Sevmirəm! (Bölüm 23)

 
Sevmirəm! (Bölüm 23)

Aydın:
-Bəsdi! Anlamırsan, sənsiz nəfəs belə ala bilmirəm! Sənsiz bacarmıram-deyib Yasəmənin qarşısında diz üstə çökdü.
Yasəmən Aydının bu hərəkətindən və onlara baxan insanlardan utanıb başını aşağı salıb pıçıldadı:
-Aydın xahiş edirəm qalx. Hamı bizə baxır.
Aydın vecsizcə çiynini çəkib:
-İnan mənim daha ciddi problemlərim var. İndi yanımızdan keçən hər sevgilisi olan oğlan mənə nifrət edir-deyib yazıq-yazıq gülümsədi.
Yasəmən başını qaldırıb:
-Niyəki?-deyib təəccüblə Aydına baxdı.
Aydın gülümsəyib:
-Yasəmən bura Azərbaycandı. Mənim elədiyimi heç bir oğlan etməz. 1 ay bundan qabaq mənim etdiyimi bir dostum etsəydi, hər görəndə gülərdim ona. İndi vecimə deyil. Mən səni istəyirəm və səni geri qaytarmaq üçün bütün dünyanın qarşısında sənə yalvarmağa hazıram, amma bunu etməsək daha yaxşı olar hə gözəlim-deyib Yasəmənin əlindən tutub uşaq şirinliyi ilə gülümsədi.
Yasəmən gülümsəyib:
-Yox, yox eləmə, lazım deyil. Onsuzda indi yetərincə biabr oluruq-deyib süni əsəbiliklə gözünü süzdürdü.
-Əla, onda bağışla məni gedək evimizə. İnan məndə bu vəziyyətdə heç də rahat deyiləm.
Yasəmən biraz düşünürmüş kimi davranıb, gözlərini qıyaraq Aydına baxıb soruşdu:
-Yəni belə tez?
Aydın təəccüblə:
-Tez? Hardasa bir həftə keçib. Heç də tez deyil.
-Aydın illərlə özünü bağışlada bilməyən insanlar var.
Aydın:
-Bu onların öz səfehlikləridi. Sevən adam əlindən gələni edib özünü bağışladar mütləq-deyib qalib gəlmiş kimi gülümsədi.
Yasəmən onun bu lovğalığına əsəbləşib:
-Pah. Bu o qədər də asand deyil Aydın bəy-deyib əllərini çəkdi.
Aydın onun bu şirin əsəbiliyinə gülüb:
-Yaxşı ki, "mənim kimi" demədin, yoxsa pis sınardım-deyib başını yellədi.
Yasəmən dodağını büzüb, uşaq şıltaqlığı ilə dedi:
-Özündənrazı.
Aydın təəccüblə Yasəmənə baxıb:
-Mənəm özündənrazı? Bu halıma bax, camaatın gözü qabağında qarşında diz çökürəm. Məncə burda yeganə özündənrazı sənsən. Sənin yerinə başqa qız olsaydı çoxdan atılmışdı boynuma.
Yasəmən əsəbi tərzdə:
-Eləmi? Onda get başqa qızın yanına, o dolansın boynuna-deyib gözlərini süzdürdü.
Aydın gülümsəyib:
-Problem ondadıki mən başqasına yox, sənə aşiq olmuşam. Görəsən kimin ahın almışamki ALLAHda mənə səni verib-deyib süni təəssüflə başını yellədi.
-Pah. Əsas ALLAH keçmiş və gələcək günahlarıma görə səni mənə verib! Sənə dözdüyümə görə yəqin cənnətə düşəcəm.
Aydın bic-bic gülümsəyib:
-Deməli ALLAHın bizi bir-birimizə verdiyini qəbul etdin gözəlim-deyib mənalı-mənalı baxdı.
Yasəmən Aydının tələsinə düşdüyünü anlayıb, heç nə demədən donub qaldı. Əslində deməyə söz tapmırdı. Utanıb başını aşağı saldı. Sonra özünü toplayıb Aydına baxıb pıçıltıyla:
-Dəli...-deyib gülümsədi.
Aydın Yasəmənin inadını qırdığını anlayıb gülümsəyərək dedi:
-Bu qızların dilində 'səni çox sevirəm' deməkdi hə?
Yasəmən uşaq şıltaqlığı ilə çiynini çəkib:
-Yox. Heç də elə demək deyil. Dəli, elə dəli deməkdi-deyib gözünü süzdürdü.
-Hı hı, inandım.
-Heç inanmada, mənə nə?.
Aydın Yasəmənə baxıb:
-Normal bir qız bu jestimdən sonra mənimlə dalaşmaq əvəzinə eşqnamə oxuyardı bilirsəndə?-deyib gülümsədi.
Yasəmən də Aydının bu sözünə gülümsəyib dedi:
-Deməli mən normal qız deyiləm.
Aydın Yasəmənin əlini tutub gözlərinə baxaraq:
-Normal qız olsaydın mən səni belə çox sevməzdim-deyib gülümsədi.
Yasəmən Aydının baxışlarından utanıb başını aşağı saldı.
Əslində onlara qalsa bu romantik vəziyyətdə çox qalardılar, lakin bayaqdan onlar hiss etmədən ətraflarına toplaşan adamlardan biri-təxminən 65 yaşlı bir nənə onlara yaxınlaşıb şirin əsəbiliklə dedi:
-Ay qız nə çox naz edirsən? Bu yazıq uşaq bayaqdan yalvarır, əgər sən bağışlamasan aparıb evimizə öz nəvəmi verəcəm bu balama.
Yasəmənlə Aydın nənənin bu sözlərindən təəccüblənib donub qalmışdılar. Aydın özünə gəlib Yasəmənin danlanmasına ürəkdən gülməyə başladı. Yasəmən Aydının güldüyünü görüb əsəbi şəkildə ona baxıb dedi:
-Ey, bu haqsızlıqdı! Günahkar olan sənsən, danlanan mən.
