"Memar Əcəmi-2" stansiyası belə olacaq

 
"Memar Əcəmi-2" stansiyası belə olacaq

AzərTAc xəbər verir ki, gələn il Bakı Metropoliteninin yeni – 3-cü xəttinin (“Bənövşəyi xətt”) ilk 2 stansiyası sərnişinlərin istifadəsinə veriləcəkdir. Paytaxtın əsas giriş qapısı olan “Avtovağzal” stansiyasından başlayaraq inşa edilən “Bənövşəyi xətt” 12 stansiyadan ibarət olmaqla, Qaraçuxur qəsəbəsinə qədər uzanacaqdır.

Beşillik proqrama əsasən, 2016-cı ildə bu xəttin ilk 5 stansiyası istismara veriləcəkdir. Onlardan ikisi - “Memar Əcəmi-2” və “Avtovağzal” stansiyaları eyni vaxtda, yəni, 2014-cü ildə açılacaqdır. Şərti adı “Memar Əcəmi-2” olan stansiya bu xəttin ilk əsas sahələrindən biridir. Çünki “Memar Əcəmi-2” “Bənövşəyi xətt”dən mövcud “Yaşıl xətt”ə keçid stansiyası rolunu oynayacaqdır. Sərnişinlər buradan “Memar Əcəmi” stansiyasına keçməklə, “Yaşıl xətt”in əhatə edəcəyi stansiyalardan istifadə edə biləcəklər.

Tikinti sahəsi ilk baxışdan o qədər böyük görünməsə də, yerin altına endikcə inşaatçıların yaratdıqları möcüzə insanı heyran edir. Sahə rəisi Emin Məmmədov deyir ki, “Memar Əcəmi-2” stansiyası nəhəngliyinə görə bu vaxtadək tikilən metro stansiyalarından fərqlənir. Stansiya 5 mərtəbədən ibarət olacaqdır. Hər bir mərtəbənin hündürlüyü isə 5,8 metrdir.

Stansiyada tətbiq olunacaq yeniliklərdən danışan E.Məmmədov qeyd edir ki, layihələndirmə işlərində qabaqcıl Avropa təcrübəsindən istifadə olunmuşdur. Əsas işləri görən Fransanın “SYSTRA”, Koreya Respublikasının “Saman” və “Britaniyanın “Mott Makdonald” şirkətlərinin iştirakı ilə paytaxtımızda bu günədək reallaşdırılmayan ən çeşidli və fərqli sistemlərin tətbiqi layihələndirilmişdir. Burada paytaxt metropolitenində ilk dəfə yeni üsul – “diafraqma divarı” və ya “qruntda divar” üsulu tətbiq edilmişdir. Yəni, bu üsul tətbiq olunursa, deməli, heç bir qazıntı işləri görülmür. İnşaat işləri, sadə dillə desək, yuxarıdan aşağıya doğru, hasarlanmaqla aparılır. Bu gün paytaxt mərkəzə doğru sıx tikililər və tikinti obyektlərindən ibarətdir. “Qruntda divar” məhz bu məqamda dada çatır. O, məhdud məkanda iş aparmaq üçün ən ideal tikinti üsuludur.

Sahə rəisinin dediklərinə şəhərin hər tərəfində aparılan inşaat işlərini, toz-torpağın ətraf mühitə mənfi təsirlərini də əlavə etsək, bu cür üsulun müsbət cəhətləri aydın olar. E.Məmmədov bildirir ki, hər hansı bir zərəri olmayan bu üsulun əsas müsbət cəhətlərindən biri stansiyanın tikintisinin üst sahələrdən aşağıya doğru aparılmasıdır. Əlbəttə, ilk baxışda elə görünə bilər ki, bu, çox baha başa gələn məsələdir. Lakin dünyanın aparıcı mütəxəssisləri ilk növbədə iqtisadi səmərəni düşünürlər. Buna görə bu üsul daha sərfəli və səmərəlidir, eyni zamanda, az xərc tələb edir.

