Günah və onun müalicəsi

 
Günah və onun müalicəsi

Günah - bir xəstəlikdir. Amma əlacı olan bir xəstəlikdir. Allah Təala bu xəstəliyi müalicə etmək üçün peyğəmbərlərini (ə) və İmamlarını (ə) göndərmişdir. Xəstə gərək müalicə olmaq üçün bu həkimlərə müraciət etsin. Onların dediklərinə əməl etsə, şəfa tapar. Bu yolla da öz sağlamlığına qovuşar.

Günah xəstəsi gərək bu həqiqətə diqqət etsin ki, bədəni xəstə olan zaman onu müalicə etmək üçün tələsdiyi kimi, günahını da müalicə etmək üçün tələsməlidir. Çünki günah elə bir xəstəlikdir ki, insanın ruhunda kök sala bilər.

Bunun üçün də tövbə etməyə tələsməlidir. Günahın xəcalətli kölgəsindən, zülmətindən, şeytanın şərindən və havayi-nəfsindən qurtula bilsin. Günahlarına görə tövbə etmiş bəndə, gərək bütün daxili və xarici günahlarla rabitəsini kəssin. Şeytandan və nəfsindən əl çəksin. Siratül-müstəqim yolunda qərar tutaraq, ibadət, bəndəlik və insanlara xidmət etməklə keçmişini islah edə bilsin.

Tövbə, fiqhin nəzərinə görə vacib bir əməldir. Günahkar öz günahını dərk etdiyi an tövbə etməlidir. Çünki günahkar bir insan Allahla müxalifətlik etmiş kimi olar. Günahın köklərini peşmançılıq və həsrətlə yandırmalıdır. Munkirləri qəlbindən və ruhundan pak etməlidir. Tövbəni təxirə salmaq- günahın bir növü və pisliklərə görə rahat olmaq deməkdir. Bu halda qalmaq kəbirə günahdır.

Əmr ibni Ubeyd İmam Sadiqdən (ə) “Kəbirə günahlar hansılardır?” deyə soruşur. İmam (ə) da Quranda olan bütün kəbirə günahları sayır.

Günahkar tövbə üçün vaxt təyin etməməlidir. Xəstəliyinin müalicəsinə qoca yaşlarından başlamamalıdır. İnsan necə günahı olduğu halda gələcəyə ümidlə baxa və çox yaşayacağını düşünə bilər?! Kim cavana vədə vermişdir ki, qocala biləcəkdir? O qədər günahkarlar olmuşdur ki, tövbəni təxirə salmış, ancaq tövbə etməmiş əcəli çatmış və dünyasını dəyişmişdir. Günahın çoxluğu insan qəlbini zülmətə bürüyər, haqdan uzaqlaşar, itaətdən ayrılar, haqqın nişanələrini inkar edər, İlahi ayələri məsxərəyə salar. Öz əlləri ilə tövbə qapısını üzünə bağlayar.

“Sonra isə çirkin işlər görənlərin aqibəti Allahın ayələrini təkzib etmək və onlara istehza etmək oldu”. (“Rum” 10).

Günah xəstəliyi onu elə hala salar ki, Allahın kəlamlarını belə inkar etməyə qalxar. Günah imanın və əqidənin cüzamıdır. Əxlaqı, şəxsiyyəti, kəramət və insanlığı yeyər.

“Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsin”. (“Ali-İmran” 133).

Günah əhli bunu bilməlidir ki, tövbəni tərk etmək onu zalımların karvanında qərar verər. Zalımlar elə insanlardır ki, Allah onları sevməz.

“Allah zalımları sevmir”
. (“Ali-İmran” 57).

Günah əhli bilməlidir ki, əgər tövbə etməzsə, Allahın, Peyğəmbərin (s) və İmamların (ə) nifrətinə və qəzəbinə düçar olar. Necə ki, Həzrət İsa (ə) buyurur: “Ey dostlar! Günah əhlinə düşmənçilik edərək və kin bəsləyərək özünüzü Allahın sevimlisi edin. Çirkinliklərdən uzaq olaraq Allaha yaxınlaşın”.

Günahkar bilməlidir ki, hər günah işlətdikcə Allah yanında olan kəramət və izzəti azalar. O qədər azalar ki, heyvanlardan da alçağa süqut edər.

İmam Əli (ə) Bəra ibni Azəmə buyurur: “Dini necə gördün? Dedi: “Sənə çatmamışdan, sənin vilayət və imamətlik ətəyindən yapışmamış, sənin ardıcılın olmamış yəhud kimi idik. İbadət, bəndəlik bizim üçün az dəyərli və yüngül idi. İman həqiqəti qəlbimizdə təcəlli edərək, ibadət və bəndəlik dəyərini tapdıq”. Həzrət (ə) ona buyurdu: “Başqaları Qiyamət günü uzunqulağın dəyəri ilə məhşur olarlar. Sizlərdən hər biriniz isə məhşərə daxil olan zaman behiştə tərəf hərəkət edərsiniz”.

