Kanada şirkətindən Azərbaycana ikinci zərbə

 
Kanada şirkətindən Azərbaycana ikinci zərbə

Ötən həftə dünyanın ən iri fotobanklarından biri olan Kanadanın “iStockphoto” internet-resursunun Naxçıvan Muxtar Respublikasını (NMR) ixtisar edərək Azərbaycan xəritəsini təhrif etdiyini yazmışdıq. ANS PRESS-in məlumatına görə, “iStockphoto” korporasiya şirkətinin saytında indi də “Dağlıq Qarabağ Respublikası”nın qondarma bayrağının şəkli yerləşdirilib.

Qeyd edək ki, şirkətin mətbuat xidmətinin rəhbəri Kara Udziela ANS-ə müsahibəsində Azərbaycan xəritəsinin təhrif olunmasının təsadüfi olduğunu və bunun tezliklə aradan qaldırılacağını bildirib. Kara Udziela hətta saytdakı səhvi diqqətlərinə çatdırdığımıza görə ANS-ə təşəkkürünü də ifadə etmişdi. O, şirkət əməkdaşlarının xəritəni yerşədirərkən təsadüfi səhvə yol verdiklərini güman etdiyini bildirib: “Amma bizim saytın şəkillərdə, eləcə də xəritələrdə səhv etməyə haqqı yoxdur. Tezliklə Azərbaycanın xəritəsindəki bu səhvi aradan qaldıracağıq”.

Azərbaycan Xarici İşlər Nazirlyi isə məsələni araşdırmağı və kommersiya şirkətinin səhvinin aradan qaldırılmasını Kanadadakı səfirliyimizə həvalə edib.

Qeyd edək ki, Kanada saytı hələ də, öz səhvini aradan qaldırmayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov məsələ ilə bağlı təəssüfləndiyini deyib. Onun sözlərinə görə, bəzi kommersiya şirkətləri bu xidmətləri təklif edərək internet və qeyri-rəsmi mənbələrdən götürdükləri şəkillər, xəritələrdən istifadə edirlər. Bunun nə dərəcədə doğru olub-olmasını isə bilmirlər.

“Biz artıq Kanadadakı səfirliyimizə tapşırmışıq ki, məsələni araşdırsın. Ümid edirik ki, şirkət tezliklə səhvini aradan qaldıracaq”,- deyə Elxan Poluxov əlavə edib.

Qeyd edək ki, dünyanın ən iri fotobanklarından olan “İstockphoto” saytı 2000-ci ilin may ayında Bryus Livinqston tərəfindən təsis edilib. Baş qərərgahı Kanadanın Kalqari şəhərində yerləşir. Hazırda “İstockphoto” müştərilərini 6,5 milyon pulsuz şəkil və ya təsvirlə təmin edir.


Geri dön

_RONALDO_

  • 14 may 2011 10:21
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
EEEEEEEEEE AGELIYIBE BUNLAR LAPP SOKUN CIXARDIBLARE DAY

--------------------

CandyGirl

  • 14 yanvar 2011 22:38
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
duzdu!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!11

--------------------

Made_In_Bakinka

  • 14 yanvar 2011 01:01
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
belay tesekkurler

CrazyGirl

  • 13 yanvar 2011 22:43
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
{awards}
Teshekkurler xebere gore....

--------------------
Sən varsansa həyat çox gözəl!

L_SimuS

  • 13 yanvar 2011 21:36
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
lobbi iwdemir bizde
tewekkur eziyyete gore

Lindo

  • 13 yanvar 2011 20:37
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}
twk eziyyete gore

Morning_Star

  • 13 yanvar 2011 20:14
  • Məqalə: 47
  • Şərh: 813
  • Bal:
{awards}
Bu nə bayraqdıııı?Qarabağın?Ermənilərin öz bayrağı solmuşdu əvvələn,bir az rengleyibler de

boginya

  • 13 yanvar 2011 20:07
  • Məqalə: 18
  • Şərh: 161
  • Bal:
{awards}
Xebere göre teşekkürler.

nilayka

  • 13 yanvar 2011 19:44
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
twk maraqli xeber idi

--------------------

JISTEN TIMBERLAND

  • 13 yanvar 2011 19:20
  • Məqalə: 10
  • Şərh: 440
  • Bal:
{awards}
EEEEEEEEEE AGELIYIBE BUNLAR LAPP SOKUN CIXARDIBLARE DAY am

--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir

Grace_Angel

  • 13 yanvar 2011 18:14
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkurler melumat ucun...

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 59
Cəmi: 85

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 721
 
The Shield
Xəbərləri: 51
Cəmi: 71
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}