Sevmirəm! (Bölüm19)

 
Sevmirəm! (Bölüm19)

Artıq səhər hər ikisi qərarını vermişdi...
Yasəmənlə Nilufər qonaq otağında səhər yeməyi yeyirdilər. Qapının zəngi çalanda Nilufər ayağa qalxıb rəfiqəsinə gülümsəyib qapını açmağa getdi. Açdığı anda qarşısında əlində gül buketi olan Aydını gördü.
Aydın:
-Salam- deyib gülümsədi.

Nilufər əsəbi tərzdə:
-Və sağ ol-deyib qapını örtmək istəyirdiki, Aydın əliylə qapını saxladı.
-Nilufər bilirəm məni görməyinə sevinmədin.
-Sevinmək? Elə sevindimki indi sevincimdən səni boğacam.
-Başa düşürəm əsəbləşmisən mənə. İcazə ver Yasəməni görüm.
-Jasmin burda deyil.
Aydın gözlərini qıyaraq Nilufərə baxıb:
-Anasıgil Rusiyaya gedib, Gülnar çox uzaqdadı. Tək variant sən qalırsan, xahiş edirəm çəkil görüm Yasəməni.
-Bəlkə Jasmin sevgilisinin yanına gedib?
-Nə sevgilisi?
-Eşitməmisən ərlə arvadın torpağı bir götürülüb. Sənin varsa, deməli onun da var!

Aydın utancla başını aşağı salıb, alçaq səslə dedi:
-Xahiş edirəm icazə ver içəri keçim. Yasəməni görməliyəm.
Nilufər qəzəblə:
-Sən bundan sonra Jasmini ancaq yuxunda görə bilərsən-deyib zərblə qapını çırpdı. Otağa keçib masaya əyləşərək kədərli görünən rəfiqəsinə baxdı:
-Keçəcək Jasminim-deyib saçlarını sığalladı. Yasəmən rəfiqəsinə baxıb kədərlə gülümsədi. Elə bu an qapının zəngi yenə çaldı.

Nilufər:
-Açmayacam qapını. Əvvəl-axır bezib gedəcək axmaq-deyib kinayəylə gülümsədi.
45 dəqiqə sonra:
Nilufər başını əllərinin arasına alıb, qapının zəngindən bezmiş halda getdikcə əsəbləşirdi. Yasəmən isə Aydının bu inadkarlağından özü də bilmədən üzündə yaranan sevinc gülümsəməsini gizlətməyə çalışırdı. Sonun da Nilufər əsəbi şəkildə dedi:
-Jasmin sabah ilk iş o qapının zəngin sökəcəm.
-Qapının toxmağı da var Nunu.
-Onuda sökəcəm!

Yasəmən rəfiqəsinə baxıb:
-Nilu qapı yerində durduğu müddətcə onu döyməyin 100-lərcə yolu var-deyib gülümsədi.
Nilufər uşaqcasına dodaqlarını büzüb Yasəmənə yalvaran gözlərlə baxıb dedi:
-Jasmin nolar qapını açım, o axmaq nə sözü var desin getsin. 10 dəqiqə daha bu zəngi eşitsəm maştağalıq olacam.
Yasəmən sanki heç də ürəyincə deyilmiş kimi baxıb dedi:
-Yaxşı, sənin xətrinə.

Nilufər sevinərək ayağa qalxıb qapını açdı. Aydının üzünə belə baxmadan otağa qayıdıb yerinə əyləşdi.

Aydın Nilufərin qapını açıb getməsindən sonra bir anlıq qapının ağzında donub qaldı. Səhərki qətiyyətini itirirdi yavaş-yavaş. Yasəməni geri qaytarmaq istəyirdi, amma özünü necə bağışladacağını bilmirdi. Sonunda cəsarətini toplayıb dərindən nəfəs alaraq içəri keçdi. Asta addımlarla qonaq otağına tərəf gedərək həyacanını boğmağa çalışırdı. Otağın qapısından keçdiyi an Yasəməni görüb dayandı. Darıxmışdı... Bir gecə də nə qədər darıxa bilərsən ki, birindən? Bəlkə də Yasəmənə bir gecə yox, bir ömür həsrət qalmışdı. Gözlərindən, saçlarından, ətrindən, səsindən...hər şeyindən ötrü darıxmışdı. İndi onu qucaqlamaq, doya-doya öpmək keçirdi ürəyindən, lakin tək edə biləcəyi baxmaq idi. Bəlkə də bir ər kimi haqqı var idi Yasəmənə toxunmağa, amma bu haqqı özü itirmişdi və cəzasını çəkməli idi. Bütün bunları anlayıb masaya yaxınlaşıb Yasəmənə baxaraq dedi:

-Salam Yasəmən.
Yasəmən Aydına baxmadan başıyla Salamını aldı. Heç kəs danışmaq istəmədiyindən ortalığa sükut çökdü. Aydın hələ də masanın kənarında ayaq üstə qalmışdı. Sonunda heç kəsin ona təklif etməyəcəyini anlayıb özü stul çəkərək oturdu. Yasəmənlə danışmaq istəyirdi amma Nilufər yanlarında olduğu üçün cəsarət edə bilmirdi. Cəsarətini toplayıb onları tək qoyması üçün Nilufərə baxmağa başladı. Nilufər bu baxışların mənasını anlasada, inadına yerindən tərpənmədən Aydına baxırdı. Sonunda Aydın Nilufərin öz xoşu ilə getməyəcəyini anlayıb dedi:
-Nilufər mən bura sənə baxmağa gəlməmişəm.

