İlahi ziyafətdən haraya qayıdırıq?

 
İlahi ziyafətdən haraya qayıdırıq?

Mübarək Ramazan ayı ilə vidalaşdıq. Yaşadığımız gün - Fitr bayramı günüdür. Bağışlanmamız üçün yaradılmış fürsətlərdən, imkanlardan necə istifadə etdik? İlahi ziyafətdən öz payımızı götürə bildikmi? Günün sualları budur.

FİTR BAYRAMINI NECƏ MÜƏYYƏN EDƏK?

Mübarək Fitr bayramı Şəvval ayının 1-də qeyd edilir. Həmin günün müəyyən edilməsi üçün Ayın görünməsi zəruridir. Fitr bayramı, hər hansı adi bayram deyil ki, onu rəsmi qurumlar təyin etsin, başqa mövzular deyil ki, kim necə istəyirsə, elə də müəyyənləşdirsin. Ramazan ayı – Allahın ayıdır, İslami bir aydır və İslami bir ayın da məsələləri – şəriət məsələləridir. Ona görə də ayın müəyyən edilməsi Peyğəmbərimizə (s) və onun pak Əhli-beytinə (ə) istinadən həll olmalıdır. Zamanımızda da bu məsələ böyük müctəhid və mərcelərin nəzəri ilə həll olunur. Müvafiq Ayşünaslıq mərkəzlərinin nəzdində komissiyalar fəaliyyət göstərir. Və Ayın müəyyən edilməsi ilə bağlı araşdırmalar buna əsasən aparılır.

RAMAZAN AYI İLƏ VİDALAŞARKƏN SALAM DEYİRİK

Ramazan ayının son anlarının özünəməxsus xüsusi əməlləri, çalarları mövcuddur. Ayla vidalaşmaqla bağlı İmam Səccaddan (ə) xüsusi bir dua buyurulub. Diqqət cəlb edən məsələlərdən biri bundan ibarətdir ki, biz bu duada mübarək aya iyirmi üç dəfə salam veririk. Yəni, həmin mübarək vidalaşmaq duasında aya iyirmi üç dəfə salam verilir. Dəyərli İslam araşdırmaçıları mübarək aya bitəndə salam verilməsi ilə bağlı çox önəmli bir sual ortalığa qoyurlar. Hamıya məlumdur ki, salam adətən əvvəldə verilər, başlanğıcda verilər. Bəs bu, nə məsələdir?

NAMAZIN SONUNDA SALAMIN DEYİLMƏSİNİN HİKMƏTİ


Böyük İslam alimləri namazın salamı ilə bağlı da bir mühüm nöqtəyə toxunurlar. Biz salamı namazın sonunda veririk. Namazda da salam axırda verilir. Namazda salamın axırda verilməsi ilə bağlı çox maraqlı bir izah mövcuddur. Bir mömin namaza başladığı zaman Allahı zikr etməklə məşğul olmağa başlayır. Bu zaman həmin mömin İlahi cəhət tapır. Bu dünyadan və onun içindəkilərindən qırılır. Namazın mahiyyəti ondan ibarətdir ki, insan gərək Allahı zikr etməklə məşğul olsun. Namaz – Allahla rabitənin, Allahla bağlantının ortalığa gəlməsidir. Və əgər biz, namaz zamanı Allahla bağlantı tapsaq, bütün ruhiyyəmiz İlahi cəhət tapar. Namazın ardında insan o zaman ki, Allahla rabitəni başa vurur və yenidən bu dünyaya geriyə qayıdır, bu dünyaya daxil olmanın başlanğıcında salam deyir. Yəni bizim namazın yekununda verdiyimiz salam – namaz vaxtı qalxdığımız İlahi mələkut yüksəlişindən qayıdışımızın bildiricisidir. Namazın sonunda dediyimiz salam - bizim yenidən dünyaya qayıtmamızın bildiricisidir. Namazı yekunlaşdırdıqdan sonra biz maddi dünyaya qayıdırıq və bu, maddi dünyanın başlanğıcıdır. Başlanğıc, əvvəl olduğu üçün salam veririk. Əslində insan namazdan sonra maddi dünyaya enişində, maddi dünyaya daxil olarkən salam deyir.

