Nə edək ki, övladımız əməlisaleh olsun?

 
Nə edək ki, övladımız əməlisaleh olsun?

Uşaqlarımızın ilk tərbiyə aldığı məktəb - ailə məktəbidir. Bizim ilk müəllimimiz isə ata və anamızdır. Bu məktəbdə valideynlərin agahlığı və ya nadanlığı nəticəsində istedadlar üzə çıxar və yaxud da, əksinə - bəzi qabiliyyətlər viran olar. Valideyn o zaman yaxşı müəllim sayılar ki, övladına şərafət və fəzilət dərsi verər. Onları dini təlimlər əsasında böyüdər və yetişdirər. Valideyn gərək bu həqiqəti dərk etsin ki, ata və ana olmaq – övladı dünyaya gətirməklə bitmir. Çünki bu işi heyvanlar da görə bilir. Valideyn o zaman ata və ana olmağa layiq olar ki, öz övladını düzgün tərbiyə edər.

İmam Əli (ə) övladın haqqı barəsində buyurur: “Övladın atası üzərində haqqı vardır. Atanın da övladı üzərində haqqı vardır. Atanın övladı üzərindəki haqqı odur ki, övladı Sübhan Allaha itaətsizlikdən başqa hər bir işdə onun əmrini yerinə yetirsin. Övladın atası üzərindəki haqqı budur ki, ona yaxşı ad qoysun, yaxşı ədəb öyrətsin və Quran təlimi versin”.

Valideyn və ailə ocağı - övladlar üçün ictimai fəsad qarşısındakı səngərdir. Bu səngər onların fəsaddan uzaq olaraq, istedadlarının çiçəklənməsinə səbəb olar. Ancaq əgər bu səngər zəif olarsa, övladları təhlükəyə məruz qalarlar.Cəmiyyətdə çox sayda müvəffəqiyyət qazanan insanlarla rastlaşırıq. Onları araşdıran zaman aydın olur ki, ailəsi ona yaxşı tərbiyə vermişdir.

İmam Əli (ə) oğlu İmam Həsənə (ə) buyurur: “Gördüm ki, illərimi geridə qoymuşam. Bu vəsiyyətlə səni qabaqlayıram. Orada bir neçə xüsusiyyət sayıram. Ölüm gəlməmişdən qabaq və məni tapmamışdan qabaq o şey ki, düşüncələrimdə var, sənə deyilməmiş qalmasın. Nəsihətdən əvvəl bəzi nəfsani istəklər sənə qalib gələr. Ya dünyanın aldadıcıları səni aldadar. Ona görə də qaçan və itaətsizlik edən dəvə kimi olarsan”.

Ailənin ən həssas vəzifələrindən biri - düzgün tərbiyədir. Çünki övladlar - valideynlərə verilmiş İlahi əmanət və ən böyük nemətlərdir. Ailəyə sevinc və şənlik gətirər. Valideynin Allaha bu nemətə görə edə biləcəyi ən böyük şükrü - onu düzgün tərbiyə etməsidir. Əks halda Allah bu vəzifəni Öz üzərinə götürərdi. Valideynin övladına etdiyi ən böyük xidmət - mal yardımı deyil, bəlkə onu tərbiyə etmək və İlahi qabiliyyətlərini üzə çıxartmaqdır.

İmam (ə) buyurur: “Ataların övladına irs qoyub getdiyi ən yaxşı şey - ədəbdir”. Övladlar valideynin bir parçasıdır. Ona görə də heç bir valideyn həyatının ən böyük səmərəsi olan övladına qarşı laqeyd ola bilməz.

İmam (ə) buyurur: “Səni görürəm ki, mənim parçamsan. Əgər sənə zərər dəysə, mənə dəymiş olar. Əgər ölümün tez gəlsə, həyat köklərimi kəsmiş olar”.

Həzrət (ə) başqa yerdə buyurur: “Övladın sənin üzərindəki haqqı budur ki, bilməlisən o, səndən əmələ gəlmişdir. Həyatın yaxşılıq və pisliklərində sənə bağlıdır. Bil ki, ona rəhbərlik etməkdə, düzgün tərbiyə və ədəb verməkdə məsuliyyətlisən. Onu Böyük Allaha hidayət et, Haqqın əmrlərinə itaət etməkdə ona yardım et”.

