Bilirdim ki

 
Bilirdim ki

Bilirdim ki, gün gələcək,
Son bahartək həyatımı tərk edəsən.
Qalacağam yalqız, tənha.
Bir gün mən də
Son baharda yuvasından ayrı düşən
Durnalartək
Gəzəcəyəm yad elləri.

Görəcəyəm yad gozləri,
Yad üzləri.
Hər bir zaman görəcəklər gözlərimdə
Sevinc, gülüş.
Sanacaqlar bu həyatda xoşbəxt varsa,

O da mənəm.
Ancaq hec kim görməyəcək ürəyimi.
Duymayacaq heç bir kimsə
Nə qüssəmi, kədərimi.
Görməyəcək heç bir kimsə

Urəyimə göz yaşımla həkk etdiyim o şəklini.
Duşunmə ki, unudacam daha səni.
Gün gələcək
İlk baharda yuvasına geri dönən durnalartək
Dönəcəyəm öz yuvama.


Ancaq onda o yuvadan qalmayacaq bir yuvalıq.
O yuvanın hər küncündə hökm edəcək
Bir sükunət,
Bir tənhalıq.
Ancaq daha getməyəcəm o yuvadan.

Nakam eşqi yaşatmaqcün
Qalacağam o yuvada.
Səni sənsiz anacağam,
Alışacam öz közümə,


Öz oduma yanacağam.
Bəzən bir səs sual edir ürəyimdən,
Sonu varmı bu sevginin?!
Unut daha!
Düşünürəm.
Unut demək nə çox asan.

İlk sevgini unutmaqçün
Gərək öncə oz qəlbini unudasan.
Kim bilir ki,
Bəlkə bir gün qəlbimi də unudacam.
Ancaq səni...
Ancaq səni unutmaqçün

Öz əlimlə öz qəlbimi gərək yaram,
Göz yaşımla ürəyimə həkk etdiyim
O şəklini öz əlimlə urəyimdən silib atam.
Bəlkə onda o sevgini mən unudam.
İndi düşün.
İlk sevgini ürəyindən silib atmaq
Belə asan?

Bilirdim ki


Geri dön

..:Crystal:..

  • 17 avqust 2013 16:39
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
Öz əlimlə öz qəlbimi gərək yaram,
Göz yaşımla ürəyimə həkk etdiyim
O şəklini öz əlimlə urəyimdən silib atam.
Bəlkə onda o sevgini mən unudam.
İndi düşün.
İlk sevgini ürəyindən silib atmaq
Belə asan?

--------------------

Milyonerka

  • 14 avqust 2013 15:10
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
beyendim saol

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

★Angelocka★

  • 14 avqust 2013 13:11
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
Öz oduma yanacağam.
Bəzən bir səs sual edir ürəyimdən,
Sonu varmı bu sevginin?!
Unut daha!
Düşünürəm.
Unut demək nə çox asan.

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

..:Crystal:..

  • 13 avqust 2013 04:10
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
Görəcəyəm yad gozləri,
Yad üzləri.
Hər bir zaman görəcəklər gözlərimdə
Sevinc, gülüş.
Sanacaqlar bu həyatda xoşbəxt varsa,

O da mənəm.
Ancaq hec kim görməyəcək ürəyimi.
Duymayacaq heç bir kimsə
Nə qüssəmi, kədərimi.
Görməyəcək heç bir kimsə

Urəyimə göz yaşımla həkk etdiyim o şəklini.
Duşunmə ki, unudacam daha səni.
Gün gələcək
İlk baharda yuvasına geri dönən durnalartək
Dönəcəyəm öz yuvama.

--------------------

ADA GirL

  • 12 avqust 2013 15:11
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Tewekkur weire gore no

siyah gozlum

  • 11 avqust 2013 16:34
  • Məqalə: 1
  • Şərh: 2172
  • Bal:
{awards}
aaa niye hec kim serh yazmayib?

gozel seirdir tewkk..............

★CiM_BoM★

  • 11 avqust 2013 15:04
  • Məqalə: 7
  • Şərh: 1132
  • Bal:
{awards}
cox sagol ureyim

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 25

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}