Niyə qorxulu yuxular görürük?

 
Niyə qorxulu yuxular görürük?

Yuxular nadir hallarda baş verə biləcək hadisələrin xəbərçisi ola bilir
Əksər insanlar yatarkən gördükləri qeyri-adi yuxulardan qorxuya düşürlər. Gün ərzində baş verən hadisələr, yaxud illər əvvəl yaşanılan hər hansı bir travmanın izləri, gecə-gündüz düşündüyümüz problemlər, məsələlər adətən gecə yuxusunda da yaxamızı buraxmır. Nəticədə yorğun və narahat keçən gecənin sabahısı insan yorğun, əzgin, kefsiz oyanır. Gecə qorxuları insanlarda zaman-zaman get-gəlli olur, kimisində isə ardı-arası kəsilmir. Yaşlılar belə qorxuları edilən cadu, qarğışlara bağlasalar da, cavanlar üçün daim görülən qorxulu yuxuların səbəbi psixoloji pozğunluq və yorğunluqdur.

Əslində qorxulu yuxular nədir? Niyə insanlar belə yuxular görürlər? Həqiqətən edilən cadu və bu kimi əməllərin insan yuxusuna təsiri varmı? Alimlərin uzunmüddətli araşdırmalarına baxmayaraq, yuxu ilə bağlı bəzi məqamlar tam aydınlaşmayıb. Yuxu ilə bağlı fikirlərdə Şərq və Qərb alimlərinin fikirləri üst-üstə düşmür. Qərblilər yuxunu izah etməyə çalışarkən bildirirlər ki, yuxu insanın gündəlik fəaliyyətinin nəticəsində gördüyü düşüncələrdir. Şərqlilər isə fərqli olaraq yuxunun ilahi bir mesaj olduğunu bildirirlər. Yuxuda insan bəzən başına gələcəkləri tamamilə eyni olaraq, bəzən də müxtəlif mətnaltı məna və bənzətmələrlə görür. Məhz buna görə də yuxuları yozmaq lazım olur.

İnsan ömrünün 3/1-ni yataraq keçirir. Ancaq bu o demək deyil ki, hər yatdığımızda yuxu görürük. Alimlərin araşdırmaları göstərib ki, sən demə, yuxuların növləri də varmış. İnsan yatmaq üçün çarpayıya uzanır və gözlərini yumur. Çox qısa müddət sonra göz qapaqları titrəməyə başlayır, insan yuxuya gedir. Alimlərin fikrincə, yatmaq üçün qəbul olunmuş bəzi yuxugətirən dərmanlar insanın yuxu görməsinə mane olur. Onlar hesab edirlər ki, təbii olaraq yuxuya getmiş hər bir insan yatdıqdan sonra mütləq yuxu görür. İnsanların çoxu yuxuları ağ-qara gördüklərini söyləyirlər. Daim yorğun və başı hər hansı mövzu ətrafında fikirlərlə dolu olan insanlar oyandıqları zaman qarışıq yuxular gördüklərini söyləyirlər. Əksərən onlar fikirləşdikləri məsələni yuxularında da görürlər. Belə yuxuları yozmaq mümkün deyil.

Hacı Kamilin sözlərinə görə, pis yuxu yoxdur. Yetər ki, yuxunun yozulması düzgün olsun. Hər insan yuxu yoza bilmədiyi üçün deyilən hər bir sözə də inanmaq lazım deyil. Pis yuxu görmək mütləq pis hadisə ilə qarşılaşılacaq anlamına gəlmir:

"Qurani-Kərimdə bildirilir ki, ilk dəfə yuxu yozmaq neməti Yusif peyğəmbərə verilib. Onun yozduğu yuxular aydın, çin çıxıb. Ondan sonra zamanla yuxu yozumu bir peşə halına gəlib. Yuxular mələkdən və şeytandan gələn yuxu olaraq 2 yerə bölünür. Təbii ki, birinci görülən yuxular aydın, təmiz yuxulardır. İndi satışda yuxu yozumları kitabları satılır. Yuxuda görülən 1 detalla tamamilə yuxunu yozurlar. Lakin yuxunu yozmaq yuxudakı bütün detalları bilməklə mümkün ola bilər. Daim qorxulu yuxu görən insanlar isə daxilən iztirab çəkən, yaxud günah işləyən insanlardır. Bütün yuxulardan Allaha sığınmaq lazımdır. Yuxuların gələcəkdən bir mesaj, yaxud xəbərdarlıq olması ehtimalları da var, amma heç kim bilə bilməz ki, bu hansı yuxudur".

Nevropatoloq Allahverdi Musayevin sözlərinə görə, yuxu insanın yaşından asılı olaraq dəyişir. 2-3 yaş arasında olan uşaqların qorxulu yuxu görməyi təbii bir haldır. 6 aylığı keçmiş hər bir uşağın belə yuxular görüb ağlayaraq oyanması təbiidir. Uşaqların xəyal gücü bu yaş ərəfəsində inkişaf etdiyindən yuxuların görülməsi normal haldır. Oyanan uşaqları sakitləşdirmək və yenidən yuxuya vermək lazımdır: "Böyüklərdə olan qorxulu yuxuların səbəbləri isə tamamilə ayrıdır. İnsan ya travma keçirir, bunun təsirindən ayrıla bilmir, ya nədənsə bərk narahatlığı olur. Əsəbləri gərgin olur, ya da parasomniyalar olur. Parasomniyalar yuxu pozğunluqlarıdır. Bu pozğunluqlar aradan qaldırılmadığı müddətcə yuxu qarışdırmaları, qorxulu yuxuların görülməsi davam edəcək".