Hələ ki, fürsət var, bu xəstəliyi müalicə etməyə çalışaq və tövbə qapısının açıq olduğu bu müqəddəs ayın feyzindən istifadə edib bəhrələnək.


Geri dön

..:Crystal:..

  • 14 avqust 2013 14:11
  • Məqalə: 61
  • Şərh: 7144
  • Bal:
Günah əhli bunu bilməlidir ki, tövbəni tərk etmək onu zalımların karvanında qərar verər. Zalımlar elə insanlardır ki, Allah onları sevməz.

“Allah zalımları sevmir”. (“Ali-İmran” 57).

--------------------

..:Crystal:..

  • 13 avqust 2013 16:30
  • Məqalə: 61
  • Şərh: 7144
  • Bal:
{awards}
Günahkar bilməlidir ki, hər günah işlətdikcə Allah yanında olan kəramət və izzəti azalar. O qədər azalar ki, heyvanlardan da alçağa süqut edər.

--------------------

siyah gozlum

  • 5 avqust 2013 17:08
  • Məqalə: 1
  • Şərh: 2140
  • Bal:
{awards}
tewkurler...............

★Angelocka★

  • 5 avqust 2013 16:25
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
tesekkurler....

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

pessimistka hebibe

  • 5 avqust 2013 11:43
  • Məqalə: 8
  • Şərh: 5507
  • Bal:
{awards}
ALLAH RAZI OLSUNNNN

..:Crystal:..

  • 5 avqust 2013 02:07
  • Məqalə: 61
  • Şərh: 7144
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------

Nara Neznakomka

  • 4 avqust 2013 23:54
  • Məqalə: 174
  • Şərh: 10792
  • Bal:
{awards}
Tövbə, fiqhin nəzərinə görə vacib bir əməldir. Günahkar öz günahını dərk etdiyi an tövbə etməlidir. Çünki günahkar bir insan Allahla müxalifətlik etmiş kimi olar. Günahın köklərini peşmançılıq və həsrətlə yandırmalıdır. Munkirləri qəlbindən və ruhundan pak etməlidir. Tövbəni təxirə salmaq- günahın bir növü və pisliklərə görə rahat olmaq deməkdir. Bu halda qalmaq kəbirə günahdır.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

^^Nazli^^

  • 4 avqust 2013 22:12
  • Məqalə: 134
  • Şərh: 7629
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

pervis

  • 4 avqust 2013 21:00
  • Məqalə: 68
  • Şərh: 4257
  • Bal:
{awards}
Twkkkkkkkkkkkkkkkkkkkkk

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

Rozi ross

  • 4 avqust 2013 20:07
  • Məqalə: 4
  • Şərh: 653
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Mənim üçün ən böyük xoşbəxtlik,mən öldükdən sonra sənin tərəfindən hələ də
düşünülməkdir..Amma əgər bu sənə aci verəcəksə, mən unudulmağa da raziyam...!


Qəribə deyil mi? İnsan həmişə eşq ağrısı çəkməkdən şikayətlənər əslində, yaxşı heçmi eşq ağrısı çəkdirən yox aramızda..

★CiM_BoM★

  • 4 avqust 2013 20:05
  • Məqalə: 7
  • Şərh: 1113
  • Bal:
{awards}
Allah komeyiniz olsun

--------------------

★NuTeLLa★

  • 4 avqust 2013 19:38
  • Məqalə: 278
  • Şərh: 5538
  • Bal:
{awards}
Allah razı olsun Ureyim :*

Roya_____

  • 4 avqust 2013 19:23
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun

^^KuKuLKa^^

  • 4 avqust 2013 19:21
  • Məqalə: 769
  • Şərh: 11374
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 4 avqust 2013 18:55
  • Məqalə: 67
  • Şərh: 6003
  • Bal:
{awards}
Allah butun insanlaran Razi Olsun!!!

--------------------
(^_*)

-chanel-

  • 4 avqust 2013 18:27
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
________ALLAH RaZi oLSuN________

^^Nazli^^

  • 4 avqust 2013 18:27
  • Məqalə: 134
  • Şərh: 7629
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

✵Дорогой✵

  • 4 avqust 2013 18:13
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

...BARSA FANATI....

  • 4 avqust 2013 17:48
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
Sitat: Barcelona
Allah razi olsun


Renesme

  • 4 avqust 2013 17:43
  • Məqalə: 8
  • Şərh: 2243
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Gözlüklü

  • 4 avqust 2013 17:32
  • Məqalə: 216
  • Şərh: 9220
  • Bal:
{awards}
Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 38

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}