Qəribə yuxu

 
Qəribə yuxu

Bağdad şəhərində var-dövlətinin sayı-hesabı olmayan bir kişi yaşayırdı. Günlərin bir günü hadisə nəticəsində həmin kişinin bütün var-dövləti əlindən çıxır və çox pis vəziyyətə düşür. Hətta gündəlik ruzisini güc-bəla ilə çıxarırdı. Gecələrin birində qəm-qüssə içində yuxuya gedən kişi yuxuda görür ki, bir şəxs ona deyir: “Sənin ruzin Misirdə olacaq. Misirə tərəf get, Allahın nəsib etdiyi sənə yetişsin.
Kişinin səfərə getmək üçün heç bir şeyi yox idi. Amma çətinliklə də olsa özünü səfərə hazırlayıb yola düşür. Misirə çatandan sonra gecə qalmağa yeri olmadığından məscidə gedir və...
Şəhərin oğruları məscidin yaxınlığında olan varlının evinə oğurluğa girmək üçün məsicidin divarından aşırlar. Ev sahibi oğruların evə girməsindən xəbərdar olub səs-küy salır. Bu səs-küyü eşidən məmurlar evə tərəf aşığır. Oğrular tez oranı tərk edib qaça bilirlər. Məmurlar oğruların ardınca məscidə gəlir və bağdadlı kişini orada görüb tuturlar. Kişini o qədər döyürlər ki, az qalır ölə. Sonra onu üç gün ac-susuz həbsxanada saxlayırlar. Üç gündən sonra kişini şəhər hakiminin yanına gətirirlər. Hakim deyir:
-Misrə nə üçün gəlmisən?
Bağdadlı kişi cavab verir:
-Ey hakim, deyəcəyim sözlərə inan. Bir gecə yuxuda mənə dedilər ki, sənin ruzin Misirdədi. Bura gələndən sonra o qədər döyüldüm ki, başa düşdüm mənim ruzim nə imiş.
Hakim onun sözlərinə gülüb dedi:
-Ey ağılsız, nadan, mən özüm üç dəfə yuxuda görmüşəm ki, deyirlər Bağdada get, filan məhəl, filan küçə, filan evdə hovuzun altında çoxlu qiymətli əşyalar basdırılıb. Bu cür yuxulara əhəmiyyət verməyib Bağdada da getmədim. Amma sən ağılsız və nadan adam çox yeyib yatandan sonra yuxu görür, durub Bağdada gəlirsən. Həqiqətən də sən ağılsız və nadansan...
Hakimin ona ürəyi yanır və bir miqdar pul verib Bağdada yola salır. O kişi həmin az pulla çətinliklə də olsa özünü Bağdada çatdırır və...
Kişi hakimin yuxusuna inanmasa da onun dediyi ünvana yola düşür və oradakı köhnə evi tapır. Ev neçə illər xarabalığa çevrildiyindən heç kəs orada yaşamırdı. Kişi hovuzu tapıb onun altını qazmağa başlayır. Hakim dediyi kimi hovuzun altından çoxlu qiymətli əşyalar tapır və keçmişdə olduğu kimi Bağdadın dövlətlilərindən birinə çevrilir.
Bir sözlə, yuxularına inanıb səfərə çıxmayasan. Amma vətəndə başqasının yuxusunu yoxlamağın eybi yox!


Geri dön

Zulfiyye-91

  • 23 sentyabr 2011 15:38
  • Məqalə: 8
  • Şərh: 330
  • Bal:
wink wink

--------------------
Sevginin məqsədi onun üçün “mükəmməl insan” olmaq deyil, səni mükəmməliyə ən çox yaraşdıran insanı tapmaqdır..

KING OF WORLD

  • 25 mart 2011 00:06
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
tewekkur edirem

_RONALDO_

  • 6 mart 2011 21:00
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
COX SUPERDI TWK

--------------------

CandyGirl

  • 14 yanvar 2011 19:59
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
maraqliydi tesekkur....

--------------------

stage19

  • 13 yanvar 2011 10:17
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
MEN YUXUYA INANIRAM....XEBERE GORE TWK

nilayka

  • 12 yanvar 2011 19:49
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
twk maraqliydi

--------------------

L_SimuS

  • 12 yanvar 2011 00:08
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler......

Sergio Ramos

  • 11 yanvar 2011 22:12
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Təşəkkür

--------------------

фея

  • 11 yanvar 2011 21:19
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
ARADA ELE YUXULAR GORUREMKI ONALARIN CIN OLMASI HEC UREYIMCE OLMAZ wink

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

CrazyGirl

  • 11 yanvar 2011 21:13
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Oxumadim hovselem catmadi tesekkur yene de eziyete gore feel

--------------------
Sən varsansa həyat çox gözəl!

Irane

  • 11 yanvar 2011 19:21
  • Məqalə: 8
  • Şərh: 651
  • Bal:
{awards}
Tesekkur xebere gore

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 45
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 30
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 68
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1144
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}