Sahə rəisi vurğulayır ki, paytaxtın ağır hidrogeoloji şəraiti hər kəsə bəllidir. Bu mənada tətbiq olunan üsul bir daha öz səmərəsini büruzə verir. Artıq stansiyanın əsas inşaat mərhələsi geridə qalmışdır. Aşağı qatlarda, platforma səviyyəsində bir sıra tədbirlər görüldüyü halda, vestibüldə memarlıq işlərinə - mərmər-qranit örtüyün vurulmasına başlanılmışdır. Divarların örtüyündən söz düşmüşkən, onu da qeyd edək ki, burada dizayn tərtibatını daha da zəngin etmək üçün əlavə işıqlandırmadan da istifadə olunacaqdır. Eyni zamanda, eskalatorların dəmir-beton konstruksiyası da qurulur. Bu isə son tədbirlərə başlanılmasının ilk göstəricisidir.

Vestibüldə genişlik ilk baxışdan diqqəti cəlb edir və elə təəssürat yaranır ki, bura əsl saray olacaqdır. Elə bu qayda ilə yuxarıdan digər mərtəbələrin görüntüsü də fərqlilik təəssüratı yaradır.

Tavanın şüşə materialdan olması Bakı Metropolitenində ilk dəfə təbii işıqlanmadan istifadəyə imkan verəcəkdir. Onun yaratdığı zahiri genişlik effekti yeraltı qapalı mühitin psixoloji təsirini azaltmaqda mühüm rol oynayır. Ümumən bunun müxtəlif səpkidə üstünlükləri və təsirlərindən çox söz açmaq olar. Metropolitendə ilk dəfə məhz bu stansiyadan başlayaraq müxtəlif səviyyəli keçidlərdən istifadə ediləcəkdir. Stansiyanın 3 giriş-çıxışı olacaqdır. “Memar Əcəmi” stansiyasının “M” şəkilli yerüstü vestibülündə həm də yeni stansiyaya giriş-çıxış və kassalar yerləşəcəkdir. Burada əlillər üçün şərait də nəzərə alınacaqdır. Ümumiyyətlə, yeni xətlərdə yerləşən stansiyalarda bu cür insanların metrodan istifadəsini asanlaşdırmaq məqsədi liftlərdən də istifadə olunacaqdır. Stansiyada 4 lift quraşdırılacaqdır. Almaniyanın tanınmış şirkətlərindən olan “Tüyssen Krupp”un “Sinerji” qaldırıcı qurğusundan ikisi xidməti funksiya daşıyacaqdır. Stansiyanın yuxarı vestibülündən platformaya birbaşa eniş olmaması səbəbindən burada çox sayda eskalatordan istifadə ediləcəkdir. Bu stansiyada eskalatorlar birbaşa platformanın mərkəzinə doğru uzanır. Ümumilikdə 16 eskalatorun quraşdırılması planlaşdırılır. Bunlar da Almaniyanın “Tugela” tipli eskalatorlarıdır.

Vestibüldən aşağıya doğru sonrakı mərtəbədən “Yaşıl” və “Bənövşəyi” xətlərin stansiyalarından bir-birinə keçid üçün istifadə ediləcəkdir. Bu, sərnişinlərin heç bir əlavə ödəmə etmədən digər xəttin stansiyasına keçməsinə şərait yaradır. Platformanın uzunluğu 144 metrdən az olmayacaqdır. Yeni xətdə 7 vaqonlu qatarlar hərəkət edəcəkdir. Bu da sərnişinlərin rahatlığına, sıxlığın azaldılmasına şərait yaradacaqdır.

Öz əzəməti ilə digər stansiyalardan fərqlənəcək “Memar Əcəmi-2”nin daha bir özünəməxsusluğu da olacaqdır. “Memar Əcəmi-2” stansiyasında da “Avtovağzal”da olduğu kimi, platforma təhlükəsizlik qapıları ilə stansiya yolundan ayrılacaqdır. Yəni, stansiyada sərnişinlərin təhlükəsizliyini təmin edən şüşə qapılar quraşdırılacaqdır. Qatar stansiyaya çatıb dayananda həmin şüşə qapılar açılacaq və sərnişinlər birbaşa vaqona daxil olacaqlar. Sonra həmin şüşə qapılar yenidən bağlanacaqdır. Təhlükəsizlik tədbirlərindən biri də stansiyaların hər bir nöqtəsinin müşahidə kameraları ilə idarə olunmasıdır.

