Susarıq

 
Susarıq

Susarıq…
Danışılan mövzunu boş, sadə və mənasız tapırıq, danışmağı da gərəksiz və mənasız taparıq…

Susarıq…
Danışılanlar elə əbəs və məntiq xaricidir ki yalnız heyrətlə dinlər və səssiz bir reaksiyayla müəyyən edərik duruşumuzu…

Susarıq…
Səssiz bir təsdiqdir susuşumuz Biraz utancaqlıq bəlkə amma içdən bir qatılırıq deyilənlərə…

Susarıq…
Səssiz bir gözləyiş olar susmaq Ya özümüzün ya da qarşımızdakının ortaq dəyərləri yenidən nəzərdən keçirməsinə tanınmış bir fürsətdir səssizliyimiz.Yada birinin bizi fərq etməsi, doğru qəbul edə bilməsi üçün tanınmış bir müddət… Susan üçün narahatlıq və ehtimal hesabları arasındakı gəl getlərlə bir az da narahat bir gözləyişdir susmaq…

Susarıq…
Dilə gətirilməyən bir hirsdir bəzən susqunluğumuz… Elə yaralanmışıq ki yaralamaq istəyərik, ürəyini ağrıtmaq və qanatmaq.Və bilərik ki heç bir söz ağrıda bilməz, yaralaya bilməz və qanada bilməz kimsəni bir susqunluq qədər.Və susmaq ən mərhəmətsiz, öldürücü silahdır bəzən…

Susarıq…
Həssas və kövrək bir reaksiyadır.Kiçik bir xatırlatmadır bəlkə.Fərq edilməsi və təmir edilməsi incəlik istər.Ya yenidən bir qazanmaqdır ya da əleyhinə bir dəlil olaraq qalar qarşımızdakı üçün…

Susarıq…

Bir əlaqədə mənfilərin gözümüzə batmağa başladığı, qarşımızdakına aid əleyhinə dəlillər faylının qabarmağa başladığı və hətta faylı masanızdan qaldırmağa ehtiyac duymaz olduğunuz bir nöqtədəsiniz.Durub yenidən, indi olduğunuz nöqtədən bir daha baxmaq istəyərsiniz yaşananlara və əldəkilərlə gələcəyə getmənin nə qədər mümkün olduğuna.Bir iç qaçış və deyilə bilməyənlərin yığılmağa başladığı yerdir susmaq…

Susarıq…
Ünsiyyətin tıxandığı yerdəyik , heç bir mesajın bizə kafi gəlmədiyi və heç bir mesajımızın doğru hesab olunmadığı.Səhvlər, yanılmalar və kim bilər bəlkə də həqiqətlərdir bir fırtınaya tutulmuşcasına sovrulub duran.Sözler yerini səssizliyə buraxmağa başlar və qara, tək nöqtə qoyular cümlələrin sonuna.Zamanla cümlələrimizin sonuna qoyulan o tək və qara nöqtə böyüyərək bir quru dəliyə çevrilməyə başlar.Güven və sevginin içdən içə çürüməyə başladığı yerdir və getmək zamanının təxirə salınmış halıdır susmaq…

Susarıq…
Qəbul edilmiş bir səhv ya da günahdır susuşumuz və deyiləcək hər söz itirmə riskidir.Qorxu yoldaşlıq edər susqunluğumuza…

Susarıq…
Bir gedişi qəbul etməkdir susmaq, yerində və zamanında olduğumuz bir gedişin…

Susmaq; hərəkətsiz və sabit bir hərərkət kimi görünsə də hər susqu bir şey izah edər yenə də və hər susqunun bir səbəbi vardır və hər susqu içində xeyli çox səsi həbs edən səssiz bir hərəkətdir…


Geri dön

CandyGirl

  • 19 yanvar 2011 15:17
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
yaxsi xebere idi tesekkurler

--------------------

JISTEN TIMBERLAND

  • 15 yanvar 2011 00:30
  • Məqalə: 10
  • Şərh: 440
  • Bal:
{awards}
tesekkurler

--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir

CrazyGirl

  • 14 yanvar 2011 17:49
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
{awards}
Susmaq bezen qarsindaki insana ezab vermekdir

Tesekkur feel

--------------------
Sən varsansa həyat çox gözəl!

L_SimuS

  • 14 yanvar 2011 13:36
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkur super alinib

cox sagol

nilayka

  • 14 yanvar 2011 12:57
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
tewekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 44
Cəmi: 69

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 146
 
The Shield
Xəbərləri: 39
Cəmi: 302
 
Darling
Xəbərləri: 36
Cəmi: 921
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 76
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 14
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}