqdan qaynaqlanır. Əslində həyat biz insanları hər gün, hər saat sorğu-suala çəkir. Hər insan həyata öz həyatı ilə cavab verə bilər, çünki bu, yalnız insanın həyatda məsuliyyətli olması ilə mümkündür. Həyat, onun problemlərinə doğru cavabı tapma məsuliyyətini öz üzərinə götürmək və fərdin daim qarşısına qoyduğu tapşırıqları həll etməkdir. Ona görə də həyatın mənası insanın daxili aləmində deyil, məhz xaricimizdəki həyatda axtarılmalıdır.
Bir neçə il əvvəl Fransada sorğu keçirilib. Sorğuda iştirak edənlərin 89 faizi bildirib ki, insan həyatda yaşaya bilmək üçün hər zaman nəyəsə ehtiyac duyur. Yəni bu o deməkdir ki, insan həyata olan inamını itirdiyi zaman, həyat mənasını itirir və o nə üçün yaşadığının səbəbini anlaya bilmir. A.Əfəndiyevin fikrincə, bəzən insanlar həyatlarında olan konflikt və problemləri gizlətmək üçün maskalanır, həyatın anlamı varmış kimi davranırlar. Bunu cəmiyyət arasında etsələr də, daxili aləmləri təlatümlü olur: "Yaşamaq bir sənətdir və bu sənət bir insanın edə biləcəyi ən əhəmiyyətli, ən çətin və ən dolaşıqlı sənət növüdür. Bu sənətin xüsusi vasitə və vəsaitləri yoxdur. Bunun tək vasitəsi insanın özü və potensial gücüdü. Həyat sənətinin içində insan, həm sənətkar və eyni zamanda da sənətkarın məhsuludur. Yəni həm heykəltəraş, eyni zamanda həm həkim, həm də xəstədir".
İnsanın həyatı boyunca ən əhəmiyyətli tapşırığı, öz daxili güclərinin və daxili potensialının inkişafına, ortaya çıxmasına, qısaca daxili doğumuna cəhd göstərməkdir. Bu işin nəticəsi və mükafatı isə öz həqiqi şəxsiyyətini əldə etməsidir. Bir adamın əlindəki bu potensial gücləri nə dərəcəyə qədər reallaşdırdığı və nə qədərini istifadəyə təqdim etdiyi, yəni tapşırığını nə qədər bacardığı, obyektiv bir qiymətləndirmə ilə dərhal ortaya çıxar. Özünü reallaşdırmaqda müvəffəqiyyətsiz qalan biri, eynilə tapşırığını etməmiş bir şagird kimidir. Və onu "tənbəl", ya da "müvəffəqiyyətsiz" olaraq xarakterizə etmək mümkündür. O adamın bir çox çətinliklərlə mübarizə etmək məcburiyyətində qalması, ya da onunla birlikdə digər kəslərin və hər kəsin də tapşırığını etməmiş olması kimi bəhanələr bizim bu qərarımızı dəyişdirməz. Çünki insanın bir tək var olma səbəbi var, o da özünü və potensial güclərini inkişaf etdirməsidir. "Qorxular, mənasızlıq duyğusu, gücsüzlük və ölümdən sonra nə olacağını bilməmə kimi düşüncələr, insanların çoxunda dözülməsi mümkün olmayan bir ruhi vəziyyət meydana gətirər. Belə qorxulara qapılan hər kəs, özünü dinc hiss etmə, həyatı sevmə və gələcəkdən qorxmadan irəliyə doğru addım atma şanslarını da itirir".
Psixoloq bildirir ki, belə vəziyyətin tək çıxış yolu var; gerçəyin gözünün içinə baxmaq: "İnsan dünyada tək tənhadır, bu gerçəyi qəbul etmək lazımdır. İnsan, öz məsuliyyətini bilməli, bunu boynuna götürməyi bacarmalı və həyatına ancaq özünün məna qata biləcəyini anlamalıdır".
Həmsöhbətimizin sözlərinə görə, insanı öz gücünə inandırmaq üçün loqoterapiyanın böyük əhəmiyyəti var. Həyatda məna tapa bilməyənlər, həyatın mənasını itirdiyini düşünənlər mütləq o mənanı yenidən qazana bilmək üçün psixoloqlara müraciət etməlidirlər.