Müsəlmanlara: "Açın o ipi, yorulanda istirahət etsin..."

 
Müsəlmanlara: "Açın o ipi, yorulanda istirahət etsin..."

Cənabi Haqqın ən böyük lütfündən biri də bəyan qabiliyyətidir.

Quranda bundan bəhs edən surə Allahın “Rəhman” ismi ilə başlayır. Rəhman isminin ismi-əzəm olması barədə güclü dəlillər var. Cənabi Allahın Rəhmaniyyətinin, yəni bütün varlıq aləmini ruzi ilə təmin etməsinin bir cəhəti də insana verdiyi bəyan qabiliyyətidir.

İnsan öz qəlbində təcəlli edən şeyləri ancaq bəyan sayəsində ifadə edə bilir, bəyan sayəsində Cənabi Allaha üz tutur, Allahın sözünü anlayır, məramını Ona açır. Allah (cəllə cəlaluhu) ona: “Gəl, Mənim (rizam) üçün namaz qıl, hüzurumda əyil” buyurur, o da əmrə müntəzir halda “Əlhamdülillah” deyib İlahinin hüzurunda dayanır. Bu, bir mənada Allahı anlamaq və Onunla mükalimə etməkdir. Tabiundan bir zat deyir ki: “Quran oxuyanmən Allahla danışdım” desə, yalan olmaz”. “Əlhamdülillah” deyən insan Allahla mükalimə etmiş sayılır ki, bu da ancaq bəyan neməti ilə mümkün olur.

İnsan namazda “Sən Rəhman və Rəhimsən; mənə ilk öncə dərk etmə, sonra da dərk etdiyimi ifadə etmək üçün bəyan qabiliyyəti verdin. Bu, Rəhmaniyyətinin təcəllisidir. Sən qiyamət gününün sahibisən; mən də Sənin əmrlərinə tabe olub o günə hazırlaşıram”, dedikdən sonra birbaşa Allah-Taalaya üz tutaraq “Yalnız Sənə qulluq edir və bu yükün altında əzilməmək üçün yalnız Səndən yardım diləyirəm” deyərək mükaliməsinə davam edir.

Bunu deyən insan şərəfli bir məqama yüksəlmiş olur, ancaq əksəriyyət ehtimal ki, bunu heç düşünmür. İnsan bir dövlət rəhbəri ilə görüşsə və onunla bir-iki kəlmə kəssə, hər yerdə bundan danışar, hər fürsətdə söhbəti bu məsələyə gətirər. Bir dövlət başçısı ilə kəlmə kəsmək bu qədər əhəmiyyətli sayılırsa, gör Allahın hüzuruna çıxıb Ona həmsöhbət olmaq necə böyük imtiyazdır.

Odur ki, bəyan çox böyük bir lütfdür və onun şükrünü mütləq yerinə yetirmək lazımdır. Bəyanın birinci tələbi (haqqı) bizi bəyanla şərəfləndirən Allahı təbliğ etməkdir... Bəli, insan bəyan kimi bir nemət lütf edən Rəbbini hara getsə, dəllal kimi orada təbliğ etməlidir. Dəllala üç-beş qəpik versən, səhərdən axşama qədər bazarda gəzib malını tərifləyər. Menecerlər də eyni işi görür: qapı-qapı gəzir, müştərilərin üzünün suyunu tökür və mallarını satmağa çalışırlar.

Satdıqları şey də iki qazan, bir neçə boşqabdır. Biz də Sultanı Onun bəxş etdiyi bəyanla təbliğ etməyə borcluyuq, O Sultan ki, kiçik əməllərin əvəzində cənnəti verməyi, bizi Camalını görməyə layiq səviyyəyə çatdırmağı və göstərməyi vəd edir. Bir gün yer üzündə hər kəs imana gəlsə belə, göylərə nərdivan söykəyib, Onun adını cinlərə və ifritlərə də çatdırma məsuliyyətini daşıyırıq. Bir haqq dostunun dediyi kimi, zindana atsalar, orada kimsə olmasa, Onun adını ifritlərə, zəbanilərə təbliğ etməyə çalışacaq və vəfa borcumuzu yerinə yetirəcəyik.

Bəli, bu nemətə ancaq bu şəkildə layiqincə şükür etmək mümkündür. Cənabi Allah nə dünyada, nə də axirətdə nemətini kəsir. Malın-mülkün şükrünü edən insan ağıl, bəyan və sağlamlıq nemətinə biganədirsə, nankorluq etmiş olur. Danışıq qabiliyyəti zəif olan əlinə qələm alsın. Yazı qabiliyyəti ola-ola yazmayanlar, qeyri-adi fikir yürütmə qabiliyyəti olub bu istiqamətdə səy göstərməyənlər Allaha qarşı nankorluq və haqsızlıq etmiş olurlar. Hər kəs Cənabi Allahın verdiyi istedad və qabiliyyətlərlə Onun adını insanlara çatdırmalı, bu yolda əlindən gələni etməlidir.

