“Allah, insanı Rəhman surətində yaratdı” hədisi necə başa düşülməlidir?

 

“Allah, insanı Rəhman surətində yaratdı” hədisi necə başa düşülməlidir?

Cavab 1:
Buxari və Müslimdə “Allah Adəmi öz surətində yaratdı.” (Buxari, İstizan, 1; Muslim, Birr, 115) tərcüməsində bir hədis vardır. Alimlərin bir qisminə görə, “Surətihi”dəki əvəzlik Allaha aiddir. Hədisin tərcüməsi bu istiqamətdə edilmişdir. Bir qisim alimlərə görə isə, oradakı əvəzlik Adəmə aiddir. Hədisin mənası “Allah Adəmi, Adəmin öz sürətində yaratdı.” Şəklində olar. (bx. İbn Həcər 5/182-83)
İmam Nəvəvinin bildirdiyinə görə, alimlərin bir qismi, bu rəvayətləri gizli qəbul etmiş, mənasını şərh etmədən Allaha həvalə etməsini daha uyğun hesab etmişlər. Hədisdə iştirak edən “Surətihi”dəki əvəzliyin Allaha aid olduğunu qəbul edən bəzi alimlər, “Surətihi” yəni “öz surəti” tamamlaması, bir şərəf üçündür, demişlər. Yəni, Allahın sahib olduğu insan surəti mənasını verər. “Naketullah” yəni “Allahın dəvəsi”, “Beytullah” yəni “Allahın evi” tamamlamaları da belədir. (bx. Nəvəvi, əlaqədar hədisin şərhi)
“Allahın surətində” ifadəsini, insanların Allahın bəzi sifətlərini əks etdirəcək şəkildə var edildiyini anlamaq da mümkündür. Necə ki, -insan olaraq- biz də görürük, Allah da görür; biz də eşidirik, Allah da eşidir... Lakin bu iki görmə və eşitmə əsla eyni deyil. Necə ki Quranda –tərcümə olaraq-: “Allahın bənzəri yoxdur; O, hər şeyi haqqıyla eşidər, haqqıyla görər.” (Şuara, 42/11) buyrulmuş və insanların bəzi xüsusiyyətlərinin Allahın bəzi sifətlərinə müvafiq olmasının, həqiqi bənzəmə olmadığına işarə edilmişdir.

Cavab 2:
Maddədən uzaq olan Allah, surətdən də uzaqdır. Necə ki, Hədisdə, “Allah insanı öz surətində yaratdı.” deyilməmişdir. Burada əsas olan Allahın rəhmətinə diqqətləri çəkmək və İlahi rəhmətin ən çox insanda təcəlli etdiyini dərs verməkdir. İnsan deyilincə dərhal bədəni xatırlatmaq da bizi yanıldıcı nəticələrə apara bilər. İnsanda əsas olan ruhdur. Bədən o ruhun köməkçisi, paltarı, xanası kimidir. Elə isə bu hədisi oxuyarkən ruhumuza nəzər edəcək, ağıldan xəyala, yaddaşdan hiss dünyasına qədər uzanan çox geniş rəhmət təcəllilərini oxuyacaq və bizi bu şəkildə yaradan Rəhmanımıza şükr edəcəyik.
Yoxluq qaranlığından xilas olan hər varlıq böyük bir rəhmətə qovuşmuş deməkdir. Bu mənasıyla rəhmət, canlı-cansız bütün məxluqatda təcəlli edir. Səmanın ulduzlarından dənizin balıqlarına, şüalardan mələklərə, yarı canlı bir bitkidən insana qədər hər varlıqda rəhmət hakim; hamısı az və ya çox, cuzi və ya külli bir rəhmətə tabe olmuşlar.
Rəsullah Əfəndimiz (s.ə.s.), insanın çatdığı bu ən böyük rəhmət təcəllisini bir hədisdə belə buyurur: “Şübhə yox ki, Allah, insanı rəhman surətində yaratdı.” Bu hədisin qiymətləndirilməsi üçün bəzi nöqtələrin göz önünə alınması lazımdır. Hədisdə, Allah və Rəhman adları və bir də yaratma adları keçir.
Cənabı Haqq, cisimdən və surətdən uzaq. Amma, insan bu hədisi oxuyarkən nəfs və şeytan onun xəyalını ifsat edər və sanki hədis, “Allah, insanı öz surətinə bənzər bir şəkildə yaratdı.” Şəklindəymiş kimi səhv bir anlayışa aparar. Hədisdə keçən Rəhman adına xüsusilə diqqət yetirmək və bu kəlamı, “Allahın rəhmətinin bütün varlıq aləmi içində, ən çox insanda təcəlli etdiyi” şəklində anlamaq lazımdır.
Surət, maddə və maddi varlıqlar üçündür. İnsanın maddi olan bədəni ruhun xidmətçisidir. O halda insan deyilincə əvvəlcə ruh başa düşülməlidir. İnsan ruhu, Cənabı Haqqın maddədən və surətdən uzaq olduğunun ən gözəl bir göstəricisidir. Məsələ bu cür olduğu halda, insan necə olar da bu hədisdə keçən “surət” sözünə həqiqi xarici bir şərh gətirə bilər?
Hədisdə keçən çox əhəmiyyətli bir söz də “yaratdı” ifadəsi. İnsanın bədəni məxluq olduğu kimi, ruhu da və o ruhun bütün sifətləri də məxluqdur. Cənabı Haqqın sifətlərinə iman etmə barəsində bizə böyük bir rəhbər olmaq üzrə ruhumuzda elm, iradə, qüdrət kimi sifətlər yaradılmışdır. Məxluq olan bu sifətlər ilahi sifətlərə əlbəttə heç bir yönlə bənzəməzlər. Yalnız onlardan xəbər verərlər.
Bu sifətlərin heç biri üçün surət düşünülə bilməyəcəyi kimi, bunların hamısı üçün də yenə surət, bir şəkil xəyal etmək mümkün deyil. Bu hədis qiymətləndirilərkən, katib yazıya, usta əsərə bənzəmədiyi halda, Xaliqin məxluquna heç bənzəməyəcəyi nəzərə alınmalıdır. Ancaq beləcə batil xəyallardan və hiyləçi qorxulardan xilas olmaq mümkün olar.
Risaləyi Nur Külliyyatında On Dördüncü Ləmanın İkinci Mövqeyində, bu nöqtədə çox əhəmiyyətli ipucları vardır. Ləmalar da, “Bir qisim eşq əhli, insanın mənəvi sifətinə rəhman surətiylə baxmışlar.” deyilərək, nəzərlər insanın ruh, ürək, ağıl, hissiyyat aləminə çevrilər və məsələ qiymətləndirilərkən bədənin maddi surətindən uzaq olmasına işarə edilər.
Demək ki, insana ibrətlə baxıldığında Allahın bütün sifətləri və adları onda oxuna bilər.
Bütün bu təcəllilərin insana, yalnız və yalnız ilahi rəhmət olaraq verildiyini düşündüyümüzdə, onda rəhmaniyyət həqiqətini seyr edər kimi olarıq.
Hər varlıqda ilahi ad və sifətlər seyr edilə bilər amma, ən açıq, ən aydın işarə insanda görülər. İlahi sifətlərə və adlara dəlil olma, onları göstərmə, onlara ayna olma barəsində insandan daha vacib varlıq yaradılmış deyil.
Ürəyimiz, ağlımız, yaddaşımız, xəyalımız və bütün hiss dünyamız, həmişə bizə rəhmətdən xəbər verər və Rəhmanı xatırladar.
Bu təcəlli, ruhumuzun xanası olan cismimizdə də olur. Dilimizdən dişimizə, saçımızdan dırnağımıza, ciyərimizdən böyrəyimizə qədər hər nəyimiz varsa, hamısı rəhmanın bir hədiyyəsi. Bunların hamısında o rəhmanın lütf və kərəmi oxunar.