Salam özü - Allahın adlarından biridir. Namazda biz yuxarı qalxırıq, səfər gedirik, yüksəlirik. Əgər təbii ki, həmin namazı qılsaq, Rəbbimizə doğru uçuşumuz olar. Bu halda biz maddi dünyadan qırılırıq. Və yenidən həmin dünyaya qayıdanda, maddi dünyanın başlanğıcında Allahın həmin o adını – salamı deyirik.

RAMAZAN AYINDAN SONRAKI ENİŞ

Bəs Ramazan ayı ilə vidalaşan zaman İmam Səccaddan (ə) buyurulan duadakı salam nədir? Namazla bağlı aydınlıqdan ilhamlanan İslam araşdırmaçıları bildirirlər ki, necə ki, insan namazda maddi dünyadan qırılmışdı, mübarək Ramazan ayında da insan yuxarı qalxmışdı, mələkutə yüksəlmişdi. Necə ki, namazdan sonra maddi aləmə qayıdırıq, elə də Ramazan ayından sonra biz yerə enirik, maddi dünyanın süfrələrinə enirik, bu dünyanın həyatına enirik. O qədər bu eniş ciddi bir vəziyyətdir ki, həmin enişimizi duada keçən iyirmi üç salamla qeyd edirik. Bir aylıq mənəvi aləmə uçuşumuzdan sonra yenidən maddi aləmə enməmizi əslində həmin salamlarla əlamətləndiririk.

Mübarək ay əlimizdən çıxmaqdadır. İmam Səccadın (ə) duasında keçən çox mübarək salamlar mövcuddur. Hər bir salamın özünəməxsus dərin fəlsəfi mənaları mövcuddur. Vidada toxunulan yalnız bəzi salamlara toxunmaqla da, bəlkə, onların mahiyyətini anlamaq olar. Hansı ay ilə xüdafizləşməyimizi bilmək üçün həmin salamlara diqqət etmək çox zəruridir.

HANSI AYLA VİDALAŞIRIQ?


“Ey Allahın ən böyük ayı, ey haqq aşiqlərinin bayramı, salam olsun sənə!”. Mübarək Ramazan ayı Allahın ən böyük ayıdır. O böyük aydan bu maddi yaşayışın içinə enın zaman biz onu xatırlayırıq. Onu xatırlayan biz bu dünyaya başlanğıcımızı edirik. Ey haqq aşiqlərinin bayramı! Bu ay Allahın ən böyük ayıdır və haqq aşiqlərinin bayramıdır. Yəni biz belə bir fürsətlərdən istifadə imkanından artıq məhrum oluruq.

“Ey vaxtlar içərisində ən kəramətli, həmneşin. Ey günlər və saatlar arsında ən üstün ay, salam olsun sənə!”. Vaxtlar içərisində ən kəramətli, oturub-durulası aydır Ramazan ayı. Bu ayın günləri ən dəyərli günlərdir, saatları ən dəyərli saatlardır. Hər anı ilahi tofiqatlarla zəngin bir aydır Ramazan ayı.

“Ey məqamı böyük olan həmnəfəs, ayrılığın çox ağır olan ay, salam olsun sənə!” Mübarək Ramazan ayı məqamı böyük olan həmnəfəs idi. Biz bir ay ərzində onunla birgə nəfəs aldıq, onunla birgə yaşadıq, həmahəng olduq, ona uyğun şəkildə halımızı tənzimləmək istədik. Bu ayın ayrılığı çox ağırdır. Bu xüsusiyyətlərini qeyd edərək Ramazan ayına salam verməliyik və əslində onunla vidalaşmalıyıq. Hansı ayla vidalaşdığımızı, hansı ayın başa çatdığını bilməliyik.

“Ey qəlblər sənin yanında yumşalan, günahlar səndə azalan ay, salam olsun sənə!”. Bir ay idi ki, qəlblər onun yanında yumşalardı. Çünki, elə bir qonşudur ki, onunla qonşuluq hesabına insanın qəlbi yumşalar. Günahları yandıran bir aydır Ramazan ayı. Məhz buna görə də, vidalaşarkən xatırlayırıq ki, bu ayda günahlarımız azalardı.