Gərgin və ağır zəhmət tələb edən, eyni zamanda, məsuliyyətli işlərində inşaatçılara uğurlar arzulayır, onlarla sağollaşıb ayrılıram. Ərazidən uzaqlaşdıqca görülən nəhəng işlər, işin əzəməti bir daha gözlərim qarşısında canlanır. Bir vaxtlar heç kəsin ağlına gətirə bilməyəcəyi işi artıq yerli inşaatçılarımızın həm keyfiyyətlə, həm də zövqlə yerinə yetirmələri bir azərbaycanlı kimi məndə qürur doğurur.

Həqiqətən də inşaatçılarımızın yeraltı saraylar səltənətinin tikintisində əldə etdikləri uğurlarla fəxr etməyə dəyər. İnşaatçılarımızın işləri ilə əyani tanışlıq zamanı bir daha əmin oldum ki, metropolitenin yaxın perspektivdə qarşısında duran birinci prioritet istiqamət – Beynəlxalq Avtovağzal Kompleksini, 3-cü, 4-cü mikrorayonları, Tbilisi prospektini və Füzuli küçəsini əhatə edən, 5 stansiyadan ibarət olacaq və 6,8 kilometrlik metro xətti də vaxtında sərnişinlərin istifadəsinə veriləcəkdir. Ona da əmin oldum ki, bu stansiyalar da müasirliyi və qədimliyi ilə xarici turistlərin yaddaşında iz qoyan paytaxtımıza əlavə yaraşıq verəcəkdir.

"Memar Əcəmi-2" stansiyası belə olacaq

"Memar Əcəmi-2" stansiyası belə olacaq

"Memar Əcəmi-2" stansiyası belə olacaq

"Memar Əcəmi-2" stansiyası belə olacaq

"Memar Əcəmi-2" stansiyası belə olacaq

"Memar Əcəmi-2" stansiyası belə olacaq

"Memar Əcəmi-2" stansiyası belə olacaq

"Memar Əcəmi-2" stansiyası belə olacaq

"Memar Əcəmi-2" stansiyası belə olacaq


Geri dön

Roya_____

  • 2 sentyabr 2013 15:33
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
super olacaqkı tesekur

ADA GirL

  • 31 avqust 2013 01:52
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Tesekkurler super,beyendim=)

KymaR_

  • 24 avqust 2013 11:00
  • Məqalə: 19
  • Şərh: 506
  • Bal:
{awards}
tesekkurlerr

--------------------
.................

:..GIZEMLI..:

  • 22 avqust 2013 22:50
  • Məqalə: 28
  • Şərh: 3335
  • Bal:
{awards}
Xebere gore tesekkurler Gozel hazirlayirlar

melek_19

  • 22 avqust 2013 14:14
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
supeeeeeerrrrrdi.twk

--------------------

★✰..BeLieBerKa..✰★

  • 22 avqust 2013 13:42
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ay superdi ne gozeldiyeee winked

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 22 avqust 2013 13:26
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
geweng gorunur


twk

--------------------
(^_*)

ShคмKiʀKค

  • 22 avqust 2013 13:17
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
tesekkurler.............

...BARSA FANATI....

  • 22 avqust 2013 12:13
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
xebere gore sag ol....

۞(S)pea(R)۞

  • 22 avqust 2013 12:03
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
{awards}
Tesekkurler...!

--------------------
1 milyon abune ^_^

Elza Hüseynli

  • 22 avqust 2013 11:57
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
oooooooooo cox gozel beyendimmmm

-chanel-

  • 22 avqust 2013 11:05
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
Xeber ucun twk........................

Bash Belası

  • 22 avqust 2013 11:00
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
RöyaşkA,
Razıyam səninlə) Xəbərə görə saol...

Roya_____

  • 22 avqust 2013 10:12
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
oy ne gozel olacaq twk=)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 22
Cəmi: 36

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}