Nəticə: Surəti rəhman; Allahın rəhmətinin ən parlaq aynası və ən gözəl təcəllisidir.

“Allah, insanı Rəhman surətində yaratdı” hədisi necə başa düşülməlidir?


Geri dön

Banned456

  • 11 sentyabr 2013 20:45
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
ALLAH razi olsun

Nazi_Odi

  • 1 sentyabr 2013 02:06
  • Məqalə: 36
  • Şərh: 5386
  • Bal:
{awards}
Allah razi olsun tesekkur

Oguzhan Koc

  • 23 avqust 2013 10:03
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
{awards}
tesekkurler bilmirdim smile

--------------------
♥♥♥♥♥forever directioner♥♥♥♥ I love yoy louis tomlinson♥♥♥♥

Elza Hüseynli

  • 21 avqust 2013 12:27
  • Məqalə: 0
  • Şərh: 6076
  • Bal:
{awards}
tesekkurler

-Kralica-

  • 21 avqust 2013 12:10
  • Məqalə: 696
  • Şərh: 8591
  • Bal:
{awards}
tewekkurler

--------------------




WITH_YOU

  • 21 avqust 2013 07:39
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI QALSIN

-chanel-

  • 20 avqust 2013 23:58
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
................ALLAH RaZI oLSuN.................................

..:Crystal:..

  • 20 avqust 2013 23:17
  • Məqalə: 61
  • Şərh: 7144
  • Bal:
{awards}
Bu təcəlli, ruhumuzun xanası olan cismimizdə də olur. Dilimizdən dişimizə, saçımızdan dırnağımıza, ciyərimizdən böyrəyimizə qədər hər nəyimiz varsa, hamısı rəhmanın bir hədiyyəsi. Bunların hamısında o rəhmanın lütf və kərəmi oxunar.

Nəticə: Surəti rəhman; Allahın rəhmətinin ən parlaq aynası və ən gözəl təcəllisidir.

--------------------

✵Дорогой✵

  • 20 avqust 2013 23:00
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
ALLAH RAZI OSUN

۞(S)pea(R)۞

  • 20 avqust 2013 22:33
  • Məqalə: 73
  • Şərh: 2055
  • Bal:
{awards}
Tesekkurler!

--------------------
1 milyon abune ^_^

...BARSA FANATI....

  • 20 avqust 2013 21:53
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
ALLAH razi olsun....!

Roya_____

  • 20 avqust 2013 21:17
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun

sebishkaa

  • 20 avqust 2013 20:43
  • Məqalə: 0
  • Şərh: 1144
  • Bal:
{awards}
Allah razi olsun canim tewekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 48
Cəmi: 71

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 721
 
The Shield
Xəbərləri: 51
Cəmi: 71
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}