Sifətlər (vəsflər) çox mühümdür. İnsan Allahın bəxş etdiyi sifətlərə mütləq layiq olmalıdır. Belə ki, mömin işini Cənabi Allahın lütfü və kərəminə görə tənzimləməli, dünyəvi işlərə də laqeyd qalmamalı, öz vətənində ticari və iqtisadi sahədə kafirlərin əsarətinə düşməməlidir. Bu, İslamın şərəfi üçün mühüm əhəmiyyət kəsb edir. Qurandan başa düşdüyümüz qədər kafirlərin möminlərə hakim olması Allaha xoş getməz.

Xülasə, mömin, Allahın bəxş etdiyi bütün qabiliyyətlərini Onun yolunda istifadə etməlidir ki, bu nemətlərin şükrünü etmiş olsun.

Bədənə istirahət verin, ruha da laqeyd qalmayın

Xeyirxah işlərdə də olsa, monotonluq bezginlik gətirər. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bezginliyə səbəb olan ifrat ibadətə qarşı çıxmışdır.

Zeynəb binti Cahş anamız Əzvaci-tahirat arasında ibadəti və saxavəti ilə məşhurdur. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) nə edirdirsə, o da onu edərdi. O qədər ibadət edirdi ki, heydən düşəndə yıxılmamaq üçün məscidin iki dirəyi arasına bir ip çəkmişdi. Bu ipi görən Allah Rəsulu belə buyurdu:

Açın o ipi, yorulanda istirahət etsin, istirahətdən sonra ibadətinə davam etsin. Siz bezmədikcə, - təşbeh məzmunlu ifadə, - Allah bezməz və dilədiyinizi verər.” Başqa bir hədisdə də O, “Yuxulu-yuxulu namaz qılanda əleyhinizə dua edə bilərsiniz”, - buyuraraq istirahətdən sonra ibadət etməyi tövsiyə etmişdir.

Bəli, şübhəsiz ki, daima eyni işləri görmək tədricən bezginlik gətirir. Buna yol verməmək üçün imkan daxilində başqa bir yerə getmək, başqa bir işlə məşğul olmaq faydalıdır. O cümlədən eşq və şövqü artırmaq, mənəviyyatı yüksəltmək niyyəti ilə eyni duyğu və düşüncədə olan insanlarla görüşmək də faydalı ola bilər. Hətta belə bir yerdə qonaq qalmaq da olar. Ata-babalardan yadigar qalan tarixi əsərlərə və xidmət məqsədilə qurulan müəssisələrə baş çəkmək də mümkündür. İnsan bununla həm istirahət etmiş, həm də mənəviyyatını qorumuş olar.

Əksinə qəfləti artırıb və həvəsatı (nəfsani arzu-istəklər) körükləyən yerlərdə dincəlmək ruhun deyil, bədənin istirahəti sayılır. Əslində bədənin əsl istirahəti də gümrah ruhdan asılıdır. Bədənlə yanaşı ruha da istirahət vermək istəyiriksə, ibadət, gözəl əxlaq və yaşayışı ilə nümunəvi insanları ziyarət etməliyik. Bu məqsədlə sərf edilən benzin və digər xərclər sədəqə yerinə keçir. Beləcə ailəmizin də sədəqəsini verərək həm özümüz istirahət edər, həm də onları gəzdirmiş olarıq. Başqa məqsəd daşıyan tətillər bədənə istirahət versə də, qəfləti artırır, bəlkə də, bəzi lətaifi (ruhi-mənəvi xas duyğuları) öldürür.

Xülasə, möminlərin istirahət üçün tətilə çıxması, imkan daxilində ayda və ya ildə bir gəzintiyə getməsi ruhi-mənəvi gümrahlığın qorunması üçün çox əhəmiyyətlidir.


Geri dön

..:Crystal:..

  • 17 avqust 2013 22:49
  • Məqalə: 61
  • Şərh: 7144
  • Bal:
Əksinə qəfləti artırıb və həvəsatı (nəfsani arzu-istəklər) körükləyən yerlərdə dincəlmək ruhun deyil, bədənin istirahəti sayılır. Əslində bədənin əsl istirahəti də gümrah ruhdan asılıdır. Bədənlə yanaşı ruha da istirahət vermək istəyiriksə, ibadət, gözəl əxlaq və yaşayışı ilə nümunəvi insanları ziyarət etməliyik. Bu məqsədlə sərf edilən benzin və digər xərclər sədəqə yerinə keçir. Beləcə ailəmizin də sədəqəsini verərək həm özümüz istirahət edər, həm də onları gəzdirmiş olarıq. Başqa məqsəd daşıyan tətillər bədənə istirahət versə də, qəfləti artırır, bəlkə də, bəzi lətaifi (ruhi-mənəvi xas duyğuları) öldürür.