BU AYDA AZAD OLANLAR

“Ey şeytanla (lən) mübarizədə bizə yardımçı olan, ehsan yollarını hamarlaşdıran və asandlaşdıran ay, salam olsun sənə!” Mübarək Ramazan ayında şeytan (lən) zəncirlənmişdi. İndi isə böyük gözlənti ilə gözləyir ki, ay bitsin, bu bir ayda imkanları nə qədər məhdud olubsa, indi gəlib bütün “qabiliyyətləri” ilə əlindən gələni etsin. Əlindən gələni etsin ki, insanlar bu ayın içərisində qazandığı ruhiyyədən olsunlar. Amma bu ayda şeytanla (lən) mübarizə aparmağımız üçün çox gözəl bir imkan var idi. İmkan var idi ki, içimizdə olan onun müttəfiqlərini yox edək, içimizdə ona tərəf yönələn hər şeyi nəzarətə götürək. Ramazan ayı başdan-başa ehsanlar etmək imkanı ilə zəngin idi. Rəbbimiz həm bizlərin ehsan etməsi üçün imkanlar yaradır, həm də Özü bizlərə ehsan edirdi.

“Allah tərəfindən səndə azad olanlar nə çoxdur! Nə xoşbəxtdir o kəs ki, hörmətinə riayət etdi, salam olsun sənə!” Ramazan ayı bir aydır ki, bu ayda cəhənnəm atəşindən azad olmaq imkanımız var. Ramazan ayının sonlarında bu imkan xüsusilə çoxalar. Əgər Ramazan ayının hörmətini saxlaya biləriksə, onun mahiyyətinə uyğun özümüzü apara biləriksə, bu qurtuluş bizə nəsib olar.

“Çoxlu gümanlarımızı əməl dəftərimizdən yuyub, çoxlu eyblərimizi örtən ay, salam olsun sənə!” O qədər günahlarımız var ki, bu ayda əməl dəftərlərimizdən silinib. Bu ayda o qədər eyblərimiz var ki, Rəbbimiz onları örtüb. Bu ay eyblərin örtülməsi, günahların əməl dəftərindən silinməsi ayı idi.

AYI QƏM-QÜSSƏ İLƏ YOLA SALARIQ

“Heç bir zamanların onunla müqayisə oluna bilmədiyi ay, salam olsun sənə!” Belə bir mübarək ayla sağollaşırıq. “Bərəkəti ilə bizə gəlib, günahlarımızın, pisliklərimizi əməl dəftərindən silən ay, salam olsun sənə! Gəlməzdən öncə intizarında olduğumuz, getdiyindən sonra hicranından qəm-qüssəsində olduğumuz ay, salam olsun sənə!” Gəlməmişdən bu ayın arzusunda olarıq, səbirsizliklə gözləyərik ki, tez gəlsin. Gedən zaman qəm-qüssəli olarıq ki, bu boyda fürsətlər imkanını itiririk. Və ayın bu xüsusiyyətlərini yada salaraq, salam veririk.

İmam Səccaddan (ə) olan bu mübarək duada iyirmi üç dəfəyədək salam veririk. Bu və ya digər xüsusiyyətlər yada salınır və vidalaşılır. Həm də ilahi ziyafətdən maddi dünyaya qayıdışımızın başlanğıcında salam deyirik. On yeddi saat və ondan çox İlahi ziyafətdə idik, indi isə əksinə, o fürsətimiz əldən gedir, dünyanın ziyafətlərinə qayıdırıq. Dünyanın bizlər üçün yaratdığı “rəngarəng” imkanlara qayıdırıq.

