Quran-i Kərim 59.Həşr ('Toplanma') surəsi

 
Quran-i Kərim 59.Həşr ('Toplanma') surəsi


Mərhəmətli və Rəhmli Allahın adı ilə!

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

1. Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ سَبَّحَ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

2. Kitab əhlindən kafir olanları ilk dəfə toplayıb öz diyarından çıxardan Odur. Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar isə elə güman edirdilər ki, qalaları onları Allahdan qoruyacaqdır. Allah isə onları gözləmədikləri yerdən haqlayıb qəlblərinə qorxu saldı. Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. İbrət götürün, ey ağıl sahibləri!
هُوَ الَّذِي أَخْرَجَ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ مِنْ دِيَارِهِمْ لِأَوَّلِ الْحَشْرِ ۚ مَا ظَنَنْتُمْ أَنْ يَخْرُجُوا ۖ وَظَنُّوا أَنَّهُمْ مَانِعَتُهُمْ حُصُونُهُمْ مِنَ اللَّهِ فَأَتَاهُمُ اللَّهُ مِنْ حَيْثُ لَمْ يَحْتَسِبُوا ۖ وَقَذَفَ فِي قُلُوبِهِمُ الرُّعْبَ ۚ يُخْرِبُونَ بُيُوتَهُمْ بِأَيْدِيهِمْ وَأَيْدِي الْمُؤْمِنِينَ فَاعْتَبِرُوا يَا أُولِي الْأَبْصَارِ

3. Əgər Allah onlara sürgün hökmünü yazmamış olsaydı, onlara dünyada başqa əzab verərdi. Axirətdə isə onlar üçün od əzabı hazırlanmışdır.
وَلَوْلَا أَنْ كَتَبَ اللَّهُ عَلَيْهِمُ الْجَلَاءَ لَعَذَّبَهُمْ فِي الدُّنْيَا ۖ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابُ النَّارِ

4. Bu onların Allaha və Onun Elçisinə qarşı çıxmalarına görədir. Kim Allaha qarşı çıxsa, bilsin ki, həqiqətən, Allah şiddətli cəza verəndir.
ذَٰلِكَ بِأَنَّهُمْ شَاقُّوا اللَّهَ وَرَسُولَهُ ۖ وَمَنْ يُشَاقِّ اللَّهَ فَإِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ

5. Xurma ağaclarını kəsməyiniz yaxud onları kökü üstündə salamat qoymağınız Allahın iznilədir və Onun fasiqləri rəzil etməsi üçündür.
مَا قَطَعْتُمْ مِنْ لِينَةٍ أَوْ تَرَكْتُمُوهَا قَائِمَةً عَلَىٰ أُصُولِهَا فَبِإِذْنِ اللَّهِ وَلِيُخْزِيَ الْفَاسِقِينَ

6. Allahın Öz Elçisinə onlardan verdiyi qənimətlərə tərəf siz nə at, nə də dəvə sürdünüz. Lakin Allah Öz elçilərini istədiyi kəslər üzərində hakim edir. Allah hər şeyə qadirdir.
وَمَا أَفَاءَ اللَّهُ عَلَىٰ رَسُولِهِ مِنْهُمْ فَمَا أَوْجَفْتُمْ عَلَيْهِ مِنْ خَيْلٍ وَلَا رِكَابٍ وَلَٰكِنَّ اللَّهَ يُسَلِّطُ رُسُلَهُ عَلَىٰ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

7. Allahın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o, aranızdakı zənginlərin dövləti olub qalmasın. Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.
مَا أَفَاءَ اللَّهُ عَلَىٰ رَسُولِهِ مِنْ أَهْلِ الْقُرَىٰ فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ كَيْ لَا يَكُونَ دُولَةً بَيْنَ الْأَغْنِيَاءِ مِنْكُمْ ۚ وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا ۚ وَاتَّقُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ

8. Qənimət həmçinin yurdlarından qovulmuş və mallarından məhrum olunmuş yoxsul mühacirlərə məxsusdur. Onlar Allahın mərhəmətini və razılığını qazanmağa can atır, Allaha və Onun Elçisinə kömək edirlər. Doğru olanlar da məhz onlardır.
لِلْفُقَرَاءِ الْمُهَاجِرِينَ الَّذِينَ أُخْرِجُوا مِنْ دِيَارِهِمْ وَأَمْوَالِهِمْ يَبْتَغُونَ فَضْلًا مِنَ اللَّهِ وَرِضْوَانًا وَيَنْصُرُونَ اللَّهَ وَرَسُولَهُ ۚ أُولَٰئِكَ هُمُ الصَّادِقُونَ