Aydın yalandan yazıq görkəm alıb dedi:
-Axı mən peşman olmuşam, sən isə hələ də məni incidirsən.
Bayaqdan onlara qulaq asan nənə:
-Ay qız çox incitmə uşağı. Nə eliyib, qələt eliyib, bağışla getsin-deyib gülümsündü.
Yasəmən Aydına baxıb:
-Ən azından az da olsa səni danladı-deyib gözünü süzdürdü.
Aydın bic-bic gülümsəyib:
-Yasəmən inan indi məni bağışlamasan nənə səni döyəcək-deyib gözüylə nənəni işarə etdi.
Yasəmən nənəyə baxıb həqiqətəndə onun zəhmindən qorxub, güya ürəyincə deyilmiş kimi pıçıldadı:
-Yaxşı bağışlayıram səni. Amma nənənin xətrinə ha.
Aydın sevinclə gülümsəyib öpmək üçün Yasəmənə yaxınlaşırdıki nənənin səsi onu dayandırdı:
-A gədə xalxın qızın niyə öpürsən?
Aydın qorxu qarışıq təəccüblə dedi:
-O xalxın qızı deyil, mənim arvadımdı.
-Bıy. Sən bayaqdan öz arvadına yalvarırdın? Kül başına, cılız şeydi, vur qoltuğuva apar evinədə.
Aydın Yasəmənə baxıb:
-Niyə bu fikir mənim ağlıma gəlməyib. Boş yerə bu qədər əziyyət çəkdim-deyib Yasəmənin ona qəzəblə baxdığını görüb əlavə etdi:
-Amma gözəl arvadımın nazıyla oynamaq mənə daha xoşdu.
Yasəmən gülümsəyib dedi:
-Yaxşı, sən get, birazda burda qalsan bizi döyəcəklər.
-Mən sənsiz heç yerə getmirəm.
-Get, mən sabah əşyalarımı yığıb gələcəm.
Aydın uşaq şıltaqlığı ilə:
-Sən indi gəlsən, əşyaların sonra gələr.
-Bəsdi Aydın, uşaqlıq eləmə, get.
Aydın könülsüzcə ayağa qalxıb, Yasəməni öpmək üçün əyilirdiki nənənin hələ də zəhmlə ona baxdığını görüb sadəcə yanağından öpdü. Gedərkən ətraflarındaki insanları öz kəskin baxışlarıyla qovmağı unutmadı...
2 saat sonra:
Yasəmənlə Nilufər hələ də milli parkda söhbət edirdilər. Getdikcə havanın qaraldığını görüb Nilufər dedi:
-Jasmin bəlkə gedək? Həm əşyalarını yığmalıyıq.
Yasəmən "yaxşı" mənasında başını yellədi. İkisi yola tərəf gedirdilərki Nilufərin telefonuna zəng gəldi. Yasəmən zəngin kimdən gəldiyini anlayıb mənalı şəkildə ona baxıb:
-Yaxşı, biraz o tərəfdə danışa bilərsən-deyib gülümsədi.
Nilufər utancdan qızarıb:
-Jasmin gözlə, 5 dəqiqəyə gəlirəm-deyib telefonu açıb uzaqlaşdı.
Yasəmən yolun digər tərəfindəki maşınına baxıb, Nilufəri maşında gözləməyi qərara alıb yolu keçmək istədi, amma yolun ortasında təkəri çökəkliyə ilişdi. Çıxmağa çalışırdı, amma o qədərdə qorxmurdu. Onsuzda park yolundan maşınlar aşağı sürətlə keçirdilər və artıq 5-6 avtomobil yanından zərərsiz keçmişdi...
Aydın evə gəlib, bir başa Yasəmənin otağına getdi. Sevinclə yatağa uzanıb pıçıldadı:
-Sənsiz keçəcək son gecə gözəlim...
Birdən gözünə tumbanın üstündə duran dəftər sataşdı. Əlinə alıb vərəqləməyə başladı. Bu Yasəmənin şeir dəftəri idi və Aydın ondaki bütün şeirləri oxumuşdu. Hətda birini Yasəmənə mahnı kimi oxumuşdu. Bu fikirlərlə dəftəri vərəqlədikdə diqqətini son səhifədə olan adsız bir şeir çəkdi:
Bağışla məni sevgilim, uzaqdayam.
Buraxıb getdim sənin əllərini.
Keşkə bu an yanında ola bilsəm,
Silə bilsəm yaş axan gözlərini.
Sən idin mənim qoruyucu mələyim,
İlk sevgim, tək sevgim və son nəfəsim.
Amma unutma bunu əsla sevgilim,
Mən sonsuzadək olacam sənin.
Gəlmə daha hər gün məni görməyə,
Görməyim kədərini, eşitməyim ahlarını.
Niyə unutmursan axı məni sevgilim?
Göz yaşların yandırır soyuq məzarım...
Aydın oxuduğu şeirdən təsirlənib dəftəri örtüb, içinə dolan səbəbini bilmədiyi kədərdən qurtulmağa çalışdı.
Yasəmən yolun ortasında çökəkdən qurtulmağa çalışırdı. Tək bacarmayacağını anlayıb Nilufəri gözləməyə başladı. Hələ də qorxmurdu. Avtomobillər yanından yavaşca keçirdi. Lakin birdən siqnal səsinə diksinib yana baxdıqda son sürətlə üstünə gələn maşını gördü. Avtomobil böyük sürətlə getdiyi üçün nə dayandıra, nə cəld dönüş edə bilirdi sürücü, əlindən sadəcə siqnal vermək gəlirdi. Yasəmən çökəkdən vaxtında çıxa bilməyəcəyini anladığı üçün sehirlənmiş kimi ruhsuzca üstünə gələn maşına baxırdı. Sadəcə gözlərini yumdu...son gördüyü avtomobilin işıqları...son eşitdiyi güclü zərbə səsi...son sözü: ALLAHım indi yox...