Nilufər:
-Bilirəm-deyib vecsizcə çiynini çəkdi.
-Bəlkə bizi 10 dəqiqə tək qoyasan.
-Mən rəfiqəmi səninlə tək qoya bilmərəm.

Aydın bezmiş şəkildə başını yelləyib:
-Nilufər mən Yasəmənlə 2 ay yaşamışam, əmin ol 10 dəqiqədə edəcəklərimdən daha çox şey edə bilərdim 2 ayda istəsəydim-deyib kinayəylə gülümsədi.

Nilufər bu sözdən sonra Yasəmənə baxdı, Yasəmənin başını razılıq mənasında yüngülcə yellədiyini görüb istəməsədə ayağa qalxdı. Aydına təhdidkar baxışlarla baxıb, yandaki otağa keçdi.

Tək qaldıqları anda Yasəmənin Aydın içəri keçdikdən bəri başlayan həyacanı daha da artdı. Qəlbi nə qədər qırılsa da, Aydını gördüyü anda onu hələ də çox sevdiyini anladı. Mümkün olduqca ona baxmamağa çalışırdı, çünki bilirdi Aydına baxdığı anda güclə yaratdığı soyuq ifadənin yox olub, ona sevgi dolu baxışlarla baxacağını. Amma yox, o bir qərar vermişdi artıq...

Aydın stulunu Yasəmənə yaxınlaşdırıb, əlindəki buketi ona uzadaraq dedi:
-Sənin qədər gözəl olmasa da sənin üçündü.

Yasəmən əlini uzadıb buketi tutdu. Aydın buraxdığı anda, bilərək buketi yerə salıb süni təəssüflə başını yelləyib:
-Bilmədən oldu, heyif. Amma yerdəki parketə çox yaraşır, elə orda qalsın-deyib kinayəylə gülümsəyərək Aydına baxdı.

Aydın Yasəmənin bu hərəkətindən biraz tutulsada zorla gülümsəyərək:
-Necə istəyirsənsə gözəlim.-deyib dərindən nəfəs alıb dəvam etdi:

-Yasəmən mən üzr istəyirəm bağışla məni. İnan hər şey Xəyalənin planı imiş. Bilirsən Rənanı da o göndəribmiş. Boynuma alıram, mən böyük səhv elədim və çox peşmanam. Amma əmin ol onunla aramızda heç nə olmayıb, heç əlini belə tutmamışam. Məni bağışla, qayıdaq evimizə. Söz hər şey yaxşı olacaq, əsil ailə kimi olacayıq. Həm mən səni...

Aydının sözünü bayaqdan ona boş nəzərlərlə baxan Yasəmən kəsdi:
-Yanılırsan Aydın, biz əsla əsil ailə olmayacağıq, əsla... Problem sənin o qızla nə yaşaman deyil, problem sənsən. Daha doğrusu problem bizim uşaqcasına əməllərimizdi. Evlənməyimiz xətaydı və buna davam etməyin ancaq ikimizə zərəri olacaq.

Aydın Yasəmənin bu qətiyyətindən biraz çəkinsə də, "yox gözəlim, səni bu qədər sevərkən itirə bilmərəm"-düşünüb:
-Sənə elə gəlir. Mən evlənməyimizə peşman deyiləm və əsla peşman olmayacam-deyib gülümsədi.

Yasəmən:
-Necə peşman olduğunuzu özünüz dünən etiraf etmişdiniz Aydın bəy. Həm bizim evliliyimiz onsuzda oyun idi-deyib kinayəylə gülümsədi.
-Nə oyun? Halımıza bax normal ər- arvadlar kimi dalaşırıq.

Yasəmən:
-Pah, bizim nəyimiz normal olduki, evliliyimizdə normal olsun-deyib gözlərini süzdürdü.
Aydın heç nə demədən əlini uzadıb Yasəmənin əlini tutdu. Yasəmən çəkməyə çalışsa da buraxmadan onun gözlərinə baxıb insanın ruhunu oxşayan səs tonu ilə danışmağa başladı:

-Bir evliliyi əsl edən nədir bilirsən gözəlim? Sevgi... Mən səni sevirəm, deməli evliyimiz artıq bir oyun deyil...
Yasəmən eşitdiklərinə inana bilmirdi. Aydın onu sevirdi? İllərdir eşitməyi arzuladığı cümləni eşitmişdi. Ürəyi sürətlə döyünməyə başlamışdı, sanki bədəni od tutub yanırdı. Nə deyəcəyini bilmədən Aydına baxırdı. Amma bu halı çox çəkmədi, ağlı ona Aydının yalan dediyini söyləyirdi.