9. Mühacirlərdən Mədinədə əvvəl orada yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.
وَالَّذِينَ تَبَوَّءُوا الدَّارَ وَالْإِيمَانَ مِنْ قَبْلِهِمْ يُحِبُّونَ مَنْ هَاجَرَ إِلَيْهِمْ وَلَا يَجِدُونَ فِي صُدُورِهِمْ حَاجَةً مِمَّا أُوتُوا وَيُؤْثِرُونَ عَلَىٰ أَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ ۚ وَمَنْ يُوقَ شُحَّ نَفْسِهِ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ

10. Səhabələrdən sonra gələnlər deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!"
وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَءُوفٌ رَحِيمٌ

Quran-i Kərim 59.Həşr ('Toplanma') surəsi

11. Münafiqlərin, Kitab əhlindən kafir olan qardaşlarına: "Əgər siz yurdunuzdan qovulsanız, biz də sizinlə birlikdə çıxıb gedəcək və sizə qarşı heç vaxt heç kəsə tabe olmayacağıq. Əgər müsəlmanlar sizə qarşı vuruşsalar, mütləq sizə kömək edəcəyik!"– dediklərini görmədinmi? Allah onların yalançı olduğuna şahiddir.
أَلَمْ تَرَ إِلَى الَّذِينَ نَافَقُوا يَقُولُونَ لِإِخْوَانِهِمُ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ لَئِنْ أُخْرِجْتُمْ لَنَخْرُجَنَّ مَعَكُمْ وَلَا نُطِيعُ فِيكُمْ أَحَدًا أَبَدًا وَإِنْ قُوتِلْتُمْ لَنَنْصُرَنَّكُمْ وَاللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَاذِبُونَ

12. Əgər onlar yurdlarından qovulsalar, münafiqlər onlarla birlikdə çıxıb getməz, müsəlmanlar onlara qarşı vuruşsalar, onlara köməklik göstərməzlər. Əgər onlara yardım etmiş olsalar belə, geri dönüb qaçar, sonra da onlara heç bir kömək edilməz.
لَئِنْ أُخْرِجُوا لَا يَخْرُجُونَ مَعَهُمْ وَلَئِنْ قُوتِلُوا لَا يَنْصُرُونَهُمْ وَلَئِنْ نَصَرُوهُمْ لَيُوَلُّنَّ الْأَدْبَارَ ثُمَّ لَا يُنْصَرُونَ

13. Doğrusu, onlar ürəklərində Allahdan çox sizdən qorxurlar. Çünki onlar anlamayan adamlardır.
لَأَنْتُمْ أَشَدُّ رَهْبَةً فِي صُدُورِهِمْ مِنَ اللَّهِ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَفْقَهُونَ

14. Onlar hamılıqla sizə qarşı ancaq möhkəmləndirilmiş şəhərlərdə və ya divar arxasından vuruşarlar. Onların öz aralarındakı düşmənçilik isə çox kəskindir. Sən onların həmrəy olduğunu güman edirsən, halbuki onların qəlbləri dağınıqdır. Bu ona görədir ki, onlar ağlı kəsməyən adamlardır.
لَا يُقَاتِلُونَكُمْ جَمِيعًا إِلَّا فِي قُرًى مُحَصَّنَةٍ أَوْ مِنْ وَرَاءِ جُدُرٍ ۚ بَأْسُهُمْ بَيْنَهُمْ شَدِيدٌ ۚ تَحْسَبُهُمْ جَمِيعًا وَقُلُوبُهُمْ شَتَّىٰ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَعْقِلُونَ

15. Onlar özlərindən bir az əvvəl əməllərinin cəzasını dadmış, özləri üçün də ağrılı-acılı bir əzab hazırlanmış kimsələrə bənzəyirlər.
كَمَثَلِ الَّذِينَ مِنْ قَبْلِهِمْ قَرِيبًا ۖ ذَاقُوا وَبَالَ أَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