P.S: Ardı Var.


Geri dön

Adsiz Melek

  • 17 avqust 2013 13:00
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
superrrrrrrrrrr

..:Crystal:..

  • 16 avqust 2013 19:22
  • Məqalə: 61
  • Şərh: 7144
  • Bal:
{awards}
Meqaleye gore tewekkurler

--------------------

★Angelocka★

  • 16 avqust 2013 18:37
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
cox sag olun............

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

.::Barbie::.

  • 15 avqust 2013 22:57
  • Məqalə: 0
  • Şərh: 104
  • Bal:
{awards}
bu hekayeni axira qeeder oxumuwam,cox gozel hekayedi

Elza Hüseynli

  • 14 avqust 2013 17:27
  • Məqalə: 0
  • Şərh: 6076
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrrrrrrrrr

..:Crystal:..

  • 14 avqust 2013 12:12
  • Məqalə: 61
  • Şərh: 7144
  • Bal:
{awards}
MƏQALƏ ÜÇÜN TŞK

--------------------

WITH_YOU

  • 14 avqust 2013 08:25
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
THANK YOU ....

★Angelocka★

  • 14 avqust 2013 00:37
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}




Ardını tez atında...



--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

★Angelocka★

  • 13 avqust 2013 21:39
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
tesekkurler........

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

...BARSA FANATI....

  • 13 avqust 2013 20:51
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
hekaye ucun sag ol...