QİYAMƏT GÜNÜ İLƏ OXŞARLIQ

Həzrət Əmirəlmöminin Əli (ə) Fitr bayramlarından birində söylədiyi xütbədə buyurdu: “Ey camaat! Sizin bu gününüz elə bir gündür ki, yaxşı əməl sahibləri onda mükafat alırlar, ziyankarlar, pis əməl sahibləri onda məyus və ümidsiz olurlar. Və bunun Qiyamət gününə çox oxşarlığı var. Bəs öz mənzillərinizdən çıxıb və bayram namazına yollanmaqla xatırlayın qəbirlərdən çıxmaqlığınızı və Rəbbinizə tərəf getməyinizi. Namaz qıldığınız zaman Allah-Təala qarşısında necə duracağınızı və evinizə dönən zaman cənnətdəki evlərinizə qayıtmağınızı yadınıza salın. Ey Allah bəndələri! Ən az şey ki, oruc tutan qadın və kişilərə veriləcək, budur ki, bir mələk Ramazan ayının axırıncı günü onlara nida edər və buyurar: “Bəşarətiniz olsun, xoş xəbəriniz olsun! Ey Allahın bəndələri ki, keçmiş günahları bağışlanmış oldu. Bəs öz gələcəyinizin fikrində və əndişəsində olun ki, qalan günləri necə başa vuracaqsınız””.

Fitr bayramı elə bir gündür ki, mübarək Ramazan ayında oruc tutanlar, ibadət edənlər mükafatlarını həmin gündə alarlar. Bir ay Allah dərgahında bəndəlik edənlər, İlahi ziyafətdə olanlar vəd edilən mükafatlarını Fitr bayramında alarlar. Ramazan ayına məhəl qoymayan, öz çirkin əməllərini bu ayda da davam etdirənlər həmin gün məyus və ümidsiz olar. Fitr bayramında yaxşı əməl sahiblərinin mükafat alması, pis əməl sahiblərinin isə məyus olması Qiyamət günü ilə müqayisə olunur. Həmin hadisə Qiyamət gününə çox oxşayır.

BAĞIŞLANMAQ AYI

Mübarək Ramazan ayı bağışlanmaq ayı idi. Bu ayda bağışlanmaq imkanı o qədər idi ki, Məsumlarımızdan (ə) buyurulan hədislərdə bu ayda özünü bağışlada bilməyən insan uğursuz adam kimi adlanır. Rəvayət olunur ki, “Mübarək Ramazan ayında hər günün axırında iftar vaxtında Allah-Təala min-min kəsi cəhənnəm atəşindən azad edir. Elə ki, cümə gecəsi və cümə günü olur, hər saatında min-min kəsi cəhənnəm atəşindən azad edir. Ayın sonuncu gününün gecəsində və özündə o qədər kəsi ki, cəhənnəm atəşindən azad etmişdi, o miqdarda da həmin gün azad edər”. Mübarək ayın hər günündə bağışlanmaq üçün imkanlar, fürsətlər var idi. Bundan başqa, Ramazan ayının cümə günlərində hər saat bağışlanmaq üçün imkan olur. Mübarək ayın sonuncu günündə isə, bütün ay boyunca bağışlananlar qədər insan bağışlanar və cəhənnəm atəşindən qurtular.

ORUCUN SƏBƏBİ

Mübarək Qurani-Kərimin “Bəqərə” surəsinin 183-cü ayəsində görürük ki, Allah Təala tərəfindən bizlərə açıq-aydın bir əmr var: “Ey iman gətirənlər! Sizlər üçün oruc yazıldı və qərar verildi, necə ki, sizlərdən öncəkilərə vacib yazılmışdı. Ola bilsin ki, təqvalı olasınız”. Allah-Təala aydın bir işarə ilə orucun vacib olmasının səbəbini açıqlayır - bizlər təqvaya yetişək. Təqva - insanın özünü nəzarətdə saxlamasıdır. Təqvalı insan günah edə bilər, amma bunu etmir. Təqva - əqlin və iradənin sayəsində formalaşan mənəvi immunitetdir ki, insan onunla iradəvi surətdə günahlardan çəkinir. Bəzi insanlar var ki, onlar onsuz da müəyyən günahları edə bilmir. Bu insana təqvalı insan deyilməz. Amma bir insan da var ki, onun günah etməyə gücü çatır, amma etmir. İradəli surətdə günahlardan çəkinmək təqva adlanır. Mübarək Ramazan ayında Rəbbimiz oruc tutmağımızın səbəbini onunla açıqlayır ki, bizlər oruc tutmaqla təqvaya çata bilərik.