16. Münafiqlər şeytana bənzəyirlər. Şeytan insana: "Kafir ol!"– deyir. İnsan kafir olan kimi: "Mən səndən uzağam. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!"– deyir.
كَمَثَلِ الشَّيْطَانِ إِذْ قَالَ لِلْإِنْسَانِ اكْفُرْ فَلَمَّا كَفَرَ قَالَ إِنِّي بَرِيءٌ مِنْكَ إِنِّي أَخَافُ اللَّهَ رَبَّ الْعَالَمِينَ

17. Onların hər ikisinin aqibəti atəş içində əbədi qalmaqdır. Zalımların cəzası budur.
فَكَانَ عَاقِبَتَهُمَا أَنَّهُمَا فِي النَّارِ خَالِدَيْنِ فِيهَا ۚ وَذَٰلِكَ جَزَاءُ الظَّالِمِينَ

18. Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَلْتَنْظُرْ نَفْسٌ مَا قَدَّمَتْ لِغَدٍ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

19. Allahı unudan, buna görə də Allahın onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir.
وَلَا تَكُونُوا كَالَّذِينَ نَسُوا اللَّهَ فَأَنْسَاهُمْ أَنْفُسَهُمْ ۚ أُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ

20. Cəhənnəm əhli ilə Cənnət əhli eyni deyillər. Cənnət əhli uğur qazananlardır.
لَا يَسْتَوِي أَصْحَابُ النَّارِ وَأَصْحَابُ الْجَنَّةِ ۚ أَصْحَابُ الْجَنَّةِ هُمُ الْفَائِزُونَ

Quran-i Kərim 59.Həşr ('Toplanma') surəsi

21. Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr.
لَوْ أَنْزَلْنَا هَٰذَا الْقُرْآنَ عَلَىٰ جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعًا مُتَصَدِّعًا مِنْ خَشْيَةِ اللَّهِ ۚ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ

22. O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir.
هُوَ اللَّهُ الَّذِي لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ ۖ هُوَ الرَّحْمَٰنُ الرَّحِيمُ

23. O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır.
هُوَ اللَّهُ الَّذِي لَا إِلَٰهَ إِلَّا هُوَ الْمَلِكُ الْقُدُّوسُ السَّلَامُ الْمُؤْمِنُ الْمُهَيْمِنُ الْعَزِيزُ الْجَبَّارُ الْمُتَكَبِّرُ ۚ سُبْحَانَ اللَّهِ عَمَّا يُشْرِكُونَ

24. O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.
هُوَ اللَّهُ الْخَالِقُ الْبَارِئُ الْمُصَوِّرُ ۖ لَهُ الْأَسْمَاءُ الْحُسْنَىٰ ۚ يُسَبِّحُ لَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ


Geri dön

..:Crystal:..

  • 16 avqust 2013 22:16
  • Məqalə: 61
  • Şərh: 7144
  • Bal:
. O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir.
هُوَ اللَّهُ الَّذِي لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ ۖ هُوَ الرَّحْمَٰنُ الرَّحِيمُ

BUNU UŞAQLİQDAN BİLİRƏM

--------------------

..:Crystal:..

  • 14 avqust 2013 14:26
  • Məqalə: 61
  • Şərh: 7144
  • Bal:
{awards}
1. Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.ALLAH RZI OLSUN

--------------------

Rozi ross

  • 1 avqust 2013 17:30
  • Məqalə: 4
  • Şərh: 653
  • Bal:
{awards}
tttwwekkkkkkkkkkkk

--------------------
Mənim üçün ən böyük xoşbəxtlik,mən öldükdən sonra sənin tərəfindən hələ də
düşünülməkdir..Amma əgər bu sənə aci verəcəksə, mən unudulmağa da raziyam...!


Qəribə deyil mi? İnsan həmişə eşq ağrısı çəkməkdən şikayətlənər əslində, yaxşı heçmi eşq ağrısı çəkdirən yox aramızda..

★KaRaMeLKa★

  • 1 avqust 2013 13:25
  • Məqalə: 166
  • Şərh: 6629
  • Bal:
{awards}
Allah razı olsun.

✰GlaMurKa✰

  • 1 avqust 2013 00:55
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
10. Səhabələrdən sonra gələnlər deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!"