Bəzən insanlar başlarının altına bıçaq, qaşıq bu kimi əşyalar düzərək bununla qorxulu yuxu görülməsini qarşısının alınacağını güman edirlər. Amma bunun elmi bir sübutu olmadığını deyən həmsöhbətimiz bunu insanların uydurması və psixoloji olaraq özlərini sakitləşdirmək üsulu sayı.

Psixoloqlar bu fikirdədir ki, daim qorxulu yuxu görən insanlar bundan çox rahat yolla qurtula bilərlər. Belə ki, görülən yuxu ilə üzləşmək lazımdır. Daim o yuxunu yenidən görüb qorxacağını düşünən insanlar məhz həmin yuxudan qurtula bilmirlər. Qurtulmağın ən yaxşı yolu isə xeyirə yozmaqdır. Araşdırmalar göstərir ki, qadınlar kişilərə nisbətən daha çox qorxulu yuxu görürlər. Daim görülən qorxulu yuxular davamlı olaraq narahat edərsə, bu zaman nevropatoloqa müraciət etmək vacibdir.

Qeyd edək ki, qəbul edilən dərmanlar da yuxuların qarışmasına səbəb ola bilər. Xüsusən antidepresant dərmanlar nadir hallarda yuxuları qorxulu edə bilir. Cəmiyyətdə görülən qorxulu yuxulara qarşı həssaslıq mövcuddur. Əksər insanlar düşünür ki, məhz belə yuxular gələcəkdən hər hansı bir işarə olar. Lakin yadda saxlamaq lazımdır ki, yuxular nadir hallarda baş verə biləcək hadisələrin xəbərçisi ola bilir. Görülən hər yuxunun mütləq çin olacağını gözləmək sadəlövlükdur. İnsanın psixoloji vəziyyətinə nəzər yetirmədən onun yuxularını yozmaq yanlış istiqamətə yönləndirmək deməkdir.


Geri dön

ADA GirL

  • 29 avqust 2013 19:02
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
Melumat ucun twk=)

KymaR_

  • 24 avqust 2013 10:34
  • Məqalə: 19
  • Şərh: 506
  • Bal:
{awards}
tesekkurlerr

--------------------
.................

PSIXOPATKA

  • 23 avqust 2013 19:23
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
tewekkuurr

--------------------

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 23 avqust 2013 14:02
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
tewekkurler meqale icin

--------------------
(^_*)

۞(S)pea(R)۞

  • 23 avqust 2013 12:51
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
{awards}
Tesekkurler...!

--------------------
1 milyon abune ^_^

...BARSA FANATI....

  • 22 avqust 2013 23:43
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
xebere gore sag ol..

^^KuKuLKa^^

  • 22 avqust 2013 23:15
  • Məqalə: 767
  • Şərh: 11559
  • Bal:
{awards}
Sitat: AYSU YUSIFOVA
hevesim catmadi oxumaga...yenede tewekkurler

ay menimde ama vaxtim olana oxuyacam

--------------------

^^Nazlı Şeytan^^

  • 22 avqust 2013 21:50
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
men coxda qorxulu yuxu gormurem Allaha sukur ama yenede twk

pessimistka hebibe

  • 22 avqust 2013 20:44
  • Məqalə: 8
  • Şərh: 5629
  • Bal:
{awards}
TEWEKKURLER,,,,,,,

Oguzhan Koc

  • 22 avqust 2013 19:37
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
{awards}
woooww super thank you bimlirdim

--------------------
♥♥♥♥♥forever directioner♥♥♥♥ I love yoy louis tomlinson♥♥♥♥

-Kralica-

  • 22 avqust 2013 19:25
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Xeber ucun tewekkurler

--------------------




-chanel-

  • 22 avqust 2013 18:55
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
Tewekkurler..........................!

✵Дорогой✵

  • 22 avqust 2013 18:49
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Xeber ucun tewekkurler

Roya_____

  • 22 avqust 2013 18:39
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
coxsagolun xebercun

ShคмKiʀKค

  • 22 avqust 2013 18:07
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
twk,,,,,,,,,,,,,,,,,,,,,,,,,

cox sag ol....

sessiz_kiz

  • 22 avqust 2013 17:57
  • Məqalə: 3
  • Şərh: 253
  • Bal:
{awards}
hevesim catmadi oxumaga...yenede tewekkurler

--------------------
Əsgər Sevgilim hər gun səni fikirləşib, sənə dua edib, gunləri sayıb, tez gəlib getməsini diləyirəm.Sənsiz keçen hər gun mənə maraqsız, darıxdırıcı, sıxıcı,rengsiz gəlir.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 19
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}