--------------------

Rozi ross

  • 1 avqust 2013 18:39
  • Məqalə: 4
  • Şərh: 653
  • Bal:
{awards}
ttttttttttttttttwwwwwwwwwwwwwkkkkkkkkkk

--------------------
Mənim üçün ən böyük xoşbəxtlik,mən öldükdən sonra sənin tərəfindən hələ də
düşünülməkdir..Amma əgər bu sənə aci verəcəksə, mən unudulmağa da raziyam...!


Qəribə deyil mi? İnsan həmişə eşq ağrısı çəkməkdən şikayətlənər əslində, yaxşı heçmi eşq ağrısı çəkdirən yox aramızda..

★KaRaMeLKa★

  • 1 avqust 2013 15:59
  • Məqalə: 166
  • Şərh: 6629
  • Bal:
{awards}
Allah razı olsun

Ruslanka

  • 1 avqust 2013 07:03
  • Məqalə: 0
  • Şərh: 393
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
UZUM GULE BILER, ICIMI KIM BILE BILERKI??????!

~~~~BARCELONA~~~~

~~~~LIL" ORXAN~~~~

♠Siqaret♠

  • 1 avqust 2013 01:10
  • Məqalə: 1
  • Şərh: 410
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

DEAD ANGEL

  • 31 iyul 2013 13:18
  • Məqalə: 5
  • Şərh: 812
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------
heyati yawamaq bir omur deyil ondan yawaya yawaya hezz almaqdir

Milyonerkaa

  • 31 iyul 2013 11:17
  • Məqalə: 43
  • Şərh: 5069
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...300cu serh bully

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

★Love Pearl★

  • 31 iyul 2013 01:34
  • Məqalə: 335
  • Şərh: 4258
  • Bal:
{awards}
şirinim Allah razı olsun

✰GlaMurKa✰

  • 30 iyul 2013 23:55
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH razi olsun canim:)

Nara Neznakomka

  • 30 iyul 2013 20:38
  • Məqalə: 174
  • Şərh: 10792
  • Bal:
{awards}
Cənabi Haqqın ən böyük lütfündən biri də bəyan qabiliyyətidir.

Quranda bundan bəhs edən surə Allahın “Rəhman” ismi ilə başlayır. Rəhman isminin ismi-əzəm olması barədə güclü dəlillər var. Cənabi Allahın Rəhmaniyyətinin, yəni bütün varlıq aləmini ruzi ilə təmin etməsinin bir cəhəti də insana verdiyi bəyan qabiliyyətidir.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 30 iyul 2013 20:00
  • Məqalə: 67
  • Şərh: 6003
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN !!!

--------------------
(^_*)

Roya_____

  • 30 iyul 2013 19:15
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun

Banned456

  • 30 iyul 2013 19:06
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
“Sən Rəhman və Rəhimsən;
mənə ilk öncə dərk etmə, sonra da dərk
etdiyimi ifadə etmək üçün bəyan qabiliyyəti
verdin. Bu, Rəhmaniyyətinin təcəllisidir. Sən
qiyamət gününün sahibisən; mən də Sənin
əmrlərinə tabe olub o günə hazırlaşıram


cox sagol GuLuM ALLAH razi olsun

✵Дорогой✵

  • 30 iyul 2013 18:44
  • Məqalə: 732
  • Şərh: 7130
  • Bal:
{awards}
ALLAH RaZi oLSuN

pessimistka hebibe

  • 30 iyul 2013 18:00
  • Məqalə: 8
  • Şərh: 5507
  • Bal:
{awards}
ALLAH razi olsun..

-chanel-

  • 30 iyul 2013 17:55
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
_________________ALLAH RaZi oLSuN_________________

★Angelocka★

  • 30 iyul 2013 17:38
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
Canim,Allah senden razi olsun!!!

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

sonzeng2015

  • 30 iyul 2013 17:32
  • Məqalə: 448
  • Şərh: 7004
  • Bal:
{awards}
lk serh mennen .
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 50
Cəmi: 77

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 140
 
The Shield
Xəbərləri: 36
Cəmi: 296
 
Darling
Xəbərləri: 32
Cəmi: 919
 
aytc.sza
Xəbərləri: 25
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 17
Cəmi: 577
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
❤Queen❤
Xəbərləri: 13
Cəmi: 72
 
Jesicca
Xəbərləri: 12
Cəmi: 51
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 301
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}