♠Siqaret♠

  • 1 avqust 2013 00:51
  • Məqalə: 1
  • Şərh: 410
  • Bal:
{awards}
emeye gore sagol

--------------------

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 31 iyul 2013 14:24
  • Məqalə: 67
  • Şərh: 6003
  • Bal:
{awards}
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

--------------------
(^_*)

Nuray_2013

  • 31 iyul 2013 11:51
  • Məqalə: 0
  • Şərh: 296
  • Bal:
{awards}
Allah razi olsun

Roya_____

  • 31 iyul 2013 10:14
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun bacı

✰_DeLNoLiNi_✰

  • 31 iyul 2013 07:57
  • Məqalə: 156
  • Şərh: 5825
  • Bal:
{awards}
Allah razi olsuN

--------------------
[

WITH_YOU

  • 31 iyul 2013 06:46
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI QALSIN

★Love Pearl★

  • 31 iyul 2013 01:05
  • Məqalə: 335
  • Şərh: 4258
  • Bal:
{awards}
Allah razı olsun

AZERI_WIRIN

  • 31 iyul 2013 00:32
  • Məqalə: 0
  • Şərh: 203
  • Bal:
{awards}
Allah razi olsun .

-chanel-

  • 31 iyul 2013 00:02
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Alone_But HAPPY

  • 30 iyul 2013 23:37
  • Məqalə: 2
  • Şərh: 1162
  • Bal:
{awards}
Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr.
لَوْ أَنْزَلْنَا هَٰذَا الْقُرْآنَ عَلَىٰ جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعًا مُتَصَدِّعًا مِنْ خَشْيَةِ اللَّهِ ۚ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ

--------------------
Aşk, sakızdan çıkan sözler kadar basit olmaya devam ettikçe, insanlar da onu çiğneyip tükürmeye devam edecekler

Nara Neznakomka

  • 30 iyul 2013 23:13
  • Məqalə: 174
  • Şərh: 10792
  • Bal:
{awards}
Allahın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o, aranızdakı zənginlərin dövləti olub qalmasın. Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.
مَا أَفَاءَ اللَّهُ عَلَىٰ رَسُولِهِ مِنْ أَهْلِ الْقُرَىٰ فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ كَيْ لَا يَكُونَ دُولَةً بَيْنَ الْأَغْنِيَاءِ مِنْكُمْ ۚ وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا ۚ وَاتَّقُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Dunyanin Sevinci

  • 30 iyul 2013 22:55
  • Məqalə: 0
  • Şərh: 269
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Aytac98

  • 30 iyul 2013 22:49
  • Məqalə: 0
  • Şərh: 674
  • Bal:
{awards}
Əgər Allah onlara sürgün hökmünü yazmamış olsaydı, onlara dünyada başqa əzab verərdi. Axirətdə isə onlar üçün od əzabı hazırlanmışdır.

--------------------
Eshedu enle ilehe ilellah!
Eshedu enle Muhemmedu ve abduhu resuluhu!
Men sehadet getiriremki Allahdan baska tanri ve ibadete layiq megbud yoxdu,ve Mehemmed onun qulu ve elcisidir!

✵Дорогой✵

  • 30 iyul 2013 22:38
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Sevgi Nagili94

  • 30 iyul 2013 22:31
  • Məqalə: 4
  • Şərh: 348
  • Bal:
{awards}
twk xdbere gore Allah razi olsun sizlerden..............................

--------------------
...Когда-нибудь мы встретимся,
ты пройдёшь мимо, не
проронив ни слова...А потом
обернёшься, чтоб посмотреть
в мои глаза и увидеть в них
прошлое... Но я буду далеко...

siyah gozlum

  • 30 iyul 2013 22:02
  • Məqalə: 1
  • Şərh: 2140
  • Bal:
{awards}
allah razi olsun

ShคмKiʀKค

  • 30 iyul 2013 21:48
  • Məqalə: 74
  • Şərh: 5547
  • Bal:
{awards}
Allah razi olsun...

Milyonerkaa

  • 30 iyul 2013 21:46
  • Məqalə: 43
  • Şərh: 5069
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

★Angelocka★

  • 30 iyul 2013 21:43
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
ilk serh menden
Allah razi olsun!!!

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 49
Cəmi: 76

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}