O kəslər ki, vəzifəsini yerinə yetirməkdə səhlənkarlıq edər, övladının inkişaf etməsinə yardım etməz - günah etmiş olar və Allah qarşısında cavab verməli olarlar.

Quran buyurur: “O gün insan qaçar öz qardaşından; Anasından və atasından; Zövcəsindən və oğullarından”. (“Əbəsə” 34-36).

Qiyamət günü pərdələr kənara çəkilən zaman gizlilər aşkar olacaqdır. Bir müsəlman ilk növbədə gələcək həyat yoldaşını seçən zaman diqqətli olmalıdır. Çünki gələcəkdə ana olan zaman övladına düzgün tərbiyə verə bilsin. Ana da hamiləlik dövründən başlayaraq, övladını tərbiyə etməyə çalışmalıdır. Bu yolda İlahi təlimləri yerinə yetirməlidir. Övladına qarşı diqqətcil olmalı və ona sevgi ilə yanaşmalıdır. Onlara öz həyat təcrübələrini və İlahi əhkamları aşılamalıdır. Tənbəllik və süstlükdən uzaq olmağı öyrətməlidir. Ailədə olan hər bir kəs üzərinə düşən vəzifəni ən yaxşı şəkildə yerinə yetirsə, cəmiyyətə təhvil verdiyi ailə məhsulu da daha ədəbli, imanlı və saleh olar.

Dəyərlər


Geri dön

Banned549678

  • 9 sentyabr 2013 17:35
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
..Sevacek o qədər insan varkən, mənim sevdiyimi sevməyin..!!!

Elza Hüseynli

  • 27 avqust 2013 17:18
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Xeber üçün tewekkurlerr beyendimmm

PSIXOPATKA

  • 26 avqust 2013 16:51
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
tewekkkuuuuuuuurrr

--------------------

...BARSA FANATI....

  • 26 avqust 2013 11:30
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Sitat: destino
Allah razi olsun...


ShคмKiʀKค

  • 26 avqust 2013 10:36
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
TESEKKURLER

WITH_YOU

  • 26 avqust 2013 08:11
  • Məqalə: 0
  • Şərh: 1724
  • Bal:
{awards}
MƏNCƏ ALLAHA SEVGİ İNSANIN ÖZ DAXİLİNDƏN GƏLMƏLİDİR.

--------------------
LƏNKƏRANLIYAM ..... (TALIŞ)
VƏƏƏ BUNUNLA DA "ÇOX FƏXR EDİRƏM" !!!

★CiM_BoM★

  • 26 avqust 2013 02:30
  • Məqalə: 7
  • Şərh: 1132
  • Bal:
{awards}
tewekkurler melumata gore

--------------------

ADA GirL

  • 26 avqust 2013 00:48
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Coxsagolun,Allah razi olsun..

..:Crystal:..

  • 25 avqust 2013 23:21
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
İmam (ə) buyurur: “Ataların övladına irs qoyub getdiyi ən yaxşı şey - ədəbdir”. Övladlar valideynin bir parçasıdır. Ona görə də heç bir valideyn həyatının ən böyük səmərəsi olan övladına qarşı laqeyd ola bilməz.

--------------------

:..GIZEMLI..:

  • 25 avqust 2013 23:19
  • Məqalə: 28
  • Şərh: 3335
  • Bal:
{awards}
Cox Sagolun....♥

pessimistka hebibe

  • 25 avqust 2013 21:36
  • Məqalə: 8
  • Şərh: 5629
  • Bal:
{awards}
tewekkurlerrr......

SPY_GIRL

  • 25 avqust 2013 20:40
  • Məqalə: 56
  • Şərh: 1648
  • Bal:
{awards}
Tewekkurler.....

--------------------


© Profile Original & Official®
█║▌│█│║▌║││█║▌║▌║║▌
█║▌│█│║▌║││█║▌║▌║║▌
█║▌│█│║▌║││█║▌║▌║║▌

✔ Official Copyright 2012-2013

-chanel-

  • 25 avqust 2013 20:38
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
__________________ALLAH RaZI oLSuN__________________

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 25 avqust 2013 20:37
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
(^_*)

Roya_____

  • 25 avqust 2013 20:37
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun bacı feel

LeLLi

  • 25 avqust 2013 20:35
  • Məqalə: 166
  • Şərh: 3306
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 42
Cəmi: 54

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}