Bu fikirlə özünü toplayıb əsəbi şəkildə:
-Demək sevgi? Onda evliliyimiz hələ də bir oyundu sadəcə, çünki mən səni sevmirəm-deyib əlini çəkməyə çalışdı.
Aydın gülümsəyərək Yasəmənin ondan qurtarmağa çalışdığı əlini bərk tutub:
-Sənin bilirsən nəyinə vurulmuşam? Bu inadkarlığına, şirinliyinə, baxışına və "məni öp"-deyə yalvaran dodaqlarına.-deyib Yasəməni özünə çəkərək dodaqlarından öpdü...

P.S: Ardı Var.


Geri dön

..:Crystal:..

  • 13 avqust 2013 08:22
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
Sevmirəm!bu hekayə uzundu?

--------------------

-chanel-

  • 9 avqust 2013 02:06
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
___________________Tewekurler___________________

Renesme

  • 9 avqust 2013 00:57
  • Məqalə: 8
  • Şərh: 2272
  • Bal:
{awards}
Tewekkurler.....

--------------------

Lonely_Alone

  • 8 avqust 2013 19:11
  • Məqalə: 5
  • Şərh: 435
  • Bal:
{awards}
Final vabwe super olacax twk))

--------------------
Mən bu həyatda ALLAHdan başqa heç kimdən qorxmuram!..

Prosta_Novuw

  • 8 avqust 2013 18:12
  • Məqalə: 2
  • Şərh: 866
  • Bal:
{awards}
Bele gediqnen buhekayee 1 aya qutarar :D

--------------------
нәг агхамсά дапІшапІп воупuпда імzάм vаг ! ;)

Sonsuz_Sevgim

  • 8 avqust 2013 17:59
  • Məqalə: 12
  • Şərh: 58
  • Bal:
{awards}
insan sevgi qarwisinda acizdi ozde cox aciz recourse buna oxwar bir wey menimde bawima gelib .bir ferqi var ki onlar evlidiler biz sevgili .ehhhhh asand deyileee .men baxiwlasamda uje gecdi .

--------------------
Bəzən o qədər çox sevərsən ki, o uzaqda nəfəs alsa sən şükr edərsən..Bax mende seni bele sevirem

Gözlüklü

  • 8 avqust 2013 15:36
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Oxudum tewekkur

ღ★Damla★ღ

  • 8 avqust 2013 15:13
  • Məqalə: 213
  • Şərh: 3971
  • Bal:
{awards}
Final yaxwi olacaqq wink

sessiz_kiz

  • 8 avqust 2013 15:08
  • Məqalə: 3
  • Şərh: 253
  • Bal:
{awards}
cox gozeldi ama bu hekaye 26 bolumdu... finalda super... yende tewekkurler ★KaRaMeLKa★

--------------------
Əsgər Sevgilim hər gun səni fikirləşib, sənə dua edib, gunləri sayıb, tez gəlib getməsini diləyirəm.Sənsiz keçen hər gun mənə maraqsız, darıxdırıcı, sıxıcı,rengsiz gəlir.

Elza Hüseynli

  • 8 avqust 2013 14:10
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrrrrrrrrr

^^KuKuLKa^^

  • 8 avqust 2013 14:07
  • Məqalə: 767
  • Şərh: 11559
  • Bal:
{awards}
Ardı tez olsun...İnşAllah barışarlar...

--------------------

pessimistka hebibe

  • 8 avqust 2013 14:03
  • Məqalə: 8
  • Şərh: 5629
  • Bal:
{awards}
tewekkurleeeeeeeeeer

Nara Neznakomka

  • 8 avqust 2013 13:54
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Nilufər:
-Açmayacam qapını. Əvvəl-axır bezib gedəcək axmaq-deyib kinayəylə gülümsədi.
45 dəqiqə sonra:
Nilufər başını əllərinin arasına alıb, qapının zəngindən bezmiş halda getdikcə əsəbləşirdi. Yasəmən isə Aydının bu inadkarlağından özü də bilmədən üzündə yaranan sevinc gülümsəməsini gizlətməyə çalışırdı. Sonun da Nilufər əsəbi şəkildə dedi:
-Jasmin sabah ilk iş o qapının zəngin sökəcəm.
-Qapının toxmağı da var Nunu.
-Onuda sökəcəm!

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

GUNI

  • 8 avqust 2013 13:41
  • Məqalə: 0
  • Şərh: 6492
  • Bal:
{awards}
MARAQLI IDI TWKLER.............

--------------------

✵Дорогой✵

  • 8 avqust 2013 13:16
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Oxudum beyendim Tewekkurler ARdi Olsun

Roya_____

  • 8 avqust 2013 12:45
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tesekurler ne cox ardı var )

..:Crystal:..

  • 8 avqust 2013 12:31
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

★Angelocka★

  • 8 avqust 2013 12:25
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
ardini sebirsizcesine gozdeyirem

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

...BARSA FANATI....

  • 8 avqust 2013 12:20
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Tesekkurler meqale ucun...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 12
Cəmi: 24

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}