GunaySelena

  • 13 avqust 2013 20:09
  • Məqalə: 5
  • Şərh: 18
  • Bal:
{awards}
2 bolumu qalib axiri superdi bir qizlari olur adida melek ferdile niluferin toy gununde olur he leylayla eldar evlenir 24 cu bolumde xestexanada aydin yasemenin yatdigini bilib her seyi deyir:15 yasindan beri onu sevdigini falan

--------------------
G

..:Crystal:..

  • 13 avqust 2013 19:53
  • Məqalə: 61
  • Şərh: 7144
  • Bal:
{awards}
Bu məqalənin ardını səbirsizliklə gözləyirəm
Birdə təşəkkürlər

--------------------

Roza-7

  • 13 avqust 2013 19:39
  • Məqalə: 0
  • Şərh: 71
  • Bal:
{awards}
aydaaaaaa,mawin vuracaq indi?(((((((,indi yoxdaaaaa((((....

★Angelocka★

  • 13 avqust 2013 19:29
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
vauuuuuu.........ardi bes? recourse

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

pessimistka hebibe

  • 13 avqust 2013 19:00
  • Məqalə: 8
  • Şərh: 5507
  • Bal:
{awards}
tewekkurler.

TEWEKKURLERRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRR
RRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRR
RRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRE

^^Nazli^^

  • 13 avqust 2013 18:33
  • Məqalə: 134
  • Şərh: 7629
  • Bal:
{awards}
tewkkurler...........

--------------------

sebishkaa

  • 13 avqust 2013 18:32
  • Məqalə: 0
  • Şərh: 1144
  • Bal:
{awards}
tewekkur ama ardini tez verinde sebirsizlikle gozleyirem

★NuTeLLa★

  • 13 avqust 2013 18:30
  • Məqalə: 278
  • Şərh: 5538
  • Bal:
{awards}
Oy vehwiiiiiiii Ardini Tez ver Izleyenlerun Choxdu Tezol ^^ :D

:..GIZEMLI..:

  • 13 avqust 2013 18:19
  • Məqalə: 28
  • Şərh: 3290
  • Bal:
{awards}
Eziyyetinize gore minnetdaram

-chanel-

  • 13 avqust 2013 18:17
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
Meqale ucun tewekkurler...........................

Sweat girl

  • 13 avqust 2013 18:17
  • Məqalə: 0
  • Şərh: 718
  • Bal:
{awards}
Tewekkurler

SIRINIMM

  • 13 avqust 2013 18:13
  • Məqalə: 0
  • Şərh: 72
  • Bal:
{awards}
Tez 24 bolumde verin xaisde

Milyonerkaa

  • 13 avqust 2013 18:08
  • Məqalə: 43
  • Şərh: 5069
  • Bal:
{awards}
meqle ucun tesekkurler...

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

Roya_____

  • 13 avqust 2013 18:07
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
meqale ucun twk

mysterious

  • 13 avqust 2013 18:00
  • Məqalə: 0
  • Şərh: 102
  • Bal:
{awards}
Ne olarrrrr bunun ardini tez verin. Ureyim partdiyiree gozlemekden. Karamelka, xahiw edirem birazdan ardini yaza bilersen. Oxucuya hormet elameti olaraq. Xahiw edirem yaz bu gun bolum 24. Gozleyecem. Indiden tewekkur edirem.

--------------------
Əgər bir gün başımı aşağı əyilmiş görsən, bilki bir başqasını qaldirmaq üçün əyilmişəm.....

siyah gozlum

  • 13 avqust 2013 17:58
  • Məqalə: 1
  • Şərh: 2140
  • Bal:
{awards}
TEWKURLER..............

GUNI

  • 13 avqust 2013 17:56
  • Məqalə: 0
  • Şərh: 6402
  • Bal:
{awards}
ayyy cox maraqlidi ardi tez olsun.............................

--------------------

^^KuKuLKa^^

  • 13 avqust 2013 17:50
  • Məqalə: 770
  • Şərh: 11383
  • Bal:
{awards}
ardi olsundaaaaaa request

--------------------

Nazi_Odi

  • 13 avqust 2013 17:46
  • Məqalə: 36
  • Şərh: 5386
  • Bal:
{awards}
Meqaleye gore tewekkurler

sky_girl

  • 13 avqust 2013 17:42
  • Məqalə: 6
  • Şərh: 995
  • Bal:
{awards}
. Tesekkurler

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 51
Cəmi: 69

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}