Allahım, bizləri bu aydan bağışlanmış halda çıxar! Allahım, bizləri bu aydan çıxan zaman aya salam vermişlərdən et! Allahım, bu aydan sonra da Sənin nəzarətində olmağı, Sənə bəndə olmağı bizlərə nəsib et! Amin!


Geri dön

★Angelocka★

  • 16 avqust 2013 17:29
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
Allah razi olun!!!



--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

..:Crystal:..

  • 16 avqust 2013 17:22
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
Allahım, bizləri bu aydan bağışlanmış halda çıxar! Allahım, bizləri bu aydan çıxan zaman aya salam vermişlərdən et! Allahım, bu aydan sonra da Sənin nəzarətində olmağı, Sənə bəndə olmağı bizlərə nəsib et! Amin!

--------------------

^^KuKuLKa^^

  • 15 avqust 2013 18:50
  • Məqalə: 766
  • Şərh: 11545
  • Bal:
{awards}
RAMAZAN AYINDAN SONRAKI ENİŞ

--------------------

Elza Hüseynli

  • 15 avqust 2013 16:39
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrrr

★Angelocka★

  • 15 avqust 2013 16:15
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
Allah razi olsun!!!

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

Bash Belası

  • 15 avqust 2013 16:04
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Allah razı olsun...!

Renesme

  • 15 avqust 2013 15:57
  • Məqalə: 8
  • Şərh: 2272
  • Bal:
{awards}
Allah razi olsun smile

--------------------

A_V_A_R_A Q_I_Z

  • 15 avqust 2013 14:22
  • Məqalə: 0
  • Şərh: 203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

^^KuKuLKa^^

  • 15 avqust 2013 12:09
  • Məqalə: 766
  • Şərh: 11545
  • Bal:
{awards}
FİTR BAYRAMINI NECƏ MÜƏYYƏN EDƏK?

--------------------

Milyonerka

  • 15 avqust 2013 10:56
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

★NuTeLLa★

  • 15 avqust 2013 09:21
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
Allah Sizdende Razi Olsun !

★CiM_BoM★

  • 15 avqust 2013 03:07
  • Məqalə: 7
  • Şərh: 1132
  • Bal:
{awards}
Allah komeyiniz olsun

--------------------

★Angelocka★

  • 15 avqust 2013 00:57
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

..:Crystal:..

  • 15 avqust 2013 00:43
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------

^^Nazli^^

  • 14 avqust 2013 22:22
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
ALLAH razi olsun.................

--------------------

★Angelocka★

  • 14 avqust 2013 22:20
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
Allah razi olsun!!!

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

LeLLi

  • 14 avqust 2013 22:09
  • Məqalə: 166
  • Şərh: 3306
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

sky_girl

  • 14 avqust 2013 22:00
  • Məqalə: 6
  • Şərh: 1008
  • Bal:
{awards}
Tesekkurler

-chanel-

  • 14 avqust 2013 21:59
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
_____ALLAH___RaZi___oLSuN_____

^Peri MaSali^

  • 14 avqust 2013 21:49
  • Məqalə: 42
  • Şərh: 3934
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

..:Crystal:..

  • 14 avqust 2013 21:31
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
ALLAH COX COX RAZİ OLSUN

--------------------

Roya_____

  • 14 avqust 2013 21:23
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun aşkım:*

ADA GirL

  • 14 avqust 2013 21:20
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Allah razi olsun

Sweat girl

  • 14 avqust 2013 21:12
  • Məqalə: 0
  • Şərh: 729
  • Bal:
{awards}
Allah razi olsun

siyah gozlum

  • 14 avqust 2013 21:11
  • Məqalə: 1
  • Şərh: 2172
  • Bal:
{awards}
ALLAH razi olsun

Renesme

  • 14 avqust 2013 20:53
  • Məqalə: 8
  • Şərh: 2272
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

...BARSA FANATI....

  • 14 avqust 2013 20:49
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
ALLAH razi olsun...

Renesme

  • 14 avqust 2013 20:38
  • Məqalə: 8
  • Şərh: 2272
  • Bal:
{awards}
ilk serh menden tongue

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 54
Cəmi: 70

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 386
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}