MaNqa qrupu bakılı avtoşlara salam göndərdi

 
MaNqa qrupu bakılı avtoşlara salam göndərdi

MaNqa qrupu bakılı avtoşlara salam göndərdi

Xəstəxanaya yerləşdirilən Fərman Akgüldəndan başqa Türkiyənin "Eurovison" təmsilçisi MaNqa qrupunun digər 4 üzvü - DJ Ege, Özgür Azad (zərb), Cem (bas gitara) və Yağmur (gitara) promo tur çərçivəsində ölkəmizin qonağı oldular. Sözün düzü, bu gənclərlə müsahibənin bu dərəcədə səmimi alınacağını hesaba almamışdım. Azərbaycanda olduqları iki günü gənclər o qədər xoş keçirmişdilər ki, təəssüratlarını bölüşmək üçün çox həvəslə müsahibə verdilər.

-Bakıya ilk gəlişinizdir. Şəhərimiz sizdə hansı təəssüratı yaratdı?
- Əvvəla, sizin avtoşlar bizim marağımıza səbəb oldu. İlk olaraq avtoşlarla aeroport yolunda rastlaşdıq. Daha sonra bütün gecəni onların maşınlarının səslərini eşitdik. Bizə dedilər ki, bu maşınlar sovet markalı olduqlarına görə belə səslər çıxara bilir. Çox maraqlı bir şəhəriniz var, heç bir ölkədə bunun şahidi olmamışıq. Yeri gəlmişkən, sizin vasitənizlə bakılı avtoşlara salam göndəririk!

-Başqa hansı özəlliklərimizin şahidi oldunuz?
-Burada musiqiyə böyük önəm verildiyinin şahidi olduq. Hansı evin qonağı olduqsa, orada piano gördük. Bizə dedilər ki, peşəsindən asılı olmayaraq əksər insanlar pianoda ifa etməyi bacarır. Azərbaycan musiqisinin niyə bu qədər peşəkar və zəngin olduğunu indi anladıq.

-Bizim qonaqpərvərliyimizdən hamı danışır. Bəs siz necə, razı qaldınız?
-Razı qaldıq desək, az olar. Çox ölkələrdə olmuşuq, sizin qədər qonaqpərvər olanını görməmişik. Sizdə “Tonqal” deyilən bir yer var, ilk yeməyimizi orada yedik. Nə qədər dadlı yeməkləriniz var? Bu iki gün ərzində özümüzə qarşı yalnız xüsusi diqqət gördük!

-Belə çıxır ki, Bakıya yenə gəlmək istərdiniz?
-Əlbəttə! “Eurovision”dan sonra, yarışmanı qazandıq-qazanmadıq, Bakıda konsert verməyə qərar vermişik. Burada bu dərəcədə tanındığımızı, sevildiyimizi bilmirdik.

-“Eurovision”dan söz düşmüşkən, hansı iştirakçını özünüzə rəqib görürsünüz?
-Heç kimi! Çünki biz hamıdan fərqliyik. Builki müsabiqədə bizdən başqa rok musiqisi təqdim edən yoxdur. Tərzimizlə, ifamızla hamıdan seçilirik.

-Belə çıxır ki, birinci olacağınıza əminsiz?
-Onu bilə bilmərik. Amma fərqli olduğumuz üçün özümüzə heç kimi rəqib görmürük!

-Bizim təmsilçimizi - Səfurə Əlizadəni iştirakçı olaraq necə qiymətləndirirsiz?
-Şəxsən tanış olmaq imkanımız olmayıb. Amma mahnısını dinləmişik, özü kimi gözəldir. Səfurə həm ifası ilə, həm də xarici görünüşünə görə favoritdir.

-Bəs, Ermənistandan olan iştirakçı Eva Revasın mahnısını dinləmisiz?
-Dinləmişik, xoşumuza gəlib. Bilmirik, bu sualı nəyə görə verdiniz.. Yəqin bizə çox yaxın ifa olduğunu vurğulamağımızı istəyirsiniz. O mahnıya qulaq asdıqda doğma musiqinin şahidi oluruq.

-İki gündür buradasınız, amma heç bir telekanalda musiqili çıxışınız olmadı…
-Vokalçımız Fərman Akgül olmadığına görə musiqili çıxışımız absurd alınardı. Reportaj verməklə kifayətləndik.

-Qrupun aparıcı üzvünün müsabiqə qabağı xəstələnməsi nə dərəcədə düzgündür? Keçən il Hadisə də müsabiqədən qabaq xəstələnmişdi. Sizcə bu təsadüfdür?
-Yəqin özümüzü bu müsabiqəyə həddindən çox həsr edirik, işə çox ciddi baxırıq. Fərman bəydə də yorğunluq sindromlarıdır. İnşallah “Eurovision”adək düzələr.

-Bu müsabiqədə sizi daha çox yoran nədir?
-Müsahibələr…Mayın 17-dən Osloda olmalıyıq və mühabiqə öncəsi hər bir iştirakçı haqqında reportajlar hazırlanmalıdır, müsahibələr verməliyik. Bütün bunlar bizə ziyandır. Çox danışmaq səsimizə də ziyandır. Bunu nəzərə alıb, çalışacağıq ki, müsahibələrdə Fərman daha az danışsın.


Geri dön

angel_1

  • 18 yanvar 2011 10:11
  • Məqalə: 16
  • Şərh: 89
  • Bal:
[color=#6633FF][/color]Bu qrupdan otru olurem,axira qeder oxudum!TWK cnm.. feel

L_SimuS

  • 17 yanvar 2011 23:04
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkur eziyyete gore

CrazyGirl

  • 17 yanvar 2011 15:15
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Teshekkur.......

--------------------
Sən varsansa həyat çox gözəl!

Made_In_Bakinka

  • 17 yanvar 2011 14:52
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
eleykum salam

,,kepenek,,

  • 17 yanvar 2011 14:32
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
sag olsunlar

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

nilayka

  • 17 yanvar 2011 14:25
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cox sag olsunlar

--------------------

Morning_Star

  • 17 yanvar 2011 14:21
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
SAğ olsunlar

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}